Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

86 
 
insafdan  görməyib,  onun  istədiyi  kimi  o  möhürdəki 
kəlmələri  yazıb  əlinə  verdi.  O  bəd  əməlli  məkrli 
hiyləgər  möhür  yazısının  altına  saxta  bir  barat
22
  yazdı. 
Sən  demə  bu  möhür  yazısı  vəzirin  imiş.  Onun  vasitəsi 
ilə  ölkənin  bir  vilayətindən  fırıldaq  yolu  ilə  dövlət 
vergilərini yığmağa başladı. Axırda bunun əməllərindən 
vergiyı-ğanlar divana şikayət etdilər. Vəzirlər araşdırıb 
gördülər  ki,  bu  iş  saxtadır.  O  hiyləgər  saxtakarı  tutub 
baratını  tələb eylədilər. Belə məlum oldu  ki,  o baratda 
olan  möhür  yazısı  vergilər  vəzirinin  yazısına  tam 
oxşayır.  Əmr  eylədilər,  şəhərdə  olan  bütün  xəttatları 
divanxanaya çağırıb araşdırma apardılar. Arşınmalçının 
oğlu  həmin  yazını  görən  kimi  inkar  eyləməyib 
vəziyyəti  etiraf  eylədi  ki,  bu  yazını  mən  yazmışam. 
Padşah qanunlarına əsasən o cavanın əlini kəsmək əmr 
olundu.  Cəlladlar  gəlib  cavanın  qolunu  açıb  kəsmək 
istəyəndə  vəzir  onun  qolundakı  yanıq  yerlərini  görüb, 
yəqinliklə  arşınmalçının  oğlunu  tanıdı.  Tez  yerindən 
durub cavanı bağrına basdı. Ona çox böyük hörmət və 
ehtiram  göstərdi.  Vəzirlikdə  ona  böyük  vəzifə  verib, 
ad-san  sahibi  eylədi.  O  məlun  saxtakarı  dar  ağacına 
çəkib, edam etdilər. 
Vəzir  xalqa  üz  tutub  o  cavanı  çox  təriflədi  və 
dedi: 
                                                           
22
 Barat – arayış, icazə vərəqi 


87 
 
-Bu  cavan  çox  alicənab  və  mərhəmətli  oğlandır. 
Səxavətdə  və  sədaqətdə  səhabəyə  bərabərdir.  Mənim 
möhtac  olub,  miskinliyə  düşdüyüm  zamanda  mənə 
yaxşılıq və hörmət etmişdir. İndiki halda da o hörmətin 
əvəzini çıxmaq və mükafat vermək vaxtıdır! 
Vəzir öz qızını məliklərə xas cehizlərlə ona verdi. 
Bütün  mal-mülkünü  və  vəzifəsini  onun  öhdəsinə 
buraxdı. 
Arşınmalçının  oğlu  vaxtilə  etdiyi  yaxşılıq 
səbəbinə  qalan  ömrünü  bolluq  və  var-dövlət  içində 
keçirib, əmin-amanlığa çatdı. 
Məhcubə dedi: 
-Bu  məsəli  onun  üçün  gətirdim  ki,  səxavətli  və 
insaflı  adamlara  məlum  olsun  ki,  yaxşılıq  və 
xeyirxahlıq  heç  vaxt  hədər  və  zay  olmaz.  Səxavətlilik  
və  insaflı  olmağın  əvəzini  Allah  hər  iki  dünyada  da 
verər. Allah-Təala öz qüdrəti ilə bütün xalqı və səltənət 
mülkünü bu sifətlərlə bəzəsin. 
 
 
 
 
 
 
 
 
 


88 
 
ALTINCI BAB 
Əmanətin qorunması 
 
Altıncı  gün  ki  dünyanın  günəşi  qaranlığın 
pərdəsini  yırtıb  üzə  çıxdı,  zülmət  qoşunu  ağ  atlı 
əsgərlərin  hücumu  ilə  dağıldı.  Şah  Səmmahın  taxtını 
ədalət  meydanında  qurdular.  Şah  taxtda  oturub  dövlət 
adamlarını və əyan-əşrəfi barigahda cəm eylədi. O gün 
ta axşam vaxtına kimi rəiyyətə ədalətlə hökmranlq edib, 
şahlıq  vəzifəsini  insafla  yerinə  yetirdi.  Elə  ki  axşam 
oldu, şahlıq taxtından qalxıb istirahət otağına üz tutdu. 
Əcubə  və  Məhcubəni  hüzuruna  çağırıb  buyurdu  ki, 
sözündə  bütöv  olmağın  əhəmiyyə-tindən  və  əmanətin 
şərəfindən bəzilərini izah edələr. 
Əcubə dedi: 
-Şahımızın  mərtəbəsi  daimi  olsun.  Bu  əmanət 
tərifə layiq xasiyyət və çox gözəl sifətdir. Hər kim ki bu 
sevimli  zinətlə  özünə  bəzək  vura  və  sözü  bütövlüyün 
şərtlərini  yerinə  yetirə,  hər  iki  dünyada  xoşbəxtliyə 
müyəssər  olar.  Bu  dünyada  Allah-Təala  ona  bol  ruzi 
verər,  axirətdə  də  cənnət  əhlindən  olar.  Ancaq  qəribə 
olan  odur  ki,  bir  kimsə  bir  inanılmış  adama  xəyanətlə 
qəsd eyliyə, axırda o əməlinin günahı onun özündə üzə 
çıxır.  Yəni  əməli  öz  ayağına  dolaşır.  Oğru  qadınla 
etibarlı adamın hekayəti buna misaldır. 
Məlik Səmmah soruşdu ki: 
-Necədir o hekayət? 


89 
 
Əcubə dedi: 
Əmanətin qorunması barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlərdir  ki, 
Mərv şəhərində bir həkkak
23
 var idi. O diyarın padşahı 
onun  əmanətə  möhkəm  olduğunu  çox  sınamışdı. 
Həkkak  sözünə  və  əməlinə  sədaqətli  olduğunu 
layiqincə  sübuta  yetirmişdi.  Padşah  hərdən  ona 
cəvahirlər  göndərib,  üzərində  yazılar  həkk  etdirirdi. 
Əmirlər və vəzirlər də onun hörmətini saxlayırdılar. 
Bir  gün  padşah  bir  gümüş  rəngli  dürrü  üzərində 
yazılar  yazmaq  üçün  ona  göndərdi.  Etibarlı  həkkak 
dürrü  dükanına  gətirib  bir  dürr  qutusunun  içinə  qoydu 
ki, vaxt eləyib üzərində işləyər. 
O şəhərdə oğurluğu ilə məşhur bir qadın var idi. 
Bir  gün  təsadüfən  həkkakın  dükanına  gedib  o  dürrü 
gördü.  Tamahı  zor  gətirib  fikirləşdi  ki,  bir  hiylə  ilə  o 
dürrü  həkkakdan  ala.  O  saat  vaxt  itirmədən  bir  xarrat 
dükanına  gedib  bir  dürr  qutusu  aldı  ki,  rəngində  və 
oxşarında  həkkakın  şahın  dürrünü  içinə  qoyduğu 
qutunun tam eynisi idi. 
Qadın  evinə  gəlib,  gözəl  və  bər-bəzəkli  paltarlar 
geyindi.  Özünə  min  cür  zinət  verib,  tovuz  quşu  kimi 
bəzəndi. Ehtişam və əzəmətlə həkkakın dükanına gəlib, 
özünü elə göstərdi ki, guya cəvahirat almağa gəlmişdir. 
                                                           
23
 Həkkak – Metal lövhə üzərində rəsm əsərləri çəkən sənətkar 


90 
 
Qadın  həkkaka  dedi  ki,  cəvahirlərinə  baxım,  görüm 
bəyəndiyim varmı? 
Xülasə,  qadın  o  dükanda  olan  bütün  cəvahirləri 
alıb  bir-bir  baxır,  sonra  geri  qaytarırdı.  Elə  ki  sıra  o 
qutuya gəldi, həkkak dedi ki o əmanətdir. 
Qadın yüz nazü-işvəylə dedi ki, baxmaq gözəldir. 
İnsaf eylə, o gümüşü dürrə mən də tamaşa edim. 
Həkkak  qadının  sözlərinə  etibar  edib  qutunu  ona 
verdi.  Bu  yalançı  və  oğru  qadın  qutunu  əlinə  alıb, 
cəldliklə  özündəki  boş  qutu  ilə  dəyişib  yerinə  qoydu. 
Həkkak  bu  oğurluq  əməlindən  xəbərsiz  halda  boş 
qutunu alıb əvvəlki yerinə yerləşdirdi. 
Qadın  evinə  gedib  ərinə  bu  işi  söylədi  və  dürrü 
ona  verdi.  Bu  kişi  o  dürrü  görüb,  nəşə  və  sevinclə 
qabağına  qoydu.  Kişi  hər  gün  bu  qiymətli  dürrü 
qabağına  qoyub  tamaşa  edərdi.  Ona  baxmaqla  sanki 
qəlbinə qüvvət, gözlərinə işıq gələrdi. 
Bunların yekə bir xoruzu var idi ki, hər gün evin 
içində  və  həyət-bacada  gəzib-dolanırdı.  Kişi  bir  gün 
yenə  dürrü  qabağına  qoyub  tamaşa  edərkən  bərk  yuxu 
tutub,  olduğu  yerdəcə  yatdı.  Bu  zaman  xoruz  oraya 
gəlib  dürrü  gördü.  Onu  iri  bir  dən  hesab  eləyib  dərhal 
ağzına alıb uddu. 
Kişi  yuxudan  oyanıb  gördü  ki  dürr  yerində 
yoxdur.  Nə  qədər  axtardısa  tapa  bilmədi.  Arvadını 
çağırıb soruşdu. O da bu işdən xəbərsiz olduğunu dedi. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə