Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Qalen preparatları hansı şəraitdə hazırlanır?



Yüklə 311,29 Kb.
səhifə46/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   42   43   44   45   46   47   48   49   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

159) Qalen preparatları hansı şəraitdə hazırlanır?

A) Soyuq dəmləmə üsulu ilə hazırlanır


B) Zavod şəraitində
C) Isti dəmləmə üsulu ilə hazirlanir
D) Ev şəraitində
E) Aptek şəraitində

Qalen preparatları zavod şəraitində müxtəlif həlledicilər vasitəsilə dərman bitkilərindən alınan mürəkkəb tərkibli çıxarışlardır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 34




160) “Unguentum” sözünün mənası nədir?

A) Poroşok


B) Məlhəm
C) Pasta
D) Maye
E) Bərk

“Unguentum” latın sözü olub, mənası məlhəm deməkdir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35




161) Bunlardan hansı məlhəm əsası kimi istifadə olunur?

A) Vazelin


B) Kakao yağı
C) Bitki yağı
D) Talk
E) İnyeksiya suyu

Vazelin neftin emalından alınan məhsuldur.Məlhəm əsasi kimi ən cox vazelindən istifadə edilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35




162) Məlhəm əsası göstərilmədikdə hansı maddədən istifadə edilir?

A) Donuz piyi


B) Naftalan nefti
C) Parafin
D) Lanolin
E) Vazelin

Əgər reseptdə məlhəm əsası göstərilməzsə, məlhəm vazelində hazırlanır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35




163) Məlhəmdə dərman maddəsinin miqdarı göstərilmədikdə, məlhəm neçə %-li hazırlanır?

A) 5%
B) 1%


C) 10%
D) 2%
E) 0,5%

Məlhəmdə dərman maddəsinin miqdarı göstərilmədikdə məlhəm 10% hazırlanır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 36





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə