Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

edirdi... Bir neçə ay sonra biz kənddə mitinq keçirdib Azərbaycan xalq konqresinə
nümayəndələr seçdik.


Nümayəndələrin içində mən də var idim.
Biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir
canlanma və hərəkət vardı. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Elə birinci gün
köhnə həyətimizə getdim, Səlimə xanımı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı,
ağladı. Azadı soruşdum.
− Təbrizdə yoxdur, − dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər... Axı
indi o da demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək,
hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun.
Xalq konqresi qurtaran kimi mən kəndə qayıtdım. Bir müddət sonra təşkilatın işlərini
təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik.
Anam başqa yerə getmək istəmədi − əvvəldən öyrəşmişəm, Səlimə xanım da ordadır,
− dedi. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini
sizdən alıram, – deyib ağladı. Anam ona təskinlik verdi:
− Nə olacaq, − dedi, – İnşallah, tezliklə Azad da qayıdar.
Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də Mərkəzi Komitədə işləyirdik.
Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm bir qayda
və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvirəgəlməz ruh
yüksəkliyi vardı. Elə bil ki, qüvvəmiz də birə-min artmışdı. Yorulmaq bilmirdik. İşlərin
bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Tehran mürtəceləri və rəsmi
dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını
nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə
yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də vardım.
4
Biz Zəncana çatanda şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki
kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikrini
pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba
göndərmişdi...
Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim...
Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın
dəstəsinə çatdıq... Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq
havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi... Bərk
atışma gedirdi, fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Bir neçə saat sonra qaş
qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Biz
həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq... Mən tez özümü ona çatdırmağa
çalışdım. Bu, mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu
kənd evlərindən birində bir fərşin üstə uzatmışdılar. Çuxasını üstünə salmış, tüfəngini
yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi
əmrə müntəzir durmuşdu... Mən içəri girən kimi onun üzünə baxdım. Ağarmış halda
gözlərini yummuş və səssizcə uzanmışdı.


Mən yavaş addımlarla onun başı üstünə gəldim, diz çöküb əlini əlimə aldım, alnından
öpdüm:
− Azad, sənə nə olub?
O, heyrət və təlaşla gözlərini açdı. Üzümə baxdı. Bütün siması qəribə bir təlaşla
işıqlandı. Mehribanlıqla başını dizimin üstünə qoyub:
−Bu saat səni düşünürdüm, − dedi, − nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi
nisgilli gedəcəkdim...
− Nə danışırsan, Azad, qardaşım? − dedim, − biz hələ təzəcə yaşamağa başlayırıq.
Dünyadan getmək nədir, bu nə sözdür sən ağlına gətirirsən? Sənə nə olub, harandan
yaralanmısan?
O, əli ilə sağ çiyninin altını göstərdi. Güllə qabaqdan dəyib daldan çıxmışdı. Ciyərlərini
də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:
− Bunlara ehtiyac yoxdur, − dedi, – mən ölürəm... Artıq ayaqlarımın soyuduğunu hiss
edirəm... Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm...
Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən nə üçün
yaşayırıq, həyatın mənası nədir, deyə soruşdun. Onda mən sənə cavab verməmiş,
susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb
getmişdin, yadındadırmı? Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən
düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Amma o
zaman mən danışa bilməmişdim.
 
5
O, azca dayanıb udqundu, yenidən ahəstə-ahəstə davam etdi:
− Anam, yurdum, doğma Azərbaycan, məni bağışla!.. Sənə az fayda verdim, az
yaşadım, tez öldüm! – deyib qalxdı, fərşin ucunu qaldıraraq torpağı öpdü.
− Öpünüz, səcdəyə qapılıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz
budur...
− Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim. Özüm də bilmədən gözümdən
süzülən yaş dənələri onun alnına düşdü... O, kirpiklərini qaldırıb gözümə baxdı və
ahəstə səslə dedi:
 
“Yerə qoymayın o tüfəngləri
ki, onları bu doğma torpaq
sizə tapşırmışdır” sözləri ilə
Azad döyüş dostlarına nə
tövsiyə edir?
Çünki danışmaqda da bir məna yox idi. İndi isə
sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm,
qardaşlarım (o, azca boylanıb fədailəri gözdən
keçirdi), bəli, sizə deyirəm. Bizim hamımızın
səadəti bax bu alçaq daxmaların, bu doğma
yurdun, bu ana torpağın azadlığındadır. Yerə
qoymayın o tüfəngləri ki, onları bu doğma
torpaq sizə tapşırmışdır.
Azadın vəsiyyəti sizdə hansı
hiss və düşüncə yaratdı?
– Əziz qardaşlarım, mənim qəbrimi uca bir
yerdə qazarsınız... Elə yerdə qazarsınız ki,
oradan Azərbaycanın geniş çölləri, duru
çayları, güllü çəmənləri və bağları görünsün.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə