Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
Həm də o yeri böyük bir yol kənarında seçərsiniz... Qoy gələcəyin azad nəsillərinin
ayaq səsi qəbirdə də olsa, qulaqlarıma çatsın... Bəlkə, onlar da bizi rəhmətlə yad
etdilər... Elədirmi, Fərda?


Mən artıq göz yaşımı saxlaya bilməyərək ağlaya-ağlaya:
– Yox, Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar, −
dedim...
Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi:
– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır... – dedi və əbədi olaraq gözlərini
yumdu.
Mən qeyri-ixtiyari ayağa durdum... Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan
fədailərə baxdım:
– Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək...
And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan
döndərə bilməz!..
Eşq olsun qəhrəmanlara! Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər, ancaq onlar
azadlıq bayrağını ucalara qaldıra bilərlər! Yaşasın azadlıq!
Fədailər bir səslə:
 
I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk üç parçasının oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz)
sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın. 
2. Mətnin üçüncü parçasına aid suallar tərtib edin. 
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla bütün sualların
cavabı ilə bağlı fikir mübadiləsi aparın. 
4. Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin. 
5. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Fərdanı hansı sözlərindən daha yaxşı tanıdım?
2.  Hansı sözlər, ifadələr və təsvir Azadgilin yoxsul həyatı barədə məndə aydın
təsəvvür yaratdı?
Evdə iş
1. Hekayənin ardını evdə oxuyun.
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
“Oradan Azərbaycanın həm
cənub, həm də şimal
sahələri görünürdü”
cümləsindəki fikri necə başa
düşdünüz?
– Yaşasın azadlıq! – deyə qışqırdılar və
tüfənglərini havaya qaldırdılar.
Biz onu öz vəsiyyətinə görə uca bir yerdə
basdırdıq.
Oradan Azərbaycanın həm cənub, həm də
şimal sahələri görünürdü.


II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. Mətnlə bağlı suallara
parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
2. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra təqdimatlar əsasında müzakirə
edin. Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Hekayədən seçdiyiniz hissəyə ad verin. Məzmununu geniş danışmağa hazırlaşın.
4. Hekayədən seçdiyiniz cümlələrə bədii təsvir və ifadə vasitələri artırın (cədvəldən
istifadə edin).
Hekayədən seçilmiş cümlələr
Əlavə edilən bədii təsvir və ifadə vasitələri
epitet
təşbeh
bədii sual
təkrir
 
 
 
 
 
Evdə iş
Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.163–165) faydalanın. 
1. “Hekayədə unuda bilmədiyim epizod hansı oldu?” mövzusunda inşa yazın. 
2. “Azadın dərzi dükanını necə təsəvvür edirəm?” mövzusunda esse yazın.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Hekayə ikiyə bölünmüş Vətənimizin cənubunda – Cənubi Azərbaycanda bir müddət
əvvəl baş vermiş hadisələr əsasında yazılmışdır. Müstəmləkə şəraitində yaşayan
soydaşlarımız dəfələrlə milli-azadlıq mübarizəsinə qalxmış, ölümdirim savaşına
girmişdir. Ana dilində oxuyub-yazmağın, bəzən danışmağın da qadağan olunduğu
bir ölkədə yaşamağın mümkünsüzlüyü bu gün də tez-tez etirazlara, kütləvi çıxışlara
səbəb olur.
Azad, Fərda kimi minlərlə gənc azadlıq uğrunda canlarından belə keçməyə hazır
olduqlarını sübut etmişlər. Bu obrazların həyat, Vətən haqqındakı düşüncələrini
əsərdəki təsvirlərə diqqət yetirməklə aydınlaşdırmağa çalışın. Çıxardığınız nəticələr
sonrakı fəaliyyətinizdə yardımçınız olacaqdır.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin.
Çıxardığınız nəticəyə əsasən cədvəldə qeydlər edin.
Əsərin
Əsərdə diqqətə çatdırılan
Problemin həllini yazıçı
Siz necə


mövzusu
başlıca problem
nədə görür?
fikirləşirsiniz?
 
 
 
 


3. Yazıçının münasibətini aydınlaşdırmaqla Azad obrazını səciyyələndirin. Sxemdən
istifadə edin.
Obrazın adı: Azad
Yazıçının ona münasibəti:
________________________________________________________________ 
Sizin ona münasibətiniz:
_________________________________________________________________ 
 
 
5. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Yazıçının mövqeyini ifadə edən
obrazın sözlərini nümunə göstərin.
Fikirlərdən hansı əsərin
ideyasını dolğun əks etdirir?
Nə üçün belə
düşünürsünüz?
Yazıçının mövqeyini
ifadə edən sözlər
Milli azadlığa nail olunması
 
 
Ana dilində oxuyub-yazmaq
hüququnun əldə edilməsi
 
 
Yaxşı, firavan həyatın, dolanışığın
təmin olunması
 
 
Azərbaycanın birləşməsi
arzusunun gerçəkləşməsi
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. Əsəri öyrəndiyiniz digər bir janra (əfsanə, nağıl və s.) məxsus nümunə ilə
müqayisə etməklə hekayə janrında olduğunu əsaslandırın. Venn diaqramından,
yaxud müqayisə cədvəlindən istifadə edin. 
7. Cənub mövzusunda yazılmış bir əsəri nəzərdən keçirin. “Azad” hekayəsi ilə
səsləşən fikirləri müəyyənləşdirib müzakirə edin. (Dərslikdəki “O sahildə, bu
sahildə”, yaxud 5-ci sinifdə öyrəndiyiniz “Yaşayanlar görəcəkdir” şeirini seçə
bilərsiniz).
Evdə iş 
Öyrəndiyiniz hekayədən aldığınız təəssüratı fərqli dinləyicilərə (müəlliminizə,
valideyninizə, dostunuza) necə danışardınız? Qısaca yazın.
4. Azad və Fərda obrazlarının oxşar və fərqli
xüsusiyyətlərini müəyyənləşdirin. Venn diqaramından,
yaxud müqayisə cədvəlindən istifadə edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə