OZAN DÜNYASI № 3(6), 2011
1
OZAN DÜNYASI
№ 3(6)
2011
OZAN DÜNYASI № 3(6), 2011
2
Ozan dünyası №3(6), 2011
Təsisçi:
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ
Məsləhətçilər:
Zəlimxan YAQUB
Xalq şairi
Məhərrəm QASIMLI
professor
Baş redaktor: Musa NƏBĠOĞLU
REDAKSĠYA HEYƏTĠ:
Həsən Mirzə
Nizami Cəfərov
Qənirə PaĢayeva
Qəzənfər PaĢayev
Qara Namazov
Sədnik PaĢayev
Ġsmayıl Məmmədli
Elxan Məmmədli
Ġlyas Tapdıq
Məmməd Aslan
Ədalət Nəsibov
Ġsfəndiyar Rüstəmov
Seyfəddin Altaylı (Türkiyə)
Nizaməddin Onk (Almaniya)
Çingiz Mehdioğlu (Ġran)
Ġrfan Nəsrəddinoğlu (Türkiyə)
Məhərrəm Сəfərli (Naxçıvan)
Osman Əhmədoğlu (Gürcüstan)
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21
Əlaqə telefonları:
( + 994 12) 493 86 61
(+994 50) 345 36 52
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür.
OZAN DÜNYASI № 3(6), 2011
3
Zəlimxan YAQUB
Xalq Ģairi
GÖYÇƏDƏN
GƏLƏN SƏSLƏR
(poema)
(əvvəli ötən sayımızda)
SAVAD
Çox eşitdim, çox dinlədim,
El içində bir sualı.
Bu sualın cavabından
Kim bixəbər, kimi halı.
Söhbət gedir hər oymaqda,
Bir söz gəzir hər dodaqda.
Kaş biləydik bu bəxtəvər,
Savadlıymış, ya savadsız?
Sözü yoxdu müəmmasız,
Fikri yoxdu qol-qanadsız!
Necə görüb bu gərdişin
Ovandını, tərsini o!
Kimlər olub müəllimi,
Kimdən alıb dərdini o!
Elə düzüb kəlmələri,
OZAN DÜNYASI № 3(6), 2011
4
Elə deyib haçabeyti,
Ağıl, kamal istəyirəm
Duya sirri, aça beyti.
Yeri göyə bağlayıbdı
“Qıfılbənd”i, bağlaması.
Şirin sözü, axar təbi
Dağ çayının çağlaması.
Zirvələrdən uca gördüm,
Boylananda dünyasına.
Əl-ayaqlı itib-batdım
Baş vuranda dəryasına.
O dəryanın qucağında
Qulağıma dəydi bir səs,
O, savadsız ola bilməz!
Bir insan ki, ustad olub
Kainatın ahəngini
Öz sazıyla birləşdirə,
Sevinci də, əzabı da
Doqquz teldə yerləşdirə,
Zərrə qədər yayınmaya
Nəzərindən nə zil, nə pəs,
O, savadsız ola bilməz!
Bir qozqara kötüyünü,
Sözə tutub deyişməyin.
Alim ilə kəlmələşib,
Cahil ilə döyüşməyin
Özü savad deyilmi bəs?
Yer də, göy də dilə gəldi -
O, savadsız ola bilməz!
Bir insan ki, daşı belə
Dirdirməyin ustadır,
Əyriləri doğru yola,
Doğru yola
Döndərməyin ustadıdır,
Avazıyla quşu göydən
Endirməyin ustadıdır -
Söhbət yersiz, sual əbəs,
O, savadsız ola bilməz!
OZAN DÜNYASI № 3(6), 2011
5
Bir insan ki, öz fikrini
Beyinlərə möhürlədi,
Hikmətiylə nəsillərin
Ürəyini sehrlədi,
Parça-parça doğra məni,
Qıyma-qıyma dilimi kəs -
“Savadsızdır” deyəmmərəm,
O, savadsız ola bilməz!
On beş ildə dərs oxuyub,
Yazmaq hələ savad deyil.
Yazdığını dönə-dönə
Pozmaq hələ savad deyil.
Xahiş ilə, minnət ilə
Qiymət almaq savad deyil.
Bu hörmətsiz qiymət ilə
Alim olmaq savad deyil.
Beş il təhsil alan gördüm,
Bircə yerdə deyiləsi
Beşcə kəlmə sözü yoxdur.
Əmisi var, dayısı var,
Dayıların kölgəsində
Yoxa çıxıb, özü yoxdur.
Savad odur tanıyasan
OZAN DÜNYASI № 3(6), 2011
6
Öz kökünü, zatını sən.
Oxumağı bacarasan
Göyün yeddi qatını sən.
Ağıl yetməz, xəyal çatmaz
Mənzillərə, məkanlara
Çapırdasan atını sən!
Anlayasan, nələr yatır
Bu torpağın ürəyində,
Kimlər ona şöhrət olub,
Kimlər yatıb bələyində.
Anlayasan, səndən ötrü
Təbriz nədir, Bakı nədir?
Arzuların müqəddəsi,
Duyğuların pakı nədir?
Düşünəsən, nə deməkdir
Qurbaninin “Bənövşə”si.
Eşidəsən, hardan gəlir
Xətainin məğrur səsi!
Neçə-neçə dil içində
Yaşadasan öz dilini.
Danışasan həqiqəti,
Yandırsa da köz dilini.
Lap zülmətə düşsən belə,
Öyrən, axtar, gəz dilini.
Savad odur!
Vurğunsansa sən bu dilin
Təcnisinə, cinasına,
Gedib çıxa bilirsənsə
Özülünə, binasına,
Savad odur!
Bayat köklü bayatıda
Hansı yurdun adı yaşar?
Həzin səsli oxşamada
Hansı sehrin dadı yaşar?
Qoşmalarda hansı xalqın
Ürəyinin odu yaşar?
Bilirsənsə, savad odur!
Hikmətini duyursansa
Bu sinəsi dolu sazın,
Hardan gəlib, hardan keçib,
Dostları ilə paylaş: |