OZAN DÜNYASI № 2(5), 2011
83
düzəldir. SoruĢur ki, a bala, nə düzəldirsən belə? Atam deyir ki, mənə
yuxuda saz düzəltmək öyrədiblər, indi özümü sınamaq istəyirəm.
Bax beləcə, atam baĢlayıb sazbəndliyə. Özü danıĢardı ki, ilk
düzəltdiyim sazı qonĢuluqda yaĢayan Telman adlı bir sürücü aldı, ikinci
sazı isə bazarda satdım. Bundan sonra atam düzəltdiyi sazı heç vaxt
bazara çıxarıb müĢtəri axtarmayıb, müĢtərilər onun sorağı ilə evimizə
gəliblər.
- Təbii ki, rəhmətlik usta Xudunun yanına tanınmıĢ aĢıqlar tez-tez
gəlib-gedirdi. Onlardan kimləri xatırlayırsınız?
- Evimizə gəlib-gedən tanınmıĢlar çox olub. Amma burada atamın
özünün söylədiyi bir xatirəni danıĢmaq istəyirəm. Atam danıĢırdı ki,
cavan vaxtlarımda bir gün Borçalıdan Əmrah Gülməmmədov gəlib.
Onun düzəltdiyi sazlara baxıb bir qədər fikrə gedəndə atam soruĢub ki,
Əmrah əmi, olmaya düzəltdiyim sazları bəyənmədin. Əmrah kiĢi cavab
verib ki, yox ay bala, bəyəndim, amma heyf ki, sənin düzəltdiyin saz
mənim qocalan vaxtıma düĢdü. Atam bu böyük ustadla həmin görüĢünü
həmiĢə minnətdarlıqla xatırlayardı. Əmrah Gülməmmədov, Hüseyn
Saraçlı, Əhməd Sadaxlı, Ədalət Nəsibov, Xanalr Məhərrəmov, ġirvanlı
aĢıq Mahmud və daha kimləri deyim, hamısının atamla isti münasibəti
vardı.
- Sizcə, onu sevdirən nə idi?
- Məsəl var, deyərlər hər aĢpazın əlinin öz dadı var. Bu mənada hər
sənətkarın da öz yolu, öz dəst-xətti, sənətkar kimi incəlikləri var. Atamı
tərifləmək üçün demirəm, bunu hamı deyir, onun düzəltdiyi sazın səsi
həmiĢə fərqlənib, seçilib, yəni özünəməxsus Ģəkildə danıĢıb.
- Bu gün siz də sazbəndsiniz. Onun düzəltdiyi sazı baĢqa ustaların
düzəltdiklərindən fərqləndirən nə idi, bunu bir sənətkar kimi necə izah
edərsiniz?
- Bəzən atamın yanına saz gətirirdilər ki, usta, bunun simini dəyiĢ.
Atam sazı əlinə götürüb similərini dəyiĢməzdən əvvəl ona əl gəzdirərdi.
Bir də görürdün ki, sazın sinəsini azca yuxaldır, yaxud baĢqa bir hissəyə
əl gəzdirir, sonra simləyib sahibinə qaytarırdı. Bütün bunları söhbət edə-
edə elə ustalıqla edərdi ki, sazın sahibi heç baĢa düĢməzdi. Demək
istəyirəm ki, saz düzəltməyin çox incəlikləri var. Gərək hər Ģey yerli-
yerində olsun.
Atam hər materialdan saz düzəltməzdi. Tut ağacı üçün Azərbaycanı
qarıĢ-qarıĢ gəzər, hətta qonĢu Gürcüstana, Dağıstana da gedərdi. Hara
getsə ilk növbədə tut ağacı ilə maraqlanardı. Özü də ağacdan baĢı elə
çıxardı ki, uzaqdan baxandaca bilərdi ki, bu ağacın çürüyü varmı, ondan
nə çıxar. Hətta bəzən səhər yuxudan durub deyirdi ki, gecə yuxuda
OZAN DÜNYASI № 2(5), 2011
84
görmüĢəm ki, məsələn, Qazaxın filan kəndində yaxĢı tut ağacı var, o
kənddəki dostumgilə gedək, görək düzdürmü? Gedib görərdik ki, atamın
yuxuda gördüyü doğrudur.
- Deyirlər, ustad övladı Ģəyird olmaz və siz də sazbəndsiniz. Ailədə
atanızın sənətini daha kim davam etdirir?
- Biz üç qardaĢıq. Üçümüz də atamızdan bu sənəti mükəmməl mə-
nimsəmiĢik. Mənim əsas məĢğuliyyətim sazbəndlikdir. O biri qardaĢla-
rım isə baĢqa sahədə çalıĢsalar da, boĢ vaxtlarında gəlib mənə kömək
edirlər. Mənim oğlum da babasının yolunu davam etdirir.
- Siz özünün necə ildir ki, bu sənətlə məĢğulsunuz?
- Ġlk sazımı səkkizinci sinifdə oxuyanda düzəltmĢəm. Artıq o vaxtdan
30 ildən artıq vaxt keçir.
- Sazbənd olmağı atanız məsləhət gördü, yoxsa özünüz bu peĢəni
seçdiniz?
- Atam məsləhət gördü. Çünki ona yuxusunda demiĢdilər ki, bu sənət
sizin ocağa əbədilik verilir, ocağınızın ruzusu bu sənətdən gələcək. Bu
sənəti öz nəslinə ötürərsən. Buna görə ağlım kəsəndən mən də bu sənətlə
məĢğulam. Atam rəhmətə gedəndə vəsiyyət elədi ki, siz də bu sənəti öz
övladlarınıza öyrədin. Oğlum Niyaməddin artıq öyrənib.
Allaha çox Ģükür ki, atamın vəsiyyətinə əməl etmiĢik. Bu gün demək
olar ki, Türk dünyasının hər yerindən bizə müraciət edənlər olur.
- Ġlk saz düəzltdiyin günü necə xatırlayırsan? Onu atana göstərəndə
necə qarĢıladı?
OZAN DÜNYASI № 2(5), 2011
85
- Bayaq da dediyim ki, ilk dəfə səkkizinci sinifdə oxuyanda saz dü-
zəltmiĢəm. Hər ağacdan yaxĢı saz düzəltmək mümkün deyil. Gərək iĢlə-
dəcəyin ağac materialı keyfillyət baxımından yaxĢı olsun, rəngləri də ey-
ni olsun ki, düzəltdiyin sazın hər hissəsi bir rəngdə olmasın. Bu səbəbdən
bəzən hətta bir yaxĢı saz düzəltmək üçün on saz düzəldilə biləcək ma-
terial iĢlətməli olursan. Ona görə də atamın emalatxanasında olan ən
yaxĢı materiallardan istifadə etmiĢdim. Düzü, üzümə heç nə deməsə də,
hiss edirdim ki, atam onun ürəyincə olacaq saz düzəldə biləcəyimə o qə-
dər də inanmır, iĢlətdiyim materialları zay edəcəyimi düĢünürdü. Amma
inadla iĢimə davam etdim və gözəl bir saz düzəldə bildim. Atam ilk əl
iĢimi bəyəndi və sonradan həmin sazı satanda pulunu da mənə verdi ki,
get özünə yaxĢı əyin-baĢ al.
- Atanız bir ustad sənətkar kimi sizə ən çox nəyi tövsiyə edir, saz
düzəldərkən daha çox nəyə diqqət yetirməyi tapĢırırdı?
- Ən birinci tapĢırığı, tövsiyyəsi o idi ki, heç zaman pula görə əlinizin
iĢini korlamayın, heç vaxt sənəti pulnan ölçməyin. Deyərdi ki, bəzən
kiminsə imkanı olmayıb iĢinizə dəyərindən az pul ödəsə də, eybi yoxdur,
bunun əvəzini Allah baĢqa yerdən yetirər.
Atam özü də heç vaxt əlinin iĢinə haram qatmaz, biri az pulu verib
deyə, onun iĢinə barmaqarası yanaĢmazdı.
- YaxĢı saz düzəltmək üçün vacib olan birinci Ģərt nədir?
- YaxĢı saz düzəltmək üçün yaxĢı iĢ Ģəraiti, lazımi alət və avadan-
lıqlar və bir də təbii ki, yaxĢı material olmalıdır. Usta gərək hər Ģeydən
əvvəl iĢlədəcəyi ağac materialını seçə bilsin, hər ağacdan saz düzəltmə-
sin. Yəni yaxĢı sənətkar əvvəlcə materialı seçməyi bacarmalı, sonra iĢə
baĢlamalıdır. Bu da ustadan böyük qabiliyyət tələb edir. Usta ağaca
baxanda bilməlidir ki, bu ağacdan nə çıxar. Bilməlidir ki, bu ağac güney-
də (dəmyə yerdə) bitib, yoxsa quzeydə (sulu yerdə). Bunların möhkəm-
liyində və çəkisində fərq olur. Əlbəttə, dəmyə yerdə bitən ağac daha yax-
Ģıdır. Sazın çanağında istifadə ediləcək taxtada bunlar mütləq nəzərə alın-
malıdır. Amma bəzən görürsən ki, mən də sazbəndəm deyən biri hansısa
ustadın düzəltdiyi sazı götürüb yüzdə yüz hər Ģeyi (taxtanın qalınlığını və
s.) eynilə təkrarlayır. Daha nəzərə almır ki, bu ağac hansı mühitdə
böyüyüb, onun taxtasının möhkəmliyi, çəkisi necədir... Yəni müxtəlif
ağaclardan taxtanı eyni qalınlıqda yonmaq olmaz. Məsələn, quzeydə
bitən ağacdan alınan taxta güneydə bitənə ağacınkına nisbətən nazik
olmalıdır. Ağacın yaĢından da çox Ģey asılıdır. Ağacın yaĢı nə qədər çox
olarsa, o qədər yaxĢı saz alınır ondan. Atam saz düzəldərkən istifadə
etdiyi tut ağacının yaĢı ən azı 80-100 olardı.
Dostları ilə paylaş: |