Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
83 
düzəldir.  SoruĢur  ki,  a  bala,  nə  düzəldirsən  belə?  Atam  deyir  ki,  mənə 
yuxuda saz düzəltmək öyrədiblər, indi özümü sınamaq istəyirəm.  
Bax  beləcə,  atam  baĢlayıb  sazbəndliyə.  Özü  danıĢardı  ki,  ilk 
düzəltdiyim sazı qonĢuluqda yaĢayan Telman adlı bir sürücü aldı, ikinci 
sazı  isə  bazarda  satdım.  Bundan  sonra  atam  düzəltdiyi  sazı  heç  vaxt 
bazara  çıxarıb  müĢtəri  axtarmayıb,  müĢtərilər  onun  sorağı  ilə  evimizə 
gəliblər.  
Təbii  ki,  rəhmətlik  usta  Xudunun  yanına  tanınmıĢ  aĢıqlar  tez-tez 
gəlib-gedirdi. Onlardan kimləri xatırlayırsınız? 
-  Evimizə  gəlib-gedən  tanınmıĢlar  çox  olub.  Amma  burada  atamın 
özünün  söylədiyi  bir  xatirəni  danıĢmaq  istəyirəm.  Atam  danıĢırdı  ki, 
cavan  vaxtlarımda  bir  gün  Borçalıdan  Əmrah  Gülməmmədov  gəlib. 
Onun  düzəltdiyi  sazlara  baxıb  bir  qədər  fikrə  gedəndə  atam  soruĢub  ki, 
Əmrah  əmi,  olmaya  düzəltdiyim  sazları  bəyənmədin.  Əmrah  kiĢi  cavab 
verib  ki,  yox  ay  bala,  bəyəndim,  amma  heyf  ki,  sənin  düzəltdiyin  saz 
mənim qocalan vaxtıma düĢdü. Atam bu böyük ustadla həmin görüĢünü 
həmiĢə  minnətdarlıqla  xatırlayardı.  Əmrah  Gülməmmədov,  Hüseyn 
Saraçlı,  Əhməd  Sadaxlı,  Ədalət  Nəsibov,  Xanalr  Məhərrəmov,  ġirvanlı 
aĢıq  Mahmud  və  daha  kimləri  deyim,  hamısının  atamla  isti  münasibəti 
vardı. 
- Sizcə, onu sevdirən nə idi?  
-  Məsəl  var,  deyərlər  hər  aĢpazın  əlinin  öz  dadı var.  Bu  mənada  hər 
sənətkarın da öz  yolu, öz dəst-xətti, sənətkar kimi incəlikləri var. Atamı 
tərifləmək  üçün  demirəm,  bunu  hamı  deyir,  onun  düzəltdiyi  sazın  səsi 
həmiĢə fərqlənib, seçilib, yəni özünəməxsus Ģəkildə danıĢıb.  
- Bu gün siz də  sazbəndsiniz.  Onun düzəltdiyi sazı baĢqa  ustaların 
düzəltdiklərindən fərqləndirən nə idi, bunu bir sənətkar kimi necə izah 
edərsiniz? 
-  Bəzən  atamın  yanına  saz  gətirirdilər  ki,  usta,  bunun  simini  dəyiĢ. 
Atam sazı əlinə götürüb similərini dəyiĢməzdən əvvəl ona əl gəzdirərdi. 
Bir də görürdün ki, sazın sinəsini azca yuxaldır, yaxud baĢqa bir hissəyə 
əl gəzdirir, sonra simləyib sahibinə qaytarırdı. Bütün bunları söhbət edə-
edə  elə  ustalıqla  edərdi  ki,  sazın  sahibi  heç  baĢa  düĢməzdi.    Demək 
istəyirəm  ki,  saz  düzəltməyin  çox  incəlikləri  var.  Gərək  hər  Ģey  yerli-
yerində olsun.  
Atam  hər  materialdan  saz  düzəltməzdi.  Tut  ağacı  üçün  Azərbaycanı 
qarıĢ-qarıĢ  gəzər,  hətta  qonĢu  Gürcüstana,  Dağıstana  da  gedərdi.  Hara 
getsə  ilk  növbədə  tut  ağacı  ilə  maraqlanardı.  Özü  də  ağacdan  baĢı  elə 
çıxardı ki, uzaqdan baxandaca bilərdi ki, bu ağacın çürüyü varmı, ondan 
nə  çıxar.  Hətta  bəzən  səhər  yuxudan  durub  deyirdi  ki,  gecə  yuxuda 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
84 
görmüĢəm  ki,  məsələn,  Qazaxın  filan  kəndində  yaxĢı  tut  ağacı  var,  o 
kənddəki dostumgilə gedək, görək düzdürmü? Gedib görərdik ki, atamın 
yuxuda gördüyü doğrudur.  
 
 
-  Deyirlər,  ustad  övladı  Ģəyird  olmaz  və  siz  də  sazbəndsiniz.  Ailədə 
atanızın sənətini daha kim davam etdirir? 
-  Biz  üç  qardaĢıq.  Üçümüz  də  atamızdan  bu  sənəti  mükəmməl  mə-
nimsəmiĢik.  Mənim  əsas  məĢğuliyyətim  sazbəndlikdir.  O  biri  qardaĢla-
rım  isə  baĢqa  sahədə  çalıĢsalar  da,  boĢ  vaxtlarında  gəlib  mənə  kömək 
edirlər. Mənim oğlum da babasının yolunu davam etdirir. 
- Siz özünün necə ildir ki, bu sənətlə məĢğulsunuz? 
- Ġlk sazımı səkkizinci sinifdə oxuyanda düzəltmĢəm. Artıq o vaxtdan 
30 ildən artıq vaxt keçir. 
-  Sazbənd  olmağı  atanız  məsləhət  gördü,  yoxsa  özünüz  bu  peĢəni 
seçdiniz? 
- Atam məsləhət gördü. Çünki ona yuxusunda demiĢdilər ki, bu sənət 
sizin  ocağa  əbədilik  verilir,  ocağınızın  ruzusu  bu  sənətdən  gələcək.  Bu 
sənəti öz nəslinə ötürərsən. Buna görə ağlım kəsəndən mən də bu sənətlə 
məĢğulam. Atam  rəhmətə  gedəndə  vəsiyyət  elədi ki,  siz də  bu sənəti öz 
övladlarınıza öyrədin. Oğlum Niyaməddin artıq öyrənib. 
Allaha çox Ģükür ki, atamın vəsiyyətinə əməl etmiĢik. Bu gün demək 
olar ki, Türk dünyasının hər yerindən bizə müraciət edənlər olur.  
- Ġlk saz düəzltdiyin günü necə xatırlayırsan? Onu atana göstərəndə 
necə qarĢıladı? 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
85 
-  Bayaq  da  dediyim  ki,  ilk  dəfə  səkkizinci  sinifdə  oxuyanda  saz  dü-
zəltmiĢəm. Hər ağacdan yaxĢı saz düzəltmək mümkün deyil. Gərək iĢlə-
dəcəyin ağac materialı keyfillyət baxımından yaxĢı olsun, rəngləri də ey-
ni olsun ki, düzəltdiyin sazın hər hissəsi bir rəngdə olmasın. Bu səbəbdən 
bəzən  hətta  bir  yaxĢı  saz  düzəltmək  üçün  on  saz  düzəldilə  biləcək  ma-
terial  iĢlətməli    olursan.  Ona  görə  də  atamın  emalatxanasında  olan  ən 
yaxĢı  materiallardan  istifadə  etmiĢdim.  Düzü,  üzümə  heç  nə  deməsə  də, 
hiss edirdim ki, atam onun ürəyincə olacaq saz düzəldə biləcəyimə o qə-
dər də inanmır, iĢlətdiyim materialları zay edəcəyimi düĢünürdü. Amma 
inadla  iĢimə  davam  etdim  və  gözəl  bir  saz  düzəldə  bildim.  Atam  ilk  əl 
iĢimi bəyəndi və sonradan həmin sazı satanda pulunu da mənə verdi ki, 
get özünə yaxĢı əyin-baĢ al.   
-  Atanız  bir  ustad  sənətkar  kimi  sizə  ən  çox  nəyi  tövsiyə  edir,  saz 
düzəldərkən daha çox nəyə diqqət yetirməyi tapĢırırdı? 
- Ən birinci tapĢırığı, tövsiyyəsi o idi ki, heç zaman pula görə əlinizin 
iĢini  korlamayın,  heç  vaxt  sənəti  pulnan  ölçməyin.  Deyərdi  ki,  bəzən 
kiminsə imkanı olmayıb iĢinizə dəyərindən az pul ödəsə də, eybi yoxdur, 
bunun əvəzini Allah baĢqa yerdən yetirər.  
Atam  özü  də  heç  vaxt  əlinin  iĢinə  haram  qatmaz,  biri  az  pulu  verib 
deyə, onun iĢinə barmaqarası yanaĢmazdı.  
- YaxĢı saz düzəltmək üçün vacib olan birinci Ģərt nədir? 
-  YaxĢı  saz  düzəltmək  üçün  yaxĢı  iĢ  Ģəraiti,  lazımi  alət  və  avadan-
lıqlar və bir də təbii ki,  yaxĢı material olmalıdır. Usta gərək hər Ģeydən 
əvvəl iĢlədəcəyi ağac materialını seçə bilsin, hər ağacdan saz düzəltmə-
sin.  Yəni  yaxĢı  sənətkar  əvvəlcə  materialı  seçməyi  bacarmalı,  sonra  iĢə 
baĢlamalıdır.  Bu  da  ustadan  böyük  qabiliyyət  tələb  edir.  Usta  ağaca 
baxanda bilməlidir ki, bu ağacdan nə çıxar. Bilməlidir ki, bu ağac güney-
də  (dəmyə  yerdə)  bitib,  yoxsa  quzeydə  (sulu  yerdə).  Bunların  möhkəm-
liyində və çəkisində fərq olur. Əlbəttə, dəmyə yerdə bitən ağac daha yax-
Ģıdır. Sazın çanağında istifadə ediləcək taxtada bunlar mütləq nəzərə alın-
malıdır. Amma bəzən görürsən ki, mən də sazbəndəm deyən biri hansısa 
ustadın düzəltdiyi sazı götürüb yüzdə yüz hər Ģeyi (taxtanın qalınlığını və 
s.)  eynilə  təkrarlayır.  Daha  nəzərə  almır  ki,  bu  ağac  hansı  mühitdə 
böyüyüb,  onun  taxtasının  möhkəmliyi,  çəkisi  necədir...  Yəni  müxtəlif 
ağaclardan  taxtanı  eyni  qalınlıqda  yonmaq  olmaz.  Məsələn,  quzeydə 
bitən  ağacdan  alınan  taxta  güneydə  bitənə  ağacınkına  nisbətən  nazik 
olmalıdır. Ağacın yaĢından da çox Ģey asılıdır. Ağacın yaĢı nə qədər çox 
olarsa,  o  qədər  yaxĢı  saz  alınır  ondan.  Atam  saz  düzəldərkən  istifadə 
etdiyi tut ağacının yaĢı ən azı 80-100 olardı. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə