Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
86 
-  Bəs,  saz  düzəldərkən  istifadə  olunan  qoz  ağacında  nəyə  diqqət 
yetirilməlidir? 
- Qoz ağacında da tutda olduğu kimi, ağacın quzeydə, yaxud güneydə 
bitməsinə  diqqət  yetirilməlidir.  Güneydə  bitən  ağac  yaxĢı  qaralır, 
qurutduqdan  sonra  istədiyin  formada  qalır.  Quzeydə  bitən  ağaclar  isə 
sulu  olduğundan  yaxĢı  qaralmır,  əyilməyə  meylli  olur.  Adicə  barmağın 
tərindən canına su çəkir.  
Bir də gərək ağac yazda torpaqdan canına su çəkməmiĢ kəsilsin.  
- Yeri gəlmiĢkən, sazın çəkisi normalda nə qədər olmalıdır? 
-  Təmiz  qara  sazın  normal  çəksi  onun  ölçülərindən  asılı  olaraq  700 
qramdan  1.100  qramadək  olur.  Balaca  sazın  çəkisi  isə  300-400  qram 
olmalıdır.  
-
 
Bu sənəti seçdiyinizə görə peĢman deyilsiniz ki? 
-
 
Allah  eləməsin!  Ellərimiz  var  olsun!  Heç  bir  narazılığımız  və 
narahatçılığımız yoxdur. 
-
 
Sabənd  kimi  hansı  çətinliklərlə  üzləĢirsiniz?  Bu  sənətlə  ailəni 
dolandırmaq mümkündürmü? 
-
 
Pis  deyil,  dolanırıq.  Həm  atamızın  sənətini  yaĢadırıq,  həm  də, 
Ģükür  Allaha,  dolanıĢıq  çıxır.  Ellərimiz  var  olsun,  hər  yerdə  bu  sənətə 
qayğı var. Dövlətin qayğısı isə bizi daha da ruhlandırır. Yeri gəlmiĢkən 
qeyd  edim  ki,  hələ  1978-ci  ildə  atam  ulu  öndərimiz  Heydər  Əliyevlə 
görüĢmüĢdü. Ġki il bundan əvvəl isə Novruz Ģənliklərində mən möhtərəm 
prezidentimiz cənab ilham əliyevlə görüĢdüm.  
Narahatlığımız isə əsasən emalatxana sarıdandır. Doğrudur, pis-yaxĢı 
emalatxanamız  var.  Amma  elə  sazbəndlər  də  var  ki,  heç  bu  da  yoxdur, 
yaĢadığı  mənzilin  bir  otağından  emalatxana  kimi  istifadə  edir.  Arzumuz 
budur ki, Ģəhərin mərkəzində sazbəndlər üçün emalatxana-dükan açılsın. 
Bu,  həm  də  sənətin  təbliği  deməkdir.  Axı,  paytaxtımıza  dünyanın  hər 
yerindən  qonaqlar  gəlir  və  onların  əksəriyyəti  Ģəhərimizin  daha  çox 
qədimi  yerlərini  görmək  istədikləri  kimi,  həm  də  milli  musiqi 
alətlərimizə  böyük    maraq  göstərirlər.  Əgər  belə  bir  emalatxana 
yaradılarsa, ölkəmizin qonaqları və yerli sakinlər tez-tez bura baĢ çəkər, 
iĢimizlə tanıĢ olub bəyəndikləri sazı da alarlar.  
Harda  saz  var,  aĢıq  varsa  orda  usta  Xudunu  yaxĢı  tanıyırlar.  Hətta 
Amerika,  Ġngiltərə,  Almaniya,  Fransa  və  digər  ölkələrdən  gəlib  bizim 
sənətlə maraqlananlar olur.  Ġndi bir anlığa təsəvvür edin, hanısısa xarici 
ölkədən  gəlmiĢ  bir  qonağın  ürəyindən  keçir  ki,  saz  emalatxanasına,  saz 
dükanına da baĢ çəksin. Bu zaman onları hara aparaq? 
Son  illərdə  aĢıq  sənətinə  dövlət  səviyyəsində  qayğı  və  diqqətin 
artırılması,  Xalq  Ģairi  Z.Yaqubun  AAB-yə  sədr  seçilməsindən  sonra  bu 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
87 
qurumun  fəaliyyətinin  canlanması  bizdə  belə  bir  inam  yaradır  ki,  bu 
istəyimiz də reallaĢacaq. 
Son illər aĢıq sənətinə meylin güclənməsi göz önündədir. Təbii ki, 
bu  sənətə  marağın  güclənməsi  həm  də  saza  tələbatın  güclənməsi  de-
məkdir.  Bəs,  gənclər  arasında  sazbənd  olmaq  istəyənlər  necə,  çoxa-
lıbmı? 
-  Sazbəndlər  çoxdur.  AĢıq  sənətinin  daha  geniĢ  yayıldığı  bölgələrin 
hamısında  sazbəndlər  var.  Amma  yeniyetmələr  arasında  meyl  sazbənd-
likdən çox, ifaçılığadır. ġəxsən mənə müraciət edən olmayıb ki, övladıma 
sazbəndlik öyrət. 
- Sənətin bu günkü durumu sizi qane edirmi, sabahını necə görür-
sünüz? 
-  Bu  gün  aĢıq  sənəti  çox  böyük  inkiĢaf  yolundadır.  Ġndi  aĢıqlarımız 
tez-tez xarici  ölkələrdə  keçirilən beynəlxalq  festival  və  digər tədbirlərdə 
uğurla  çıxıĢ  edirlər.  Elə  mən  özüm  də  iki  il  bundan  əvvəl  düzəltdiyim 
sazlarla Türkmənistanda keçirilən beynəlxalq sərgidə iĢtirak etdim. 
M.Əliyevanın muğam kimi, aĢıq sənətinə də böyük qayğı göstərməsi 
də öz bəhrəsini verməkdədir.  
- Usta Xudunun oğlu olmaq sizin üçün nə deməkdir? 
-  Usta  Xudunun  oğlu  olmaq  üzərimizə  böyük  məsuliyyət  qoyur.  O 
adın  ucalığını  qorumağı,  onun  adına  layiq  yaĢamağı  və  iĢləməyi  tələb 
edir.  
 
Müsahibəni apardı:  
Musa  NƏBĠOĞLU 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
88 
 
 
 
 
 
   Təranə VAHĠD 
 
 
 
 
 
 
 
USTADLAR USTADI DĠRĠLĠ QURBANĠ 
    
 
 
Əzizim Diri dağı, 
Duman, gəl, bürü dağı. 
Xudam bir körpü salıb, 
Arxası Diri dağı.  
 
500  ildən  çoxdur  ki,  xalq  ruhuna  yaxın  olan  Qurbani  irsini,  Qurbani 
izlərini  sevə-sevə  yaddaĢında  yaĢadır.  500  ildən  çoxdur  ki,  Qurbani 
haqqında rəvayətlər, əfsanələr xalqın yaddaĢında zaman-zaman cücərib boy 
atır.  
Mirzəlixan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci 
ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının 
döĢündəki  Diri  kəndində  anadan  olmuĢ,  bu  kənddə  böyümüĢ,  sonralar 
Ģeirlərində dəfələrlə doğma yurdunu xatırlatmıĢdı.  
 “Ġsmim  Qurbanidir,  kəndim  Diridir...”  -  deyən  el  sənətkarı  baĢqa  bir 
Ģeirində kimliyini belə ifadə edir: 
 
 “Dirili Qurbanın ərzi-halını 
Yalvara-yalvara yara deyərsən”. 
 
ġairin əsl adı Qurban olmuĢ, ġah Ġsmayıl Xətai ilə tanıĢlığa qədər “Dirili 
Qurbani”  kimi tanınsa  da,  saray  mühitinə  düĢəndən  sonra  o  dövrün ənənə-
sinə görə Ģair Qurbani təxəllüsünü qəbul etmiĢdir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə