Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
75 
Ġlaxır çərĢənbədə sübh tezdən evin damına bir ovuc buğda atılar. Belə 
etdikdə, inama görə il bolluq olar, evin bərəkəti artar.  
Ġlaxır çərĢənbədə ov tüfəngindən havaya güllə atarlar ki, tüfəng çillə-
dən çıxsın. Belə etməsən tüfəng çillədə qalar, il boyu onunla ov ovlamaq 
olmaz. Güllə həmiĢə ovdan yan keçər.  
Ġlaxır  çərĢənbədə  biĢirilib  boyanılmamıĢ  yumurtanı  yük  dolabının 
altına,  taxça-rəfəyə  qoyarlar.  Yumurtanın  yanına  qırmızı,  qara  rəngli 
boyalar da qoyulub niyyət tutular. Həm də deyərlər:  
 
Xıdır Nəbi, Xıdır İlyas,  
Yumurtanın üstünü yaz.  
Ürəyimdə diləyim var,  
Nə yazırsan qırmızı yaz.  
 
Sabahısı durub baxarmıĢlar. Əgər yumurtada təsadüfən qırmızı boyalı 
xətlər, iĢarələr varsa, deməli iĢlər uğurlu olacaq.  
Sözsüz ki, ilaxır çərĢənbə ilə bağlı mərasim ayinlərinin, xalq inamla-
rının sayını çoxaltmaq çətin deyil. Amma həqiqət olan budur ki, bu deyi-
lənlərin  hamısı  bilavasitə  təbiətin  bütövlükdə  oyanması,  canlanması 
bayramı  olan  Novruzla  bağlıdır.  Xalqımız  bütün  zamanlarda,  sosializm 
yasaq  istisnasını  nəzərə  almasaq,  bu  bayramı  təntənəli  mərasimləri  ilə 
birlikdə qeyd etmiĢdir. Ġlsonu çərĢənbələrdə olduğu kimi, Novruz bayra-
mı axĢamında da tonqal yandırılır, ailə üzvləri tonqalın üstündən hoppan-
maqla köhnə ilin ağırlığından çıxırlar.  
Novruz  bayramı  tonqalı  qonĢular  tərəfindən  yaslı,  təziyəli  olanların 
da  həyətlərində  yandırılır.  Çünki  bu  bayram  onlar  üçün  “qara  bayram” 
sayılır.  Buna  görə  də  qonĢular  belə  həyətlərdə  Novruz  tonqalı  yandır-
maqla təziyəli adamları yasdan çıxarırlar. Yeni ilə qəmli, kədərli getmək 
olmaz.  
Novruz bayramı tonqalında üzərlik yandırmaq adəti də vardır. Tonqal 
sönənə  yaxın  odun  içinə  üzərlik  atıb  deyirlər:  “Ocağıma  əyri  baxarın 
gözləri partlasın, özü yanıb çatlasın”.  
Novruz  bayramının  sayılan  adətlərindən  biri  də  qurĢaqsallama,  pa-
paqatmadır.  QurĢaqsallamada,  papaqatmada  “Xıdır  Nəbi”  mərasimində 
olduğu kimi, daha çox uĢaqlar, yeniyetmələr, cavanlar iĢtirak edirlər. On-
lar  qaranlıq  düĢəndə  evlərin  bacasından  (əski  çağlarda  evlərin  damı  tor-
paqla örtülür və evin içinə baca qoyulurdu) qurĢaq – Ģal sallayır, qapıdan 
evin içinə papaq, dəsmal atırlar. Evdə olanlar da gələnləri qovuğa, bay-
ram  Ģərəfinə  qırmızı,  yaĢıl  rənglərlə  boyanılmıĢ  yumurta,  alma,  armud, 
ərik, gavalı qurusu, qoz, fındıq, Ģabalıd, cürbəcür biĢmiĢ və Ģirniyyat payı 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
76 
ilə  yola salırlar. QurĢaqsallama adətinin  bir xüsusiyyəti ən  yaxĢı  Ģəkildə 
M.ġəhriyarın “Heydər babaya salam” poemasında təsvir olunub:  
 
Bayram idi gecəquşu oxurdu
Adaxlı qız bəy corabın toxurdu.  
Hər kəs şalın bir bacadan soxurdu
Ay nə gözəl qaydaydı şal sallamaq,  
Bəy şalına bayramlığın bağlamaq.  
Şal istədim mən də, evdə ağladım, 
Bir şal alıb tez belimə bağladım.  
Qulamgilə qaçdım, şalı salladım,  
Fatma xala mənə corab bağladı,  
Xan nənəmi yada salıb ağladı.  
 
Novruz bayramı gecəsində qurĢaqsallamanın bir maraqlı məqamı da 
vardı. Ġstək, sevgi gecəsi də adlanan bu gecədə cavan oğlanlar sevdikləri 
qızlar olan evlərin bacalarından salladıqları qurĢağın ucuna öz cib yaylıq-
larını da bağlayırlar. Qız və qızın valideynləri o saat mətləbi baĢa düĢür-
lər. Əgər bu iĢə razılıq varsa, yaylığı qurĢaqdan açıb qızın qoluna bağla-
yırlar.  Yox,  əgər  razı  deyillərsə,  yaylığı  bayram  nemətləriylə  bərabər 
qurĢağa bənd edib geri qaytarırlar.  
NiĢanlı qızlara bayrampayı  aparmaq da Novruzun tanınan adətlərin-
dəndir. Düzdür, digər bayramlarda da oğlan evindən niĢanlı qız üçün sov-
qat aparırlar. Amma, bu, Novruz bayramında daha təmtəraqlı, sovqatların 
sayı  da  çox  olur.  Həm  də  cəhd  edilir  ki,  bu  sovqatların  arasında  acılıq 
gətirən  nəsnələr  olmasın.  Belə  etməsən  deyərlər  ki,  qız  gəlin  gələndən 
sonra acıdil olar.  
Novruz  bayramı  axĢamlarında  köhnə  ilin  tamam  olması  və  təzə  ilin 
baĢlamasına bir neçə saat  qalmıĢ  bayram  süfrəsi  açılır. Bu süfrə, uyğun 
olaraq, həm “təhvil süfrəsi”, həm də “yeni il süfrəsi” adlanır. Ġstər ilaxır 
çərĢənbə,  istərsə  də  Novruz  süfrəyə  “löyün”,  “ləvin”,  “yeddilöyün”, 
“yeddiləvin”,  hətta  “yeddisin”  də  deyilir.  Süfrənin  belə  adlanması  da 
səbəbsiz deyil. Bu süfrəyə adətən yeddi adda yer-yemiĢ, nemətlə düzülür. 
Həm  də  bunların  adı  “s”  hərifi  ilə  baĢlanmalıdır.  Su,  səməni,  sünbül, 
sumaq, suluq, soğan, sarımsaq. Əlbəttə, adları göstərilənlər Azərbaycanın 
hər yerində eyni cür olmur. Elə Ġranda da bu adlar fərqli Ģəkildədir və on-
ların “Yedisin” adlandırdıqları bunlardır: “səbas” (sünbül), “sib” (alma), 
“sancəd” (çaytikanı), “sif” (sarımsaq), “sirke” (sirkə), “sumaq” (sumaq), 
“səmənu” (səməni).  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
77 
Bəzi  qaynaqların  verdiyi  xəbərə  görə,  ərəb  xilafətinin  yurdumuza 
basqınlarından qabaq Ġlaxır çərĢənbə və Novruz süfrəsinə düzülənlər “s” 
yox, “Ģ” ilə baĢlayırmıĢ və “yeddiĢin” adlanırmıĢ. Bu nemətlərdən biri də 
”Ģ”  hərfi  ilə  baĢlanan  “Ģərab”  imiĢ.  Ġslam  dini  Ģərabı  haram  buyurdu-
ğundan “YeddiĢin” “Yeddisin” olmuĢdur.  
Novruz bayramı süfrəsində səməninin çevrəsinə ailə üzvlərinin adına 
düzülmüĢ Ģamlar yandırılır. Cəhd olunur ki, süfrənin künc tərəfində kim-
sə oturmasın. Etiqada görə, evin, ocağın ölənlərinin ruhları da bu axĢam 
gəlib küncdən yaxınlaĢaraq süfrədəki nemətlərdən dadırlar.  
Novruz bayramı gecəsinin sabahısı da axar su üstünə gedilir, ayinlər 
icra edilməklə köhnə ilin ağırlığından xilas olurlar. AxĢamdan boĢ saxla-
dıqları qabları da yeni il suyu ilə doldurub gətirirlər. Bu sudan evdə qa-
lanların, pal-paltarın, yorğan-döĢəyin, həmçinin  mal-qaranın, bağ-bağça-
nın,  əkinəcək  yerlərin  üstünə  də  səpirlər.  Bununla  da,  il  boyu  özlərinin 
sağlam-salamat  olacaqlarına,  bağ-bağatın,  mal-qaranın  məhsuldarlığına  ina-
nırlar. Ġnanırlar ki, oğul-uĢaq böyütmüĢ qadın hamıdan tez gedib yeni il suyu 
gətirsə, bu sudan uĢağı olmayanlara içirsə onlar da övlad anası olarlar.  
Novruz bayramı günündən baĢlamıĢ on-on iki gün müddətində dost-
tanıĢ, qohum-əqrəba bir-birinin evinə bayramlaĢmağa, təbrikə gedər, bay-
ram sovqatı apararlar. Əvvəllər küsülü olanlar bu günlərdə mütləq barıĢ-
malıdır. Yeni ildə kin-küdurət aradan götürülməlidir.  
Novruz bayramı günlərində Novruz Ģərəfinə açılmıĢ süfrə də həmiĢə 
açıq  qalmalıdır.  Süfrə  yığıĢılanda  saralmıĢ  səməni  tullanmaz.  O,  axar 
suda axıdılar və arxasınca Ģirni-nabat atılar. Belə etdikdə, deyərlər ki, il 
bolluq olar, evin bərəkəti artar.  
Beləliklə,  Novruz  bayramı  yazın,  yeni  təsərrüfat  ilinin  baĢlanmasını 
bildirməklə bərabər, həm də ümummilli, ümumxalq, ümumdövlət sevinc, 
Ģadlıq,  əmin-amanlıq,  bərəkət  bayramına  çevrilir.  Məsələnin  məhz  bu 
mahiyyətini  dəyərləndirən,  Novruz  bayramının  xalqımızın  mənəvi  var-
lığında  böyük  rolunu  yüksək  qiymətləndirən  Heydər  Əliyev  demiĢdir: 
“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə 
verdiyi ən gözəl yadigar olub,  Azərbaycan xalqının milli ruhunu, yadda-
Ģını, onun daxili aləmini bütün zənginliyi ilə yaĢadır. Təbiətin oyanıĢının, 
varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı, ən qə-
dim zamanlardan bəri həyat və məiĢətimizə daxil olmuĢ, insanlara aydın 
və iĢıqlı sabaha, xoĢbəxt gələcəyə inam duyğusunu bəxĢ etmiĢdir...  
Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi 
artıq  müstəqil  Azərbaycan  üçün  bu  bayramdan  əziz  bayram  ola  bilməz. 
Ona  görə  də  bu,  bizim  xalqımızın  hamısını  eyni  dərəcədə  həm 
sevindirməlidir, həm həvəsləndirməlidir, həm də birləĢdirməlidir”.       


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə