Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
66 
Kimliyi barədə hələ də mübahisələr səngiməyən ġumerlər haradan bi-
liblər  ki,  bir  vaxt  gələcək  türklər  Ərkənəkondan  xilas  olduqları  günü 
Novruz  bayramı  olaraq  qeyd  edəcəklər?  Yoxsa buna  görə  özləri  qabağa 
düĢüb Sərt keçiddən çıxanların Ģərəfinə onların özlərindən də çox-çox əv-
vəl  Novruz  bayramını  “Yeni  gün”,  “Yazın  ilk  günü”  adlarıyla  qeyd  et-
miĢlər.  Hətta  unudulmasın  deyə  bunu  özlərinin  “BilqamıĢ”  dastanında 
xatırlatmıĢlar?  
Bəli, ola bilsin  ki,  türklər məhz həmin gün  çətin  dağ keçidindən ke-
çiblər. Ġstənilən qədər, bəlkə Ərkənəkon əhvalatından çox hadisələr Nov-
ruz bayramı gününə təsadüf oluna bilər. Bu o demək deyil ki, həmin gün 
Novruz adlansın. Eyni fikri CəmĢid, yaxud bu kimi baĢqa adlarla bağlı da 
demək olar.  
Sözsüz ki, Novruz, eləcə də digər bayramların xüsusilə hökmdarlara, 
misal  üçün  Kəyumərsə,  CəmĢidə  aid  edilməsi  cəhdi  bilavasitə  “ədalətli 
Ģah”, “ədalətli hökmdar” istəyi problemindən irəli gələn məsələdir. Qay-
naqlardan öyrənirik ki, dünyada ilk hökmdar sayılan Kəyumərs insanlara 
nemət paylayan, CəmĢid isə mədəniyyət gətirməklə bərabər, xəstəliklərin 
qarĢısını almağa çalıĢan hökmdar olaraq tanınmıĢlar. Çox güman ki, bu-
nun özü də bir əfsanədir. Ġnsanların arzu, ümidlərini həmin hökmdarların 
Ģəxsində ifadə etməkdən baĢqa bir Ģey deyil. Olsun ki, bu adlar heç tarixi 
adlar  da  deyil.  Belə  ki,  “ZərdüĢtiliyin  dini  kitabı  sayılan  “Avesta”da 
Kəyumərsin qədim Ġran adı “Qayəmərdan”, yəni “ölümə məhkum canlı”, 
baĢqa  sözlə,  “insan”  idi.  Sonralar  bu  ad  “Qayəmərd”,  “Kəyumərs” 
Ģəklinə düĢmüĢdür”. 
Novruz bayramı barədə ġərq müəlliflərinin fikirləri də az deyil. Am-
ma olanların çoxluğunda məsələyə sami etiqadları baxımından yanaĢıldı-
ğı  üçün  tarixi  həqiqət  ortada  qalmamıĢdır.  Misal  üçün,  “Bürhane-Qa-
te”nin “cənab həqq aləmi və Adəmi ol gündə (Novruz günündə) xəlq elə-
di” deməsi “Tövrat”ı andırır. Halbuki, qədim Azərbaycan “Tövrat” fəlsə-
fəsinə tamamilə yabançıdır”. 
Novruz bayramına dini don geyindirməyə, onu gah ZərdüĢtiliklə, gah 
da islamiyyətlə əlaqələndirməyə cəhdlər də az olmayıb.  
Düzdür,  Novruz  bayramının  məntiqi  fəlsəfəsində  ZərdüĢtiliklə  üst-
üstə  düĢən  məqamlar  var.  Belə  ki,  ZərdüĢt  fəlsəfəsi,  əsasən  xeyir-Ģər, 
iĢıq-qaranlıq,  isti-soyuq,  təbiətin  ölüb-dirilməsi  düĢüncəsini  özündə 
ehtiva  edir.  Və  bu  deyilənlər  elə  Novruz  bayramına  da  doğmadır. 
Bütövlükdə xeyirxahlıq fəlsəfəsi üzərində köklənən Novruz bayramında 
da isti-soyuq, təbiətin ölüb-dirilməsi motivi aparıcı mövqedə durur.  
Bəs fərq nədədir? Biz bilirik ki, Novruz bayramının özündə və onun 
çərĢənbələrində ən geniĢ yayılmıĢ mərasimlərdən biri tonqal qalamaqdır. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
67 
Bu  vaxt  odun  üstündən  hoppananlar  “ağırlığım-uğurluğum”,  “azarım-
bezarım  tökül”  deyirlər.  ZərdüĢt  dininə  görə  isə  od  müqəddəs  hesab 
olunmuĢ, ona sitayiĢ edilmiĢ, odu üfürməklə söndürmək (atəĢpərəstlikdə 
insan  nəfəsi  pak  sayılmamıĢdır.  Hətta  kahinlər  də  od  qarĢısında  üzü  ör-
tüklü durarmıĢlar ki, nəfəsləri oda toxunmasın) bağıĢlanmaz günahlardan 
sayılmıĢdır. Belə olduqda atəĢpərəst dinində olan kəslər heç vəchlə mü-
qəddəs odun üstünə “azar-bezar”larını tökməyə cəsarət etməzlər. Deməli, 
buradan  belə  bir  həqiqət  ortaya  çıxır  ki.  “...mərasimdə  odun  müqəddəs-
liyinə  yox,  azar-bezarı  yandırıb  məhv  etmək  qüdrətinə  malik  əlamətlər 
yaĢamaqdadır. BaĢqa sözlə deyilsə, bu mərasim atəĢpərəstlikdən çox-çox 
qədimdir.  O  dövrdə  od  müqəddəsləĢdirilib  məbud  dərəcəsinə  qaldırıl-
mamıĢdı”.   
Bundan  savayı,  bəlli  olduğu  üzrə,  odla  yanaĢı,  mövcudiyyət  üçün 
baĢlıca  atributlardan  olan  suyu  da  atəĢpərəstlər  müqəddəs  bilmiĢ,  onu 
murdarlamağı günah saymıĢlar. Amma, bir qayda olaraq, həm ilaxır çər-
Ģənbədə,  həm  də  Novruz  bayramında  adamlar  sübh  tezdən  axar  su  üs-
tündən atlanmaqla “azar-bezarı”, “ağırlıq-uğurluğu” tökürlər. Göründüyü 
kimi, biz burada da elə oda olan münasibətin təzahürünü görürük.  
Novruz  bayramını  islam  dini,  islam  aləmi  ilə  əlaqələndirməyə  də 
cəhd  olunub.  Belələrinə  cavab  olaraq  Y.V.Çəmənzəminli  yazıb:  “Xalq 
özü yaratdığı bir adəti xaricdən gələn və qılınc zoru ilə tələqqi olunan bir 
etiqada  tərcih  edir.  “Biz  qılınc  müsəlmanıq”  deyən  bir  millətin  islamiy-
yətə  nə  qədər  yabançı  olduğunu  izah  etməyə  lüzum  görülmür  və  əsrlər-
dən bəri bütün  hücumlara rəğmən təntənə ilə keçirdiyi  adət  və  ayinlərin 
də nədən irəli gəldiyi aydın məsələdir”.  
Sözügedən  məsələ  ilə  bağlı  professor  M.H.Təhmasibin  dedikləri  də 
dəyərlidir:  “Ġslamiyyət  uzun  müddət  bu  bayramı  (Novruz  bayramını  – 
B.A.)  unutdurmağa  çalıĢmıĢ,  müvəffəq  ola  bilməyəcəyini  baĢa  düĢ-
dükdən sonra onu öz tarixi ilə əlaqələndirməyə, hətta dördüncü xəlifənin 
(Əlinin  –  B.A.)  xilafətə  keçməsi  ilə  bağlamağa  cəhd  etmiĢlər.  Lakin 
bunun sonradan qondarıldığı Ģübhəsizdir. Əvvələn, müsəlman bayramları 
qəməri  təqvimə  əsaslandıqları  üçün  ilbəil  öz  yerlərini  dəyiĢdirdikləri, 
yəni baĢqa-baĢqa vaxtlarda, baĢqa-baĢqa fəsillərdə icra edildikləri halda, 
Novruz sabit bir Ģəkildə ancaq və ancaq yazın birinci günü qarĢılanır. Elə 
buna  görə  də  islam  ruhaniləri  güzəĢtə  getməyə  məcbur  olduqdan  sonra 
belə,  bu  bayramı  özlərinin  əsl  bayramlarından  fərqləndirməyə  çalıĢmıĢ-
lar.  Hətta  məsxərəyə  qoyaraq  hörmətdən  salmaq,  təhqir  etmək  məqsədi 
ilə  onu  topal  bayram,  Ģikəst  bayram,  yəni  hərəkət  edə  bilməyən  bayram 
adlandırmıĢlar”.  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə