Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
56 
Xalq  Ģairi  Səməd  Vurğunun  anadan  olnasının  90  illik  yubileyi 
münasibətilə  keçirilən  tədbirdə  fəal  iĢtirakına  görə    AĢıq  Hacı  “ġah 
Ġsmayıl Xətai” adına Fəxri fərmanla təltif olunub.  
24-30  oktyabr  1992-ci  ildə  Türkiyənin  Konya  Ģəhərində  keçirilən 
Ümumtürk  aĢıqlar  müsabiqəsində  AĢıq  Hacı,  AĢıq  Mahmud,  Gülarə 
Azaflı  və  balabançı  Əkbər  Həsənovdan  ibarət  Azərbaycan  nümayəndə 
heyəti  iĢtirak  etmiĢ  və  27  oktyabrda  hər  iki  ustad  (AĢıq  Hacı,  AĢıq 
Mahmud) qızıl medala layiq görülmüĢlər. 
AĢıq  Hacı  Göyçəli  2002-ci  ildə  “Koroğlu  dastanı”  əsasında  çəkilən 
“Koroğlu” filmində aparıcı aĢıq rolunda çəkilmiĢdir.  
1988-ci  ildə  erməni  təcavüzünə  məruz  qalan  azərbaycanlılar  Qərbi 
Azərbaycandan,  eləcə  də  Göyçədən  vəhĢicəsinə  sıxıĢdırılıb  çıxarıldığı 
vaхt AĢıq Hacı da ailəsi ilə birlikdə ġəmkir rayonunun Çənlibel kəndində 
məskunlaĢmıĢdır. O, burada da sənətini davam etdirmiĢ, dəfələrlə televi-
ziya və radioda çıxıĢlar etmiĢdir. AĢıq Hacı ifaçılıqla bərabər, həm də ya-
radıcı  aĢıqdır,  bədii  yaradıcılıqla  məĢğul  olmuĢdur.  Onun  yaradıcılığını 
əsasən  iki  hissəyə  ayırmaq  olar.  Bunlardan  birincisi  Göyçədə  yazılan 
gözəlləmələr, təbiət qoĢquları və ustadnamələrdirsə, ikincisi məlum hadi-
sələrdən sonrakı vətən həsrətli, yurd nisgilli Ģeirlərdir. 
AĢıq  Hacı  Göyçəlinin  həyatı  və  yaradıcılığı  haqqında  yazarlarımız 
mütəmadi  olaraq  publisitik  məqalələrlə,  Ģeirlərlə  dövrü  mətbuatda 
çıxıĢlar etmiĢlər.  Ustad aĢığın 2008-ci ildə “Mənim sazlı, sözlü dünyam” 
adlı  ilk  kitabı  iĢıq  üzü  görmüĢdür.  Kitabda  37  qoĢma,  17  gəraylı,  4 
divani, 4 müxəmməs olmaqla 62 Ģeir, 10 bayatı, 4 qaravəlli və 1 dastan 
çap olunmuĢdur. Kitabda AĢıq Hacıya həsr olunmuĢ məqalələr və Ģeirlər 
də diqqəti cəlb edir. 
Azərbayan  aĢıq  sənətinin  görkəmli  nümayəndəsi  AĢıq  Hacı  80 
yaĢının  tamamına  düz  bir  ay  qalmıĢ,  22  may  2011-ci  ildə  vəfat  etdi. 
Böyük sənətkar ġəmkir rayonunun Çənlibel kəndində dəfn olundu. 
Bəli,  AĢıq  Hacı  da  köçdü.  Onun  sazlı-sözlü  dünyası  ürəklərdə  yurd 
saldı. 
 
Xalq  Ģairi,  AAB-nin  sədri  Zəlimxan  Yaqub  baĢda  olmaqla 
Azərbaycan AĢıqlar Birliyinin Ġdarə heyətinin üzvləri  ustad aĢıq  
 
HACI  BAYRAMOVUN 
 
vəfatından  kədərləndiklərini  bildirir  və  mərhumun  ailəsinə  dərin 
hüznlə baĢsağlığı verirlər. 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
57 
 
 
 
 
 
 
Hacı BAYRAMOV 
 
 
DÜNYADA         
 
Unutmaram, heç vaxt çıxmaz yadımdan, 
Ustadın söhbəti, sazı dünyada. 
Ustadla Ģəyirtdə olar məhəbbət, 
Kəsərmi ustadın nazı dünyada? 
 
Nə desə, ustada demiĢəm bəli, 
Odur sənətimin sütun, təməli. 
Cəmi ustadların ustadı Əli, 
XoĢ gəlib Novruzu, yazı dünyada. 
 
Usta Ģəyirdinə bağıĢlar tacı, 
Deyər - bir aĢığa verməynən bacı. 
Bir gün də ustadtək sayılar Hacı, 
YaĢayar söhbəti, sözü dünyada. 
 
 
DEYĠRLƏR 
 
Atalardan bir misal var, əzizim, 
“Namərd körpü salsa keçmə”, - deyiblər. 
Su yerinə sənə versə də Ģərbət, 
Əlinnən alıban içmə, - deyiblər. 
 
Paxıl adam hey girəcək qəsdinə, 
Bədnəzərdi, kəm baxacaq tüstünə. 
Namərd qeyrətlənib gəlsə üstünə, 
Onu mərd igiddən seçmə, - deyirlər. 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
58 
 
Hacı, sən də bacar düĢmə kəməndə, 
Min fitnə var, hər üzünə güləndə. 
Nadan qapısında dursan köhləndə, 
Tutsa üzəngidən, düĢmə, - deyiblər. 
 
 
 
 
QOCALANDA 
 
AĢıq sazın qoya yerə, 
Saz çalmaya qocalanda. 
Adı düĢər tarixlərə, 
Təmiz adnan ucalanda. 
 
Ürəyimdə bir arzu var
Çiçək açsın bağça bağlar, 
Cavan qalar bil, sənətkar,  
El, obadan güc alanda. 
 
Yada düĢər ötən çağlar
Gen dərələr, uca dağlar. 
Göy dil deyib, bulud ağlar, 
Hacı vaxtsız qocalanda. 
 
 
           
BƏNZƏR 
 
Ġlahidən xəlq olubdur, 
QaĢların da yaya bənzər. 
Biri səhər doğan gün tək
Biri təzə aya bənzər. 
 
Ötən günlər soraqlanar,  
Qəlbim yüz yerdən oxlanar. 
Ağlama, sinəm dağlanar, 
Göz yaĢlarım çaya bənzər. 
 
Əlində durubsan Ģana, 
Tellərin tökülüb yana. 
Hacı vursun təziyana, 
Hər havası toya bənzər. 
 
 
 
 
GÖYÇƏ 
 
El səni unudar çətin
HəmiĢəlik qalan Göyçəm. 
Çox sevirdin mehmanı sən, 
Niyə oldun talan, Göyçəm? 
 
Gələn Ģair Ģeir yazdı, 
O təriflər sənə azdı. 
Sənətin Ģeirdi, sazdı, 
Çox ustadı olan Göyçəm. 
 
Hacı deyər vətənimsən, 
Üryan qalsam, kəfənimsən. 
Nemət verdin, nəfəsimsən, 
Niyə oldun yalan, Göyçəm. 
 
 
OLMASA  
 
AĢıq necə coĢa gəlsin,  
Sinəsində saz olmasa. 
Oxuyarmı Ģeyda bülbül, 
Bahar gəlib, yaz olmasa. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
59 
 
Gəlsə bəxtimin əzəli, 
Mətləbin haxdan düzəli. 
Sevmək olmaz hər gözəli, 
Onda iĢvə, naz olmasa. 
 
Hacıyam, deyim dərdimi,  
Kim çəkər mən çəkdiyimi. 
Əzizlənməz sona kimi, 
Göldə süzən qaz olmasa. 
 
 
 
GÜLPƏRĠ 
 
Təzə bir gözəl çıxıbdı, 
Dağlar maralı Gülpəri. 
Hər kəsə qarĢı gəlsə, 
Yandırar nara Gülpəri. 
Camalından həya edir,  
Dağların qarı Gülpəri. 
And verirəm öz baxtına, 
Kəsmə etibarı, Gülpəri. 
 
Gülpəri nə Gülpəri, 
Bənzər cənnət almasına. 
Ay, gün görsə həya edir, 
Keçir bulud daldasına. 
EĢidənlər heyran qalır, 
Bu gözəlin sədasına. 
Nə ola qədəm basasan, 
Bir bizə sarı Gülpəri. 
 
Hər kim belə gözəl olsa
Bəxtəvər onun baĢına. 
Yüz yaĢında qoca olsa, 
Yenər on səkkiz yaĢına. 
Görənlər heyran qalıbdı, 
Onun  süzgün baxıĢına. 
Cəllad kimi hökm elədib, 
Qurdurur darı Gülpəri. 
 
AĢıq Hacı, qurban elə,  
Canını belə ceyrana. 
Çoxlarını dəli edib,  
Salıb çölü-biyabana. 
Hər kim belə gözəl olsa,  
Zəhmət versin Ģirin cana. 
Səyyad tor qursa tərlana,  
Bağlar Ģikarı Gülpəri. 
 
 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə