Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
49 
gəraylılar  “Gəraylı”,  “BaĢ  Sarıtel”,  “Orta  Sarıtel”  və  baĢqa  havalar  üstə 
oxunarkən tez-tez aĢağıdakı əlavə beytləri eĢidirik: 
 
Mələmə, ceyran, mələmə, 
Qaş-gözünü sürmələmə/?!/ 
 
Sual olunur: bu “ceyran” həqiqi ceyrandırmı, yoxsa məcazi mənada 
iĢlənmiĢdir?  Maraqlıdır,  əgər  bu,  həqiqi  ceyrandırsa,  o,  qaĢ-gözünü  nə 
üçün sürmələməlidir? Yox, əgər, məcazi mənada, gözəl mənasında iĢlən-
miĢdirsə, o niyə mələməlidir? 
Mətndən əlavə bayatılarda da qüsurlara yol verilir. Dəfələrlə Ģahidi 
olmuĢuq  ki,  Kərəmin  əzab-əziyyətlərindən,  sızıltılarından  söhbət  açan 
aĢıq  “Yanıq  Kərəmi”  havası  üstə  “göynəyə-görnəyə”  belə  bir  bayatı 
oxuyur: 
 
 
 
 
 
Güləllər, 
biləkli gül əllər
Dəryaca ağlın olsa, 
Yoxsul olsan güləllər. 
 
Görəsən  məhəbbətin  iztirablarına  yoxsulluğun  nə  dəxli?!  Bir  də, 
Kərəm yoxsul idimi? Gəncə xanı Ziyadxanın oğlu deyildimi? 
AġIQ MUSĠQĠSĠNĠN TƏBLĠĞĠ ilə bağlı da bəzi məsələlərə diqqət 
yetirmək lazımdır. 
Məlumdur ki, aĢıq musiqisi toy və Ģənliklərdə, konsert salonlarında, 
radio  dalğalarında  və  televiziya  ekranlarında  təbliğ  olunur.  Bu  sahədə 
ustad aĢıqlarımızın rolu böyükdür. Lakin, bəzən elə hallarla qarĢılaĢırsan 
ki, istər-istəməz təəssüflənirsən. 
El Ģənlikləri aĢıq musiqisinin fəal təbliğ olunduğu yerdir. Ona görə 
də Ģənliyin iĢtirakçısı olan aĢıq özündə məsuliyyət hiss etməli, hər dediyi 
sözü,  oxuduğu  havanı  dönə-dönə  ölçüb-biçməlidir.  Əvvəla,  o,  oxuduğu 
havanın adını, Ģeirin müəllifini dəqiq bilməli və elan etməlidir. Çox vaxt 
bunu  görmürük.  Ġkincisi,  ancaq  tam  mənimsədiyi  Ģeiri  və  havanı  oxusa 
daha yaxĢı olar. Bir də görürsən ki, aĢıq Ģeirin hansı misrasını isə unudur. 
Pərt  olmamaq  üçün  qafiyəsi  təqribən  uyğun  gələn  baĢqa  bir  misranı  ora 
əlavə edir. Beləliklə, Ģeirin ikinci variantı yaranır. Zənnimcə, aĢıq poezi-
yasında çoxvariantlılığın əsas səbəbi budur. Bir də ki, hər Ģənlikdə ifaçı-
nın səsi bir neçə maqnitafon lentinə köçürülür. Ġfaçı aĢığa böyük inamdan 
gələn haldır ki, onun dediyi “qanun” sayılır: demək bu Ģeir və ya hava bu 
cür də olmalıdır. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
50 
BaĢqa bir hal. Azərbaycan xalqı Ģair xalqdır. YaxĢı qələm sahibləri 
çoxdur.  Əlbəttə,  onların  hamısından  Ģeir  bilməsi  aĢıq  üçün  qeyri-müm-
kündür. Məclis üzvlərindən biri aĢıqdan hər hansı bir Ģairin Ģeirini oxu-
mağı xahiĢ edir. AĢıq həmin müəllifin Ģeirini bilmir; o, bunu etiraf etmək 
əvəzinə, baĢqa bir müəllifin sözlərini Ģeiri sifariĢ olunan qələm sahibinin 
adına  oxuyur.  Beləliklə,  yeni  bir  mübahisə  meydana  çıxır.  Maqnitafon 
lentinə  yazılmıĢ  və  hafizələrə  həkk  olunmuĢ  bu  cür  faktları  sonradan 
təkzib  etmək  də  çətinləĢir.  “Ġnanmırsan,  buyur  qulaq  as.  Filan  aĢıq  belə 
oxuyub”, – deyirlər. 
Belə halların nəticəsidir ki, Ģair Məstan Əliyevin 
 
 
 
Gedirəm, ay ellər, sözüm, söhbətim, 
Neçə şirin-şirin dillərdə qaldı...” 
 
- misraları ilə baĢlayan Ģeiri və H.Arifin “Məni” rədifli qoĢması (Sevirəm 
Tiflisi  gənc  yaĢlarımdan...)  S.Vurğunun,    Rasim  Kərimlinin  “Olmasın” 
rədifli  qoĢması  isə  ġıxəli  Qurbanovun  adına  çıxılır.  Təəssüfləndirici 
haldır ki, indi də M.Əliyevin həmin Ģeirini Rəhilə Həsənovanın ifasında 
efirdə tez-tez eĢidirik. Bu barədə mübahisələrə çoxdan yekun vurulsa da, 
Ģeir  yenə  də  S.Vurğunun  adına  oxunur.  Görəsən  radionun  musiqi 
fondundan bu lent yazısını pozmaq olmazmı?! 
H.Arifin  Ģeirini  bu  gün  də  Ģənliklərdə  “AĢıq  qardaĢ,  S.  Vurğunun 
“Kürün körpüsündən ötürün məni” Ģeirini bizim üçün oxu”, - deyə sifariĢ 
verirlər.  R.Kərimlinin  öz  Ģeirini  1965-1966-cı  illərdə  filarmoniyada 
aĢıqlara Ģəxsən təqdim etdiyinin Ģahidiyəm və qoĢmanı da həmin vaxtdan 
əzbərləmiĢəm. Ġndi də dörd bəndi yadımdadır. Sonralar Ģeri eynilə ġ.Qur-
banovun  kitabında  oxuduqda,  təəccübləndim.  Taleyi  ilə  maraqlandım, 
məlum oldu ki, Ģeirin dörd bəndi müəyyən dəyiĢikliklə R.Kərimlinin ilk 
kitabında  çap  olunmuĢdur.  Sonralar  müəllif  onu  əvvəlki  ilk  orijinal  va-
riantda üçüncü kitabına daxil etmiĢdir. 
Təəssüfləndirici  cəhətlərdən  biri  də  saz  havalarının  oxunan  Ģeirin 
rədifi, qafiyəsi və ya bir misrası ilə adlandırılmasıdır. Məsələn: “Dağlar” 
havası  oxu”  dedikdə  aĢıq  dərhal  baĢa  düĢür  ki,  dinləyici  S.Vurğunun 
“Dağlar”  Ģeirini  istəyir.  Açıq  konsertlərdə,  radio  dalğalarında,  mavi 
ekranda  bu  hal  tez-tez  təkrar  olunur.  Halbuki  aĢıq  musiqisindən  ibarət 
nömrə elan edilərkən aĢağıdakı ardıcıllığa riayət edilməlidir: HAVANIN 
ADI, ġEĠRĠN ADI, ġEĠRĠN MÜƏLLĠFĠ VƏ ĠFAÇININ ADI. 
Sazda  beĢ  kök  var.  Onlardan  biri  də  “BaĢ  kök”  və  ya  “Kərəmi” 
kökü adlanır. Səbəbi  aydındır: kök simlər  BaĢ pərdəyə kökləndiyi  üçün 
və  qədim  “Kərəmi”  havalarının  bir  neçəsi  həmin  kökdə  çalınmadığına 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
51 
görə. Bu kökə yenidən “Dilqəm” kökü deyilməsi nə dərəcədə doğrudur? 
Çünki  “Dilqəm”  “Kərəmi”  kökündə  çalınır  və  “Kərəmi”  havalarından 
neçə əsr sonra yaranıb. Buna baxmayaraq ASE-nin III cildində /səh. 453/ 
və  aĢıq  poeziyasının  tədqiqatçılarından  olan  Mürsəl  Həkimovun  “ġifahi 
xalq  ədəbiyyatından  xüsusi  kurs”  adlı  kitabında  “Dilqəmi”  sazın  əsas 
köklərindən biri kimi qeyd olunmuĢdur. 
Sevindirici  haldır  ki,  radio  dalğalarında  aĢıq  musiqisini  tez-tez 
eĢidirik.  Lakin  burada  da  çox  vaxt  elan  olunanla  ifa  edilən  havalar  bir-
birinə uyğun gəlmir. Neçə illərdən bəridir ki, mən konsertlərə qulaq asır, 
qeydlər  götürürəm.  bəzən  görürsən  ki,  aparıcı  bir  hanı  elan  etdi,  amma 
efirdə tamamilə baĢqa hava səsləndi.   
Görəsən buna səbəb nədir? Güman edirik ki, aĢıq musiqisinə yaxĢı 
bələd  olan  yoldaĢlardan  ibarət  komissiya  yaradılıb  fonotekada  olan 
musiqi nömrələri saf-çürük edilsə, havaların adları dəqiqləĢdirilib düĢgün 
yazılsa, gələcəkdə bu cür yanlıĢlıq aradan götürülər. 
Radionun  aĢıq  musiqisi  fondunda  saxlanılan  bir  çox  lent  yazıları 
istər  ifaçılıq  baxımından,  istərsə  də  bədii  cəhətdən  çox  zəifdir.  Bir  çox 
mahnıların  mətni  düzgün  ifa  olunmur.  Bəzən  artıq  söz  və  ifadələr 
iĢlədilir.  Çox  zaman  aĢığın  diksiyası  aydın  olmadığından  nə  oxuduğu  
anlaĢılmır.  Sözün  təmiz  və  aydın  oxunması  ifaçılığın  ən  vacib 
Ģərtlərindəndir.  Zənnimizcə,  fonotekanın  rəflərini  bu  cür  musiqi 
nömrələrindən təmizləmək vaxtı çatmıĢdır. 
Yeri gəlmiĢkən qeyd edək ki, aĢıqları radioda nə qədər tez-tez eĢidi-
riksə, televiziyada bir o  qədər az  görürük.   Zənn edirik  ki,  televiziyanın 
heç olmazsa ayda iki dəfə aĢıq musiqisinə müraciət etməyə imkanı var və 
bu,  vacibdir.  Bu  veriliĢlərə  respublikamızın  müxtəlif  rayonlarında  yaĢa-
yan  ustad  və  istedadlı  gənc  aĢıqların  vaxtaĢırı  dəvət  edilməsi  çox  yaxĢı 
nəticə verərdi. 
 
1979-cu il.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə