Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   26   27   28   29   30   31   32   33   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
110 
lı gəraylı, qoĢma, təcnis, deyiĢmə və ustadnamələri ilə də Ģagirdlərini va-
qif edir.  
O, bir sıra festivalların laureatı olub, səsi radionun qızıl fonduna daxil 
edilib. Haqqında radio və televiziya kanallarında rəngarəng veriliĢlər ha-
zırlanıb, qəzet və jurnallarda məqalələr dərc olunub.    
AĢığın zəngin kitabxanası, sənət arxivi var. KeçmiĢ aĢıqların lent ya-
zılarını, radio və televiziyalardakı çıxıĢlarını, ünvanına gələn məktubları, 
dəvətnamələri,  dövlət  tədbirlərindəki  çıxıĢlarını  və  s.  göz  bəbəyi  kimi 
qoruyur.  
AĢıq  Ağamurad  1990-cı  ildən  həm  də  doğma  Mərzəngəli  kənd  klu-
bunda çalıĢır. DöyüĢ bölgələrində - Ağdamda, Füzulidə, Qubadlıda, Zən-
gilanda, Goranboyda, Tərtərdə dəfələrlə əsgərlər qarĢısında çıxıĢları olub. 
Daha  sonra  bu  ifaların  coğrafiyası  geniĢlənib.  O,  Bərdə,  Mingəçevir, 
Yevlax,  Gəncə,  ġəmkir  və  digər  bölgələrdə  yerləĢən  hərbi  hissələrin  də 
qonağı  olub.    2007-ci  ildə  Ġğdır  Ģəhərində  Türkiyə  Cümhuriyyətinin 
yaranmasının ildönümü münasibətilə təĢkil olunmuĢ konsertdə çıxıĢ edib. 
Elə  həmin  il  “Səbuhi”  səsyazma  studiyasında  3  disk-albomu  buraxılıb. 
Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  Fransanın 
“Maison  des  siltires”  Assosiasiyası  ilə  birgə  hazırladığı  AĢıq  musiqisi 
antologiyası disk-albomunda AĢıq Ağamuradın ifasına da yer ayrılıb.      
S.Ə.ġirvani adına ġamaxı rayon tarix muzeyində aĢıq Ağamurada aid 
xüsusi guĢə də yaradılıb. Burada onun tərəfindən muzeyə təhvil verilmiĢ 
onlarla eksponat nümayiĢ etdirilir...  
 
TURAL 
 
 
Redaksiyadan:  Aşıq  Ağamurad    2011-ci  il  iyunun  2-6-da  Dağıstan 
Respublikasının paytaxtı Mahaçqala şəhərində keçirilən “Xəzər dənizi – 
dostluq  sahilləri”  Rusiya  regionları  və  Xəzəryanı  ölkələrin  Beynəlxalq 
Xalq  yaradıcılığı  festivalında  sənət  yoldaşları  Qənimət  Qədirov,  Mahir 
Niftəliyev  və  Cahandar  Musayevlə  birlikdə  Azərbaycan  aşıqlarını 
ləyaqətlə  təmsil  edib,  fəxri  diploma  layiq  görülüb.  Bu  münasibətlə  Aşıq 
Ağamuradı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 
 
 
  
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
111 
 
OZAN DÜNYASINDAN SORAQLAR 
 
SARI AġIĞA HƏSR OLUNMUġ KONSERT 
 
  
 Aprelin 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filar-
moniyasında Laçın rayonunun aĢıqları “Sarı AĢığın iĢığında” adlı konsert 
proqramını təqdim etmiĢlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan AĢıqlar Birliyi və Laçın 
Rayon Ġcra Hakimiyyətinin birgə təĢkil etdikləri gecədə tanınmıĢ elm və 
mədəniyyət xadimləri, ziyalılar iĢtirak etmiĢlər. Konsertə ölkəmizin digər 
bölgələrindən də aĢıqlar dəvət olunmuĢdular.  
AMEA-nın  Nizami  adına  Ədəbiyyat  Ġnstitutu  direktorunun  müavini, 
professor Məhərrəm  Qasımlı Azərbaycan aĢıq  sənətinin  xüsusiyyətlərin-
dən danıĢmıĢdır. Hazırda Laçında 100-dək aĢığın el sənətini davam etdir-
diyini  diqqətə  çatdıran  alim  bunun  təsadüfi  olmadığını,  onların  qüdrətli 
söz  sərrafı  Sarı  AĢığın  ilham  bulağından  su  içdiklərini  demiĢdir. 
BildirmiĢdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
ĠSESKO-nun xoĢməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım 
Əliyevanın  qayğısı  sayəsində  Azərbaycan  aĢıq  sənəti  YUNESKO-nun 
“Qeyri-maddi mədəni irs siyahısı”na daxil edilmiĢdir.  
Sonra mərdlik diyarı Laçının tarixini, təbii gözəlliklərini və memarlıq 
abidələrini,  eləcə  da  Sarı  AĢığın  məqbərəsini  əks  etdirən  film  nümayiĢ 
etdirilmiĢdir.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
112 
Laçın Rayon Ġcra Hakimiyyətinin baĢçısı Ramiz Cəbrayılov Azərbay-
can  aĢıq  sənətinin  tarixi,  o  cümlədən  Sarı  AĢığın  həyat  və  yaradıcılığı 
haqqında  məruzə  etmiĢdir.  BildirmiĢdir  ki,  Azərbaycan  aĢıq  ədə-
biyyatında qüdrətli bayatı ustası kimi adını tarixin yaddaĢına yazan Sarı 
AĢığın zəngin irsi ilə təkcə laçınlılar deyil, bütün xalqımız öyünə bilər.  
BildirilmiĢdir ki, günümüzə gəlib çıxan rəvayətlərə görə, el sənətkarı, 
saf məhəbbət, zərif duyğular tərənnümçüsü Sarı AĢıq XVII əsrdə Laçının 
Güləbird kəndi yaxınlığında yaĢamıĢ, elə o torpağa da qovuĢmuĢdur. Sarı 
AĢıqdan  söz  açan  ilk  yazılı  qaynaq  isə  Əndəlib  Qaracadağinin 
“Təzkirəyi-Qaradaği” əsəridir.  
Bir sıra əsərlərdə AĢıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı ilə 
tanınan Sarı AĢığın  əsl  adı  Sarı olmuĢ, YaxĢı adlı bir qıza aĢiq  olandan 
sonra “AĢiq” təxəllüsü ilə tanınmıĢ, bayatı janrının incilərini yaratmıĢdır.  
Tədbirdə  AĢıq  Cabbar,  AĢıq  Umbay,  AĢıq  Famil  və  baĢqa  sənətkar-
ların ifaları səslənmiĢdir. TamaĢaçılar Sarı AĢığın kövrək bayatılarındakı 
duyğuların saflığından od almıĢ aĢıq havalarını heyranlıqla dinləmiĢlər. 
 
 “SAZIN SÖZÜ” 
 
Aprelin 21-də  Hüseynqulu Sarabski adına mədəniyyət evində “Sazın 
sözü” adlı konsert keçirilib. 
 Xətayi Rayon Mədəniyyət Mərkəzinin AĢıqlar Birliyi ilə birgə təĢkil 
etdiyi  tədbiri  giriĢ  sözü  ilə  açan  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
(AMEA)  Folklor  Ġnstitutunun  AĢıq  yaradıcılığı  Ģöbəsinin  müdiri, 
folklorĢünas, AAB-nin Ġdarə heyətinin üzvü Elxan Məmmədli son vaxtlar 
aĢıq sənətinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib. 
FolklorĢünas deyib ki, qədim saz sənəti özünün yeni inkiĢaf dövrünü 
yaĢayır. Azərbaycanın aĢıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni 
irs  üzrə  reprezentativ  siyahısına  daxil  edilməsi  dövlətin  mədəniyyət 
siyasətində apardığı islahatların nəticəsidir. 
Azərbaycan  AĢıqlar  Birliyinin  katibi,  “Ozan  dünyası”  jurnalının  baĢ 
redaktoru  Musa  Nəbioğlu  Mədəniyyət  və  Turizm  Nazirliyinin  AĢıqlar 
birliyi  ilə  birgə  həyata  keçirdiyi  layihələrdən  danıĢıb.  O,  Azərbaycanda 
Beynəlxalq  AĢıq  Festivalının  davamlı  olaraq  iki  ildən  bir  keçiriləcəyini 
deyib. 
Konsertdə  gənc  aĢıqlardan  Nemət  Qasımlı,  Azər  Fərmayıloğlu, 
Fatimə Cəbrayıllı, Məhsəti Azaflı və baĢqaları maraqlı konsert proqramı 
ilə çıxıĢ ediblər. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
113 
 
 
 TEATR MUZEYĠNDƏ TƏDBĠR  
 
2011-ci  il  mayın  14-də  Cəfər  Cabbarlı  adına  Azərbaycan  Dövlət 
Teatr Muzeyi “Muzeylər gecəsi ”  beynəlxalq  aksiyası ilə bağlı   aĢıq ya-
radıcılığına  həsr  olunmuĢ  bədii  gecə  keçirmiĢdir.  Tədbiri  muzeyin  elmi 
iĢlər  üzrə  direktor  müavini  Sevinc  Mikayılova  açaraq    iĢtirakçıları  sa-
lamlamıĢ, qonqlara aĢıq sənətində tamaĢa ənənələrindən söhbət açmıĢdır. 
Sonra  söz  Azərbaycan  AĢıqlar  Birliyinin  katibi  Musa  Nəbioğluna  veril-
miĢdir. M.Nəbioğlu aĢıq yaradıcılığının qədim el sənəti olmasından, tari-
xin  bəzi  məqamlarında  sıxıĢdırılmasına  baxmayaraq,  layiqli  təmsilçilər 
tərəfindən bu günə qədər yaĢadılaraq gənc nəsillərə çatdırılmasından da-
nıĢmıĢdır. O, birlik üzvləri sırasında cavanların çox olmasını sevindirici 
hal kimi qiymətləndirmiĢdir.  
Sonra söz  musiqiyə verilmiĢdir. Azərbaycan AĢıqlar Birliyinin üzv-
ləri  Ġlham  Aslanbəylinin,  Elçin  Xaliqoğlunun,  Azər  Fərmayıloğlunun, 
Kamil  Nəbizadənin,  həmçinin  Cənubi  Azərbaycan  aĢıqlarından  Ġbrahim 
Qaradağlının,  Rza  Rzainin,  Ümid  Cabbarinin  və  Yunis  ġahbazinin  ifa 
etdikləri  musiqi nömrələri tədbir iĢtirakçılarının ruhunu oxĢamıĢdır. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
114 
 
AġIQLARIMIZ DAĞISTANDA KEÇĠRĠLƏN 
BEYNƏLXALQ FESTĠVALDAN QAYIDIB 
 
2011-ci  il  iyunun  2-6-da  Dağıstan  Respublikasının  paytaxtı 
Mahaçqala Ģəhərində “Xəzər dənizi – dostluq sahilləri” Rusiya regionları 
və  Xəzəryanı  ölkələrin  Beynəlxalq  Xalq  yaradıcılığı  festivalı  keçirilib. 
Festivalda  respublikamızı  Azərbaycan  AĢıqlar  Birliyinin  katibi  Musa 
Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu günlərdə 
səfərdən  qayıdan  M.Nəbioğlu  festivalla  bağlı  təssüratlarını  bölüĢərək 
demiĢdir:  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
xətti ilə festivala  yola düĢən nümayəndə  heyətinə aĢıq  Ağamurad  Ġsrafi-
lov və onu müĢayiət edən Qənimət Qədirov, Mahir Niftəliyev və Cahan-
dar  Musayev  daxil  idi.  Festivalda  Azərbaycanla  yanaĢı  Qazaxıstandan, 
Rusiyanın  Astraxan  vilayətindən  və  Kalmıkiyadan  gəlmiĢ  nümayəndə 
heyətləri  və  Dağıstan  Respubliksında  yaĢayan  ayrı-ayrı  xalqları  təmsil 
edən folklor qrupları iĢtirak edirdi. 
Festivalın proqramına əsasən iyunun 2-də Maxaçkala Ģəhərindəki Rus 
Dram  Teatrında “Milli  geyimlərin poeziyası” devizi  altında gənc dizay-


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
115 
nerlərin  müsabiqəsi  keçirildi.  Həmin  tədbirdə  milli  geyimdə  səhnəyə 
çıxan aĢıqlarımızın da çıxıĢı oldu.  
Ġyunun 3-də günün birinci yarısında festivala gəlmiĢ nümayəndə he-
yətlərinin  rəhbərləri  ilə  əvvəlcə  Dağıstan  Respublikası  Hökumətində 
görüĢ  keçirildi.  Burada  baĢ  nazirin  müavini  Nizami  Kaziyev  bizi  qəbul 
etdi. Sonra isə Maxaçkala Ģəhərinin meri S.Əmirovun  qəbulunda olduq.  
Günün ikinci yarısında isə festivalın Qala konserti keçirildi ki, burada 
Azərbaycanı təmsil edən aĢıqların çıxıĢı tamaĢaçılar tərəfindən alqıĢlarla 
qarĢılandı,  festivalın  təĢkilat  komitəsinin  üzvləri  tərəfindən  yüksək 
qiymətləndirildi.  
Ġyun ayının 4-də günün birinci yarısında festivalda iĢtirak edən nüma-
yəndə  heyətləri  rəhbərlərinin  kütləvi  informasiya  vasitələri  iĢçiləri  ilə 
“Mədəniyyətlərin dialoqu” adlı görüĢü keçirildi. Dağısatan respublikası-
nın Milli Kitabxanasının konfrans zalında baĢ tutan bu görüĢdə Dağıstan 
Respublikasının  Mədəniyyət  naziri  Z.Z.Süleymanova,  Rusiya  Federa-
siyası Mədəniyyət Nazirliyinin BaĢ Katiblik Depaertamentinin direktoru 
Y.A.ġubin, Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin prezidenti E.S.Kuni-
na,  Rusiya  Fedrasiyası  Mədəniyyət  Nazirliyinin  incəsənət,  xalq  yara-
dıcılığı  və  beynəlxalq  əlaqələrə  dövlət  dəstəyi  Ģöbəsinin  rəisi  Q.Q.Fur-
manova  və  Dağıstan  Respublikasının  Dövlət  katibi  T.Mahmudovanın 
iĢtirak etdiyi həmin tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin də 
çıxıĢı oldu, jurnalistlərin sualları cavablandırıldı.  
Ġyunun 4-də saat 15-də isə festivalın proqramına uyğun olaraq “Oxu, 
aĢıq!”  adlı  böyük  konsert  oldu.  Bu  möhtəĢəm  tədbirdə  də  Azərbaycan 
aĢıqları  mədəniyyətimizi  layiqincə  təmsil  edərək  bənzərsiz  ifaları  ilə 
dağıstanlıların rəğbətini qazandılar.  
Ġyunun 5-də festival öz iĢini bölgələrdə davam etdirdi və Azərbaycan 
nümayəndə  heyəti  proqramda  nəzərdə  tutluduğu  kimi,  Dərbənd  rayo-
nunun Tatlıyar kəndində konsert proqramı ilə çıxıĢ etdi, sonra isə tarixi 
Dərbənd qalasına ekskursiyamız oldu.  
Azərbaycan aĢıqlarının son çıxıĢı iyunun 6-da Maxaçkala Ģəhərindəki 
B.Muradova adına Dağıstan Mədəniyyət və Ġncəsənət Kollecində oldu.   
Festivalın  keçrildiyi  günlərdə  Azərbaycan  nümayəndə  heyəti  Dağıs-
tan  kütləvi  informasiya  vasitələrinin  diqqət  mərkəzində  oldu,  televizi-
yalar,  qəzet  və  jurnallar  aĢıqlarımızın  çıxıĢını  geniĢ  iĢıqlandırdılar,  mü-
sahibələr  götürdülər.  Orada  olduğumuz  müddətdə  hər  an  mədəniyyəti-
mizə və incəsənətimizə böyük sayğı və ehtiram gördük.
  
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
116 
 
“DƏDƏ ġƏMġĠR KÖNÜLLƏRDƏ” 
 
2011-ci il yunun 23-də Müslüm Maqomayev adına Azərbaycan Döv-
lət Filarmoniyasında Kəlbəcər aĢıqlarının “Dədə ġəmĢir könüllərdə” adlı 
konserti olmuĢdur.  
Mədəniyyət  və  Turizm  Nazirliyi,  Azərbaycan  AĢıqlar  Birliyi  və 
“AĢıq  ġəmĢir”  Mədəniyyət  Ocağı  Ġctimai  Birliyinin  təĢkilatçılığı  ilə 
keçirilən  tədbirdə  Milli  Məclisin  deputatları,  Ģair  və  yazıçılar,  Kəlbəcər 
ziyalıları, saz-söz vurğunları iĢtirak etmiĢlər.  
Tədbiri  açan  folklorĢünas  alim,  filologiya  elmləri  doktoru,  professor 
Məhərrəm  Qasımlı  ulu  öndər  Heydər  Əliyevin  milli  mənəvi  dəyərləri-
mizin qorunub saxlanmasında müstəsna xidmətlərini xatırlatmıĢdır. Ənə-
nəvi aĢıq sənətinin xüsusiyyətlərindən bəhs edən alim Dədə ġəmĢirin si-
masında  bu  sənətin  ölməzlik  qazandığını,  daha  da  inkiĢaf  etdiyini  de-
miĢdir.  BildirmiĢdir  ki,  Azərbaycan  aĢıq  sənətində  Kəlbəcər  qolu  xüsu-
silə  fərqlənir.  Qədim  köklərə  malik  olan  bu  sənətin  zənginləĢməsində 
AĢıq ġəmĢirin böyük əməyi vardır.  
Kəlbəcər Rayon Ġcra Hakimiyyətinin baĢçısı Vidadı Məhərrəmov çı-
xıĢında bugünkü tədbiri dövlət qayğısının təzahürü kimi qiymətləndirmiĢ 
və  Ağdabanlı  Qurbanın  ailəsində  dünyaya  gələn,  Səməd  Vurğun  tərə-
findən Azərbaycana tanıdılan AĢıq ġəmĢirin həyat və fəaliyyəti haqqında 
məlumat vermiĢdir.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
117 
Ermənistan  hərbi  birləĢmələri  tərəfindən  iĢğal  olunmuĢ  Kəlbəcər 
rayonunun  tarixi,  coğrafiyası,  təbiəti,  memarlıq  abidələri  və  mineral 
ehtiyatlarını əks etdirən film göstərilmiĢdir.  
Sonra Dədə ġəmĢirin yetirmələri konsert proqramı ilə çıxıĢ etmiĢlər.  
AĢıqlardan  QardaĢxan,  Xalıqverdi,  Əməkdar  Mədəniyyət  ĠĢçisi 
Ədalət Dəlidağlı, ġöhrət Kərimov və baĢqaları Dədə ġəmĢirin, Sücaətin, 
Bəhmən Vətənoğlunun sözlərini saz havaları üstündə oxumuĢlar.  
Kəlbəcər aĢıqlarının çıxıĢları alqıĢlarla qarĢılanmıĢdır. 
 
Ozan dünyasından soraqları çatdırdı:  
ElĢad ÇOBANLI 
 
 
 
 
 
 
  
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
118 
 
MÜNDƏRĠCAT 
 
Z.Yaqub. Göyçədən gələn səslər..................................................  3 
F.Çələbi. AĢıq Ələsgər, yoxsa xanəndə Ələsgər?.........................  31 
Ġ.Məmmədli. Bir fotoĢəklin tarixi haqqında................................. 38 
Sarı AĢıq. Bayatılar ...................................................................... 41 
Aydın Çobanoğlu – 60 ................................................................. 43 
T.Pənahqızı. AĢıq eldən yuxarı .................................................... 44 
A.Çobanoğlu. Saz, söz, ifaçılıq və...   .......................................... 47 
Sazın dostu, sözün dostu ............................................................. 52 
A.Yaquboğlu. AĢıq Hacı da köçdü .............................................. 55 
H.Bayramov. ġeirlər. ................................................................... 57 
Ə.Yəhyaoğlu. AĢıq Vəkil köç elədi dünyadan ............................. 60 
B.Abdulla. Bayramlar bayramı Novruz ....................................... 64 
B.Vətənoğlu. ġeirlər ..................................................................... 78 
Sazımız, sazbəndimiz .................................................................. 82 
T.Vahid. Ustadlar ustadı Dirili Qurbani ....................................... 88 
V.Hacılar. Ahıskalı sənətkarlar: Feydayi, ġeydayi və Kazım...... 92 
M.Allahmanlı. Qaçaq Ġsmayıl dastanı. ........................................ 102 
S.PaĢayeva. AĢıq eli, el aĢığı yaĢadar........................................... 105 
Tural. ġirvanlı AĢıq Ağamurad .................................................... 109 
Ozan dünyasından soraqlar ....................................................... 111 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
119 
 
 
 
 
 
 
 
 
Няшриййатын директору: профессор Н.Б.Мяммядли 
 
 
 
 
Korrektor: ElĢad ÇOBANLI 
 
Йыьылмаьа верилмиш 3.12.2010 
Чапа имзаланмыш 24.12.2010  
Шярти чап вяряги 7,5. Сифариш № 382. 
Каьыз форматы 70х100 1/16. Тираj 500     
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Jurnal  «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя  
щазыр диапозитивлярдян чап олунмушдур.  
 
Цнван: Бакы, Ġчяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
  
Qiyməti müqavilə ilə. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
121 
 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə