Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
63 
Anam BaĢkeçidin gülü solubdu,  
Al-əlvan yaylağım, düzüm yasdadı.  
 
YaxĢını, yamanı seçib dedilər,  
EĢqin bulağından içib dedilər, 
Vəkil bu dünyadan köçüb dedilər,  
Qorqud yadigarı sazım yasdadı.  
 
Əcəl ayaq açıb üstümə gəldi
Zalım cəllad kimi qəlbimi dəldi.  
Əlixan, içimdə arzular öldü,  
Nə vaxtdı gülməyir üzüm, yasdadı.  
 
 
 
Xalq  Ģairi,  AAB-nin  sədri  Zəlimxan  Yaqub  baĢda  olmaqla 
Azərbaycan AĢıqlar Birliyinin Ġdarə Heyətinin üzvləri  aĢıq  
 
VƏKĠL ƏLĠYEVĠN 
 
vəfatından  kədərləndiklərini  bildirir  və  mərhumun  ailəsinə  dərin 
hüznlə baĢsağlığı verirlər. 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
64 
 
 
 
 
Bəhlul ABDULLA,  
Filologiya elmlər doktoru
Əməkdar elm xadimi 
 
 
 
 
 
BAYRAMLAR BAYRAMI NOVRUZ 
 
Bəlli  olduğu  üzrə,  hər  bir  xalqın  həyatında,  məiĢətində  çoxlu  bay-
ramlar vardır. Amma bunların  sırasında, sözsüz ki,  biri öz mərasimləri-
nin, ayinlərinin, oyun-əyləncə, tamaĢalarının zənginliyi ilə seçilir. Xalqı-
mızın  da  ellikcə  qeyd  etdiyi,  son  zamanlarda  Dövlət  sərəncamı  ilə  zən-
ginləĢdirdiyi  belə  bir  bayram  Novruz  bayramıdır.  Bilavasitə  baharın, 
yazın,  bununla  həm  də  yeni  təsərrüfat  ilinin  baĢlanması  Ģərəfinə  böyük 
təntənə  ilə  hər  il  qıĢın  qurtardığı,  yazın  gəldiyi  gündə  keçirilən  Novruz 
bayramı  çox-çox  əski  çağlarda,  elə  nisbətən  sonrakı  zamanlarda  da 
“Novruz”  olaraq  adlanmamıĢdır.  Bunun  belə  olmasını  ötən  çağların  xə-
bərlərini  bizə  çatdıran  qaynaqlar  da  sübut  etməkdədir.  Novruz  bayramı 
ayrı-ayrı  vaxtlarda  “Xızır  günü”,  “Azər  bayramı”,  “Hörmüzd  bayramı”, 
“Fərvərdin  bayramı”,  “Bahar  çəĢn”,  “Yeni  gün  bayramı”,  “Ərkənoqon 
bayramı”, “QurtuluĢ bayramı” və s. adlarla adlanmıĢdır.  
Düzdür,  bu  adların  bəziləri  elə  bizim  bu  gün  qıĢın  qurtarıb  yazın 
gəlməsi  ilə  bağlı  təbiətin  oyanması,  canlanması  mənasındadır.  Amma 
bunların  elələri  də  var  ki,  onlar  mütləq  bir  istəkdən,  məqsəddən  irəli 
gələn  təsadüf  ilgili  adlardır.  Fikrimizin  təsdiqi  üçün  misallara  müraciət 
edək.  Çox-çox  qaynaqlarda  bahar,  yaz  bayramı  RiĢdadilər  sülaləsinin 
dördüncü hökmdarı əfsanəvi CəmĢidin adı ilə bağlı olaraq izah edilir. Ġbn 
Əl-Bəlx “Farsnamə” əsərində bildirir ki, CəmĢid yeni tikdirdiyi sarayda 
taxta  çıxan  gün  günəĢ  ilinin  baĢlanması  günü  imiĢ.  CəmĢid  baĢına  tac 
qoyaraq  qarĢısındakı  əyanlara  müraciətlə  deyir:  “Allahın  bizə  verdiyi 
nemətlərə  Ģükür  edək  və  rəiyyətlə  ədalətli  rəftar  edək”.  Bu  sözlərdən 
sonra hamı dua edir. Onlar bu günü bayram edərək Novruz adlandırırlar. 
Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiĢ.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
65 
Ö.Xəyyam  isə  “Novruznamə”sində  deyir.  “Novruzun  yaranmasının 
birinci  səbəbi  budur  ki,  həmin  gündə  günəĢ  dövrə  vurub  365  gün  6 
saatdan  sonra  öz  yerinə  qayıdır.  CəmĢid  bu  günü  müəyyənləĢdirmiĢ, 
Novruz adlandırmıĢ və bayram etmiĢdir”.  
Təbərinin “Tarix”ində isə bu xəbərlə belə tanıĢ oluruq: “CəmĢid əmr 
edir  ki,  ona  ĢüĢədən  gərdunə  düzəltsinlər.  O,  gərdunəyə  divlər  qoĢub 
mindi  və  göyə  qalxdı.  Həmin  gün  Fərvərdin  ayının  Hörmüzd  günü  idi. 
Adamlar bu xariqəni gördükdə o günü və sonrakı daha beĢ günü bayram 
edib Novruz adlandırdılar”.  
Ə.Biruninin “Asar Əl-Baqiyyə”sində və “Bürhane-Qate”də olan fikir-
lər, azacıq fərqlə üst-üstə düĢür. Bu qaynaqlarda deyilir ki, CəmĢid bütün 
dünyanı  gəzdikdən  sonra,  nəhayət  qızıl  taxtına  oturaraq  adamların  çiy-
nində Azərbaycana gəlir. Onun taxtı bir təpənin üstündə üzü gündoğana 
sarı qoyulur. CəmĢid burada qiymətli daĢ-qaĢla bəzədilmiĢ tacını da baĢı-
na  qoyur.  GünəĢ  doğub  öz  parlaq  Ģüalarını  CəmĢidin  tax-tacı  üstünə 
saldıqda hər  yan nura qərq olur.  Bu mənzərəni  görənlər  çox həyəcanla-
nırlar.  Onlar  bu  günü  uğurun  baĢlanğıcı  bilib  sevinirlər  və  bu  günü 
bayram sayaraq Novruz – Yeni gün adlandırmıĢlar.  
Beləliklə,  öyrənirik  ki,  CəmĢid  gah  yeni  tikdirdiyi  sarayında  taxta 
çıxdığı günü, gah gərdunəyə minib göyə qalxdığı günü, gah da Azərbay-
cana  gəlib  yetiĢdiyi  günü  Yeni  gün  –  Novruz  adlandırır.  Sözsüz  ki,  bu 
yön deyilənlərin əfsanədən baĢqa nəsnə olmadığını sübut eləyir.  
Axır zamanlarda Novruz bayramını türklərin Sərt keçid anlamına gə-
lən  Ərkənəkondan  xilas  olması  gününə  calamaq  cəhdi  dəb  halını  alıb. 
F.RəĢidəddinin “Cameət-təvarix” əsərində özünə qorunaq tapan “Ərkənə-
kan” dastan-mifdən bəlli olur ki, iki göytürk kiĢisi xanımları ilə düĢmən 
basqınından  qurtarıb  dar  bir  keçiddən  keçərək  hər  tərəfi  dağlarla  çevrə-
lənmiĢ  məkanda  yaĢamağa  baĢlayırlar.  Burada  onlar  artıb  çoxalırlar. 
Olduqları məkana sığmırlar. Bir dəmirçi həmin dar keçidin, ümumilikdə 
dağın  dəmirdən  olduğunu  aĢkarlayır.  Türklər  həmin  dar  keçid  dəmirini 
əritməklə  Ərkənəkondan  çıxırlar  və  bu  günü  “QurtuluĢ  günü”  adıyla 
bayram  edirlər.  Məsələ  belədir  ki,  bəzi  yazmalarda  həmin  günün  elə 
Novruz  günü,  hətta  Novruz  bayramının  bu  gün  Ģərəfinə  qeyd  olunması 
söylənilir. Bir anlığa fərz edək ki, bu, elə belədir. Bəs onda o Ərkənəkon 
deyilən  məkana  daha  yaxın  olan  Sibir,  Altay  türkləri,  yaxud  Uzaq  ġərq 
türkləri  nə  üçün  “QurtuluĢ”,  “Yeni  gün”,  “Novruz”  adıyla  bayram 
keçirmirlər,  yaxud  türkə,  türkçülüyə  yad  olanlara  nə  düĢüb  ki,  türklərin 
Ərkənəkondan çıxdıqları günü özlərinin ümumxalq, hətta dövlət bayramı 
səviyyəsinə ucaldıb Novruz adıyla qeyd etsinlər?  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə