Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
68 
Bəli,  əgər  doğrudan  da  Novruz  bayramı  dördüncü  xəlifənin  adı  ilə 
bağlı olsaydı, müsəlman ruhaniləri bu bayrama qarĢı belə təhqiramiz söz-
lər  deməyə  cürət  edə  bilməzdilər.  Ġkincisi,  dördüncü  xəlifənin  adı  ilə  il-
gili  ən  əlamətdar,  yadda qalan günlər  sözsüz ki, onun anadan olduğu və 
taxta,  yəni  xilafətə  yiyələndiyi  günlər  ola  bilər.  Qəmi  təqviminə  əsasla-
nan  bu  günlər  hər  il  öz  yerlərini  dəyiĢdiyindən  burada  konkret  gündən 
söz gedə bilməz. Miladi tarixi ilə müəyyən edilmiĢdir ki, dördüncü xəli-
fənin anadan olduğu vaxt oktyabr, taxta çıxması isə dekabrdadır. Novruz 
bayramı isə, bildiyimiz kimi yalnız və yalnız mart ayının sonuncu ongün-
lüyünün ilk günlərində - yəni, yaz fəslinin baĢladığı vaxtda qeyd olunur. 
Deməli,  Novruz  bayramı  baharın  gəliĢi,  bununla  torpağın,  təbiətin  can-
lanması,  yazın  ilk  gününün  qarĢılanması  bayramıdır.  Yazın  ilk  günü  isə 
günəĢin zahiri hərəkəti əsasında yaradılmıĢ təqvimə əsaslanır. Bu da bəl-
lidir ki, Ay-Qəməri təqvimi ilə GünəĢ təqvim ili arasında vaxt fərqi on-on 
iki  gün  təlatümlü  olur.  Dini  bayram  və  mərasimlər  (Qurban,  orucluq, 
məhərrəmlik) Qəməri təqviminə  əsasən keçirildiyindən hər il 10-12  gün 
arasında geri çəkilir və beləliklə, bütün fəsilləri, ayları gəzirlər.  
GünəĢ  təqvim  ilinin  isə,  bir  qayda  olaraq,  mart  ayının  20-22-sindən 
(fevral  ayı  ilə  bağlı  ilin  uzun-qısalığından  asılı  olaraq)  baĢlamasının  isə 
elmi əsası vardır. Bu, bilavasitə “... dəqiq astronomik hadisəyə - GünəĢin 
dünyanın  cənub  yarımkürəsindən Ģimal  yarımkürəsinə keçməsinə,  gecə-
gündüzün  bərabərləĢməsinə  və  yerin  Ģimal  yarımkürəsində  astronomik 
baharın girməsinə uyğun gəlir”.  
Bu  yön Ģairlərimizin əsərlərində də öz əksini tapmıĢdır. Misal üçün, 
M.Füzuli  gecə-gündüz  bərabərliyi  ilə  yazın  baĢlanmasını,  bununla  da 
Novruz bayramının yetiĢdiyini poetik Ģəkildə belə ifadə etmiĢdir:     
 
Vəslin mənə Novruz gecəsi oldu müyəssər,  
Sanki o gecə gündüz ilə oldu bərabər.  
 
Bu məsələ A.Səhhətin dediklərində daha dəqiqdir:  
 
O gün ki, fəsli yaz olur,  
Gecə-gündüz taraz olur.  
 
Qədim  türk-monqol  təqviminə  əsasən  GünəĢin  zahiri  illik  hərəkəti 
hər  on  iki  ildən  bir  təkrar  eyni  nöqtəyə  düĢür.  Bu  zaman  ildəyiĢmə  baĢ 
verir. ĠldəyiĢmənin isə mütləq bir heyvanın üstünə düĢməsi ilə yozulub. 
Təqvimdə  bu  heyvanların  sayı  da  on  ikidir  və  onların  düzümü  belədir: 
siçan, öküz, pələng, dovĢan, balıq, ilan, at,  qoyun, meymun,  toyuq  (xo-


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
69 
ruz),  donuz.  Bu  təqvim  sonralar  xüsusən  Yaxın  ġərq  ölkələrində  geniĢ 
yayılmıĢ və buralarda ilin necə -  yaxĢımı, pismi olacağını adlandırıldığı 
heyvanın məxsusi xüsusiyyətləri ilə əlaqələndirməyə cəhd göstərilmiĢdir. 
Misal üçün, siçan gəmiricilər fəslinə daxil olduğundan elə zənn edilir ki, 
bu  ildə  adamlarda  soyuqqanlılıq,  talançılıq  hissləri  güclənəcək.  Öküz 
iĢlək heyvan olduğundan onun üstündə təhvil olunan ildə insanlar əməyə, 
zəhmətə,  qurub-yaratmağa  meylli  olacaqlar.  DovĢan  qorxaq  sayıldığın-
dan  bu  ildə  insanlar  da  bir-birindən  hüĢənər,  ehtiyatlı  olmağa  çalıĢarlar. 
Pələng  yırtıcı  olduğundan  həmin  ildə  insanlarda  da  bu  cəhət  özünü  bü-
ruzə verər. Ġlan ilində insanlar diliacı olarlar və s.  
Əlbəttə, illərin heyvanlar üstündə təhvil olması bir çox baxımdan ma-
raqlı görünə bilər. Amma bütün  bunlar sözsüz ki, mifoloji təsəvvürlərlə 
bağlı  çağların  məhsuludur.  Əslində  isə  bu  deyilənlərin  elmi  həqiqətlə 
uyğunluğu azdır. Belə ki, bu adlar təsadüfi səciyyə daĢımaqdan özlərini 
qoruya  bilməmiĢlər.  Misal  üçün,  monqolların  təqvimindəki  “əjdaha” 
sonralar “balıq”la əvəz olunub.  
Elə  zənn  olunmasın  ki,  Novruz  bayramı  elə  yazın  ilk  günündə  baĢ-
lanır və sona yetir. Qətiyyən yox. Danılmaz doğruluqdur ki, Azərbaycan 
kəndlisinin  həyatı,  məiĢəti  bilavasitə  əkinçiliklə,  sözün  geniĢ  anlamında 
təsərrüfatla  bağlı  olmuĢdur.  Bu  üzdən  də  onlar  təsərrüfat  üçün  münasib 
bilinməyən “yağı” demonoloji qüvvələrin əməli saydıqları qıĢa qarĢı mü-
barizə  aparmaqdan  çəkinməmiĢlər.  Hələ  qıĢ  fəslinin  baĢlamasına  bir  ay 
qalmıĢ – noyabrda -  qırovdüĢən ayda “Kövsər” mərasimi icra etmiĢlər. 
“Kövsər”  çox-çox  qədimlərdə    “Azər”  adlanan  və  indi  unudulan  bayra-
mın  mərasimlərindəndir.  Bu  mərasimdə  adətən,  görkəmi  gülməli  kökə 
salınmıĢ, paltarının cındırı tökülən bir kimsəni  qatıra mindirib meydana 
çıxarar,  əlinə  də  tükü  tökülmüĢ  qarğa  müqəvvası  verilərmiĢ.  ĠĢtirakçılar 
onun  üstünə  soyuq  su  səpmələrinə  baxmayaraq,  o,  saymazyana  “istidir! 
istidir!” deyər, məzəli hərəkətləri ilə orada olanları güldürərmiĢ.  
Bu mərasimin qıĢla bağlılığı ayindəki vasitələrdən də bəlli olur. Belə 
ki, el arasında qarğa qıĢla əlaqəli sayılır və onun “qarr-qorr” oxuması qar 
çağırmaq  kimi  yozulur.  QıĢ  ilin  barsız-bəhrəsiz  fəsli  sayıldığından 
doğub-törəməyən, nəsl artırmayan qatır da onun simvolu sayılır.  
Elə çox qədim zamanlarda keçirilmiĢ “Səddə” bayramı da insanların 
qıĢdan  qorxmadıqlarını,  ona  qarĢı  keçirdikləri  bir  bayram  olmuĢdur. 
Novruza nə az, nə çox düz əlli gün qaldığını bildirmək üçün icra olunan 
“Səddə”  bayramında  insanlar  meydanın  ortasında  yandırdıqları  tonqalın 
çevrəsinə  dolanır,  rəqs  edir,  tamaĢalar  göstərirmiĢlər.  Dahi  Azərbaycan 
Ģairi  N.Gəncəvi  “Ġsgəndərnamə”  poemasında  Novruzla  bərabər  Səddə 
bayramından da söz açmıĢdır:  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə