Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
70 
 
Novruz ilə Səddə bayramlarında,  
Ayinlər yenə də olurdu bərpa. 
Əl üzü görməmiş növrəstə qızlar,  
Evindən sevincə dışarı çıxar.  
Əllər al xınalı, üzlər bəzəkli,   
Hər yandan gəlirdi coşqun ürəkli. 
Hər bir qıvrım saçlı, gəlişi gözəl, 
Ayaq yerə döyər, şappıldayar əl.  
Hərə bir sərv idi, əldə güldəstə,  
Sərv əndamlı bənzər çiçəkpərəstə.  
Hər qızlar axır bu gün hər yandan,  
Ürək arzusuna açılır meydan.  
 
QıĢ fəslinə belə bir münasibət yalnız “Kövsər”, “Səddə” ilə məhdud-
laĢmır. Bu baxımdan qıĢ və yaz fəsillərinin qarĢılaĢmasının, mübarizəsi-
nin rəmzi təsvirini nümayiĢ etdirən və tədricən xalq tamaĢası Ģəkli almıĢ 
mifoloji məzmunlu “kosa-kosa” mərasimi də maraqlı və düĢündürücüdür. 
Ġlin axır çərĢənbələrində, eləcə də Novruz bayramı günündə Azərbayca-
nın demək olar ki, bütün bölgələrində keçirilən bu mərasim – tamaĢanın 
ayin və nəğmələri çoxçeĢidlidir.    
Novruz bayramına sarı gedən yol öz baĢlanğıcını daha əsaslı Ģəkildə 
qıĢın  çillələrindən  götürür.  Dekabr  ayının  22-də  qıĢın  girməsi  ilə  baĢ-
layan qırx günlük  Böyük Çillədə ən məĢhur ayin bahar simvolu sayılan 
səməni  göyərtmək  və  ondan  halva  biĢirməkdir.  YaĢayıĢını,  dolanacağını 
təsərrüfat  ilinin  –  baharın,  yazın  baĢlanmasında  görən  ulu  əcdadlarımız 
taxılı  süni  Ģəkildə,  yəni  ev  Ģəraitdə  göyərtməklə  yazın  tez  gəlməsini, 
bununla  torpağın  oyanmasını,  əkilmiĢ  məhsulun  cücərib  böyüməsi 
arzusunu ifadə etmiĢdir.  
GöyərdilmiĢ  səməni  suyunda  halva  biĢirilərkən  iĢtirakçıların  elliklə 
oxuduqları:  
 
Səməni, ay səməni, 
Göyərdərəm mən səni.  
Sən gələndə yaz olur,  
Yaz olur, avaz olur.  
 
–  nəğmədə  də  səməninin  bilavasitə  yazla,  baharla  əlaqəsi  açıq-aydın 
deyilir.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
71 
Fevral  ayının  əvvəlindən  baĢlayaraq  iyirmi  gün  davam  edən  Kiçik 
Çillə qıĢın “oğlan çağı” sayılır. Bu çillənin “Xıdır Nəbi” adlanan birinci 
ongünlüyü  isə,  ümumiyyətlə  ilin  ən  sərt,  çovğunlu,  dondurucu  vaxtı 
sayılır və buna hətta bu xüsusiyyətinə görə “yalquzaq zamanı” da deyilir. 
Əbəs yerə deyil ki, bir Azərbaycan atalar sözündə də qıĢ  fəslinin məhz 
bu  zamanda  daha  soyuq  olduğunu  bildirmək  üçün  “Xıdır  girdi,  Xıdır 
çıxdı, qıĢ çıxdı” deyilir.  
“Xıdır Nəbi” mərasimi ongünlüyün sonuncu günü xüsusi Ģəkildə icra 
olunur.  Buğda  qovrulub  əldaĢında  (kirkirə)  üyüdülərək  qovut  çəkilir. 
QaynadılmıĢ yumurtalar daha çox günəĢin və yazın simvolu sayılan sarı, 
qırmızı, yaĢıl rənglərlə boyanılır. Bədənə istilik gətirən xörəklər biĢirmək 
üçün  tədarük  görülür.  ÇəkilmiĢ  qovutdan  bir  qab  “Xıdır  Nəbi”nin  so-
nuncu  gecəsi,  adətən,  yük  dolabının    altına,  divar  taxçalarının  əl  dəyil-
məmiĢ künclərinə qoyulur. Etiqada görə, həmin gecə Xıdır gəlib qovutun 
üstünə əl basır və bununla evdə bolluq, bərəkət yaranır. Xıdır Nəbi Ģərəfi-
nə aĢılmıĢ süfrəyə qoyulmuĢ qovutun üstünə bağ-bağatdan kəsilib gətiril-
miĢ,  alma  çubuqlarına  sarılmıĢ  və  yağ  sürtülərək  yandırılmıĢ  Ģamlar  da 
sancılır.  Süfrədəki  qovutdan  ailə  üzvləri  lap  sonra  yeyirlər.  Ġnanırlar  ki, 
Ģamlar yanan vaxtda ata-baba ruhları kimi, Xıdır Nəbi də gəlib bu qovut-
dan  dadır.  Elə  Ģər  qovuĢandan  sonra  pay  yığmaq  üçün  qapı-qapı  gəzən 
uĢaqlar da:  
Xanım, ayağa dursana,  
Yük dibinə varsana, 
Boşqabı doldursana,  
Xıdırı yola salsana.  
 
– nəğməsini oxumaqla ilk növbədə elə həmin qovutdan pay istəmiĢlər.  
Kiçik  Çillənin  qurtardığı  vaxtdan  yazın  ilk  gününə,  yəni  Novruz 
bayramına  qədər  olan  çağ  “Alaçalpo”,  “Ağlargülər”,  “Boz  ay”  və  s. 
adlanır. Ayın belə-belə adlarla adlanması onun buludlu,  yağıĢlı, küləkli, 
isti,  soyuq  –  bir  sözlə,  dəyiĢkən  olması  ilə  bağlıdır.  Əbəs  yerə  deyil  ki, 
xalq bu adlardan “Boz ay”a münasibətini “Boz ay bozara-bozara keçər” 
Ģəklində bildirmiĢdir.  
Boz ay hər biri yeddi gündən ibarət cəmlələr də adlanan dörd həftəyə 
- çilləbeçəyə bölünür. Etiqada görə, bu həftənin dördündə, eləcə də Kiçik 
Çillənin üç çərĢənbəsində təbiət və cəmiyyətdə canlanma, oyanma, diril-
mə  prosesi  gedir.  Dediyimiz  yeddi  çərĢənbədən  üçü  “oğru  çərĢənbə”, 
“oğru buğ”, “oğru üskü”, dördü isə “doğru çərĢənbə”, “doğru buğ”, “doğ-
ru üskü”, “cəmlələr” adlanır.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
72 
ÇərĢənbənin hər birinin məxsusi cizgiləri, ayinləri vardır. Doğrudur, 
“oğru çərĢənbə”, “oğru buğ”, “oğru üskü” adlana ilk üç çərĢənbənin dörd 
ilaxır  çərĢənbələr  qədər  rolu  böyük  deyil.  Amma  inama  görə,  həmin 
çərĢənbələrdə də torpağa az-çox istilik gəlir.  
Sözsüz  ki,  Novruz  qabağı  qeyd  olunan  dörd  ilaxır  çərĢənbələr  mə-
rasimlərinin,  ayinlərinin  zənginliyi  ilə  seçilir.  Eldə-obada,  kənddə-
kəsəkdə  hamının,  hər  evin,  hər  ailənin  təntənə  ilə  qeyd  etdiyi  bu 
çərĢənbələrin  hər  birinin  ayrı-ayrılıqda  müxtəlif  adları  da  vardır.  Misal 
üçün,  ilaxır  çərĢənbələrin  birincisi  bölgələrimizdə  əsasən  bu  adlarla 
tanınır:  “Əzəl  çərĢənbə”,  “Müjdəçi  çərĢənbə”,  “”Toz  çərĢənbə”,  “Yel 
çərĢənbə”, “Xəbərçi çərĢənbə” və s.  
Ġlk çərĢənbəyə belə adların verilməsi elə onun öz məzmunu ilə bağ-
lıdır.  Yazın  yaxınlaĢmasını  müjdələyən,  xəbər  verən  bu  çərĢənbədə  ev-
eĢik his-tozdan təmizlənir. Pal-paltarın, xalça-palazın tozu tökülür. Elə bu 
üzdən də ona  çox vaxt  “Toz çərĢənbə” deyilir. Sözü gedən çərĢənbənin 
“Yel  çərĢənbə”  adlanması  da  səbəbsiz  deyil  və  bu,  çərĢənbəyə  verilmiĢ 
ən  düzgün  addır.  Çünki  ilaxır  çərĢənbənin  birincisi  bilavasitə  kainatın 
astronomik  durumu,  təbiətĢünaslıq  və  fizika  qanunlarına  uyğun  bir 
hadisədir.  Bu  deyilənlərə  əsasən  istilik  olaraq  havaya  gəlir.  Sözsüz  ki, 
əgər  hava  (yel)  qızmayıbsa,  onda  suların  donu  açılmaz.  Havaya  istilik 
gəlməlidir ki, torpağın donundakı buz (su) donu ərisin, torpaq yumĢalsın 
və  təsərrüfatçı  -  əkinçi  bu  torpağı  Ģumlaya  bilsin,  bağban  bağındakı 
ağacların diblərini belləyib yumĢalda bilsin.  
Novruz  bayramlarının  il  sonu  çərĢənbələrinin  ikincisi  yenə  də  ayrı-
ayrı  bölgələrimizdə  “kül  çərĢənbə”,  “külə  çərĢənbə”,  “Su  çərĢənbə”, 
“sular Novruzu” adlarıyla tanınır.  
Birinci  çərĢənbədə  havaya  buğun,  istiliyin  gəldiyini  bilən  təsərrüfat-
çını  indi  daha  çox  bağ-bostanı,  əkin-biçini  düĢündürür.  Bunların  da  qıĢ 
yuxusundan ayılmasını, oyanmasını istəyir. Bunun üçün o, axĢam yandı-
rılmıĢ  çərĢənbə  tonqalının  külünü  isti-isti  bağ-bostana,  əkin-əkincəyə, 
ağac  budaqlarının  üstünə  səpir.  Ġstiliyin  süni  simvolunu  yaratmaqla 
üstlərinə  kül  səpələdiklərinin  də  tezliklə  oyanması,  canlanması  istəyini 
ifadə  edir.  Deməli,  çərĢənbənin  “kül  çərĢənbə”,  “külə  çərĢənbə” 
adlanması bu görüĢlə ilgilidir.   
Novruz  çərĢənbələrinin  üçüncüsünün  “Gül  çərĢənbə”,  “Torpaq  çər-
Ģənbə”, “Yer çərĢənbə”, “Ölü çərĢənbə”, “Ata-baba günü çərĢənbəsi” və 
s. adları vardır. Bu çərĢənbədə torpağın, yerin canına tamam-kamal istilik 
gəlir. MeĢələrdə, dağ  ətəklərinin güneyində  Novruzgülü baĢ qaldırır. Bu 
yaxınlıqlarda  yaĢayanlar,  xüsusən  oğlan-qız  uĢaqları,  cavanlar  gedib 
həmin Novruzgüllərindən toplayıb çərĢənbə süfrəsinə qoyurlar.  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə