Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
78 
 
 
 
Bəhmən 
VƏTƏNOĞLU 
 
 
 
 
MƏNĠM OLANLAR 
 
Nə Ģöhrət, nə dövlət, nə ad qalacaq,  
Mənim olmayacaq mənim olanlar.  
Dünyadan gedənlər bir də qayıtmaz,  
Onu bilməlidir gözü dolanlar.  
 
Leysanda buludlar qaralmalıdı,  
Payızda dağları qar almalıdı.  
Xəzan ki, yetiĢdi, saralmalıdı, 
Açılmaz təzədən bir də solanlar.  
 
Ġlan kimi torpaq üstə sürünsün, 
Əgər görünsə də az-az görünsün.  
Papaq əvəzinə palaz bürünsün, 
Vəfası, ilqarı, əhdi yalanlar.  
 
Sönərmi sinəmdə qalanan ocaq,  
BaĢımda tüstüyə, dumana bir bax.  
Sizin həmdərdiniz mənəm, mən, ancaq, 
Yığılın baĢıma, könlü talanlar.  
 
Söz Bəhmənin dövlətidi, varıdı,  
Məhəbbət ürəyin ilk baharıdı.  
Dünyanın ən xoĢbəxt adamlarıdı,  
Sevilib alanlar, sevib alanlar.  
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
79 
 
YAZIĞIM GƏLĠR  
 
Dünya kimiyə kef, kimiyə dəhĢət, 
Bunları qanana yazığım gəlir.  
Duyub düĢündükcə ömrün sonunu,  
Ġnsanam, insana yazığım gəlir. 
 
Dövran təzələdi yeni dərdimi,  
Saz nədir bilməyən tərpədir simi.  
Bir ağılsız naĢı qəvvaslar kimi,  
DüĢəndə ümmana, yazığım gəlir. 
 
Ömür yollarında ağardıb birçək,  
Ay ellər, atalar alimdir gerçək.  
Cüt olsa sərçə də qalib gələcək
Tək olan aslana yazığım gəlir. 
 
Xilqətin sirrini duya bilmirəm,  
Hər sözü aĢikar deyə bilmirəm,  
Niyə sızıldayır, niyə, bilmirəm,  
Naləli kamana yazığım gəlir. 
 
Gözümdən yaĢ axır üzümə dən-dən,  
Aman ay ayrılıq, olmayaydın sən.  
Bir ölüm yaxĢıdı sevilməməkdən, 
Talesiz cavana yazığım gəlir. 
 
Ġgid ər adlanar qeyrət olanda,  
Üzdə həya olar ismət olanda.  
Dilbilməz nadana qismət olanda, 
Əhli-hal cavana yazığım gəlir. 
 
Bir an çatılmazmı qaĢı ovçunun, 
Axmazmı gözünün yaĢı ovçunun.  
Dəyəndə gülləsi naĢı ovçunun, 
Yaralı ceyrana yazığım gəlir.  
 
Dövran gərdiĢinə uya bilməyib,  
Qəlbindən qubarı yuya bilməyib, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
80 
EĢqini kimsəyə deyə bilməyib, 
Gizlincə yanana yazığım gəlir. 
 
Zalım zaman kimi etdi bəxtiyar, 
Ürəklərdə kədər, həsrət, intizar.  
Aman Allah, dağlar boyda dərdi var, 
Bəhmən tək ozana yazığım gəlir. 
 
 
DOSTLARI 
 
Ġndi ha gəzirəm, tapa bilmirəm,  
Bir zaman qəlbimdə bitən dostları.  
Könül sarayımda, ömür bağımda,  
Sarı bülbül kimi ötən dostları.  
 
Cəbrini yerinə yetirmədiyim,  
Ağır Ģələsini götürmədiyim, 
Gen gündə yadıma gətirmədiyim, 
Dar gündə dadıma yetən dostları.  
 
Bostan becər, qanqal bitirmə, Bəhmən,  
Zər axtar, zir-zibil götürmə, Bəhmən.  
Ġtirmə, itirmə, itirmə, Bəhmən, 
Ġtirsən, tapmazsan itən dostları.  
 
DAĞLARA 
 
Dağ çəkən dağlara yenə qurbanam,  
GəlmiĢəm imana, dinə, qurbanam. 
QurmuĢam qoynunda binə, qurbanam, 
Dağlar gül bükübdü sinəmə, qurban.  
 
Əzəməti duymaz, vüqarı bilməz, 
Nə qiymət verər ki, naĢı dağlara?!  
Mən ona Məcnunam, o mənə Leyli,  
Qonubdu könlümün quĢu dağlara.  
 
Mən olsam yanında yüz həmdəmin də, 
Çıxsam axırına dərdi-qəmin də, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
81 
Bircə gün ayrılsam vüsal dəmində, 
Tökülər gözümün yaĢı dağlara.  
 
Bahar necə keçdi, yay necə keçdi, 
Qıvrıldı, dolandı, çay necə keçdi?!  
Bilmədi gün necə, ay necə keçdi, 
QarıĢdı Bəhmənin baĢı dağlara.  
 
BAĞIġLA BƏHMƏNĠ,  
BAĞIġLA, DAĞLAR 
 
Səhv etdim, mən səndən aralı getdim,  
Özüm də anladım, çox günah etdim.  
Etdiyim günahdan əyildi qəddim, 
Axı səhv edilməz bu yaĢda, dağlar, 
BağıĢla Bəhməni, bağıĢla, dağlar.  
 
Səhvimi baĢıma qaxmadın mənim, 
Könül sarayımı yıxmadın mənim, 
Üzümə də dərin baxmadın mənim, 
Əridim mehriban baxıĢda, dağlar, 
BağıĢla Bəhməni, bağıĢla, dağlar.  
 
NaĢılar çox gördü günahı məndə, 
Mən ki, yad deyiləm Ģəhərə, kəndə. 
QayıtmıĢam sənə bir gözəl gündə, 
Gedəndə getmiĢdim yağıĢda, dağlar, 
BağıĢla Bəhməni, bağıĢla, dağlar.  
 
Gərək qənim olam mən də qənimə, 
Səndən ayrı düĢmək sığmır Ģənimə. 
Mənim bu çiçəkli söz gülĢənimə, 
Solmayıb vurduğun naxıĢ da, dağlar, 
BağıĢla Bəhməni, bağıĢla, dağlar.  
 
Yenə bir gülünəm, yenə mən sənin, 
ġirincə dilinəm, yenə mən sənin.  
Ötən bülbülünəm, yenə mən sənin, 
Nə yazda susmaram, nə qıĢda, dağlar, 
BağıĢla Bəhməni, bağıĢla, dağlar.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
82 
 
SAZIMIZ - SAZBƏNDĠMĠZ 
 
FƏRMAN XUDUOĞLU: HƏR SƏNƏTKARIN 
ÖZ YOLU, ÖZ DƏST-XƏTTĠ VAR 
 
Rubrukamızın budəfəki qonağı sazbənd Fərman Xuduoğludur. 
Onunla söhbətimiz məĢhur sazbənd usta Xudu və bu sazbəndlik 
barədədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
- Gəlin söhbətimizə bir qədər əvvəldən baĢlayaq. Təkcə Azərbaycan-
da  deyil,  onun  hüdudlarından  kənarda  da  sazbənd  kimi  məĢhur  olan 
usta Xudu bu sənətə necə gəlməsi barədə sizə nə deyirdi? 
-  Atam  çox  erkən  –  üç  aylıq  ikən  atasını  itirib  və  həyatda  nəyə  nail 
olubsa ancaq öz gücünə, öz qabiliyyətinə əldə edib. Babam dülgər imiĢ.  
Atam isə uĢaqlıqdan saza-sözə meylli olsa da, əvvəlcə kənddə bərbər ki-
mi tanınıb, sonra isə dərzilik öyrənib. Hərbi xidmətdən qayıtdıqdan sonra 
isə  bir  müddət  sovxozda  çalıĢsa  da,  yenə  də  sazın  xəyalı  ilə  yaĢayıb. 
QonĢu  Tatar  kəndində  Nuru  adlı  aĢıq  olub.  Atam  danıĢardı  ki,  bir  neçə 
gün dalbadal onun simasında ağsaqqal bir kiĢi yuxuma girib dedi ki, sənə 
sazbəndlik  peĢəsi  verilir  və  elə  yuxuda  da  ona  sazbəndliyi  öyrədib. 
Üstəlik deyib ki,  bu sənət sənin ocağında daimilik olacaq. Bu hadisədən 
iki  ay  sonra  atam  görür  ki,  artıq  sazbəndiliyi  öyrənib  (təbii  ki,  yuxuda 
gördükləri əsasnda). Bir gün nənəm  görür ki,  atam ağacdan  yonub nəsə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə