OZAN DÜNYASI № 2(5), 2011
103
Dastanda Qaçaq Ġsmayılın kimliyi, nəsli haqqında təfsilatlı məlumat
var. “Bəli, əzizlərim! Sözümün canı tarixlərin daĢ yaddaĢında əbədi iz
qoyan Qaçaq Ġsmayıl haqqında danıĢmaqdır. Qaçaq Ġsmayıl Ġncə dərəsin-
də, Aslanbəyli obasında Cəlil öylərinin oğlu Omar kiĢinin övladı olub.
Deyilənlərə görə, sakit təbiətli, heç kimlə iĢi olmayan, alın təri ilə bala-
larını dolandıran, sadə kəndli ömrü yaĢayan Omar kiĢinin amalı düzlük,
halal ömür yaĢamaq olub. Onun arvadı Xədicə qarı ġədillilər nəslindən
olub. Omar kiĢinin və Xədicə qarının iki övladı var imiĢ. Oğlunun adı Ġs-
mayıl, qızının adı Sayalı olub” (s.12). Dastanda Ġsmayılın qaçaq düĢməsi-
nin səbəbi, qaçaqlığa qədərki ağır həyatı, qaçaqlıq etdiyi vaxtlarda igid-
liyi maraqlı Ģəkildə, Ģirin xalq ləhcəsi ilə təfsilatını tapır. Xalq arasında
yaĢayan, romanların, povestlərin, dastanların qəhrəmanına çevrilən, za-
manında qəhrəmanlığı ilə rus ədiblərinin də marağına səbəb olan bir ob-
raz, Qaçaq Kərəm obrazı da bu dastanda özünə geniĢ yer tapır. Ən ma-
raqlı məqam iki qaçağın, Qaçaq Kərəmlə Qaçaq Ġsmayılın yaxınlığı,
dostluğudur. Qazax rayonunda, onun bir parçası olan Ġncə dərəsində,
Borçalı bölgəsində bu yaxınlıqla bağlı kifayət qədər əhvalatlar dolaĢmaq-
dadır. Bu iki el qəhrəmanı təkcə qəhrəmanlığı ilə xalqın yaddaĢında öl-
məzlik qazanmayıb, eyni zamanda dostluğun, sədaqətin timsalına çevri-
liblər.
Xalq arasında “qaçağı el saxlar” deyirlər. Bu, doğurdan da belədir.
“Qaçaq Ġsmayıl” dastanında bir epizod var. Orada deyilir: “Ġncə dərəsin-
də toy ola, bu toya qaçaqlar gəlməyə. Onda bu toyun nə dadı olar, nə
duzu. Qaçaq Ġsmayılla Qaçaq Kərəm məclisə girəndə kar Abdulla bir az
da ürəkdən çaldı sazını... Güllə səs eĢitcək Kərəm Ġsmayıla dedi:
- Ayə Ġsmayıl, sənin ata yurdunda bizə gülləmi atırlar?
Ġsmayıl gülə-gülə dedi, düz deyirsən, güllə atıldı, qardaĢ, bu, düĢ-
mən gülləsi ha deyil, bu, dost gülləsidir. Özü də bunu atan da Uzun Al-
lahverəndir, görmürsənmi, a Kərəm, gülləni bizdən 5-10 addım qabağa
atıb, atası cənnətlik.
Ġsmayıl atının yəhərini çəkərək dayandı və Kərəmə baĢa saldı ki,
Uzun Allahverən öz gülləsiylə demək istəyir ki, ehtiyatlı olun qabaqda
düĢmən var” (s. 60-61). Bütün bunlar el qəhrəmanına, Qaçaq Kərəmə,
Qaçaq Ġsmayıla xalq sevgisidir. Burada digər məqam Ġncə dərəsi cama-
atının xarakterik xüsusiyyətləri ilə bağlı məsələdir. Mərdanəliyi, qonaq-
pərvərliyi, qonağa arxa olması və s. var. Dastanda maraqlı epizodlardan
biri Qaçaq Ġsmayılın ömür-gün yoldaĢı Ġncəli qızı Tükəzbanla bağlı epi-
zodlardır. “...Tükəzban yatağında rahat uzana bilməzdi. BeĢaçılanı çiy-
ninə aĢırıb, atı çaparaq əri Ġsmayılın izinə düĢdü. Qaranlıqda kazak əsgər-
lərinin və rus pristavlarının canavar gözü kimi iĢıldayan gözlərinə lənət
OZAN DÜNYASI № 2(5), 2011
104
yağdıra-yağdıra dağlara qalxdı. Ġsmayılın izinə düĢənləri azdırmaq üçün
atəĢ açmağa baĢladı” (s. 69). Budur azərbaycanlı qızı. Budur azərbay-
canlı qızının qəhrəmanlığı, ailəsinə sədaqəti. Bunlar özlüyündə tarixdir.
Zaman-zaman yaĢayacaq, nəsillərə örnək olacaq tarix. Burla Xatundan,
Banuçiçəkdən, Koroğlunun Nigarından, Nəbinin Həcərindən Qaçaq Ġs-
mayılın Tükəzbanına daĢınan və onda təkrarlanan, gələcək nəsillərə ötü-
rülən mənlik, əxlaq kodeksidir. Dastanlarımız bu mənada çox mətləbləri
deyir. Biz onu zamanında yazıya ala bilməmiĢik. Ona görə də həmin
qəhrəmanlıqların böyük hissəsi tarixin dərin qatlarında torpağa gömülüb.
Bütün itkilərə baxmayaraq yenə də danıĢıb, özünün izlərini qoruyub sax-
layıb. “Qaçaq Ġsmayıl” dastan nümunəsi kimi formalaĢmadadı. Hələ for-
malaĢma dövrünü baĢa vurmayıb. Lakin bütün müstəvilərdə dastan nü-
munəsi kimi uğurludu, təkrar variantları, araĢdırmaları zəruri edir. Onun
ilk addımını Zəminə Xınalı atıb. Əminik ki, toplamalarla, araĢdırmalarla
sonrası uğurlu davamı olacaq.
ƏDƏBĠYYAT:
1.
Əfəndiyev P. – Azərbaycan Ģifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 2008.
2.
Kitabi-Dədə Qorqud. Bakı, Gənclik, 1978.
3.
Koroğlu. Bakı, Yazıçı, 1975.
4.
Qaçaq Ġsmayılın dastanı. (Toplayıb, tərtib edəni Z.Xınalı) Bakı, Adiloğlu,
2008.
5.
Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972.
OZAN DÜNYASI № 2(5), 2011
105
SAHĠBƏ PAġAYEVA
AMEA Folklor İnstitutunun
elmi əməkdaşı
AġIQ ELĠ, EL AġIĞI YAġADAR
Dünyaya göz açıb özünüdərk çağına çatan hər bir insanın bir amalı
olur bu həyatda: özünə xas cığır açıb layiqli yer tutmaq. Elə bu amalla da
kimi müəllim, həkim, kimi aĢpaz, rəngsaz olur. Kimi də qəlbindəki
yaradıcılıq məĢəlindən gələn enerji ilə ömrünü sənətə verib, elin-günün
könlündə yaĢayır. Belə sənətsevərlərdən biri də xalqımızın aĢıq
yaradıcılığı irsinin layiqli davamçısı AĢıq Mahmuddur.
Təxminən 30 il öncə xalqımızın folklor qaynaqlarının görkəmli
tədqiqatçısı, filologiya elmləri doktoru, professor Sədnik PaĢa Pirsultanlı
topladığı folklor nümunələrinin orijinallığını qorumaq məqsədilə nənə və
babalarımızdan bizə miras qalan irsimizi yaddaĢlara həkk etmək üçün
min bir kənd gəzir. Elə bu minvalla üz tutur Tovuz rayonuna. Rayonun
kəndlərini qarıĢ-qarıĢ gəzib ağbirçək və ağsaqqallarla söhbətləĢən S.Pir-
sultanlı bir dost məclisinə baĢ çəkir. Sazlı-sözlü bu məclisə Ģuxluq qat-
anlardan biri də AĢıq Mahmud olur. O zamanlar hələ gənc olan AĢıq
Mahmud valehedici istedadı ilə S.Pirsultanlının diqqətini cəlb edir. Alim
geri dönər-dönməz gələcəyin bu istedadlı aĢığı haqqında məqalə yazır və
beləliklə də onu mətbuatda iĢıqlandırmaqla daha geniĢ kütləyə təqdim
edir. Bilmirəm bu təsadüfdürmü, deyilmi, atam Sədnik PaĢa Pirsultanlı-
nın bir zaman haqqında məqalə yazaraq elmi auditoriyaya təqdim etdiyi
bu istedadlı sənətkar AĢıq Mahmudla 30 il sonra əməkdaĢı olduğum
AMEA Folklor Ġnstitutunda tanıĢ olub bu məqaləni qələmə almaq mənə
də nəsib olur.
El-el, oba-oba, kənd-kənd gəzib həm xalqımızın əsrlərdən keçib gə-
lən dastanlarını, el havalarını canlandıran, həm də özünün yeni-yeni yara-
dıcılıq yenilikləri ilə yaddaĢımızı təzələyən, irsimizi zənginləĢdirən AĢıq
Dostları ilə paylaş: |