OZAN DÜNYASI № 2(5), 2011
102
yer olmazdı. Hətta iynə atsan belə yerə düĢməzdi. Bir nəfər dastanın ayrı-
ayrı qollarını oxuyardı. Biz isə ona sakit-səssiz qulaq asardıq. Sonra isə
qocaların qaçaqlar haqqında söhbətini, dediklərini eĢidərdik. Mənim
anadan olduğum Kəmərli kəndi böyük meĢələrlə əhatə olunmuĢdu. O
meĢələrin, dağların hər biri bir səngər yeri idi. Çox təəssüflər, indi o yer-
lər yağı düĢmənin əlindədi. Sovetlər zamanında və ondan sonrakı dövrdə
rəhbərlərin yerində olmaması, səriĢtəsizliyi, vəzifə və pul düĢkünü olması
ucbatından bu torpaqlar müəmmalı olaraq düĢmən əlinə keçdi. Zaman-
zaman qəhrəmanlığa, qəhrəmanlara səngər olan həmin yerlər indi ağrılara
yüklüdü. Ancaq əminəm ki, biz o yerlərə, türkün itirilmiĢ torpaqlarına
qayıdacağıq. Bu, mənə gün kimi aydındır.
Kitaba folklorĢünas alim Elxan Məmmədli “Xalq ruhundan pərvaz-
lanan Ģairə” baĢlığı ilə ön söz yazıb. Burada həm dastan, həm də onu top-
layıb çap etdirən Zəminə Xınalı ilə bağlı fikirlərini bölüĢüb. Ġki səhifəlik
bir yazıda kifayət qədər maraqlı mətləblərə toxunub. Bu isə Elxan Məm-
mədlinin bir folklorĢünas kimi ilk öncə faktlara bələdliyindən, böyük
xalq sevgisi ilə yaĢamasından xəbər verir. Daha sonra “Tərtibçidən” baĢ-
lığı altında bir yazı verilir. Bu, bir növ tərtibçinin oxuculara müraciətidir,
tanıtmadır. Ġncə dərəsi, onun təbiəti, insanları və özünün ora ilə bağlılıq-
ları haqqında danıĢır.
Dastan dastançılığa məxsus təhkiyə ilə baĢlayır. Qazax mahalı,
onun bir parçası olan Ġncə dərəsi haqqında məlumat verir. Aslanbəyli
kəndindən, onun əsrarəngiz təbiətindən, Hacı Əfəndi ocağından və s.-dən
danıĢır. “Qeyrət dərəsidi Ġncə dərəsi”, “Bu, Ġncə dərəsi, bu, incəlidir”
misralı Ģeirlərini verir. Bu Ģeirlər ifadəliliyi, xalq düĢüncəsinin bir parçası
olması baxımından diqqəti cəlb edir. Burada Qaçaq Ġsmayılın bütünlükdə
həyatı dastan ənənəsinə məxsusluqla davamlı Ģəkildə əksini tapır. Onu da
qeyd edək ki, xalq arasında Qaçaq Ġsmayılla bağlı dastana düĢməmiĢ
çoxlu hekayətlər yaĢayır. Dastan həmin qəhrəmanlığın bir hissəsidir. Da-
ha doğrusu, ümumiləĢdirilərək dastana düĢmüĢ epizodlarıdır. Qaçaq Ġs-
mayıl və onunla bağlı söylənənlər, təkrar qeyd edək ki, bizə yaxın
zamanın faktlarıdır. Lakin bu tip qəhrəmanlar xalq sevgisində əfsanələĢir.
Real Ģəxsiyyət olmadan tarixin yaddaĢına əfsanələrlə, dastanlaĢma ilə
gedir. Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Qaçaq Tanrıverdi
kimi el
qəhrəmanları məhz bu qəhrəmanlıqları ilə dastan tipinə çevrilir, bir baĢqa
formada yaĢam qazanır. Biz bu tarixi Ģəxsiyyətlər haqqında olanlara diq-
qət yetirməklə bir çox mübahisələrə, fikir aydınlıqlarına səbəb olmuĢ
qəhrəmanlıq dastanlarımız haqqında təsəvvürlərimizə, dastanların yaran-
ma yollarına, dastan qəhrəmanlarının real Ģəxsiyyət olub-olmaması məsə-
lələrinə aydınlıq gətirə bilirik.