OZAN DÜNYASI № 2(5), 2011
35
7.
“1921-ci ildə aĢıq Ələsgər ailəsi ilə birgə doğma Ağkilsə
kəndinə qayıtmıĢ, ömür-gün yoldaĢı Anaxanım da 1922-ci ildə
burada vəfat etmiĢdir” (Yenə orada).
8.
“1924-cü ildə aĢıq Ələsgər dövlət tərəfindən Yerevana
dəvət olunmuĢ, amma onun səfəri baĢ tutmamıĢdır” (Yenə orada).
Daha doğrusu, o, getməkdən imtina etmiĢdir. Ustad gələnlərə belə
cavab vermiĢdir: “Oğul, hökuməti sağ olsun, bilirəm nədən ötrü
istəyib. Daha o vaxtım deyil, üç-dörd ildi yüzü keçmiĢəm. Budu –
əlini ağzına tərəf aparıb barmağını diĢlərinə vurdu, – diĢlərim
oynuyur, huĢum da əvvəlki kimi gətirmir” (Yenə orada).
Budur Dədə Ələsgərin ömrünün son əzablı iyirmi ili.
Ġndi də Mirzə Bilalın qoĢmasındakı nikbin ruha, Ģən ovqata fikir
verək.
Əgər aĢıq Bilal qocaman aĢıq Ələsgərin o zamankı vəziyyətindən,
öldü-qaldısından
xəbərsiz idisə,
ümumiyyətlə, ona məktub yaza bilməzdi.
Əksinə, əgər o, aĢıq Ələsgərin baĢına gələn bəlaları bilirdisə, belə bir
naməni yazmağı heç ağlına da gətirməzdi.
Bir anlıq belə hesab edək ki, Dədə Ələsgərin heç bir dərdi-qəmi
yoxdur, hər iĢi qaydasındadır və Mirzə Bilal Ģeir yazaraq onu qonaq
çağırır: “Salam göndərirəm sənə, Ələsgər”, yaxud “ġamaxıya,
bizim yana
gəlginən”, yaxud da “Gözləməkdən
gəldim cana, gəlginən” və s.
Müəllif elə bil öz yaĢıdına, köhnə dostuna müraciət edir. AĢıq Bilal
kimi “əzəl baĢdan pürkamallı”, “oturub duranda ədəbin bilən” bir ustad
özündən 51 yaĢ böyük olan, ömrünün 101-ci ilində yaĢayan möhtəĢəm
sənətkara belə asanlıqla, Ģuxluqla müraciət edə bilərdimi? Əsla yox!
Bu Ģeirdə ərkyanalıq var. Yalnız yaĢca yaxın olan iki sənətkar bir-bi-
rini belə ərklə çağıra bilər. Əgər qoĢma AĢıq Ələsgərə xitabən deyilsəydi,
orada çağırıĢ yox, təzim olardı. Heç kəs böyüyü öz yanına çağırmaz, özü
onun yanına gedər.
Bizcə burada əlavə izahata ehtiyac qalmır: Mirzə Bilal bu qoĢmanı
AĢıq Ələsgərə yaza bilməzdi. ġeir müəllifinin Ģəkili Ələsgər və Cabbar
Qaryağdı oğlu ilə yaxından dostluq etdiyi və Qurban Pirimovla sənət yol-
daĢı olduğu barədə Səttar Axundovun yazdığını nəzərə alsaq (ġirvan
aĢıqlarının muğamatçılarla və bütövlükdə ġirvan aĢıq musiqisinin muğa-
matla yaxınlığı bəlli məsələdir!), “Gəlginən” qoĢmasının xanəndə
Ələsgər Abdullayevə yazıldığını təsdiq etməli olarıq.
Onu da qeyd edək ki, S.Axundovun tərtib etdiyi kitabça çapdan
çıxanda (1960) Cabbarın və Ələsgərin müĢayiətçisi, aĢıq Bilalın sənət
yoldaĢı, böyük tarzən Q.Pirimov səksən yaĢında idi. Televiziyada və
filarmoniya səhnəsində tez-tez çıxıĢ edirdi və hələ beĢ il də yaĢayacaq,
OZAN DÜNYASI № 2(5), 2011
36
çalıb-çağıracaqdı. AĢıq Bilalın Ģeirlərini çapa hazırlayan S.Axundov,
onun
barəsində yəqin ki, Q.Pirimola söhbət etməmiĢ deyildi.
Ġndi də iki dəfə cavabsız qoyduğumuz suala qayıdaq və M.Mürsə-
lovun aĢıq Ələsgərin qonaq dəvət edilməsi barədəki fikrini iki Ģəkildə
yozmağa çalıĢaq.
1.
1970-ci ildəki məqaləsini yazarkən araĢdırıcının əlində
Ģeirin “Bağrına basaraq telli sazını” misralı ikinci variantı hələ yox
idi və Ģübhəsiz ki, o, S.Axundovun kitabından istifadə edərkən bura-
dakı giriĢ məqaləsini də oxumuĢdu, yəni tədqiqatçı kimi adi peĢəkar-
lıq borcunu yerinə yetirmiĢdi. Buna baxmayaraq, M.Mürsəlov ġirvan
aĢığını Göyçə aĢığına yaxınlaĢdırmaq, əlaqələndirmək istəyində
bulunmuĢ və çox götür-qoy etmədən aĢıq Bilalın aĢıq Ələsgəri qonaq
dəvət etdiyini yazmıĢdır.
2.
Məqaləni yazarkən müəllifin əlində qoĢmanın ikinci va-
riantı da olmuĢdur (yenə də həmin sual: əgər belədirsə bəs nə üçün o
özünün topladığı ikinci variantın yox, S.Axundovun topladığı birinci
variantın üçüncü bəndindən istifadə etmiĢdir?) və buradakı “Bağrına
basaraq telli sazını” misrasını ġirvan və Göyçə aĢıqlarının əlaqəsini
nəzərə çarpdırmaq baxımından əlveriĢli və məqsədəuyğun hesab
etdiyindən birinci variantın üstündən keçmiĢ və Mirzə Bilalın Dədə
Ələsgəri qonaq çağırdığını yazmıĢdır.
Nəhayət, bir neçə kəlmə də birinci bəndin üçüncü misrası barədə.
Birinci variantda “Dost olmaq istəsən mənimlə əgər” misrasında tə-
kəbbür, özündənrazılıq çalarları var və o, Ģeirin ümumi ruhuna uyğun
gəlmir. Görünür ki, Mirzə Bilal burada tamamilə baĢqa misra yazmıĢ,
sonradan Ģifahi ötürmələrdə həmin misra yaddan çıxmıĢdır. Digər tərəf-
dən, əgər bu qoĢma M.Mürsəlovun göstərdiyi kimi, 1922-ci ildə yazıl-
mıĢdısa, o dövrdə AĢıq Bilalın 50, xanəndə Ələsgərin isə 56 yaĢı vardı.
Ġnanmaq olmur ki, iki məĢhur sənətkar o vaxta kimi tanıĢ deyildilər və
həmin misra ilə biri o birini dost olmağa çağırırdı.
Ələsgər Abdullayevin həm Bakıda, həm ġəkidə evi vardı, əsas fəaliy-
yət dairəsi də həmin Ģəhərlər idi. Hər iki istiqamətdə hərəkət edərkən
yolu mütləq ġirvandan keçirdi. Yəni sənətkarların tanıĢlığını ləngidəcək
bir səbəb yox idi. Bu da bir həqiqətdir ki, onlar dəfələrlə el Ģənliklərində
yanaĢı iĢtirak etmiĢlər. Açıq-aydın görünür ki, dostluğa çağırıĢ misrası
Ģeirə sonradan gəlmədir. Əslində Ģeir köhnə dosta müraciətlə yazılmıĢdır.
Artıq göstərdiyimiz kimi, birinci bəndin üçüncü misrası ikinci vari-
antda “Bağrına basaraq telli sazını” Ģəklində verilmiĢdir. Bu, su kimi
sağa-sola iĢlənən ümumi bir ifadədir. Həm də aĢıqlar adətən yazılı