Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
35 
7.
 
“1921-ci ildə  aĢıq  Ələsgər ailəsi  ilə birgə doğma Ağkilsə 
kəndinə  qayıtmıĢ,  ömür-gün  yoldaĢı  Anaxanım  da  1922-ci  ildə 
burada vəfat etmiĢdir” (Yenə orada). 
8.
 
“1924-cü  ildə  aĢıq  Ələsgər  dövlət  tərəfindən  Yerevana 
dəvət  olunmuĢ,  amma  onun  səfəri  baĢ  tutmamıĢdır”  (Yenə  orada). 
Daha  doğrusu,  o,  getməkdən  imtina  etmiĢdir.  Ustad  gələnlərə  belə 
cavab  vermiĢdir:  “Oğul,  hökuməti  sağ  olsun,  bilirəm  nədən  ötrü 
istəyib.  Daha  o  vaxtım  deyil,  üç-dörd  ildi  yüzü  keçmiĢəm.  Budu  – 
əlini  ağzına  tərəf  aparıb  barmağını  diĢlərinə  vurdu,  –  diĢlərim 
oynuyur, huĢum da əvvəlki kimi gətirmir” (Yenə orada). 
Budur Dədə Ələsgərin ömrünün son əzablı iyirmi ili. 
Ġndi  də  Mirzə  Bilalın  qoĢmasındakı  nikbin  ruha,  Ģən  ovqata  fikir 
verək. 
Əgər  aĢıq  Bilal  qocaman  aĢıq  Ələsgərin  o  zamankı  vəziyyətindən, 
öldü-qaldısından xəbərsiz idisə, ümumiyyətlə, ona məktub yaza bilməzdi. 
Əksinə,  əgər  o,  aĢıq  Ələsgərin  baĢına  gələn  bəlaları  bilirdisə,  belə  bir 
naməni yazmağı heç ağlına da gətirməzdi.  
Bir  anlıq  belə  hesab  edək  ki,  Dədə  Ələsgərin  heç  bir  dərdi-qəmi 
yoxdur,  hər  iĢi  qaydasındadır  və  Mirzə  Bilal  Ģeir  yazaraq  onu  qonaq 
çağırır: “Salam göndərirəm sənə, Ələsgər”, yaxud “ġamaxıya, bizim yana 
gəlginən”, yaxud da “Gözləməkdən gəldim cana, gəlginən” və s. 
Müəllif elə bil öz  yaĢıdına, köhnə dostuna müraciət  edir. AĢıq Bilal 
kimi  “əzəl  baĢdan pürkamallı”, “oturub duranda  ədəbin  bilən” bir ustad 
özündən  51  yaĢ  böyük  olan,  ömrünün  101-ci  ilində  yaĢayan  möhtəĢəm 
sənətkara belə asanlıqla, Ģuxluqla müraciət edə bilərdimi? Əsla yox! 
Bu Ģeirdə ərkyanalıq var. Yalnız yaĢca yaxın olan iki sənətkar bir-bi-
rini belə ərklə çağıra bilər. Əgər qoĢma AĢıq Ələsgərə xitabən deyilsəydi, 
orada çağırıĢ yox, təzim olardı. Heç kəs böyüyü öz yanına çağırmaz, özü 
onun yanına gedər. 
Bizcə  burada  əlavə  izahata  ehtiyac  qalmır:  Mirzə  Bilal  bu  qoĢmanı 
AĢıq  Ələsgərə  yaza  bilməzdi.  ġeir  müəllifinin  Ģəkili  Ələsgər  və  Cabbar 
Qaryağdı oğlu ilə yaxından dostluq etdiyi və Qurban Pirimovla sənət yol-
daĢı  olduğu  barədə  Səttar  Axundovun  yazdığını  nəzərə  alsaq  (ġirvan 
aĢıqlarının muğamatçılarla və bütövlükdə ġirvan aĢıq musiqisinin muğa-
matla  yaxınlığı  bəlli  məsələdir!),  “Gəlginən”  qoĢmasının  xanəndə 
Ələsgər Abdullayevə yazıldığını təsdiq etməli olarıq. 
Onu  da  qeyd  edək  ki,  S.Axundovun  tərtib  etdiyi  kitabça  çapdan 
çıxanda  (1960)  Cabbarın  və  Ələsgərin  müĢayiətçisi,  aĢıq  Bilalın  sənət 
yoldaĢı,  böyük  tarzən  Q.Pirimov  səksən  yaĢında  idi.  Televiziyada  və 
filarmoniya  səhnəsində  tez-tez  çıxıĢ  edirdi  və  hələ  beĢ  il  də  yaĢayacaq, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
36 
çalıb-çağıracaqdı.  AĢıq  Bilalın  Ģeirlərini  çapa  hazırlayan  S.Axundov, 
onun barəsində yəqin ki, Q.Pirimola söhbət etməmiĢ deyildi. 
Ġndi  də  iki  dəfə  cavabsız  qoyduğumuz  suala  qayıdaq  və  M.Mürsə-
lovun  aĢıq  Ələsgərin  qonaq  dəvət  edilməsi  barədəki  fikrini  iki  Ģəkildə 
yozmağa çalıĢaq. 
1.
 
1970-ci  ildəki  məqaləsini  yazarkən  araĢdırıcının  əlində 
Ģeirin  “Bağrına  basaraq  telli  sazını”  misralı  ikinci  variantı  hələ  yox 
idi və Ģübhəsiz ki, o, S.Axundovun kitabından istifadə edərkən bura-
dakı giriĢ məqaləsini də oxumuĢdu, yəni tədqiqatçı kimi adi peĢəkar-
lıq borcunu yerinə yetirmiĢdi. Buna baxmayaraq, M.Mürsəlov ġirvan 
aĢığını  Göyçə  aĢığına  yaxınlaĢdırmaq,  əlaqələndirmək  istəyində 
bulunmuĢ və çox götür-qoy etmədən aĢıq Bilalın aĢıq Ələsgəri qonaq 
dəvət etdiyini yazmıĢdır. 
2.
 
Məqaləni  yazarkən  müəllifin  əlində  qoĢmanın  ikinci  va-
riantı da olmuĢdur (yenə də həmin sual: əgər belədirsə bəs nə üçün o 
özünün topladığı ikinci variantın yox, S.Axundovun topladığı birinci 
variantın üçüncü bəndindən istifadə etmiĢdir?) və buradakı “Bağrına 
basaraq  telli  sazını”  misrasını  ġirvan  və  Göyçə  aĢıqlarının  əlaqəsini 
nəzərə  çarpdırmaq  baxımından  əlveriĢli  və  məqsədəuyğun  hesab 
etdiyindən  birinci  variantın  üstündən  keçmiĢ  və  Mirzə  Bilalın  Dədə 
Ələsgəri qonaq çağırdığını yazmıĢdır. 
Nəhayət, bir neçə kəlmə də birinci bəndin üçüncü misrası barədə. 
Birinci  variantda  “Dost  olmaq  istəsən  mənimlə əgər”  misrasında  tə-
kəbbür,  özündənrazılıq  çalarları  var  və  o,  Ģeirin  ümumi  ruhuna  uyğun 
gəlmir.  Görünür  ki,  Mirzə  Bilal  burada  tamamilə  baĢqa  misra  yazmıĢ, 
sonradan  Ģifahi  ötürmələrdə  həmin  misra  yaddan  çıxmıĢdır.  Digər  tərəf-
dən,  əgər  bu  qoĢma  M.Mürsəlovun  göstərdiyi  kimi,  1922-ci  ildə  yazıl-
mıĢdısa, o dövrdə AĢıq Bilalın 50, xanəndə Ələsgərin isə 56 yaĢı vardı. 
Ġnanmaq  olmur  ki,  iki  məĢhur  sənətkar  o  vaxta  kimi  tanıĢ  deyildilər  və 
həmin misra ilə biri o birini dost olmağa çağırırdı. 
Ələsgər Abdullayevin həm Bakıda, həm ġəkidə evi vardı, əsas fəaliy-
yət  dairəsi  də  həmin  Ģəhərlər  idi.  Hər  iki  istiqamətdə  hərəkət  edərkən 
yolu mütləq ġirvandan keçirdi. Yəni sənətkarların tanıĢlığını ləngidəcək 
bir səbəb yox idi. Bu da bir həqiqətdir ki, onlar dəfələrlə el Ģənliklərində 
yanaĢı  iĢtirak  etmiĢlər.  Açıq-aydın  görünür  ki,  dostluğa  çağırıĢ  misrası 
Ģeirə sonradan gəlmədir. Əslində Ģeir köhnə dosta müraciətlə yazılmıĢdır. 
Artıq  göstərdiyimiz  kimi,  birinci  bəndin  üçüncü  misrası  ikinci  vari-
antda  “Bağrına  basaraq  telli  sazını”  Ģəklində  verilmiĢdir.  Bu,  su  kimi 
sağa-sola  iĢlənən  ümumi  bir  ifadədir.  Həm  də  aĢıqlar  adətən  yazılı 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə