Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
32 
 
Kitabçada bu qoĢmaya aid xüsusi izah yoxdur. Onun kimə ünvanlan-
dığından söhbət  getmir, hətta kimdən və neçənci ildə yazıya alındığı da 
göstərilmir. Ancaq S.Axundovun  yazdığı  “AĢıq  Bilal” adlı müqəddimə-
dəki  (1) bir parça bu məsələyə  iĢıq salır: “O (Aşıq Bilal  –  F.Ç.) məĢhur 
xanəndə  ġəkili  Ələsgərin,  Cabbar  Qaryağdının  yaxın  dostu  olmuĢdur. 
Görkəmli qoca tarzən Qurban Pirimovla yaxın sənət yoldaĢlığı etmiĢdir” 
(1, 5). 
Məsələ aydınlaĢır. ġübhə qalmır ki, Ģeir “yaxın dosta” – xanəndə Ģə-
kili Ələsgərə yazılmıĢdır. Nöqtəni elə burada qoymaq olardı, əgər söhbəti 
davam  etdirməyin  vacib  olduğunu  əsaslandıran  səbəblər  meydana  çıx-
masaydı. 
“AĢıq  Mirzə  Bilalın  həyat  və  yaradıcılığı”  mövzusunda  namizədlik 
dissertasiyası yazmıĢ Mürsəl Mürsəlov (1922-1983; Ağsu rayonunun Qə-
Ģəd kəndindəndir, AĢıq Bilalın həmyerlisidir) 1970-ci ildə “Ədəbiyyat və 
incəsənət”  qəzetində  sənətkar  haqqında  “Bu  günlərin  aĢiqi”  adlı  məqalə 
dərc  etdirmiĢ  və  onun  iki  Ģeirini  vermiĢdir.  Müəllif  yazır:  “O  (Bilal  – 
F.Ç.), ustad AĢıq Ələsgərin sənətinə dərin hörmət bəsləyirdi. Vaxtilə ona 
xitab  edərək  evinə,  el-obasına  qonaq  dəvət  etmiĢdi”  (9).  Elə  oradaca 
S.Axundovun çap etdirdiyi qoĢmanın üçüncü bəndi eynilə verilir. Ancaq 
bəndin  üçüncü  misrasındakı  “eyləyir”  bir  hərfin  dəyiĢilməsilə  “eyləyər” 
Ģəklində yazılır. 
Həmin  sətirləri  oxuyanda  istər-istəməz  düĢünməli  olursan:  – 
M.Mürsəlov nəyə əsaslanaraq Ģeirin məhz Dədə Ələsgərə xitabən söylən-
diyini  qərara  almıĢdır?  Məgər  o,  S.Axundovun  kitabçaya  yazdığı 
müqəddimə ilə tanıĢ deyildimi? 
Hələlik  bu sualı açıq buraxaq və hadisələrin sonrakı gediĢini izləyək. 
M.Mürsəlov 1982-ci ildə aĢıq Mirzə Bilalın yeni Ģeirlər məcmuəsini 
çap  etdirir  və  burada  haqqında  söhbət  açdığımız  qoĢmanın  müəyyən 
dərəcədə fərqli bir variantını təqdim edir. 
 
Salam göndərirəm sənə, Ələsgər, 
Qədəm qoyub bu məqama gəlginən. 
Bağrına basaraq telli sazını, 
Bir axşam süfrəmə şama gəlginən. 
 
Neçə yerdən sorağını almışam, 
Gəldiyin yollara xalça salmışam. 
Nə müddətdi intizarda qalmışam, 
Gözləməkdən gəldim cana, gəlginən. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
33 
 
Ustadla istərəm bir qılım söhbət, 
Ələsgər adına varımdı hörmət. 
Bilal ariflərə eyləyər xidmət, 
Şamaxıya, bizim yana gəlginən (3, 24). 
 
Göründüyü  kimi,  birinci  variantdakı  “Dost  olmaq  istəsən  mənimlə 
əgər”  misrası  ikinci  variantda  “Bağrına  basaraq  telli  sazını”  misrası  ilə 
əvəz olunmuĢdur. Həmin misranı oxuyarkən Ģübhə qalmır ki,  Ģeir  aĢığa 
ünvanlanmıĢdır və həm də aĢığın adı Ələsgərdir. Sözsüz ki, ilk növbədə 
göyçəli Dədə Ələsgər yada düĢür. 
Deməli, M.Mürsəlov  məhz bu misraya  əsaslanaraq tərtib etdiyi  kita-
bın nəĢrindən (1982) on iki il əvvəl (1970) çap etdirdiyi məqaləsində aĢıq 
Bilalın  AĢıq  Ələsgəri  qonaq  çağırdığını  yazmıĢdı.  Onda  belə  bir  sual 
meydana  çıxır:  –  Əgər  həmin  bu  ikinci  variant  1970-ci  ildə  M.Mür-
səlovun  əlində  var  idisə,  nə  üçün  öz  məqaləsində  S.Axundovun  çap 
etdirdiyi birinci variantın üçüncü bəndindən istifadə edirdi? Hər halda bu 
bənddə  də  müəyyən  variant  fərqləri  vardır:  birinci  variantın  ikinci  mis-
rasındakı  “sənətkar”  əvəzinə  ikinci  variantda  “Ələsgər”,  üçüncü  misra-
sındakı “ariflərə” əvəzinə isə ikinci variantda “sənətkara” getmiĢdir. 
Belə  çıxır  ki,  məqaləni  yazdığı  dövrdə  tədqiqatçının  əlində  ikinci 
variant  hələ  yox  idi  və  deməli  “Bağrına  basaraq  telli  sazını”  misrası  da 
yox idi. Onda yenə yuxarıdakı sual meydana çıxır: 
- Məqalə müəllifi hansı əsasla aĢıq Bilalın məhz aĢıq Ələsgəri qonaq 
çağırdığını qət etmiĢdir? 
Bu sualı ikinci dəfə də  açıq  buraxaq və diqqətimizi  Dədə Ələsgərin 
“Gəlginən”  qoĢmasının  yazıldığı  dövrdəki  (1922-ci  il;  bu  tarixi 
M.Mürsəlov  Ģeirin  altında  göstərir)  həyatına  yönəldək.  Həmin  dövrü 
aĢığın  kamil  tədqiqatçısı  və  nəvəsi  Ġslam  Ələsgərov  müfəssəl  təsvir 
etmiĢdir. Onun yazdıqlarından parçalara nəzər salaq. 
1.
 
“1905-1920-ci  illər  arasında  aĢıq  Ələsgərin  həyatı  son 
dərəcə  əzablı-əziyyətli  keçmiĢdir.  Bir  tərəfdə  1905-ci  ildəki  qardaĢ 
qırğını,  Birinci  Dünya  Müharibəsinin  xalqa  gətirdiyi  məhrumiy-
yətlər,  Göyçənin  dağıdılması  kimi  siyasi  ədalətsizliklər,  digər 
tərəfdən  isə  Ģəxsi  həyatında  baĢ  verən  faciəvi  hadisələr  həssas 
sənətkarı sarsıtmıĢ, yaradıcılığına qəm kölgəsi salmıĢdır” (8, s.7). 
2.
 
“AĢığın  xalası  oğlu  Molla  Rəhim  28  il  Sibirdə  sürgündə 
qaldıqdan sonra 1908-ci  ildə Ağkilsə kəndinə qayıtmıĢ. Aradan bir 
....  keçməmiĢ  bu  sevincin  üstünü  müsibət  dumanı  almıĢ,  Ələsgərin 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
34 
böyük  oğlu  BəĢir  bilmədən  Molla  Rəhimi  güllə  ilə  vurub  öldür-
müĢdür. Həmin faciə ustadın: 
 
Nagah badi-sərsər əsdi üzümə,  
Ömür bostanımın tağı kəsildi. 
Öz əlimdən xəta dəydi gözümə
Bədəndən qolumun sağı kəsildi. 
 
- bəndi ilə baĢlanan qoĢmasında öz əksini tapmıĢdır” (Yenə orada, s.7-8). 
Qeyd  edək  ki,  bu  bədbəxt  hadisə  ilə  bağlı  “BəĢirin  Molla  Rəhimi 
öldürməsi” adlı bir dastan da yaranmıĢdır (6, s.431-439). 
3.
 
“1915-ci  ildə  aĢıq  Ələsgərin  ən  istəkli  Ģəyirdi  –  qardaĢı 
MəĢədi  Salahın  oğlu,  həm  də  qızı  Gülnisənin  əri  Qurban  cavankən 
dünyadan  köçmüĢ,  bu  hadisə  qocaman  sənətkara  ağır  mənəvi-
psixoloji zərbə vurmuĢ, o bir daha əlinə saz almamıĢdır” (seyrəltmə 
mənimdir – F.Ç.) (8, 8). 
AĢıq Ələsgər əsərlərinin daha əvvəlki nəĢrlərində həmin fikir belə 
ifadə olunmuĢdur: “Bu hadisə Ələsgərə o qədər təsir edir ki, bundan 
sonra bir daha əlinə saz alıb aĢıqlığa getmir. Bu hadisədən sonra o, 
heç evdə də sazı köynəyindən çıxarmazdı” (4, s.451; 5, s.320). 
4.
 
“AĢıq  Ələsgər  1916-cı  ilin  yayında  baĢqa  bir  məyusluqla 
da  rastlaĢmıĢdır:  o  zaman  Türkiyə  sərhədində  iĢləməyə  fəhlə 
yığırmıĢlar.  Kəndin  kovxası  MəĢədi  Qasım  Ələsgərin  ortancıl  oğlu 
Əbüləzimi  fəhlə  göndərmək  istəmiĢ,  dəliqanlı  Əbdüləzim  isə  onun 
sözündən  çıxmıĢdır.  QəzəblənmiĢ  MəĢədi  Qasım  gənci  qamçı  ilə 
döymüĢ, əhvalatı eĢidən BəĢir kovxanı güllə ilə vurub qaçmıĢdır. Bu 
iĢin üstündə Ələsgərin qardaĢı Xəlil və Əbdüləzim tutulmuĢ, aĢıq on 
bir  ay  divanxanalar  qapısında  ayaq  döydükdən  sonra  məhkəmə 
zamanı  bir  neçə  adamla  Tiflisə  getmiĢ  və  dustaqları  həbsdən  azad 
etdirmiĢdir. BəĢir isə çar hakimiyyəti yıxılanadək qaçaq yaĢamıĢdır” 
(Yenə orada). 
5.
 
“1917-ci ildə Xəlilin vəfatı da aĢığın dərd-qəmini ağırlaĢ-
dırmıĢdır” (7, 25). 
6.
 
“1918-ci  ilin  yazında  yaranmıĢ  ağır  vəziyyətdən  (ermə-
nilərin  Göyçəni  viran  etməsi  nəzərdə  tutulur  –  F.Ç.)  bütün  göy-
çəlilər  kimi,  AĢıq  Ələsgərlilər  də  öz  torpaqlarından  baĢ  götürmək 
məcburiyyətində qalmıĢ, BəĢir ailəni Kəlbəcərin Qanlıkənd kəndinə 
köçürmüĢdür” (8, 8). 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə