OZAN DÜNYASI № 4(19), 2014
2
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ
Ozan dünyası
№4(19),
2014
Millətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.
Zəlimxan Yaqub
Xalq şairi
Baş redaktor: Musa NƏBĠOĞLU
REDAKSİYA HEYƏTİ:
Zəlimxan Yaqub (məsləhətçi)
Məhərrəm Qasımlı (məsləhətçi)
Həsən Mirzə
Nizami Cəfərov
Muxtar İmanov
Qəzənfər Paşayev
Qənirə Paşayeva
İsmayıl Məmmədli
Elxan Məmmədli
İlyas Tapdıq
Məmməd Aslan
Seyfəddin Qəniyev
Ədalət Nəsibov
İsfəndiyar Rüstəmov
Seyfəddin Altaylı (Türkiyə)
Nizaməddin Onk (Almaniya)
Çingiz Mehdioğlu (İran)
Nazim İrfan Nəsrəddinoğlu (Türkiyə)
Osman Əhmədoğlu (Gürcüstan)
Jurnal 26 noyabr 2008-ci ildə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi: 2756
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 53
Əlaqə telefonları:
( + 994 12) 493 86 61
(+994 50) 345 36 52
musa58@bk.ru
ISSN 2224-9257
OZAN DÜNYASI № 4(19), 2014
3
Məhəhrrəm QASIMLI
professor
“AġIQ” VƏ “HAQQ AġIĞI”
SƏNƏTKAR AD-TĠTULU KĠMĠ
Ozan-aşıq keçidi başa çatdıqdan sonra “haqq aşığı” və “aşıq” ad-
titulu xalq arasında öz nüfuzunu möhkəmləndirərək, heç bir başqa titulla
müştərəkliyə yol vermədən sərbəst işlənmə hüququ qazandı
1
. Folklor
yaddaşı və yazılı qaynaqlar göstərir ki, “haqq aşığı” – vergisi olan
sənətkardır. Ona aşıqlıq haqq-ilahi tərəfindən vergi kimi verilmişdir, bu
səbəbdən də onlar kəramət sahibi hesab olunurlar.
Bədahətdən çalıb-çağırmaq, sinədən söz söyləmək, qaibdən xəbər
vermək, Tanrı dərgahından soraq gətirmək, müşkül mətləbləri yüngül
eləməyə qadir olmaq kəramət sahibinin – “Haqq aşığı”nın əsas əlamətlə-
ridir. Haqq aşıqlarının ilham mənbəyi ilahi-qudsal /müqəddəs/ aləm oldu-
ğu üçün onları heç kəs bağlaya bilmir
2
. Bu qisim sənətkarların üzərində
haqq nuru, Tanrı nəzəri dayandığına görə, dünyadan köçdükdən sonra
onların dəfn olunduqları yer müqəddəs ocaq sayılır, qəbirləri pir kimi zi-
yarət edilir. Bu baxımdan Laçın rayonu ərazisində – Həkəri çayı sahilin-
də “Haqq aşığının qəbri” adıyla məşhur olan Sarı Aşıq məzarının ziyarət-
gah hesab olunması barədə Salman Mümtazın 1927-ci ildə yazdığı “Aşıq
Abdulla” başlıqlı məqalədəki qeyd maraq doğurur: “Əhalinin bir qismi
aşığı “Haqq aşığı” adıyla yad edərəк ziyarətinə gəlirlər”
3
. Cəbrayıl
rayonu ərazisindəki Diri dağında “Aşığın qəbri” adlanan pir-ziyarətgah
da haqq aşığı Dirili Qurbaninin dəfn olunduğu yerdir
4
.
Belə bir diqqətçəkən cəhətə də nəzər yetirmək yerinə düşər ki, “haqq
aşığı” ad-tituluna yiyələnmiş klassik sənətkarların əksəriyyəti barədə das-
tan yaradılmışdır. Həmin dastanlarda aşiqlik /sevgi/ və aşıqlıq /sənətkar-
lıq/ onlara yuxuda ikən buta kimi, vergi kimi İlahi tərəfindən /bəzi das-
tanlarda nurani dərviş, bəzilərindən Xızır, bir başqa qismində isə Həzrət
Əli vasitəsilə/ verilir, buna görə də onlar toxunulmaz, söz-sənət meyda-
nında yenilməz və məğlubedilməz olurlar. Tanrı vergisinin qüdrəti ilə bü-
tün müşküllərdən qurtara bilirlər. “Qurbani”, “Abbas-Gülgəz”, “Xəstə
1
Bilgə Seyidoğlu. Xalq şairlərində təsəvvüf, s. 135
2
Bilgə Seyidoğlıı. Xalq şairlərində təsəvvüf, s. 135
3
S.Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, “Yazıçı”, 1986, s. 17
4
Qurbani. /toplayıb tartib edən və ön söz yazan Qəzsnfər Kazımov/, Bakı, ADU
nəşriyyatı, 1990, s.20
OZAN DÜNYASI № 4(19), 2014
4
Qasım” dastanları bu baxımdan xüsusi əhəmiyyətə malik olan folklor ör-
nəkləridir. Hətta tarixi şəxsiyyətlə bağlı olub-olmadıqları bilinməyən
“Aşıq Qərib”, “Seydi-Pəri”, “Yetim Aydın”, “Novruz-Qəndab” və başqa
dastanların qəhrəmanları /Qərib, Novruz, Seydi, Yetim Aydın/ məhz ilahi
vergiyə malik haqq aşıqları olduqları üçün hər cür maneəni dəf edərək
istəklərinə çata bilirlər. “Əsli-Кərəm” dastanında isə Кərəm buta və
“haqq vergisi” almadığından “haqq aşığı” səviyyəsinə qalxmır və buna
görə də sonuncu maneədən /tilsimli don/ keçə bilmir. Kərəmlə bağlı olan
dastandakı məhəbbət /müsəlman-türk oğluyla xristian erməni qızı arasın-
dakı sevgi/ xalq tərəfindən təqdir olunmur, əksinə, folklor təfəkkürü belə
bir izdivacın qəbuledilməzliyini özünəməxsus tərzdə irəli sürür. Ona görə
də “Əsli-Kərəm” dastanının əvvəlində başqa məhəbbət dastanlarından
fərqli olaraq Kərəmə buta verilmir, həm butanın verilməməsi, həm də
sonluqda arzuolunmaz qovuşuğun – Kərəmin Əslinin vüsalına yetmə-
sinin qarşısının alınması – Kərəmin yandırılaraq cəzalandırılması xalqın
bu hadisəyə tarixi-estetik münasibətini əks etdirir. Haqqında danışılan və
tutuşdurmaya cəlb olunan dastanların ümumi mənzərəsindən də göründü-
yü kimi, qəhrəmanları “haqq aşığı” olan dastanlarda dini-təsəvvüf ruhlu
şeirlər-deyişmə, qıfılbənd və müəmmalar xeyli yer tutur və bu istiqamət-
də gedən bütün sınaq məqamlarında haqq vergisinə malik olan aşıqlar
neçə-neçə aşığın aça bilmədiyi ən çətin bağlamaları belə çətinlik çəkmə-
dən asanlıqla açıb şərh edərək qalibə çevrilirlər. Yəqin ki, Kərəmə haqq
vergisi verilmədiyindən onun taleyindən danışan dastanda təriqət səciy-
yəli dini-ürfani sorğu-deyişmələr yox dərəcəsindədir.
Ənənədən gələn keyfiyyət göstəricisi kimi, qam-ozan – baxşı kom-
pleksində mövcud olan görücülük-baxıcılıq qabiliyyəti haqq aşıqlarında
da təzahür edir. Təsadüfi deyildir ki, dastanlarda bir qayda olaraq, sınaq
aktı kimi dastan qəhrəmanının “haqq aşığı” olub-olmadığını yoxlamaq
üçün onun gözlərini dəsmalla bağlayıb müxtəlif sorğular aparırlar. Məsə-
lən, gözübağlı Qurbanidən Qara Vəzirin əlində nə tutduğu soruşulduqda
o, həmin şeyin “alma” olduğunu şeirlə söyləyir. “Novruz-Qəndab” das-
tanında Novruzun gözlərini bağlayıb qabağından gözəl qızları növbəylə
keçirirlər. Novruz onların kimliyini, hətta əyinlərindəki geyimləri və
zinət şeylərini tam dəqiqliyi ilə bir-bir deyir və ən nəhayət, növbə gəlib
çatanda öz sevgilisini tanıyır. “Seydi-Pəri” dastanında haramı quldurlar
Seydidən təpənin arxasında gizlənənlərin kimliyini soruşurlar. Seydi kişi
paltarında olan qızları şeirlə təsvir edərək adbaad sadalayır. Bütün bunlar
haqq aşığında görücülük-baxıcılıqla əlaqədar olan qam-şaman keyfiyyəti-
nin yaşadığını göstərir. Aşıq Ələsgərin aşıqlığın mahiyyətini əks etdirən
məşhur ustadnaməsində: