Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

35 



XVII  əsrin  sonlarından  üzü  bu  yana  məhsuldar  bir  şəkildə  türk  aşıq  sənətinə 

xidmət etmiş, bir-birindən gözəl ustad sənətkarlar yetişdirmiş, aşıq  ədəbiyyatı 

fonduna  dəyərli  poeziya  və  dastan  nümunələri  bəxş  etmişdir.  XIX  əsrin 

əvvəllərinə qədər tək bir üsul-idarənin – Osmanlı dövlətinin hüdudları içərisin-

də  yaşamış bu aşıq sahəsi təəssüf ki, siyasi və milli zəmində olan çəkişmələr, 

sərhədlərin  yenidən  çizilməsi  və  millətlərin  köçlərlə  yerdəyişməsi  nəticəsində 

bu gün yalnız Qars və Çıldır bölgəsində öz qədim ənənəsini davam etdirir. 

Axıska,  Ağbaba-Çıldır,  Qars-Gümrü  ərazisini  əhatə  edən  bu  aşıq  mühi-

tinin vahidliyi pozulduqdan sonra  istədiyi əraziyə maneəsiz gedib-gələ bilmiş 

aşıqlar üçün bu vəziyyət yaradıcılıq və sənətkarlıq cəhətdən böyük çətinliklər 

yaradırdı.  Bunun  nəticəsində  də  vahid  aşıq  məktəbi  arasında  qopmalar  və 

əlaqəsizliklər  yaranmağa başladı. 

Gürcüstana verilmiş Axıska bölgəsində 1944-cü ilə qədər öz fəaliyyətini 

davam  etdirmiş  aşıq  ənənəsi  təəssüf  ki,  bu  gün  mövcud  deyil.  Tarixi  türk  tor-

paqları  üzərində  rus  dəstəyi  ilə  qurulmuş  Ermənistan  adlanan  ölkə  ərazisində 

qalmış  Ağbaba  hissəsində  isə  türk  mədəniyyətinin  daşıyıcıları  və  təbliğatçıları 

olan  aşıqlara  təzyiqlər  göstərilirdi  və  mümkün  olduğu  qədər  ictimai  həyatdan 

sıxışdırılıb  çıxarmaq  prosesi  gedirdi,  nəhayət  1988-ci  ildə  Qarabağ  savaşları 

başladığı vaxt bütün türk əhalisinin Ermənistandan qovulması ilə bu aşıq məktə-

binin  çox məhsuldar hissəsi  hesab edilən  Ağbaba  qolu  da   tamamilə süqut  etdi. 

Günümüzdə  qədim  türk  aşıq  ənənəsinin  tərkib  hissəsi  olmuş,  amma  çox  az  bir 

qismiylə yaşamağa məcbur qalmış bu aşıq mühitinin əlimizdəki hissəsinin həyatda 

qalması üçün Qars-Çıldır bölgəsinin aşıqlarının üzərinə böyük məsuliyyət düşür. 

Bu  gün  klassik  aşıq  ənənlərindən  uzaqlaşmış  kimi  görünsə  də,  aşıq-

şairlər, müasir ozanlar Qars və Çıldırda, ümumiyyətlə, şərqi Anadoluda yaşayır 

və  ifadə  tərzi  ilə,  qədimdən  bəri  aşıq  şeirində  istifadə  olunan  tanış  rədiflərlə, 

poetik  məzmun  və  ahənglə  lirik  və  ictimai-siyasi  şeirlər  yaradırlar.  Bu  ozan-

lardan biri də  şimal-şərqi Anadolu aşıq mühitinin yaşayan və  yaradan aşıqla-

rından olan Sadiq Miskinidir. 

 Əsl  adı  Sait  Küçük  olan  Miskini  1964-cü  ildə  Qarsın  Qağızman  bölgə-

sində dünyaya göz açdı, o, şimal-şərqi Anadolu aşıqlıq ənənəsi və poeziyası ilə 

böyüdü,  şeir  yazmağa  və  saz  çalmağa  orta  məktəb  illərində  başla-

dı. Yaradıcılığa sərbəst şeirlə başlayan Miskini zamanla saz çalmağa başlamış 

və heca vəzninə yönəlmişdir. Axıcı bir dili və üslubu olan şair heca və qafiyəni 

ustalıqla  istifadə edə  bilmiş, aşıq şeiri  janrlarında al-əlvan mövzularda  yüz-

lərcə  şeir  yaratmışdır.   

Öz  yazdığı  şeirləri    klassik  aşıq  havalarında  və  özünəməxsus  orjinal  hava-

larda çalıb-oxuyan ozanımız, həm də başqa sənətkarlara ilham mənbəyi olmuşdur. 

Bu  gün  Sadık  Miskini  şeirlərinə    müxtəlif  sənətkarların  bəstələdiyi  mahnıları 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

36 



Türkiyənin məhşur müğənnilərindən olan Arif Sağ, Songül Karlı, Seher  Dilovan, 

İsmail Özden və s. tərəfindən oxunaraq geniş əks-səda doğurur. 

Türkiyə  mətbuatında  şair-aşığın  sənəti  və  yaradıcılığı  haqqında  kifayət 

qədər  məlumata  rast  gəlmək  olar.  Onun  əsərləri  tədqiq  olunmuş,  yaradıcılığı 

haqqında  məqalələr  və  kitablar  yazılmışdır.  Bölgəyə  hakim  olan  Azərbaycan 

dilinin  yerli  şivəsiylə  yazıb  yaradan  aşığın  adı  Azərbaycan  oxucusu  üçün  isə 

yenidir.  

Türk  aşıq  poeziyasına  və  klassik  ədəbiyyata  dərindən  vaqif  olan  aşıq 

Miskininin  əruz  vəzniylə  də  yazdığı  məlumdur.  O  eyni  zamanda  klassik  ədə-

biyatın  bütün ölçülərinə cavab verən qəzəlləri  ilə də şöhrət qazanmışdır: 

 

Gündüz Qaf dağı ardında, çox yaxın canan gecələr

Röyalarda anı mənə hey eylər ehsan gecələr. 

 

Gecələr ki fürsəti-dəm, yarım ilə vüslatı-dəm 

Hal beləykən necə deyim, qəm ilə hicran gecələr. 

         

Şərqi  Anadolu  aşıqlıq  ənənələri  ilə  yoğrulmuş  şair  xalqının  bağlı  olduğu 

adət-ənənələrindən,  yüksək  əxlaqından  və  incə  zəkasından  məharətlə  bəhrələ-

nərək yaradıcılığında istifadə etmişdir. Şairin həyata baxışının, estetik idealının 

ünsürləri  olan  etibar,  sədaqət,  dostluq  kimi  bəşəri  məziyyətlər    şeirlərinin  

aparıcı  qayəsini  təşkil etməkdədir: 

         



Sevənlərə könül verdim,  

Yola çevirdilər məni

Damla belə deyil idim

Gölə çevirdilər məni. 

 

...Miskinini öyüddülər, 

Dənə-dənə üyüddülər, 

Dil bilməzdim, öyrətdilər, 

Dilə çevirdilər məni.      

         

         Sadiq Miskini şeirlərini qəzəl, qəsidə, divani, qoşma, gəraylı, təcnis, cığalı 

təcnis, divani, bayatı və s. vəzinlərdə yaratmişdir. Yaşadığı dövrün ictimai-siya-

si  hadisələrinə  biganə  qala  bilməyən  ozanımız  “taşlama”  adlana  xüsusi  həcv 

üslubundan  da  məharətlə  istifadə  etmiş,  dövrünün,  siyasi  həyatın,  qloballaş-

manın, insanların və s. neqativ hallarını çəkinmədən sazıyla və sözüylə tənqid 

atəşinə tutmuşdur:  

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə