Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
89 
bir  xarici  yamsılamalara  yol  verilməzdi.  Kişi  nədi,  qadın  nədi,  ancaq 
bilən oynayardı...  
Laqeydliyimizin,  biganəliyimizin  sonu  həmişə  təəssüflə  tamamlanır. 
Həmin toylardan bir neçə fraqment lentə alınsaydı, əsl mənada qızıl fond-
da  saxlanardı.  Bu  gün  isə  onlar  həm  indiki  xaos  toylarımız  üçün  örnək 
olar, həm də sənət fədailərimizin parlaq obrazı əbədiləşərdi.  
Həmişə  bir  yaxşı  iş  altında  təbii  deyirik:  ―yaxşı  aşıqdır‖,  ―yaxşı 
xanəndədir‖, ―təbii səsi var‖.  
Yox Əkbərin səsi təbii deyildi: Qüdrətdən xəlq olunmuş ―abı-kövsər 
idi Əkbərin səsi! Tanrı vergisiydi Aşıq Əkbər sənəti‖  
Nə vaxt ki, ovqatım musiqi üstündə köklənir, nə vaxt ki, sənət aləmi-
nə  qərq  oluram  Əkbər  oxuyur  qəlbimdə!  Cavan  Əkbər,  qocalmayan  nu-
rani  Əkbər!  Sazını,  sözünü,  özünü,  söhbətini,  ləhcəsini  hər  cür  bayağı-
lıqdan, hər cür əndazədən qoruyub saxlayan ustad Əkbər! Əkbər oxuyur 
ürəyimdə:  "Qarabağ  şikəstəsi",  "Opera  Kərəmi",  "Məmmədsöyunu", 
"Heyratı",  "Arazbarı",  "Şair,  nə  tez  qocaldın  sən".  "Misri",  "Piyalə 
gözlər", "Daha payızdı"...  
Ġki  haĢiyə: ötən əsrin 70-ci  illəri idi. Bir dəfə dostum Fəxrəddin  İs-
gəndərovla  söhbətimiz  gəlib  bu  mövzuya  çıxdı.  Təsadüfən  ―mavi  ek-
ran‖da  muğamlarımızın  mahir  ifaçılarından  biri  ―Piyalə  gözlər‖i  zildə 
muğam  üstündə  eynilə  Əkbərin  ləhcəsində  oxudu.  Gördüm  dostum  his-
siyyata qapılıb  ekranla danışır: ―Əla oxuyursan,  əla, əla! Amma Əkbərə 
çata bilməzsən!‖  
Yenə həmin illərdə Əlimərdanlı şair Nəcəfin yubiley gecəsi idi. Sələ-
finin şərəfinə şair Alay Səmədov yaxşı bir məclis təşkil etmişdi. Məclisin 
ağsaqqalı,  aşıq  sənətimizin  təəssübkeşi,  ―Həqiqət‖  qəzetinin  redaktoru 
Musa  Musayev  təklif  etdi  ki,  Əkbər  ―Misri‖  oxusun.  Oxudu.  Oxuyub 
tərini sildi və təvazökarlıqla dedi: - Belə oxuyub tərimi siləndə deyirlər, 
Əkbər, bir az aşıq Mirzəyə (Bayramov) oxşatdın.  
Belə  idi  aşıq  Əkbər.  Şair  aşıq  Əkbər  haqqında  danışmaq  isə  başqa 
xüsusi bir mövzudur.  
Şöhrət zirvəsini fəth etsə də, neçə-neçə şagirdi zəbt etdiyi sənət zirvə-
sinə qaldırıb xeyir-dua versə də, omrü boyu özü ustadı Aşıq Qədir İsma-
yılovdan  ayrılmadı.  Bəlkə  də  bu  sənət  bağlılığı  onu  ustadı  ilə  qovuş-
durmaq üçün tez apardı aramızdan. Heç olmasa altmış sinninə çatmadı bu 
qüdrətli sənətkar...  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
90 
  
 
Lətif  HƏSƏNOV 
 
ƏNƏNƏVĠ AġIQ 
MUSĠQĠSĠNĠN  
JANR XÜSUSĠYYƏTLƏRĠ 
 
 
 
 
illi  musiqimizin  hər  bir  janrı  özündə  yüksək  professional  dəyər-
lərlə yanaşı, həm də zəngin və fundamental ənənəvi xüsusiyyətlər 
əks etdirir. Yəni bu janrların hər biri tarix boyu ilk növbədə məhz 
milli  klassik  ənənələrə  əsaslanmaqla  şifahi  bir  inkişaf  yolu  keçərək  bu  günkü 
mükəmməl  formalara  yiyələnmişdir.  Təbii  ki,  bu  janrlar  arasında  müəyyən 
qanunauyğunluqlara və normativ tələblərə uyğun muvafiq fərqlər mövcuddur. 
Lakin  vahid  Azərbaycan  milli  musiqisi  kontekstində  bu  janrlara  məxsus 
bütün  musiqi  nümunələri  yalnız  bir  müstəvi  üzərində  yerləşir.  Daha  doğrusu, 
şifahi  ənənəyə  əsaslanan milli  musiqi  müstəvisi  üzərində.  O  cümlədən,  şifahi-
profesianal  (muğamlar,  təsniflər,  rənglər),  xalq  (xalq  mahnıları  və  oyun 
havaları) və xalq -professional (aşıq musiqisi) musiqi janrlarına mənsub bütün 
musiqi nümunələri. 
Onu da qeyd etmək lazımdır ki, milli musiqimizin müxtəlif janrları arasında 
onlara məxsus nümunələrin metro-ritmik və melodik quruluşları, kompozisiya-
ları baxımından bir düzülüş  sistemi də var. Təbii ki, burada iki janrın qovşağın-
da yerləşən üçüncü bir janr nümunələri daha səciyyəvi, həmçinin daha incə və 
mürəkkəb xüsusiyyətlərə malik olmalıdır. Bu, məhz xalq-professional musiqisi 
sayılan ənənəvi aşıq musiqisidir. Yəni ənənəvi aşıq musiqisi bir tərəfdən profes-
sional, digər tərəfdən isə xalq yaradıcılığına bağlanmaqla özündə hər iki janra məx-
sus  müəyyən  dəyərləri  əks  etdirir.  Onu  da  deməliyəm  ki,  mən  burada  ―ənənəvi‖ 
terminini təsadüfü olaraq  işlətmirəm. Düzdür, milli musiqimizin istənilən bir janrı 
haqqında danışarkən bu ifadəni təkrarən işlətməyin  heç bir lüzumu yoxdur. Çünki 
yuxarıda da dediyimiz kimi, milli musiqimizin hər bir janrı öz-özülüyündə həm də 
ənənəvi xusiyyətlərə malikdir. O cümlədən də aşıq musiqisi. Lakin təəssüf doguran 
bir fakt da  var  ki, bu  gün aşıq musiqisi ifaçılığında  mövcud olan bir çox negativ 
əlamətlər həmçinin ayrı-ayrı bölgələr arasındakı fərqlər bu fikri milli musiqimizin 
məhz bu janrına bütövlüklə şamil etməyə imkan vermir. 
Əks  halda  biz  bütün  ənənəvi  aşıq  mahnıları  ilə  yanaşı  onlarla  bir  növ 
qarışmış    bütün  popurrisayağı  aralıq  və  bölgə  səciyyəli  mahnıları  da    ənənəvi 
aşıq  musiqisi  nümunələri  adlandırmalıyıq.  O  cümlədən  də  Şirvan  aşıqlarının 
yaradıcılıq fəaliyyətlərinin məhsulu kimi formalaşmış bir çox ümumi xarakterli 
mahnılardan tutmuş qərb bölgəsinin xüsusilə qadın aşıqları tərəfindən daha çox 
oxunan sevgi-məhəbbət nəğmələrinə qədər bütün musiqi nümunələrini. Həmçi-



 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
91 
nin də konkret heç bir  musiqi janrına aid olmayan ―Saz havası‖ adı altında ifa 
edilən  aşıq  mahnılarının  instrumental  variantlarının  hamısını,  hansı  ki,  bir  çox 
alim və mütəxəssislər bu ifa nümunələrini yanlış olaraq elə belə də adlandırırlar. 
Ona  görə  də  ―ənənəvilik‖  anlamını  gündəmə  gətirməkdə  məqsədimiz  ilk 
növbədə məhz çoxəsrlik ənənələri özündə yaşadan zəngin və vahid milli  musiqi 
irsimizin  tərkib  hissəsi  olan  ümümtürk  estetik  dünyagörüşünə  uyğun  ənənəvi 
aşıq  musiqisini  digər  bütün  bayağı  ünsürlərdən  ayırmaq  və  onun  real  modeli 
haqqında tam və düzgün bir təsəvvür yaratmaqdır. Daha doğrusu, ənənəvi aşıq 
musiqisinin melodik və  metro-ritmik quruluşu forma və  məzmun dəqiqliyi, ifa 
üslubu, orjinallığı, bir sözlə, spesifik janr xüsusiyyətləri haqqında olan  ən real 
və  obyektiv  bir  təsəvvür.  Güman  edirəm  ki,  bunun  üçün  ilk  növbədə  ənənəvi 
aşıq musiqisinin digər janrlarla qarşılıqlı əlaqəsi və  tarixi inkişaf xronologiyası 
haqqında qısa da olsa məlumat vermək daha  effektli olar. 
Məlumdur ki, milli musiqimizin hər bir janrı kimi, aşıq musiqisi də muğam-
lar  üzərində  qurulmuşdur.  Daha  doğrusu,  ayrı-ayrı  muğamların  eyniadlı  lad-
məqamları  üzərində.  Necə  ki  ölməz  şairimiz  S.Vurgun  demişdir:  ―Azərbaycan 
musiqisi muğamat üzərində qurulmuşdur, bu, Azərbaycan xalqının bədii zövqü-
dür‖.  Yəni  aşıq  musiqisi  ilə  muğamlarımız  arasında  fundamental    bir  bağlılıq 
var. Eyni  lad-məqamlara əsaslanma, emosianal intonasiya xüsusiyyətləri, həm-
çinin  havaların  xarakterindən  asılı  olaraq  bəzən  yuxarı  və  tədricən  aşağı  enən 
sekvensiyalı melodik hərəkətlərin başlanğıc tona qayıtma prinsipi hər iki janra 
xas olan ümumi əlamətlərdəndir. Məhz bu bağlılığın nəticəsidir ki, xüsusilə son 
tarixi  dövrlərdə  professional  musiqinin,  muğamların  inkişafi  ilə  bağlı  olaraq 
sazın Baş və Orta kökləri, həmçinin bu köklərə əsaslanan havalar əsasən daha 
çox inkişaf etmişdir. Yeni havaların böyük əksəriyyəti məhz bu köklər üzərində 
yaradılmışdır.  O  cümlədən  Baş  kökə  ayaq  verən  bir  çox  mahnılar  tədricən  bu 
kökə  keçərək  məhz  baş  pərdəyə  istinadən  çalınıb  oxumağa  başlamışdır.  Bu 
havalardan  ―Dübeyti‖,  ‖Baş  Sarıtel‖,  ‖Müxəyi‖,  ‖Yurd  yeri‖  və  digərlərini 
misal göstərmək olar. Yəni göründüyü kimi tarix boyu muğamlarımızın inkişafı 
ilə  əlaqədar  və  paralel  olaraq  aşıq  musiqisində  də  müəyyən  inkişaf  prosesləri 
getmişdir. Bu da bir faktdır ki, bu cür proseslərdə professional musiqinin inkişa-
fı ilə yanaşı Baş və Orta köklərə uyğun ―Segah‖ və ―Mahur‖ muğamlarının xalq 
ruhuna  yaxınlığı  və  bir  növ  şirinliyi  də  böyük  rol  oynamışdır.  Yeri  gəlmişkən 
onu da qeyd etmək lazımdır ki, tək bu səpkili havalar deyil, ümumiyyətlə bütün 
aşıq havaları orta dövrlərdə ümumi kök adlanan yalnız bir kökdə ifa edilmişdir. 
‖Şah‖  pərdəyə  istinad  edən  bu  kök  sisteminə  ―Qaraçı‖  havasının  adı  ilə  bağlı 
―Qaraçı kökü ― də deyilmişdir. 
Bir qədər elmi anlamda desək bu sazda birinci oktavanın ―Fa‖ səsinə uyğun 
olan bir kök sistemidir. 
Bu və digər faktlardan da göründüyü kimi, aşıq musiqisi tarix boyu həmişə 
milli musiqimizin digər janrları ilə qarşılıqlı və müəyyən dəyər inteqrasiyaları 
zəminində inkişaf etmişdir. Əlbət ki, zəngin  musiqi irsimizin rəngarəng tərkib 
hissələrini  özündə  cəmləşdirən  ayrı-ayrı    janrlar  arasında  bu  cür  bağlılıqların 
olması təbii bir haldır. Cünki bu janr nümunələrinin hamısı yalnız bir xalqa, bir 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə