Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
92 
millətə xas olan bədii-estetik yaradıcılıqların məhsuludur. Lakin bu bağlılıq  və 
yaxınlıq  əlamətləri  heç  də onların janr  hüdudlarının  zəifliyi  və lazım  gəldikdə 
süni  surətdə  pozulması  imkanlarının  mövcudluğu  demək  deyil.  Yəni  bu  o 
demək deyil ki, aşıq musiqisi istənilən zaman digər musiqi janrları, o cümələdən 
də  muğamlarla  müştərək  şəkildə  ifa  edilə  bilər.  İstər  vokal,  istərsə  də  instru-
mental  formada.  Əlbəttə    yox.  Bir  qədər  konkret  desək,  milli  musiqimizin 
janrları arasında nə qədər bağlılıq, oxşarlıq və yaxınlıq varsa, o qədər də ayrılıq, 
özünəməxsusluq  və    səciyyəvilik  var.  Biz,  Baş  kökə  istinad  edən  bütün 
havaların  arasında  ―Segah‖  və  ya  Orta  kökdəki  havalarda  isə  ―Mahur‖  muğa-
mından  bir  parça  oxuya  bilərik.  Bu,  heç  kimə  yasaq  olunmur.  Lakin  təəssüf 
doğuran  odur  ki,  bununla  biz  oxuduğumuz  muğamların  emosional-obrazlı 
məzmununu,  leytmotivini  nə  qədər  açmış  olarıqsa,  aşıq  mahnısınınkını  da  o 
qədər  pozmuş  olarıq.  Ona  görə  də  mən  ənənəvi  aşıq  musiqisi  dedikdə  öz 
səciyyəvi tarixi mahiyyəti ilə yanaşı həm də digər musiqi janrlarına yalnız folk-
lor  və  professional  dəyərləri  ilə  daxilən    bağlanan  orijinal  ifa  üslubuna  və  ifa 
tərzinə  malik  bir  musiqi  janrını  nəzərdə  tuturam.  Muğamlara,  mahnı  və  təs-
niflərə,  oynaq  nəğmələrə,  instrumental  ifalara,  oyun  havalarına  zahirən  bağla-
nan, onlara məxsus müxtəlif melodik və ritmik epizodları, komponentləri özün-
də bütöv şəkildə əks etdirən, sintezləşdirən ―qarışıq‖ bir musiqi növünü yox. 
Aşıq  musiqisi  sırf  orijinal  xususiyyətlərə  və  özünəməxsus  ifa  üslubuna 
malik  müstəqil  bir  musiqi  janrıdır.  Daha  konkret  desək,  o,  vokal-instrumental 
səciyyəli  ənənəvi  aşıq  mahnılarından  ibarətdir.  Bu  mahnıları  digər  musiqi 
nümunələri  ilə  müştərək  tərzdə  ifa  edib  həm  də  onun  ənənəvi  mahiyyətini 
qoruyub saxlamq mümkün deyil. 
O cümlədən, istər muğamlarımız istərsə də digər ixtiyarı musiqi nümunələri ilə. 
Düzdür, digər janrlara məxsus musiqi nümunələri və  musiqi epizodları ilə 
müştərək ifa tərzi aşıq havalrına müəyyən qədər şirinlik və ya süni bir müasirlik 
ruhu  gətirə  bilir.  Əslində  bu  proseslər,  o  cümlədən  də  digər  musiqi  alətlərinin 
aşıq sənətinə gətirilməsi də elə bu məqsədi güdür. Daha doğrusu, bu proseslər 
bəzən  bir  çox  üzdəniraq  ―novator‖  sənətkarların  istədikləri  effekti  verə  bilir. 
Yəni bu cür ifalar zamanı bədii-ruhi təsir baxımından bir qədər xoşagəlimli olan 
müəyyən  mahnılar  yaranır.  Lakin  təəssüf  doğuran  odur  ki,  bu  mahnılar 
özlərində ənənəvi aşıq musiqisinin normativ tələbləri, özünəməxsus ifa üslubu 
və ənənəvi xüsusiyyətlətləri ilə heç bir mütləq bağlılıq əks etdirmir. 
Sadəcə olaraq bu mahnılar milli musiqimizin hər üç janrına məxsus bir çox 
komponentləri özlərində cəm edən   və onların hər birinə   bir qədər oxşar adi 
ara  mahnılarına  çevrilmiş  olurlar.  O  cümlədən  yuxarıda  da  dediyimiz    kimi, 
Şirvan  aşıqlarının  repertuarlarındaklı  bir  çox  mahnılardan  tutmuş  Qərb  aşıq 
bölgəsində  baş  alıb  gedən  sintetik  xarakterli  qeyri-standart  ifa  nümunələrinə  -  
nəğmə və ara mahnılarına qədər. 
Bir  sözlə  ümumtürk  estetik  dəyərlərini  özündə  əks  etdirən  ənənəvi  aşıq 
musiqisi dahi bəstəkarımız Ü.Hacıbəyovun da dediyi kimi elə ―türk üslubunda 
da‖  ifa  edilməlidir.  Yəni  ilk  növbədə  təksazla  özünümüşayiət  prinsipinə  əsas-
lanan bir üslubda. Bu,  aşıq musiqisinin ənənəvi tərzdə yeganə ifa yoludur. Çox 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
93 
təəssüflər olsun ki, bu gün aşıq musiqisi ifaçılığında bu ənənəyə əməl etməyin 
özü  bir problemə çevrilmişdir. Bir çox sənətkarlar bu ənənəyə riayət edib onun 
sirlərinə yiyələnmək əvəzinə tamamilə uyğun olmayan bir növ kollaj variantlara 
əl  atırlar.  Daha  doğrusu,    sazın  digər  musiqi  alətlərilə  müştərək  çalınması, 
sintezi variantına. Qəribədir ki, bu cür meyllər ilk dövrlər tək Şirvan bölgəsində 
olduğu halda, indi Borçalı bölgəsi istisna olmaqla bütün Qərb aşıq bölgələrində 
inkişaf etməkdədir. Xüsusən də Gədəbəy bölgəsində. Ən dəhşətlisi isə odur ki, 
bir  çox  qocaman,    yəni  ―fəxri  ustad‖  aşıqlar  da  bu  işə  çox  ürəkdən  rəvac 
verirlər. Ona görə də bir müəllif olaraq mən bu sənəti sevən və ona qəlbən bağlı 
olan bütün insanlara üz tutaraq deyirəm: 
―Aşığı sazdan başqa nəinki bir ansambl və ya adi bir balaban müşayiət etsə, 
hətta  ona  hər  hansı  bir  musiqi  aləti  yalnız  dəm  tutsa  belə  artıq  onun  ifa  etdiyi 
musiqi nümunəsini ənənəvi aşıq mahnısı hesab etmək olmaz. Yəni bununla artıq 
o mahnı öz melodik və ritmik quruluşunu, fəlsəfi-ürfani dəyərini tam incəliyi ilə 
desək xisləti- mahiyyətini dəyişmiş olar. 
Biz saza yardımçı olan bir çox musiqi alətlərinin texniki və səs-intonasiya 
xüsusiyyətləri haqqında növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. Lakin 
hələlik  ən vacib bir şərt kimi onu demək istəyirəm ki, aşıq musiqisində lad-in-
tonasiya,  melodiya  və  formayaranma  qanunauyğunluqları  mütləq  formada  yal-
nız saz alətini konstruksiyası ilə sıx bağlıdır. Digər heç bir musiqi aləti aşıq musi-
qisinin ifası üçün bu cür spesifik texniki və bədii imkanlara tam malik  deyildir. 
Məsələn, sazın diapazonu kiçik oktavanın ―si-bemol‖ səsindən başlanır. Bu, 
sazda  üst  simlərin  açıq  səsidir.  Aşıq  havalarının  ifası  zamanı  xüsusilə  akkord 
səslərini ardıcıl və daha aydın şəkildə səslənməsi üçün  bu cür quruluş sistemi 
unikal bir  effekt yaradır. Ümumiyyətlə sazın hər üç bölüm simlərinin açıq səsi 
bütün havalarının ifasında konsonans rol oyanayırlar. Yəni lazım gəldikdə birgə 
çalınmaq imkanına malikdirlər. Bu da simli alətlərimiz arasında yalnız saz aləti-
nə məxsus bir kefiyyətdir. Digər tərəfdən ―Şah pərdə‖yə əsaslanan bir kök siste-
minin mövcudluğu və imkan genişliyi də  saz alətinə məxsus sirf səciyyəvi bir 
əlamətdir.  Yəni  eyni  bir  pərdədə    müxtəlif  ladlara  istinad  edən  havaların  ifası 
baxımından. 
Mən bu faktların sayını artırmaq və onların hər birini sırf musiqi dilində də-
qiqliyi  ilə  şərh  etmək  fikrində  deyiləm.  Lakin  bununla  bağlı  hər  zaman  deyil-
məmiş bir fikri nəzərə çatdırmağı borc bilirəm. 
 ―Hər  hansı  bir  aşıq  təksazla  özünü  tam  düzgün  və  mükəmməl  bir  tərzdə  
müşayiət edə bilirsə, o digər heç bir alətin köməyinə ehtiyac duymur. Yaxud ək-
sinə. Əgər aşığı sazdan əlavə digər musiqi alətləri də müşayiət edirsə deməli o, 
sazı sözün əsl mənasında düzgün çala bilmir. Daha dəqiq desək  sazı müşayiət 
xarakterli çala bilmir. Çünki burada söhbət artıq sazın solo-instrumental deyil, 
onun sırf müşayiət, yəni vokal ifa ilə harmonik tərzdə çalınmasından gedir. 
Güman edirəm ki, aşıq musiqisi ifaçılığı və onun ayrı-ayrı bölgə məktəbləri 
haqqında danışmaq istəyən və ya sadəcə olaraq tədqiqat aparan hər bir kəs ilk 
növbədə məhz  bunu bilməlidir. Əks halda bu istiqamətdə heç bir fundamental 
və  məqsədyönlü  axtarış  aparıb  düzgün  bir  nəticə  əldə  edə  bilməz.  Təbii  ki, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə