OZAN DÜNYASI № 4(11), 2012
106
Kələfin ucu itəsi,
Ətəyində gül butası...
***
Atalar deyib: “elmin başı səbirdi”...
***
Bir daha düşünək...Yaradıcı xalq hər şeydən əvvəl keçmişinə –
yaşamış olduğu ömür-günə, bir sözlə, tarixlərə yaratdıqlarıyla bağlıdır.
Özü bilməsə də, bu yaratdıqları həm də onun tarixidir... Yaddaşında
kodlaşdırılmış tarix. Yer üzünə məktubu da deyə bilərik.
Tarixi yaradan da dediyimiz kimi, elə kökü olan xalqlardır. Xalq
təbiətə, varlığa, yaranışa olan münasibətlərinin dərinə işləməyiylə yaşa-
yır. Gətirdiyim bu yaşı bilinməz yaddaş nümunələri də onun tanınması
üçündür... Köksüz xalqlar, dediyim kimi, yaradıcı deyillər, düzdür,
işləyib çalışırlar, sabahlar üçün yox, daha çox bu günlə yaşayıb ömür-gün
keçirərlər, bununla belə özlərinin yaratdıqları yox dərəcəsindədir...
Bu cür xalqlara da kökü olmayan qayalar, daşlar kimi, “düşmə” de-
mək olar; “düşmə xalq...”. Belə xalqlar başqa xalqların yaratdıqlarını
mənimsəməyə çalışarlar, bu, öz yolundan sapmaqdır, başqasının olan yol
da yalana, oğurluqlara, yuxarıda dediyim kimi, “tarix oğurluğuna” apa-
rıb çıxardır...
Q arğa, məndə qoz var...
Bir qarğa göydə uçurdu. Göy üzünün də azad, dinc çağıydı. Qarğa
şimala doğru uçurdu. Yerdə, lap aşağılarda bir qoz ağacı vardı, qarğanı
görüb dırnağının ucuna qalxdı, dikəldi ki, özünü göstərsin, desin ki,
“qarğa, məndə qoz var”, amma qarğa görmədi, qoz ağacının çevizləri
bir-birinə dəyib səs elədi. Qarğa yenə görmədi...Cevizi insanlar gördü,
biri dəstədən ayrılıb sağ əlini Lenin kimi qarşıya uzatdı, qoz ağacının
başı üstündən gələcəyə baxdı: – Yoldaşlar, – dedi, – gəlin, yığışaq, qoz
ağacı əkək! Elə eliyək ki, yel əsəndə qoz tökülsün!
Dəstə, – Urraaa, – deyb çığırışdı...
Qoz ağacı hələ də ümid içindəydi ki, qarğa eşidib qayıdacaq. Yerdən
baxanda alaca-qaraca, göydən baxanda bab-balaca, dünyanı qoz boyda
eləyib dişinə vurmuş, gözləri dəmgilli, əmgəyi kəkilli, adam şəkilli, birli,
ikili, qoca qarğaydı. Qoz ağacı yarpaqlarını yelləyə-yelləyə yenə çağırdı:
–
Qarğa, qarğa, məndə qoz var!
Aşağıda adamlar dəstə-dəstə qoz ağacı əkirdilər. Qarğa onları
gördü, ağaca tərəf bir “çırt” atdı:
OZAN DÜNYASI № 4(11), 2012
107
–
Qozun başına dəysin! – dedi.
Deyirlər,elə o vaxtdan o yerlərdə güllə atılan kimi, başdan papaq
düşür, yel əsən kimi ağacdan qoz...
***
Xalq, yaratdıqlarıyla həm də Vaxtı ifadə edir, Xalq həm də vaxt de-
məkdir. Vaxt ancaq Xalqda saxlana bilər, Vaxta ancaq xalqın yad-
daşında, düşüncəsində rast gəlmək olar... Ona görə də xalqın yaddaşıyla
vaxtı bərpa etmək mümkündür..
Vaxtı duyub anlamaq həm də Xalqın millətə çevrilməyinin, millət
olaraq inkişaf etməyinin əsas şərtlərindəndir. Ona görə də deyə bilərik ki,
xalq hələ millət deyil.
Millət olmaq xalqın inkişaf etmiş duru yerindən başlayır. Bunu başqa
cür anlamaq düzgün olmazdı. Ağıllı, sağlam xalqdan ağıllı, sağlam da
millət yaranır. Əksinə ola bilərmi? Yəni, sağlam xalqdan xəstə millət
törəyə bilərmi? Məncə bu, xalqın yaşam tərzindən, həm aldığı, həm də
verdiyi tərbiyədən asılıdır.
Xalq, eyni soydan, eyni dildən gələn insanların birliyindən yaranır.
Bu adamların birliyi sağlamdırsa Xalq sağlamdır, ağıllıdırsa ağıllıdır.
Ona görə də “xalq obrazı” deyilən anlayış var. Bir-birinə bənzəməyən
cürbə-cür insan xarakterləri olduğu kimi xalqlar da ayrı-ayrıdır, həm də
xaraktercə bir-birinə bənzəməz...
Yüzilliklərlə bir hakimiyyət altda yaşayıb yaxşı tanıdığımız Rus xal-
qının obrazını bir anlıq təsəvvürümüzə gətirək: sadəlövh, səmimi,
ürəyiaçıq, sağlam. Həm də kinli, tərs, dediyindən dönməyən. Təsadüfi
deyil ki, aramızda belə bir atalar sözü də formalaşıb: “Rus kimi, net, de-
di, qurtardı”. Bu dediyimiz cizgilər rus xalq obrazının təxmini cizgisidir.
Ancaq mənə belə gəlir ki, indi dünyanın aparıcı, güclü millətləri sı-
rasında əsaslı yer tutan rus milləti birbaşa Rus xalqından əmələ gəlmədi,
ondan törəmədi, bir az türk-tatarlardan, bir az alman, fransız millətindən,
ingilis milliyəsindən, yəhudilərdən götürdü, dikəldi, bu səbəbdən də tari-
xin bir çəx məqamlarında az qala özünü də tanımadı... hətta xalqın zahi-
rən də olsa dəyişməsi haqda sərəncamlar, fərmanlar da verdi. Müəyyən
mənada xalqa təsir edib onu dəyişdirə də bildi...
1941-1945 ci illərdə, yəni Böyük Vətən müharibəsi illərində hələ rus
xalqı çox dəyişməmişdi, xalq kimi var idi. Başının üstə dayanmış rəhbər-
lər müxtəlif millətlərin nümayəndələri olsa da, onların əmriylə döyüşür-
OZAN DÜNYASI № 4(11), 2012
108
dü, öz sağlam inamıyla Vətəni müdafiə edirdi və etdi də. Əfqanıstan mü-
haribəsində isə artıq Rus xalqı yox dərəcəsindəydi, artıq heç nəyə, net,-
demirdi, əfqanlarla rus xalqı yox, birləşmiş Sovet xalqının birləşmiş
milləti müharibə aparırdı. Qarşı tərəfdə isə xalq dayanmışdı... Əfqan
xalqı! Xalq qalib gəldi.
Qarabağ müharibəsində isə nə millət iştirak edirdi, nə xalq. Bizim
doğma, milli müharıbəmiz baş tutmamışdı. Cəbhədə ölənlərimiz, ölümə
gedən igidlərimiz olsa da rəhbərlik qaraguruhun, yuxarıda dediyim xalq-
millət obrazına dəxli olmayanların əlində qalmışdı... Çaşqınlıq içində
rəhbərini gözləyirdi. Hərc-mərclik idi.
Ona görə də düşmən əlinə keçməsin deyə Ata öncə qızını, qadınını
öldürürdü, sonra özünü... Onun öz doğma müharibəsi alınsaydı qələbə-
yəcən gözünü qırpmadan gedəcəkdi. Bundan əmin olun!... Düşmən əlinə
keçməsin deyə özünü qayalardan atan xanım qızlarımız, xatun analarımız
və Ata dediyim bu obraz bizim Xalqın obrazıdır. Yüzilliklərlə, minil-
liklərlə yaşayıb yaratmağımız da bu “ataların” üzünədir. Bu cür yüzlərlə
fakt var, xalqı da belə tarixi faktlar yaşadır, tərbiyə edir, ayağa qaldırır,
Millət kimi boyunu göstərir.
Tərs nallı atlılar...
Belə deyirlər ki, Şəmkir çayından sağ əldə Qalakənd dağının başında
əzəmətli bir qala var, el arasında Koroğlu qalası da deyirlər. İçindəki at
axuru minillərdi, necədirsə eləcə də qalıb. Qışda, yazda bol suyu, gizlin
yolu olan su quyusu var...
Dağın ətəyində kərpic kürəsi yerləşir, qalanın kərpici də bu kürədə
bişirilib... Deyilənlərə görə Qara Şah adında bir hökmdar varmış, günlə-
rin birində qalanı almağa qalxır. Qalanın tək bir yolu varmış, Qaladan
xeyli aralı bu yolun bir hissəsini küllüyərlərmiş, gözətçilər tez-tez yoxla-
yarlarmış, küllənmiş yerdə ayaq izi görən kimi göyərçinlə xəbər edər-
lərmiş...
Qara Şah gəlir, atlılarıyla küllükdən keçib gedirlər, gözətçilər ayaq
izlərini görüb xəbər göndərirlər. Qala yolunun Qaya arası deyilən yerində
Qara Şahın ordusu tələyə düşür, ölən ölür, qaçan qaçır, Şah da canını
birtəhər qurtarır, bir kəndin bir qırağında bir qarıya qonaq olur. Axşam
çağıymış, qarı bacadan baxır, görür ki, inəyi örüşdən gəldi, amma yanın-
da buzovu yoxdy. Qarı elə uzaqdan- uzağa deyir:
– Buzovun hanı, damazdığı gödək, yoxsa Qara Şah qoşununu qoyub
qaçan kimi sən də buzovunumu qoydun qaçdın?!
Qara Şah üstünü vurmur, elə onu deyir:
Dostları ilə paylaş: |