Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
106 
 
Kələfin ucu itəsi
 
Ətəyində gül butası... 
              *** 
 
Atalar deyib: “elmin başı səbirdi”... 
 
 
 
*** 
Bir  daha  düşünək...Yaradıcı  xalq  hər  şeydən  əvvəl  keçmişinə  –
yaşamış  olduğu  ömür-günə,    bir  sözlə,  tarixlərə  yaratdıqlarıyla  bağlıdır. 
Özü  bilməsə  də,  bu  yaratdıqları  həm  də  onun  tarixidir...  Yaddaşında 
kodlaşdırılmış tarix. Yer üzünə məktubu da deyə bilərik. 
Tarixi  yaradan  da  dediyimiz  kimi,  elə  kökü  olan  xalqlardır.  Xalq 
təbiətə,  varlığa,  yaranışa  olan  münasibətlərinin  dərinə  işləməyiylə  yaşa-
yır.  Gətirdiyim  bu  yaşı  bilinməz  yaddaş  nümunələri  də  onun  tanınması 
üçündür...  Köksüz  xalqlar,  dediyim  kimi,  yaradıcı  deyillər,  düzdür, 
işləyib çalışırlar, sabahlar üçün yox, daha çox bu günlə yaşayıb ömür-gün 
keçirərlər, bununla belə özlərinin yaratdıqları yox dərəcəsindədir... 
Bu cür xalqlara da kökü olmayan qayalar, daşlar kimi, “düşmə” de-
mək  olar;  “düşmə  xalq...”.  Belə  xalqlar  başqa  xalqların  yaratdıqlarını 
mənimsəməyə çalışarlar, bu, öz yolundan sapmaqdır, başqasının olan yol 
da yalana, oğurluqlara, yuxarıda dediyim kimi,  “tarix oğurluğuna” apa-
rıb çıxardır... 
 
 
Qarğa, məndə qoz var... 
                           
Bir  qarğa  göydə  uçurdu.  Göy  üzünün  də  azad,  dinc  çağıydı.  Qarğa 
şimala doğru uçurdu. Yerdə, lap aşağılarda bir qoz ağacı vardı, qarğanı 
görüb  dırnağının  ucuna  qalxdı,  dikəldi  ki,  özünü  göstərsin,  desin  ki, 
“qarğa,  məndə  qoz  var”,  amma  qarğa  görmədi,  qoz  ağacının  çevizləri 
bir-birinə  dəyib  səs  elədi.  Qarğa  yenə  görmədi...Cevizi  insanlar  gördü, 
biri  dəstədən  ayrılıb  sağ  əlini  Lenin  kimi  qarşıya  uzatdı,  qoz  ağacının 
başı  üstündən gələcəyə baxdı:  – Yoldaşlar, – dedi, – gəlin, yığışaq, qoz 
ağacı əkək! Elə eliyək ki, yel əsəndə qoz tökülsün! 
Dəstə, – Urraaa, – deyb çığırışdı... 
Qoz ağacı hələ də ümid içindəydi ki, qarğa eşidib qayıdacaq. Yerdən 
baxanda alaca-qaraca, göydən baxanda bab-balaca, dünyanı qoz boyda 
eləyib dişinə vurmuş, gözləri dəmgilli, əmgəyi kəkilli, adam şəkilli, birli, 
ikili, qoca qarğaydı. Qoz ağacı yarpaqlarını yelləyə-yelləyə yenə çağırdı: 

 
Qarğa, qarğa, məndə qoz var! 
Aşağıda  adamlar  dəstə-dəstə  qoz  ağacı  əkirdilər.  Qarğa  onları 
gördü, ağaca tərəf bir “çırt” atdı: 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
107 

 
Qozun başına dəysin! – dedi. 
Deyirlər,elə  o  vaxtdan  o  yerlərdə  güllə  atılan  kimi,  başdan  papaq 
düşür, yel əsən kimi ağacdan qoz... 
 
 
 
 
 
 
 
*** 
 
 
Xalq, yaratdıqlarıyla həm də Vaxtı ifadə edir,  Xalq həm də vaxt de-
məkdir.  Vaxt  ancaq  Xalqda  saxlana  bilər,  Vaxta  ancaq  xalqın  yad-
daşında, düşüncəsində rast gəlmək olar... Ona görə də xalqın yaddaşıyla 
vaxtı bərpa etmək mümkündür.. 
Vaxtı  duyub  anlamaq  həm  də  Xalqın  millətə  çevrilməyinin,  millət 
olaraq inkişaf etməyinin əsas şərtlərindəndir. Ona görə də deyə bilərik ki, 
xalq hələ millət deyil.  
Millət olmaq xalqın inkişaf etmiş duru yerindən başlayır. Bunu başqa 
cür  anlamaq  düzgün  olmazdı.  Ağıllı,  sağlam  xalqdan  ağıllı,  sağlam  da 
millət  yaranır.  Əksinə  ola  bilərmi?  Yəni,  sağlam  xalqdan  xəstə  millət 
törəyə  bilərmi?  Məncə  bu,  xalqın  yaşam  tərzindən,  həm  aldığı,  həm  də 
verdiyi tərbiyədən asılıdır. 
Xalq,  eyni  soydan,  eyni  dildən  gələn  insanların  birliyindən  yaranır. 
Bu  adamların  birliyi  sağlamdırsa  Xalq  sağlamdır,  ağıllıdırsa  ağıllıdır. 
Ona  görə  də  “xalq  obrazı”  deyilən  anlayış  var.  Bir-birinə  bənzəməyən 
cürbə-cür insan xarakterləri olduğu kimi xalqlar da ayrı-ayrıdır, həm də 
xaraktercə bir-birinə bənzəməz... 
Yüzilliklərlə bir hakimiyyət altda yaşayıb yaxşı tanıdığımız Rus xal-
qının  obrazını  bir  anlıq  təsəvvürümüzə  gətirək:  sadəlövh,  səmimi, 
ürəyiaçıq,  sağlam.  Həm  də  kinli,  tərs,  dediyindən  dönməyən.  Təsadüfi 
deyil ki, aramızda belə bir atalar sözü də formalaşıb: “Rus kimi, net, de-
di, qurtardı”. Bu dediyimiz cizgilər rus xalq obrazının təxmini cizgisidir. 
Ancaq  mənə  belə  gəlir  ki,  indi  dünyanın  aparıcı,  güclü  millətləri  sı-
rasında əsaslı yer tutan rus milləti birbaşa Rus xalqından əmələ gəlmədi, 
ondan törəmədi, bir az türk-tatarlardan, bir az alman, fransız millətindən, 
ingilis milliyəsindən, yəhudilərdən götürdü, dikəldi, bu səbəbdən də tari-
xin bir çəx məqamlarında az qala özünü də tanımadı... hətta xalqın zahi-
rən  də  olsa  dəyişməsi  haqda  sərəncamlar,  fərmanlar  da  verdi.  Müəyyən 
mənada xalqa təsir edib onu dəyişdirə də bildi... 
1941-1945 ci illərdə, yəni Böyük Vətən müharibəsi illərində hələ rus 
xalqı çox dəyişməmişdi, xalq kimi var idi. Başının üstə dayanmış rəhbər-
lər müxtəlif millətlərin  nümayəndələri olsa da,  onların  əmriylə  döyüşür-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
108 
dü, öz sağlam inamıyla Vətəni müdafiə edirdi və etdi də. Əfqanıstan mü-
haribəsində  isə  artıq  Rus  xalqı  yox  dərəcəsindəydi,  artıq  heç  nəyə,  net,-
demirdi,  əfqanlarla  rus  xalqı  yox,  birləşmiş  Sovet  xalqının  birləşmiş 
milləti  müharibə  aparırdı.  Qarşı  tərəfdə  isə  xalq  dayanmışdı...  Əfqan 
xalqı! Xalq qalib gəldi. 
Qarabağ  müharibəsində  isə  nə  millət  iştirak  edirdi,  nə  xalq.  Bizim 
doğma, milli müharıbəmiz baş tutmamışdı. Cəbhədə ölənlərimiz, ölümə 
gedən igidlərimiz olsa da rəhbərlik qaraguruhun, yuxarıda dediyim xalq-
millət  obrazına  dəxli  olmayanların  əlində  qalmışdı...  Çaşqınlıq  içində 
rəhbərini gözləyirdi. Hərc-mərclik idi. 
Ona  görə  də  düşmən  əlinə  keçməsin  deyə  Ata  öncə  qızını,  qadınını 
öldürürdü,  sonra  özünü...  Onun  öz  doğma  müharibəsi  alınsaydı  qələbə-
yəcən gözünü qırpmadan gedəcəkdi. Bundan əmin olun!... Düşmən əlinə 
keçməsin deyə özünü qayalardan atan xanım qızlarımız, xatun analarımız 
və  Ata  dediyim  bu  obraz  bizim  Xalqın  obrazıdır.  Yüzilliklərlə,  minil-
liklərlə yaşayıb  yaratmağımız da bu “ataların” üzünədir. Bu cür yüzlərlə 
fakt var, xalqı da belə tarixi faktlar yaşadır, tərbiyə edir,  ayağa qaldırır, 
Millət kimi boyunu göstərir. 
 
Tərs nallı atlılar... 
 
Belə deyirlər ki, Şəmkir çayından sağ əldə Qalakənd dağının başında 
əzəmətli bir qala var, el arasında Koroğlu qalası da deyirlər. İçindəki at 
axuru minillərdi, necədirsə  eləcə  də  qalıb. Qışda,  yazda bol  suyu,  gizlin 
yolu olan su quyusu var... 
Dağın  ətəyində  kərpic  kürəsi  yerləşir,  qalanın  kərpici  də  bu  kürədə 
bişirilib... Deyilənlərə görə Qara Şah adında bir hökmdar varmış, günlə-
rin  birində  qalanı  almağa  qalxır.  Qalanın  tək  bir  yolu  varmış,  Qaladan 
xeyli aralı bu yolun bir hissəsini küllüyərlərmiş, gözətçilər tez-tez yoxla-
yarlarmış,  küllənmiş  yerdə  ayaq  izi  görən  kimi  göyərçinlə  xəbər  edər-
lərmiş... 
Qara  Şah  gəlir,  atlılarıyla  küllükdən  keçib  gedirlər,  gözətçilər  ayaq 
izlərini görüb xəbər göndərirlər. Qala yolunun Qaya arası deyilən yerində 
Qara  Şahın  ordusu  tələyə  düşür,  ölən  ölür,  qaçan  qaçır,    Şah  da  canını 
birtəhər  qurtarır,  bir  kəndin  bir  qırağında  bir  qarıya  qonaq  olur.  Axşam 
çağıymış,  qarı bacadan baxır, görür ki, inəyi örüşdən gəldi, amma yanın-
da buzovu yoxdy. Qarı elə uzaqdan- uzağa deyir: 
– Buzovun hanı, damazdığı gödək, yoxsa Qara Şah qoşununu qoyub 
qaçan kimi sən də buzovunumu qoydun qaçdın?! 
Qara Şah üstünü vurmur, elə onu deyir: 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə