Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
99 
(əbədi) yürüşünə-yerişinə (hərəkətinə) qoşulur, yaşamağa, nəbz kimi vur-
mağa başlayır. Bu, yer üzünün ritmi, ahəngidir. Mən elə bilirəm kiĠnsan 
dünyanın  harasında  olursa  olsun,  hansı  qitədə,  hansı  ölkədə  yaşayırsa 
yaşasın,  udduğu  havaya,  aldığı  nəfəsə  görə  dediyim  həmin  ritmin-
ahəngin içindədir. Bizə elə gəlir ki, qitələr, ölkələr ayrı-ayrıdır, bir-birinə 
o  qədər  də  dəxli  yoxdur.  Məncə  bütün  ölkələr  əslində  eyni  yürüşün  – 
hərəkətin içindədirlər və eyni aqibəti yaşayırlar. Harda oluruqsa olaq, yer 
kürəsi adlanan bir damın altındayıq. Nəfəs ilk, başlanğıc üçün lazımdır, 
hər hansı  bir canlı sonda aldığı  nəfəslə böyük hərəkətlərə,  yürüşlərə qo-
şulur,  burdan  da  yeni  anlayışlara,  düşüncələrə  yol  açır,  bu  da  yaşadığı 
ömrün ahənginə qovuşmaqdır... yəni insan, eləcə də, canlı hər nə varsa, 
dediyim  bu  aləmə  qanunauyğunluqla,  aldığı  ilk  nəfəslə  keçə  bilir.  Üç 
həyat-yaşam  daşıyıcısının  –  suyun,  torpağın,  odun  qovuĢduğu  anda, 
dördüncünün – havanın gəlməyi yaranıĢın qanunauyğunluğunu tam 
etmək  üçün,  tamamlamaq,  yəni,  Olmaq  üçündür  ...  OL!  Bu  həmin 
andı, YaranıĢ anı... 
Yuxarıda dedim, hər başlanğıcda bir son olduğu kimi, hər sonda bir baş-
lanğıc var: su, torpaq, od sonluğunda – qovuşuğunda, bir sözlə, başlanğıcında 
havanın, daha doğrusu, nəfəsin  gəlməyi  canlı olan  hər  şeydə hərəkətin  baş-
lanması üçündür;  yəni  yaşamağa başlamaq... Bu başlanğıcsa, dediyim kimi, 
dünyanın  damarları  boyu  canlı  hər  nə  varsa  alıb  aparan  Vaxtın-Zamanın 
ritmidir,  nəbzin  vurmağıdır...  Əslində  biz  doğuluşdan  sonra  qoşulduğumuz, 
bizim  özümüzün  də  içində  olduğumuz,  bu  hərəkətə  Vaxt  deyirik.  Vaxt 
dediyimizin özü elə bu hərəkətdir... Öz iç-dış  hərəkətiylə yaranışa sahman-
düzən  verən  ritm,  ahəng.  Bu,  havasını  alan  kimi,  yəni  nəfəsini  dərən  kimi 
açılan  ağaclar,  dağlar,  düzənlər,  otlar  çiçəklər,  tumurcuqlardır.  Soluğunu 
(nəfəsini) dərmiş dünyanın səs-səsə verməyidir. Mənə elə gəlir ki, yer üzündə 
olan, bizi də alıb özüylə aparan bu ritmdən-ahəngdən qıraqda heç nə yoxdur, 
hətta özümüzü  cırıb dağıtmaq üçün başladığımız müharibələr də bu ritmdən 
qıraqda  deyil.  Bu,  əbədi  saydığımız  ritmdən  yalnız  düşüncələrimizlə, 
etdiyimiz  kəşflərlə  çıxa  bilərik  ki,  belə  də  oldu.  Kosmik  yürüşlər  yeni  bir 
ritmə-ahəngə  yol  açdı.  Bu  ritm  yaşadığımız  yer  kürəsinə  sığışmadı.  Amma 
bütün bunlar  əsas vermir ki, dörd ünsürün, dörd  yaranış daşıyıcısının  yerini 
dəyişək, istədiyimiz şəklə salaq... Havadan öncə gələn su, torpaq, od da ona 
görə  bu  sıraya,  bu  düzənə, bu  qanunauyğunluğa  girir  ki, törəməni,  törənişi-
yaranışı təmin etsin... Məncə bundan sonra belə sonuca, nəticəyə gələ bilərik: 
yaxĢı ki, bu böyük törən, yaranıĢ qanunauyğunluğu,  gündüzlə gecənin 
bərabər  olmağı  səndən,  məndən  asılı  deyil.    Sən  havanı  əvvələ,  torpağı 
axıra salsan da, bu əbədi ardıcıllığı poza bilməzsən...Unutma bu ardıcıllıq 
dünya yaranandan – YaranıĢdan belədir: Su, Torpaq, Od, Hava... 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
100 
 
 
 
 
***  
 
Ov çaĢar, ovçuya qənĢər gələr”... 
 
Dədələr deyər, ovçu ki, yayını-oxunu, tüfəngini götürdü, asdı çiynin-
dən, bıçağını,  baltasını alıb qapıdan ki,  çıxdı, meşələrə ün düşər, balta-
nın  gəldiyini  ağaclar  hiss  edər,  yarpaqlarınacan  sızıldaşar,  amma  hey-
vanların  içində  ovçunun  gəldiyini  birinci  tülkülər  bilər;  ona  görə  də 
çaşar,  getdiyi  yeri  itirər,  el  diliylə  desək,  “ütələnər”,  yəni  vurnuxar,  o 
yan-bu  yana  qaçar,  bilməz  hara  getsin.  Qorqud  Dədə  də  elə  el-obadan 
götürüb deyib:  “Yeddi dərə qoxuların tülkü bilər”... Belə məsəl də var, 
“tülkünün quyruğu düzdü, əyrilik özündədi...” 
Deyərlər, “Ov yolun çaşdı, ovçuya qənşər çıxar”. Tülkü fağır da ora 
qaçdı,  bura  qaçdı,  gəldi  düz  ovçunun  qənşərinə.  Ovçu  da  hal  əhlidirsə, 
ilk  gülləsini  tülküyə  atmaz.  Çünki  dədələr  deyər,  tülkü  xeyirliyə  çıxar, 
dovşan pisliyə... 
Ona görə də uğur üstə qarşısına dovşan çıxan deyinə-deyinə qayıdar,  
bu minilliklərin sınağıdır, düşəri də olur, düşməzi də... El arası dovşanın 
bir  adı  da  “çəpgöz”dür.  Deyərlər,  dovşanın  gözü  dəmgillidi,  evi-eşiyi 
gözə gətirə bilər, ona görə də deyərlər, evə dirisini aparma, gözü dəyər. 
Dədələr  deyər,  dovşanın  əti  daddı  olsa  da,  üzə  çıxandı.  Ona  görə  də 
boylu  gəlinlərə  dovşan  əti  yeməyi  məsləhət  görməzlər.  Deyərlər,  “Uşaq 
dovşan  ağız  olar...”,  yəni,  dodağı  çapıq.  Tələsgən,  tədbirsiz  adamlara 
deyərlər, “dovşanı üzü yoxuşa qovur...” Dovşanın qabaq ayaqları gödək 
olduğu  üçün üzü aşağı  yaxşı  qaça bilməz, ona görə də belə deyim var: 
“Dovşan yoxuşa qaçar”... El arasında belə də deyərlər, dovşan pis ruha 
meyillidir, deyərlər, çox zaman ona görə gözə görükür ki, kimisə ardınca 
aparsın; bunu bilən ağsaqqallar ova çıxanlara tapşırar: dovşan ardınca 
at sürmə. Bunu ona görə deyillər ki, dovşan atlını uçuruma çəkər... Am-
ma minilliklər boyu gələn sınaqdan bu da aydındır ki, insan dovşanla ar-
maqdır, yəni, həvəslidir, özündə olmur, dovşanı görən kimi onu qovmağa 
qalxar. “İşığa dovşan düşdü”, ifadəsi var. Gecə vaxtı kənd-kəsəkdə, da-
ha  çox  yaylaq  yollarında  maşınların  işığına  dovşan  düşər,  işıqdan  çıxa 
bilməz... Bununla bağlı da el arasında qəza hekayətləri çoxdur, hamısını 
da dovşandan görərlər. El arasında indi də yaşayan bir fikri də bildirim; 
Elin düşüncəsində dovşan bir az da zarafat-şaka yeridi, insanların dov-
şanla bağlı  münasibətinin də zarafatyana olmağı ona görədi.  
Herodot  “Tarix”  əsərində  yazır  ki,  Dara  üç  yüz  minlik  ordusuyla 
Skiflərin üzərinə yeridi, skiflər Daranın gəlişini bilsələr də, bir düzənlik-
də  dovşan  qovlayırdılar.  Daranın  çuğulları-kəşviyyatçıları  qayıdıb  bu 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə