Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
97 
“Yüyət günü” yuyunma, təmizlik gününə deyilir. Nəsilliklə bizim yüyət 
günümüz  adna  günüydü,  yəni  həftənin  beşinci  günü.  Heyif  ki,  son  za-
manlar yüyət günü ifadəsi çox az-az işlədilir, unudulmaq üzrədir, bir çox 
bölgələrimizdə artıq unudulub. Hava nəmli olanda ilkindi vaxtı, yəni sə-
hər tezdən xalçaları,  gəbələri şehə çıxardardılar,  göy  otluğa sərib çırpar, 
tozunu alardılar. Xalçalar cılxa yun olduğuna və bitki boyalarıyla boyan-
dığına görə ilmələr gül-çiçək kimi doğrudan da havanın nəminə açılırdı...  
 El-elat dediyim kimi, ilkindi çağından havaya göz atıb gündəlik işini 
havaya görə qurardı. Gedişat, yəni güzəran havadan asılı idi, asılıdır, de-
sək daha düz olar...  “Qapayeldən  qapı  qoyma” məsəli var. Ev tikəndə 
də  hər  şeydən  öncə  havanı  nəzərə-gözə  almalydı.  “Üstünə  gün  düĢ-
sün...” Bu anlayışla işinə-gücünə gərək olan hər şeyi günəqarĢıya çıxar-
dardı.  Ona  görə  də  bütün  tikililərimiz,  evlərimiz,  qalalarımız  dədə-
babadan  üzü  günəşədi.  “Özünü  günə  ver,  yelin-quzun  canından 
çıxsın”, ifadəsi də elə-belə yaranmayıb. Sudan, torpaqdan, oddan, hava-
dan “baş çıxartmasaydıq” yerüzündə bu düzəni yarada bilməzdik. Dedi-
yimiz  bu  dörd  ünsürə  və  dörd  ünsürün  qeyd  etdiyimiz  bu  sırasına  –  su, 
torpaq,  od,  hava  ardıcıllığına  görə  yaşayışımızı  qurduq...  El  arasında 
“...üstündən  vaxt  addadı”  ifadəsi  var.  İndi  işlənməsə  də,  köhnə,  yaşlı 
kişilərin yaddaşında qalmış olar. Qəfildən ürəyi gedib yıxılan heyvanlar 
olurdu.  Deyirdilər  üstündən  vaxt  addadı.  Yadımdadı,  atımız  birdən-birə 
yıxılıb yolun ortasında qaldı, dörd yanına yumru cız – xətt çəkdilər, bur-
nunun üstündən qan aldılar, sıçrayıb qalxdı. Bütün ömrüm boyu fikirləş-
mişəm: “üstündən vaxt addadı” əslində nə deməkdir? Vaxtın səni qoyub 
geçib getməsi, yaxud, vaxtla ayaqlaşmamaq, vaxtdan qalmaq... Hər nədi-
sə, bütün hallarda Xalqın yenə də dahiyanə bir sirrə yetik olmağıdır. So-
ruşub  aydınlatmağa  adam  qalmadı,  gecikdim;  nəsil  dəyişdi.  Elə  həmin 
ifadəylə deyim: üstümdən vaxt addadı... 
 Belə  bir  atalar  sözü  var:  “Ayağını  yorğanına  görə  uzat”.  Biz  bir 
xalq kimi hər zaman ayağımızı “yorğanımıza görə uzatdıq”. Yəni, təbiət 
artıq şeyləri götürmür; ayağını düz uzatmadın, yorğandan qırağa çıxdısa, 
elə ordan kəsəcək.  Çox yəqin ki, belə etməsəydik yaşayıb yarada da bil-
məzdik.  Başımızın  üstündəki  buludun  havada  necə  dyanmağından  yerin 
harasında  su  olduğunu  bilirdik,  bilirdik  ki,  bulud  torpağın  harasında  su 
var,  orda,  həmin  yerin  üstündə  əylənər...  Göy  üzünə  baxıb    qabaqcadan 
havanın necə olacağını fəhm edə bilirdik. “Göy üzü Agyel səmtdən de-
Ģilib,  sabah  hava  günəĢli  olacaq”,  minilliklər boyu  yaşadığı təcrübəyə 
görə göy üzünü də evinin içi kimi bilən insanlar vardı ki, indinin özündə 
də yaratdıqlarından bəhrələnirik. Bilicilər vardı, saxladığı qoyunun yunu 
qatı  –  sıxdısa  bilirdi  ki,  bu  ilin  qışı  sərt  gələcək.  Bəslədiyi  arılar 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
98 
yuvasının  qapısını  möhkəm  mumlayıb  qapayırdısa  qışın  soyuq  keçmə-
sinə işarəydi. Bu haqda yazı boyu çox deyiləcək.   
Bu  ifadələrin,  deyimlərin,  adət-ənənələrin  arasında  heyrətamiz  kəşf-
ləri də var; boğaz qoyunun qarnındakı quzunun dərisinin nə rəngdə oldu-
ğunu  bilənlər  vardı.  Bir  dəfə  maraqlanıb  soruşdum.  “Qoyunun  dilinin 
rəngindən  bilinir,  –  dedi,  –  mələyəndə  bax,  dili  hansı  rəngdədisə 
qarnındakı quzunun dərisi də o rəngdədi.” 
Bunu  bilmək  həm  də  papaqlıq  quzu  dərisi  üçün  lazım  olurdu.  Ən 
yaxşı, ən bahalı, addı-sanlı papaq  doğulmamış quzu dərisindən tikilirdi. 
Quzu  qoyunun  qarnından  quzuluğuyla  bir  yerdə,  quzuluq  pərdəsi 
(uşaqlıq) qarışıq  çıxarılırdı.  Bunun üçün  az  günəşli hava lazım idi;  dəri 
quzuluq  pərdəsindən  az  günəşli  havada  götürülməliydi,  çünki  quzu  ölsə 
də  dərisi  hələ  də  canlıydı,  tükləri    isindikcə  qıvrılıb  havaya  açılmalıydı. 
Belə papaqlar geyildikcə başda açılar. Ona görə də quzunun rəngini hələ 
anasının  qarnındaykən  bilən  insanlar  lazım  olurdu.  El  arasında  belə  bir 
məsəl də işlədilir: “Elə qız al ki, papaq kimi baĢında açılsın.”       
Belə deyim də var: “Filankəsin odunu-suyunu verdim...” Yəni döyüb-
söyüb  anlatdım,  mənasında...  Dəmiri  qızdırıb  döyəndən  sonra  suyunu 
vermək  gəlir.  Nə  düzəldirsənsə,  suyun  verilməsindən  çox  şey  asılıdır. 
Əgər qılınc düzəldirsənsə, odla suyun arasında havanın çox böyük təsiri 
var. Yəni dəmiri qızdırıb istədiyin formaya gətirəndən sonra havada çox 
saxlasan  qılıncın kəsəri olmaz. Tiyəsi küt qılıncın, bıçağın “ağzını hava 
vurub” deyərlər. Tiyəsi çox sərt olanda da “suyu çox olub” deyərlər... 
Su, Torpaq, Od çərşənbələri haqda dediyim kimi,  Hava-Yel çərşən-
bəsində  də  münasibət  –  atalat  sözləri,  deyimlər  ifadələr  hardasa  dəyişib 
başqa məna alır. 
O  gecə,  yəni  Yel-Hava  çərşənbəsində  deyərlər:  “yerə  nəfəs  endi”. 
Bununla  da  deyərlər,  “puçur  yeli”  əsməyə  başlayacaq...  Bu,  yer  üzündə 
olan  bitki  aləminin  nəfəs  dərməyidir;  nəfəsini  dərib  yenidən  ayılmağı, 
suyun,  torpağın,  odun,  havanın  bir  olmağından  sonra  ilk  tərpəniĢ, 
hərəkət, ritm... Üç çərĢənbədən – su torpaq, od çərĢənbəsindən sonra 
yerə enən nəfəs.  
Doğrudan  da,  adına  “Yel  çərşənbəsi”  deyilsə  də,  suyun,  torpağın, 
odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – hər nə varsa 
bütün yaranmışlara hava lazım olur... Su torpaga qovuşandan sonra istini, 
odu  alır,  qoynundakı  toxumlar  duyğuya  çevrilir,  bu  duyğunun  açılması 
üçün  bir  udum  hava  lazım  olur...  Mən  indi  şairlik  eləyib  obrazlı  halda 
alınsa  da,  həmin  gecəni,  –  Yel-Hava  çərşənbəsini,    bir  udum  nəfəs 
çərşənbəsi  bayramı  adlandırıram.  “Yerə  nəfəs  endi”  ki,  deyirlər,  həmin 
gecə  bütün  duyğular  nəfəs  dərib,  Vaxtın  ardı-arası  olmayan  aramsız 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə