Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
89 
şey  mümkün  olsaydı,  yəni  sudan  sonra  od  gəlsəydi,  yer  üzündə  canlı 
qalmazdı. Yəni yer üzünün özü də olmazdı... 
 Düşündüklərimə görə,  kosmik aləmdə həyat  işartısı  ona görə  yoxdu 
ki, dediyim ardıcıllıq orda bu sırayla gəlmir. Ola bilsin ki, hava birinci 
sıradadır,  “Yanlış  da  bir  naxışdır”  deyək...  Kosmik  aləmdə  xaosun- 
qarıĢıqlığın  yaşanması  da  ona  görədir.  Başlığa  çıxartdığım  dörd  ünsü-
rün  su,  torpaq,  od,  hava  ardıcıllığının  bu  düzəni  orda  yoxdur.  Bu  sə-
bəbdən  də  kosmik  aləmi  xaos-qarışıqlıq  adlandırırıq;  baxmayaraq,  kos-
mik  aləmdə  də  düzən-sahman  var,  orda  da  hərəkət  “zərgər  dəqiqli-
yiylədir”... təbii olaraq bu “qarışıqlıqda” da ilk öncə su axtarırıq. Niyə? 
Çünki  su  varsa,  torpaq  da  olmalıdır...  torpaq  varsa,  od  mütləq  var  və 
havasız  bunların  heç  birinin  olmağı  mümkün  deyil..  Beləliklə,  bu  dörd 
ünsürü,  yalnız  bu  ardıcıllıqla,  canlı  aləmin  kodu,  açarı,  yaĢayıĢ-yaĢam 
daĢıyıcısı hesab etməliyik. Kosmik aləmdə indiki halında ola bilsin, hava 
birinci  sıradadır.  Ola  bilsin  su  da  var,  amma  öz  yerində,  –  sırasında 
deyil.  Çox  mümkündür  ki,  havadan  yaxud  sudan  sonra  od  gəldiyi  üçün 
hər  şey  yanıb  kül  olur,  torpağın  nişanəsi  olaraq  burulğan  halında  toz 
var, su bulud şəkilindədir. Ona görə də tanıdığımız planetlərdə həyat əla-
məti  yoxdur.  Bir  sözlə,  başlığa  çıxartdığım  ardıcıllıq  pozulan  yerdə 
həyatın, – canlı aləmin olması mümkün deyil, fikrindəyəm. İnsanın özü də 
dörd ünsürün bu ardıcıllığından ibarətdir. Əgər insanda da, bizim Nov-
ruz bayramında çərşənbə axşamlarını, sudan sonra od çərşənbəsini qeyd 
etdiyimiz kimi, birinci su, sonra od gələrsə, düşünürəm ki, fəlakət olar. 
Əlbəttə, hər birinə hörmətim olsa da, deyə bilərəm ki, yanlışlıq bizim 
bəzi elm adamlarından, – etnoqraflarımızdan, folklorçularımızdan, tarix-
çilərimizdən  gəlir:  “Qurani-Kərim”də  də    deyilir:  sudan  torpaq,  gil 
götürdüm, yoğurdum, yapdım, odda biĢirdim, üfürüb ruh verdim, göz-
lərini  açdı.  İndi  bu  gedişə  –  prosesə  kiçicik  bir  dəyişiklik  etsək  nəyinsə 
alınacağına ümid etmək mümkündürmü? Bu da gerçəkdir ki, bu  bayram-
la bağlı çox  tarixi ağrılar-acılar çəkmişik, qadağalar-yasaqlar yaşamı-
şıq...  
Düşünək,  bu  yasaqlar-qadağalar  nəyə  görəydi?  Sovetlər  Birliyinin 
dinsizlik dönəmində belə, sonacan din yığışdırılmadı, amma Novruz bay-
ramı  elə  yığışdırıldı  ki,  yaddaşımızda  bu  cür  kosmik  xaos-qarıĢıqlıq 
yarandı.. Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki, bizim varlığımızı 
qəbul  etmək  istəməyənlər  Novruz  bayramının  dahiyanə  gerçəkliyini  biz-
dən  yaxşı  bilirdilər.  Bilirdilər  ki,  harda  daha  güclü  olarıq,  bizim 
gücümüz  harda  daha  da  çoxdur.  Onlar  bizim  gücümüzü  almaq  üçün 
birbaşa  varlığımıza  bağlı  olan  Novruz  bayramını  sıradan  çıxartmaq, 
daha doğrusu, bununla da bizim özümüzü sıradan çıxartmaq istəyirdilər. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
90 
Hər  halda  biz  öz  doğma  dilimizdə  Ġlin-Ayın  axır  (son)  bayramı, 
qısaca olaraq Ġl-Ay bayramı dediyimiz Novruz bayramını ürəklərimizdə, 
evimizdə-köşəmizdə gizlədə-gizlədə də olsa yaşatdıq. Çox ġükür! Eli var 
olsun! Xalqı çox yaĢasın! Beləliklə... 
 
 
 
 
Su çərĢənbəsi... 
 
Su çərşənbəsində deyərlər: “su damar gətirdi”, “su haqdan gəlir”
İslam dinini qəbul edəndən sonra onu da dedi ki, bu günün suyu “zəm-
zəm  suyudu”.  İnamını  dəyişmədi,  ifadəsini  dəyişdi.  Ilin-Ayın  sonu 
olduğunu  bilirdi...  Bütün  zamanlarda  Son,  daha  doğrusu,  qurtara-
caqlar özündə həm də baĢlanğıcları yaĢadır. Xalq bilirdi ki, hər şeyin 
yenidən  doğulan,  başlanğıc  çağıdır:  “Su  ilkdi,  –  dedi  –  hər  şeyi  suya 
çəkin”. Hər şey suya, başlanğıca çəkildi, yuyulub yaxandı. Qocalar, yaş-
lılar dirçəlib canlandılar, soyuq suya  girə  bilməsələr də, “çilək  altdan” 
keçdilər, yəni üstlərinə başlarına su çilədilər. Qundaqda olanların qunda-
ğına su çiləndi. Hansı qundaq çilək altda gülümsədisə: “Suyun əli dəydi 
uşağa,  su  uşağa  toxundu”  dedilər,  sevindilər,  güldülər.    Qapı-bacalar 
süpürülüb  sulandı.  Bacalar  təmizləndi,  pəncərələr  silindi.  El  diliylə 
desək:  “Evlərin  içi  eşiyə  töküldü”.  “Olanlar  olmalıdır  yenə,  amma 
olanların-qalanların ağırlığını-yağırlığını yuyun”, dedilər. Belə də deyim 
var:  “Suyu  çıxacaqdan  qoy  (axıt),  odu  girəcəkdən  (qala)”.  Yəni,  pis 
niyyətlə  yurda  ayaq  basan  olursa  Od  yusun,  pis  niyyətlə  çıxan  varsa  su 
yusun...    
Yalnız  su  çərşənbəsində  işlənən  belə  bir  deyim  də  var:  “Suyun  bu 
gün qapısı açıqdı, məni yu, deməsən də, yuyacaq”.  
Yadımdadı,  nənəm  deyərdi  ki,  sudan  izin  almasan  su  səni  yumaz. 
Deyərdi, su duaların getdiyi yerə axır. De, ey su, məni yu. Su səni yuyub 
ruhuna  damacaq,  təmizlik,  sərinlik,  sağlamlıq  gətirəcək.  Hər  şeyin 
doğrudan da yenidən doğulduğunu bilirdilər, dedilər: “Su açıqdı, sən də 
açıq  ol,  qapanıb  basaratını  bağlama.”  (“Basarat”  sözü  burda  qapı- 
yurd-ərazi mənasındadır. Gəncəbasar, Basarkeçər yer adları da bu məna-
da  yaranıb).  Ġl  də  yenidən  doğulur,  baĢlanğıcda  pis  söz  danıĢma, 
könülə dəymə, “göz namərddi, əl comərd”, əlini boĢ saxlama, həmiĢə 
bir iĢin qulpundan yapıĢ,  çünki  əl  boĢ olanda küyə gedər, ayaq boĢ 
olanda iyə gedər. Bil ki, hər Ģeyin, daha doğrusu, hərəkətdə olan hər 
nə  varsa  hamısının  baĢlanğıcı,  yəni  ilk  addımı,  ikinci  addımı,  ortası 
və sonu var...” 
 Demək  istədiyim  odur  ki,  elə  bu  gündən,  İlin-Ayın  son  günündən 
sabahını sahmana sal, nə eləyəcəyini bil, birinci addımı atmamış ikincini 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə