Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
80 
Azərbaycan  Aşıqlar  Birliyinin  katibi  Musa  Nəbioğlu  ustad  sənətkarla 
bağlı  yubiley  tədbirlərinin  hələ  davam  edəcəyini,  “Ustad  aşıqlar”  seriyasından 
ikinci  kitabın  Aşıq  Kamandara  həsr  olunduğunu  bildirdi  və  onu  toplaşanlara 
təqdim etdi.  
Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər bu tarixi tədbirdə iştirak 
etdiyinə  görə  özünü  xoşbəxt  sandğını  və  nə  vaxtsa  Xalq  şairi  Zəlımxan 
Yaqubun sözlərinə “Borçalı” havası bəstələyəcəyini bildirdi.  
Sonra  söz  incəsənət  ustalarına  verildi.  Təbrizdən  gəlmış  Aşıq  Məhbub 
Xəlili,  Fərman  Zamanoğlu,  Aşıq  Muxtar  Qayabaşı,  xanəndə  Davud  Təbrizli, 
eləcə  də  Aşıq  Şahbaz,  Aşıq  Ziyəddin,  Aşıq  Telli,    Aşıq  Cahangir  Gədəbəyli, 
müğənni  Xəlıl  Qaraçöp,  Aşıq  Əşrəf  və  Aşıq  Ramin    Kamandar  məktəbinin 
layiqli davamçıları olduqlarını öz ifaları ilə bir daha sübut etdilər.  
 
Tiflisdə AĢıq Kamandarın 80 illiyi qeyd olunub 
 
2012-ci  il  dekabrın  4-də  Tiflisdə  Gürcüstan  Mədəniyyət  və  Abidələrin 
Mühafizəsi  Nazirliyinin  dəstəyi  və  Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin 
təşkilatçılığı ilə Tiflisdə Aşıq Kamandarın 80 illiyinə həsr olunan daha bir tədbir 
keçirildi.  
Tədbirdə  Gürcüstanın  Cəzaların  icrası  və  hüquqi  yardım  naziri  Sozar 
Subari,  Gürcüstan  Mədəniyyət  və  abidələrin  mühafizəsi  naziri,  yazıçı  Quram 
Odişariya,  ARDNŞ-in  Gürcüstan  nümayəndəliyinin  nümayəndəsi  Şövqi 
Mehdizadə  və digər qonaqlar çıxış ediblər. 
Nazir Sozar  Subari çıxışında gürcü və azərbaycanlıların Gürcüstanda  əsr-
lərlə birgə yaşadığını və Aşıq Kamandar kimi sənətkarın yaradıcılığının həm də 
hər  iki  millətin  birgə  mədəniyyətinin  nümunəsi  olduğunu  bildirib:  “Bu 
mədəniyyət  gələcəkdə  bizim  bütövlüyümüzü  təmin  edəcək  və  biz  daha  sıx 
birləşərək, Gürcüstanın inkişafı üçün çalışacağıq”. 
Mədəniyyət  və  abidələrin  mühafizəsi  naziri  Quram  OdiĢariya  çıxışında 
Azərbaycan  musiqisi  ilə  yaxşı  tanış  olduğunu  və  Bakıda  olarkən  Azərbaycan 
musiqisini  çox  dinlədiyini  söyləyib:  “Məni  bu  tədbirə  dəvət  etdiyiniz  üçün 
təşəkkürümü bildirirəm. Mən sazı çox sevirəm. Dəfələrlə Gürcüstanda yaşayan 
azərbaycanlılar arasında sazı dinləmişəm. Düşünürəm ki, belə tədbirlər davamlı 
olacaq. Biz birlikdə gürcü və Azərbaycan musiqilərini dinləyib kədərlənəcək və 
sevinəcəyik.  Mən  bu  məclisdə  bəyan  etmək  istəyirəm  ki,  nazirlik  tərəfindən 
Aşıq Kamandarın Ev Muzeyi qeydiyyata alınacaq və ona status veriləcək”. 
Tədbirdə  Azərbaycandan  gələn  muğam  triosu,  Gürcüstanda  fəaliyyət  gös-
tərən  “Ceyran”,  “Sarvan”  və  Rustavidə  fəaliyyət  göstərən  gürcü  uşaqlarının 
çıxış etdiyi “Cücələrim” ansamblı müxtəlif rəqslər nümayiş etdiriblər. Yubiley 
tədbirində Azərbaycandan gələn qonaqlar və Gürcüstan aşıqları da çıxış ediblər. 
Tədbirdə Aşıq Kamandar yaradıcılığından bəhs edən film nümayiş olunub. 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
81 
“XAN KAMANDAR” KITABININ TƏQDIMATI OLMUġDUR 
 
Dekabrın  17-də 
M.F.Axundov  adına 
Milli 
Kitabxanada 
Azərbaycan  Aşıqlar 
Birliyinin 
layihəsi 
olan  “Ustad  aşıqla-
rımız”  seriyasından 
nəşr  edilmiş  “Xan 
Kamandar” kitabının təqdimatı keçirilmişdir. 
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilmiş kitab Bor-
çalı aşıq məktəbinin yetirməsi, XX əsrdə Azərbaycan aşıq sənətinin inki-
şafında  müstəsna  xidmətləri  olan  və  hələ  sağlığında  ikən  klassikləşən, 
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi AĢıq Kamandar Əfəndiyevə 
həsr olunmuşdur.  
 Kitabın  məsləhətçisi  və  redaktoru  Azərbaycan  Aşıqlar  Birliyinin 
sədri, Xalq Şairi Zəlimxan Yaqub, tərtib edəni və nəşrə hazırlayanı isə bir-
liyin  katibi,  “Ozan  dünyası”  jurnalının  baş  redaktoru  Musa  Nəbioğludur. 
Kitabda  ədəbiyyat  və  incəsənət  xadimlərinin,  folklorşünas  alimlərin  və 
sənət dostlarının ustad aşıqla bağlı xatirələri, müxtəlif illərdə mətbuatda dərc 
olunmuş yazılar, müsahibələri və ona ithaf olunmuş şeirlər yer almışdır. 
  
 
 
 
 
 
 
 
 
 
 
Tədbirdə  Zəlimxan  Yaqub,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
müxbir  üzvü,  Milli  Məclisin  mədəniyyət  komitəsinin  sədri  Nizami 
Cəfərov,  professorlar  Qəzənfər  PaĢayev,  Ġsmayıl  Məmmədov  və 
Əmirxan  Xəlilov,  folkorşünas  alim  MaĢallah  Xudubəyli  ustad  aşıqlar 
Ġsfəndiyar  Rüstəmov,  Mahmud  Məmmədov
 
və  başqaları
 
çıxış edərək 
ustad  sənətkarın  mənalı  ömür  yolundan  və  zəngin  yaradıcılığından  söz 
açmışlar. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
82 
 
MƏHƏMMƏD ġĠRVANLI – 60 
 
Hörmətli  AĢıq  Məhəm-
məd ġirvanlı!  
S
iz  arxada  qoyuğunuz  bu 
60 ildə özünüzdən əvvəlki ustad-
ların yolunu layiqincə davam et-
dirərək, şərəfli bir ömür yaşamış, 
kamil  ustadlardan  dərs  alaraq 
Azərbaycanda adı həmişə hörmət-
lə çəkilən aşıqlar sırasında dayan-
mısınız.  Bu  sənətin  sirlərini  XX 
əsr  Azərbaycan  aşıq  sənətində 
özünəxsus dəst-xəttləri, töhfələri  ilə mühüm yer tutan, bu gün də adları həmişə 
hörmətlə  anılan  iki  böyük  ustaddan  –  Azərbaycanın  Əməkdar  Mədəniyyət 
işçiləri  Əhməd  Rüstəmov  və  Mikayıl  Azaflıdan  öyrənməyiniz  bir  sənətkar 
kimi püxtələşməyinizdə mühüm rol oynayıb.  
Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçıların-
dan biri kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 40 ildən artığını bu 
sənətin  inkişafına,  onun  təbliğinə  həsr  etmisiniz.  Şirvanda  gənclərdə  aşıq 
sənətinə  meyil və marağın güclənməsində, onlara bu sənətin sirlərinin öy-
rədilməsində, bu istiqamətdə həyata keçirilən bir sıra təşkilati işlərdə böyük 
xidmətləriniz  olub.  Ağsu  rayonundakı  “Sənət  muzeyi”  və  “Şirvan  şikəs-
təsi”  aşıqlar  ansamblının  yaradılmasında  və  uğurlu  fəaliyyətindəki  zəh-
mətiniz isə Sizin bu sənətə nə qədər ürəkdən bağlandığınızın göstəricisidir. 
“Şirvan şikəstəsi” ansamblı təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkə-
lərdə də uğurla çıxış edərək xalqımızın bu ölməz sənətini ləyaqətlə təmsil 
edib. İranda, Rusiyada, Gürcüstanda, Ukraynadakı uğurlu çıxışlarınız uzun 
müddət yaddaşlardan silinməyəcək.  
Siz sazımızı yaşadan, keçdiyi həyat və yaradıcılıq yolu bu gün sənətə 
gəlmək  istəyən  cavanlara  örnək  olan,  gənclik  təravətini,  səliqə-səhmanını 
qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.  
 Sizi  –  Azərbaycan  aşıq  sənətinin  layiqli  nümayəndəsini  anadan  ol-
mağınızın  60  illik  yubileyi  münasibəti  ilə  Azərbaycan  Aşıqlar  Birliyi  və 
şəxsən öz adımdan təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra 
da ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayıram! 
 
 
 
    Zəlimxan YAQUB 
       Xalq şairi
AAB-nin sədri. 
Bakı, 8 dekabr 2012-ci il



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə