Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
83 
 
* * * 
 
2012-ci  il  dekabrın  8-də  Ağsu  rayon  Mədəniyyət  Evində  aşıq 
Məhəmməd ġirvanlının 60 illik yubileyinə həsr olunmuş yubiley tədbiri 
keçirilib.  Filologiya  elmləri  doktoru,  professor  Məhərrəm  Qasımlının 
apardığı tədbirdə Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidə-
liyev,  Millət  vəkili  Ərəstun  Cavadov,  Azərbaycan  Aşıqlar  Birliyinin 
katibi  Musa  Nəbioğlu,  filologiya  elmləri  doktoru,  professor  Seyfəddin 
Qəniyev,  şairlər  Kərəm  Kürqıraqlı,  Səadət  Buta,  el  ağsaqqalı  Hacı 
Seyfəddin və digərləri çıxış edərək Şirvan aşıq mühitinin yetirməsi olan 
Məhəmməd  Şirvanlının  ustad  sənətkar  kimi  xidmətlərindən  söz  açmış, 
ona təbriklərini, ürək sözlərini çatdırmışlar.  
Aşığın sənət dostları da yubilyarı öz çıxışları ilə təbrik etmişlər. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
84 
 
XALQ YAZÇISININ YER 
ÜZÜNDƏKĠLƏRƏ MƏKTUBU 
 
Böyük Ģairimiz – Xalq Ģairi Zəlimxan 
Yaqub  görkəmli  yazıçı  Mövlud  Süley-
manlının  “Erməni  adındakı  hərflər”  ro-
manının  jurnal  variantını  oxuduqdan 
sonra  vəcdlə  belə yazmıĢdı: “Bu əsərinlə 
də  nəfəsinə, ruhuna, ağrılarına, qələmi-
nə,  üslubuna  sadiq  qalıb  tamamilə  yeni 
rəngdə,  yeni  çalarda  bir  dərd  kitabı  bağlamısan.  Ġmirxanlı  obrazının 
dili  ilə  elə  acı  həqiqətlərə  enmisən,  elə  yaralı  mətləblərə  toxunmusan, 
elə  məsələlər  qaldırmısan  ki,  bu  duyğular  ən  azı  50  il  bundan  əvvəl, 
dilə,  qələmə  gəlsəydi,  kitablara  çevrilsəydi,  yumulu  gözləri  açsaydı, 
mürgülü  baĢları  silkələsəydi,  heç  olmasa  bu  mövzuda  yazılan  3-5 
əsərimiz  –  M.S.Ordubadinin,  M.M.Nəvvabın,    Y.V.Çəmənzəminlinin, 
Ə.Abbasovun  əsərləri  kimi,  ən azı tarixi  tədris edənləri,  yazanları tər-
pətsəydi... baĢımızın altına qoyulan balıncın, baĢımızın üstündən asılan 
qılıncın  nə  demək  olduğunu  vaxtında  dərk  edə  bilsəydik,  itkilərimiz, 
ağrılarımız indikindən qat-qat az olardı, faciələr içində çırpına-çırpına 
qalmazdıq... Bu əsər nəsrimizdə, ədəbiyyatımızda, yeni bir mərhələnin – 
fikirdə, düĢüncədə, təfəkkürdə, dildə, tarixdə, üslub tərzində gec də olsa 
oyanıĢ  mərhələsinin  baĢlanğıcıdır.  Əslində,  əsər  bir  xalqın  Dərslik 
kitabıdır!” (“525-ci qəzet, 29 dekabr, 2007) 
Əziz oxucular, jurnalımızın bu sayından baĢlayaraq görkəmli Xalq 
yazıçısı Mövlud Süleymanlının hələ iĢıq üzü görməyən yeni bir əsəri ilə 
tanıĢ  olacaqsınız.  Yazıçı  yeni  əsərini  “Yer  üzünə  məktub”  adlan-
dırmıĢdır. Əsər, tarixi-fəlsəfi-etnoqrafik traktlar Ģəklində qələmə alınıb. 
Yazıçı, gerçək tarix nədir? – sualına, cavablarını xalqda axtarır, xalqın 
yaratdıqlarında arayır, söyləyir ki, əsil tarix içlərə –  yaddaĢlara yazılır, 
xalqımızın tarixini, onun izlərinin qüdrətini yaddaĢımızda axtarmasaq 
o, yenə “çaĢdırılmıĢ ov” kimi özünə yer tapmayacaq. 
Əziz oxucu, əsərin hər səhifəsi, hər hadisəsi, verilən hər bir məlu-
mat səni düĢündürəcək, təəccübləndirəcək, tarixi sənə tanıdacaq, tarix-
lə  qohumluğunu  göstərəcək,  tarix  yaratdığını  anladacaq.  Yazılmayan, 
öyrədilməyən,  lakin  bizimlə  addımlayan,  həyatımıza  ahəng  gətirən, 
içimizdəki tarixlə üz-üzə qalacaqsan. 
 
 
 
 
 
 
 
 
 
Musa Nəbioğlu  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
85 
 
Mövlud  SÜLEYMANLI 
Xalq yazıçısı 
 
 
YER ÜZÜNƏ MƏKTUB... 
 
...bu yazı asan alınacağını gözləsəm də, ən cətin başladığım  yazıdır, 
üstündə  uzun-uzadı  düşünməli  oldum,  indi  də  əlimdə  qələm  (not-buk) 
düşünməkdəyəm; çünki yazmaq istədiklərim əslində bədii yaradıcılığım-
da olduğu kimi, xəyallarımda  yaşayıb, yaşatdıqlarım yox, bildiklərimdir, 
məndə – içimdə olanlardır, daha doğrusu, tərbiyəmdə, nəsilliklə mənim-
sədiyim  qavrayışlarımda,  nəfəs  aldığım  mühitdə  öyrəndiklərimdir;  bö-
yüklərimdən, – mənsub olduğum Xalqdan alıb qanımla daşıdığım öyüd-
lərdir  ki,  buna  indinin  diliylə  təhsil,  bilik,  elm,  savad  da  demək  olar... 
Bütün hallarda bu çağacan yazdıqlarım da bu dediyim anlayışların için-
dədir...  Amma  səmimi  olaraq  deyim  ki,  əsl  ziyalı,  daha  doğrusu,  tarixin 
sınaqlarından çıxıb millət kimi ayağa qalxan Xalq birinci bu düşüncələri 
yazıb ortaya qoymalıdır, əksər millətlər belə də edirlər... 
Mən bu işi müəyyən mənada 1969-cu ildə Azərbaycan Dövlət Radi-
osunda yazmağa –  yaratmağa başladığım  “Bulaq” verilişində araya gə-
tirdim...  İndi,  yaşımın  bu  vaxtında  hara  baxıram;  yerə,  göyə,  varlığa- 
yoxluğa,  yazılanlara-yazılmayanlara  çox  şükür  deyir,  gördüyüm  işlə 
qürur  duyuram.  Amma  bir  həqiqət  də  var  ki,  Radio  yaradıcılığı  əslində 
Ģifahi yaradıcılıqdır, yalnız  yaddaşlara qulluq edə bilər. 
1990-cı  illərin  ortalarında  “Oğuz  Eli”  qəzetinin  ilk  sayına  baş 
redaktor kimi belə bir yazı yazmışdım... 
“Oğuz  Eli”  qəzetinin  doğulması  niyə  indiyə  düşdü  və  lazımdırmı? 
Özü də elə bir vaxtda ki, söz qarşısıalınmaz bir  axınla baş alıb gedir, su 
yerin  yumşağını  axtardığı  kimi,  mənasız  Söz  də  cəmiyyətin  səliqə-sah-
mansız,  qanunların  işləmədiyi  boşluğuna  axır.  Hara  yumşaqdır  ora  ax-
dığı üçün də suyun yatağı əyri-üyrü olduğu tək  mənasız, səviyyəsiz söz 
axını da keçib gedər, yerində qeybətdən, dedi-qodudan, yalandan başqa 
heç nə qalmaz... 
Bütün  hallarda  “bolluq”  yaxşı  olsa  da,  Sözün  boluğu  yaxşı  deyil. 
Ona görə də, məsəl var, “sözünü tut”, “sözünün üstündə dur”, “dediyin 
sözün yiyəsi ol”, çünki “demədiyin sözün ağasısan, dediyin sözün qulu”, 
“söz ağızdan çıxdısa sənin deyil”... 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə