Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
78 
 
Yubiley  gecəsində  çıxış  edən  Mədəniy-
yət  və  Turizm  nazirinin  müavini  Sevda 
Məmmədəliyeva  qədim  tarixə  və  zəngin 
ənənələrə  malik  Azərbaycan  aşıq  sənətinin 
keçdiyi  yola  nəzər  saldı.  Zaman-zaman  us-
tad  sənətkarların  sayəsində  inkişaf  edən, 
nəsillərdən-nəsillərə  ötürülən  Azərbaycan 
aşıq  sənətinin  2009-cu  ildə  UNESCO-nun 
“Bəşəriyyətin  qeyri-maddi  mədəni  irsinin 
Reprezentativ  Siyahısı”na  daxil  edilməsini, 
aşıq  sənətinin  dünya  mədəniyyət  inciləri 
sırasında  layiqli  yerini  tutmasını  əlamətdar 
hadisə  kimi  dəyərləndirdi.  Bu  sənətin  inki-
şafında müstəsna xidmətləri olan, sazı, sözü 
ilə  xalqın  yaddaşında  özünə  əbədi  yurd  sa-
lan Aşıq Kamandarın yaradıcılığından danışdı.  
   Qeyd  olundu  ki,  böyük  el  məhəbbəti  qazanmış  sənətkarın  xidmətləri 
dövlət  tərəfindən  də  yüksək  qiymətləndirilib,  ona  “Azərbaycanın  Əməkdar 
mədəniyyət  işçisi”  fəxri  adı  verilib.  Nazir  müavini  ustadın  zəngin  ədəbi 
yaradıcılığından  danışaraq  onun  müxtəlif  illərdə  işıq  üzü  görən  “Borçalı 
laylası”,  “Bənövşə”,  “Mən  ellər  aşığı  xan  Kamandaram”  adlı  kitablarının 
xüsusi dəyəri olduğunu bildirdi. Ustad aşığın 80 illik yubileyi münasibətilə 
saz-söz sənətinin vurğunlarını təbrik etdi.  
Yubiley  gecəsində  Millət  vəkili  Qənirə  PaĢayeva,  filologiya  elmləri 
doktoru,  professor  Məhərrəm  Qasımlı,  folklorşünas  alim  Elxan 
Məmmədli,  professor  Mahmud  Kamaloğlu,  Ģair  Osman  Əhmədoğlu, 
Məhəmmədəli  MəĢədiyev,  “Xan  Kamandar”  kitabının  tərtibçisi,  Aşıqlar 
Birliyinin katibi Musa Nəbioğlu çıxış edərək Aşıq Kamandarın böyük sənə-
tindən və sənətkarlığından danışdılar.  
Aşıq  Kamandar  ocağının  layiqli  davamçısı  Ramin  Qarayev,  ustad  aşıq 
Mahmud  Məmmədov, Cənubi Azərbaycandan  yubileyə  gəlmiş məşhur aşıqlar 
Məhbub  Xəlili  və  Fərman  Zamanoğlu,  habelə  Avdı  Musayev,  Cahangir  Quli-
yev, Əşrəf Təmirov,  Əhliman Rəhimov,  Qələndər  Zeynalov,  Muxtar  Qayaba-
şılı, Telli Borçalı, Fariz Təmirov, Şaiq İncəli, Elçin Xaliqoğlu gecəyə rəng qat-
dılar. “Paşa köçdü”, “Qaraçı”, “İrəvan çuxuru”, “Təcnis”, “Kərəm köçdü”, “Baş 
divani”,  “Şirvan  gəraylısı”,  “Misri”,  “Tərsa  gəraylı”,  “Naxçıvanı”,  “Osmanlı 
divanisi”, “Gəraylı”, “Müxəmməs” havaları ilə Aşıq Kamandar sənətinin ölüm-
süz sənət olduğunu bir daha sübut etdilər.  
Sonda  Aşıq  Kamandarın  ailəsi  adından  ustadın  oğlu  Əflatun  Kaman-
daroğlu  çıxış  edərək  yubileyin  keçirilməsinə  görə  ölkə  başçısına,  Mədəniyyət 
və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə təşəkkürünü bildirdi. 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
79 
MARNEULĠDƏ AġIQ KAMANDARIN 80 ĠLLĠK  
YUBĠLEYĠ QEYD EDĠLMĠġDĠR 
 
Azərbaycan  Aşıqlar  Birliyi  və  Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin 
təşkilatçılığı  və  SOCAR-ın  Gürcüstan  nümayəndələyinin  dəstəyi  ilə  2012-ci  il 
noyabr  ayının  30-da  Marneuli  şəhərindəki  N.Nərimanov  adına  Mədəniyyət 
evində Borçalının və bütün türk dünyasının böyük sənətkarı AĢıq Kamandarın 
80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi.  
Tədbiri  Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin  idarə  heyətinin  sədri 
Fazil  Həsənov açaraq Aşıq Kamandarın milli-mənəvi dəyərlərimizin daşıyıcısı 
kimi Türk dünyasına, bütövlükdə, bəşər mədəniyyətinə bəxş erdiyi töhfələrdən, 
zəngin  yaradıcılığından,  özündən  sonra  böyük  bir  məktəb  miras  saxladığından 
ətraflı  söz  açaraq  tədbiri  aparmaq  üşün  professor  Mahmud  Kamaloğlunu 
səhnəyə  dəvət  etdi.  M.Kamaloğlu  türk  dünyasının  azman  sənətkarı  ustad 
Kamandarın yubiley tədbirinə Azərbaycandan, İrandan və Türkiyədən tanınmış 
aşıqların,  ümumiyyətlə  Kamandarsevərlərin  təşrif  buyurduqlarını  bildirərək 
toplaşanlara  Aşıq  Kamandarın  həyat  və  fəaliyyətinə  həsr  olunmuş  filmi  seyr 
etməyi təklif etdi. 
Sonra  Azərbaycan  Aşıqlar  Birliyinin  sədri,  Xalq  şairi  Zəlimxan  Yaqub 
aşıq  Kamandar  haqqında  ürək  sözlərini  dedi:  “Bu  gün  Borçalıda  Aşıq 
Kamandar  bayramı,  sazın-sözün  bayramı,  Borçalının,  Azərbaycanın,  türk  dün-
yasının,  müsəlman  dünyasının  və  ürəyi  türkçülüklə  döyünənlərin  bayramıdır. 
Kamandarın sözü də, sənəti də, yerişi də, duruşu da aşıq sənətinə ucalıq gətirdi. 
Min ildə bir dəfə yetişir belə sənətkar...” 
Tədbirdə  çıxış  edən  Gürcüstanın  Reinteqrasiya  məsələləri  üzrə  naziri 
Paata  ZakareiĢvili  dedi:  “Mən  fəxr  edirəm  ki,  aşıq  Kamandar  Gürcüstanda 
anadan  olub.  Gürcüstan  çoxmillətli  ölkədir  və  bu,  bizim  sərvətimizdir.  Biz 
əsrlərlə birlikdə yaşayaraq Gürcüstanın birlikdə qurmuşuq. İnanıram ki, bundan 
sonra  da  bərabər  yaşayacaq  və  ölkəmizi  birlikdə  quracağıq.  Bu  gün  biz  fəxr 
edirik ki, yubileyini keçirdiyimiz böyük aşıq Gürcüstanın fəxridir. Mən bu gün 
çox  xoşbəxtəm  ki,  aşıq  Kamandar  bütün  dünyada  sevilir.  Gürcüstanla 
Azərbaycanın  dostluğu  artıq  strateji  tərəfdaşlığa  çevrilib.  Aşıq  Kamandarın  80 
illik yubileyinin keçirilməsi bu dostluğun daha bir nümunəsidir”. 
Tədbirdə  çıxış  edən  ARDNŞ-in  Gürcüstan  nümayəndəliyinin  rəsmisi 
ġövqi  Mehdizadə  qeyd  etdi  ki,  ustad  sənətkarların  gələcəkdə  keçiriləcək 
yubileylərini və aşıq sənətinin inkişafını ARDNŞ həmişə dəstəkləyəcək: “Yaxın 
gələcəkdə  aşıq  Kamandarın  ev  muzeyinin  təmiri  barədə  ARDNŞ  tədbirlər 
həyata keçirməyi planlaşdırır”. 
Gürcüstan  Aşıqlar  Birliyinin  sədri  Osman  Əhmədoğlu  toplaşanları 
salamladıqdan  sonra  hər  kəsin  öz  evinə  dönəndə  bir  Kamandar  eşqi,  sevgisi, 
zirvəsi aparmasını arzuladı və Kamandara həsr etdiyi şerini oxudu. 
Ustad AĢıq Aslan Kosalı sənətkarı 1943-cü ildən tanıdığını və onu günəşə 
bənzətdiyini  bildirdi:  “Onun  yerişi  başqa  bir  yeriş  idi.  Mən  günəşi  dana 
bilmərəm”. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə