Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
66 
aparır.  Toy  isə  filarmoniyada  və  ya  hər  hansı  bir  xüsusi  şənlik  məclisində 
verilən aşıq konsertindən əsaslı surətdə fərqlənir». 
Mədəniyyətin Şirvan tipi tarixi-mədəni dəyərlərin son dərəcə mürəkkəb 
ritm  harmoniyası  nümayiş  etdirir.  Azərbaycan  mədəniyyətinin  invariant 
modeli  Şirvanda  zəngin  kodlaşma  cərgələrinə  malikdir.  Poeziya  ilahi  söz 
hadisəsi olaraq Şirvanda heca və əruz kodlarının da arasında əlaqə, yaxınlıq 
duyulmaqdadır.  Eləcə  də  mu-ğam  və  aşıq  musiqisi  Azərbaycanın  bütün 
bölgələrindən  fərqli  olaraq,  Şirvanda  birkanallı  yox,  çoxkanallı  ifadələnmə 
kodlarına məxsusdur. Tarixin bu gündə, bugünün isə tarixdə ehtiva olunması 
Şirvan  üçün  mədəni  mövcudluğun  univer-sumları  səviyyəsindədir.  Bu 
mədəniyyətin içində böyüyüb, onun nümayəndəsi olmamaq sadəcə mümkün 
deyil.  Şirvan  mədəniyyətinin  yaradıcıları  da,  qəbulediciləri  də  Azərbaycan 
mədəniyyətinin  bu  nadir  tipinin  daşıyıcılarıdır.  Şirvan  sənət  məktəbinin 
bəhrələndiyi  qaynaq,  çeşmə  bu  sənəti  ümumazərbaycan  səviyyəsində  ma-
neəsiz  sevilən  hadisəyə  çevirib.  Məsələn,  sazın  Göyçə  kodu,  yaxud 
muğamın Qarabağ kodu unikal hadisələrdirsə, Şirvan mədəniyyət unikallığı 
təkkodlu Göyçədən, yaxud təkkodlu Qarabağdan fərqli olaraq universallığı, 
Azərbaycan  mədəniyyətinin  kod  bütövlüyünü  daşımaq  gücündə  olması  ilə 
səciyyələnir. 
Şirvanda saz ifaçılığı ansamblın içində əriyib getsə də, Şirvana məxsus 
saz  havalarını  yüksək  səviyyədə  ifa  edə  bilməyən  aşıq  məclisə  getməyib. 
Mühitin  ustad  sənətkarları  aşıq  havalarını  da  kamil  bir  şəkildə  ifa  ediblər. 
Belə zəngin ifaçılıq  polifoniyası içində Şakir, Məmmədağa, Bəylər, Abbas, 
Mahmud,  Ağamurad,  İslam,  Əli,  Əhməd  və  s.  sənətkarların  səsi  və  avazı 
vardır.  Onu  da  qeyd  etməliyik  ki,  Şirvan  mühitində  ifa  mükəmməliyi  ilə 
yanaşı  səs  imkanlarına  da  xüsussi  diqqət  edilir.  Yəni  xüsusi  məlahətli  səsi 
olmayan adamın sənətə gəlməsi də doğru sayılmamışdır. 
Şirvan  aşıqlarının  ifa  nümunələri  özünün  ecazkarlığı  və  orijinallığı  ilə 
seçilir.  Burada  oxunan  «Kərəmi»,  «Şirvan  şikəstəsi»,  «Sarıtorpaq  şikəstəsi», 
«Zarıncı  şikəstə»,  «Qocaman  şikəstə»  kimi  şikəstələr,  «İbrahimi»,  «Eyvaz», 
«Şirvan  peşrosu»  kimi  peşrovlar  ifa  fərqliliyi  ilə  daha  çox  diqqəti  cəlb  edir. 
Şirvan məktəbinin istedadlı nümayəndələri təkcə ifaçılıq və şer yaradıcılığı ilə 
deyil, özünəməxsus təhkiyə stili və musiqi yaradıcılığı ilə də diqqəti çəkir. Aşıq 
İbrahimin  «İbrahimi  peşrosu»,  Mirzə  Bilalın  «Şikəstəsi»,  Mirzə  Məmməd-
hüseynin  «Mirzə Hüseyn» segahı, Əli Kərimovun «Heyvagülüsü», «Əlicadi» 
və s. Bu siyahını xeyli dərəcədə genişləndirmək olar. Adı çəkilən sənət əsərləri  
Azərbaycan musiqi sənətinin şah əsərlərindən sayılır. 
Şirvan musiqi ilə zəngin bir məkandır və bu da aşıq sənətinə öz təsirlə-
rini  göstərmişdir.  Aşıqlar  da  klassik  saz  havalarını  ifa  etməklə  kifayət-
lənməmiş,  öz  bəstələri  ilə  bu  musiqi  mədəniyyətini  daha  da  zənginləşdir-
mişlər.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
67 
“Şirvan aşıqlarının bəstələdikləri, yaratdıqları saz havalarıının sayı iyir-
midən  artıqdır.  «Peşrov»,  «Şəşəngi»,  «Şirvan  şikəstəsi»,  «Əlicadi»,  «Sarı-
torpaq  şikəstə»,  «Qocaman  şikəstə»,  «Qara  qafiyə»,  «Güllü  qafiyə», 
«Qobustanı»,  «Cığdançıxmaz»,  «Ordubadi»,  «Gəraylı»  və  s.  aşıq  havaları 
əsrlərlə Şirvan məclislərinin bəzəyi olmuşdur”  
 «Şirvan  mühitində  aşıq  tərzi  ilə  xanəndə  tərzinin  qovuşuğu  olan 
«Peşrov» havaları (ona  yaxın belə hava var),  «Şikəstələr» (doqquz şikəstə 
havası  mövcuddur),  «Şəşəngi»lər  (sayı  üçdür)  müşahidə  edilir  ki,  həmin 
havalar  sırf  bölgə  səciyyəlidir...  Bununla  belə,  Şirvan  aşıqlarının  musiqi 
repertuarında  yerli  havalarla  yanaşı  bütövlükdə  Azərbaycan  aşıq  sənətinə 
məxsus  olan  klassik  saz  havaları  («Müxəmməs»,  «Dübeyti»,  «Kərəmi», 
«Koroğlu»  havaları  və  s.)  da  mühüm  yer  tutur».  Məsələn,  Şirvanın  ustad 
sənətkarı Aşıq Şərbətin repertuarında aşağıdakı saz havalarının adları qeydə 
alınmışdır:  1)  Şirvan  şikəstəsi;  2)  Zarıncı  şikəstə;  3)  Qocaman  şikəstə;  4) 
Bayat şikəstə; 5) Çığdan çıxma şikəstə; 6) Qədim şikəstə; 7) Kəsmə şikəstə; 
8)  Köpək  şikəstə;  9)  Ordubadi;  10)  Qəhrəmanı;  11)  Gözəlləmə;  12) 
Müxəmməs; 13) Osmanlı qaydası; 14) Dübeyti; 15) Kərəmi; 16) Cəlali; 17) 
Qara  qafiyə;  18)  Güllü  qafiyə;  19)  Qobustani;  20)  Ruhani;  21)  Misri;  22) 
Şirvan gəraylısı; 23) Şeşəngi; 24) Eyvaz peşrovu; 25) İbrahimi peşrovu; 26) 
Aşıq Bayatı; 27) Çoban Bayatı;  28) Avar koxa və s. 
Şirvan aşıqlarının musiqi sənətkarlığı olduqca zəngindir. Buraya saz ha-
vaları, oyun havaları ilə yanaşı aşıq mahnıları da daxildir. Şirvan aşıqlarının 
mahnıları böyük populyarlıq qazanməş və aşıq iştirak etmədiyi məclislərdə 
də repertuarın aktiv hissəsinə daxil olmuşdur. Ustad 
Aşıq Əhmədin bir za-
manlar öz səsi, öz boğazı, öz üslubunda oxuduğu gözəlləmələr bir zamanda 
el məclislərində bənzərsizliyi ilə seçilib-sevilmiş, bəyənilmiş, ruhları oxşa-
mış, ürəklərə yol tapmış və əbədiləşmişdir. Aşıq Teyfur, Aşıq Məmmədağa, 
Aşıq  Şərbət,  Aşıq  Yanvar,  Rəhilə  Həsənova,  Eynulla  Cəbrayılov,  Sabir 
Mirzəyev,  Şahnaz  Haşımova,  Aşıq  Ağamurad,  Solmaz  Kosaye-va,  Aşıq 
Fərhad, Aşıq Əhliman, Aşıq Rza və başqa bir çox məşhur aşıq və müğənni-
lər  Aşıq  Əhmədin  sözlərini  repertuarlarının  aktiv  hissəsinə  daxil  etmiş,  el 
şənliklərində,  konsert  salonlarında,  efirdə  və  ekranda  yüksək  peşəkarlıqla 
ifa etmişlər. Aşığın geniş dinləyici auditoriyasının rəğbətini qazanmış çox-
saylı  mahnıları  bu  gün  də  yüksək  səviyyədə  sevilməkdədir.  Aşıq  Şakirin 
yaradıcılığı  mənsub  olduğu  məktəbin  ən  mükəmməl  ənənələrini  özündə 
birləşdirməklə  yanaşı  bu  məktəb  geniş  yayılmış  «muğam»  sənətindən  də 
təsirlənmişdir.  Bu  mənada  aşığın  yaradıcılığı  el  şənliklərinin  icra  olunma-
sına  yönəlmiş, yerli dinləyici tələbatına uyğun olaraq xalq sənə-tinin daha 
çox  populist  olan  janrları  üzrə  müəyyənləşmişdir.  Şirvanda  aşıqlığın  da, 
muğam sənətinin də dərin tarixi kökləri vardır. Xüsusilə bölgədə ilkin orta 
əsrlərdən  geniş  yayılmış  təsəvvüf  fikri  sözügedən  sənətlərin 
formalaşmasında mühüm rol oynamışdır. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə