Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
64 
ya,  rəngarəng  janr  xüsusiyyətlərinə  malik  olmuşdur.  Qədim  Şumerdən, 
Elamdan,  Midiyadan,  Hunlardan  tutmuş  Türkiyəyə,  İrana,  Tiflisə,  qədim 
İrəvana, Herata, Kabilə (Kabul), Kəşmirə və böyük Uyqurustana kimi gedib 
çıxan  dastanlarımızın  mövzu  arealı  xalq  dastanlarımızın  qəhrəmanlarının 
yaşadığı və ya hadisələrlə bağlı səfər etdikləri, eyni zamanda soydaşlarımı-
zın məskun olduğu məmləkətlər, dost, qardaş ölkələr haqqında geniş, ətraflı 
məlumatlar  verir.  Azərbaycan  ədəbiyyatşünaslığında  və  folklorşünaslığında 
xalq  dastanları  tam  şəkildə  hələ də toplanmamışdır.  Dastanların  el  arasında 
hifz olunub qorunduğu əsas mədəni mərkəzlər arasında; Qərbi Azərbaycanın 
İrəvan,  Göyçə,  Dərələyəz,  Ağbaba,  Naxçıvan,  Tiflis,  Borçalı  və  Şirvan 
mühitləri,  Gədəbəy,  Kəlbəcər,  Gəncə,  Qazax,  Tovuz,  Təbriz,  Savə, 
Həmədan, Zəncan, Urmiyə, Mərənd, Xoy, Sulduz, Qars, Ərzurum və bir çox 
şəhər və ya aşıq mühitlərinin yerləşdiyi coğrafi əraziləri göstərə bilərik. 
Göyçə,  Borçalı,  Gəncəbasar,  Gədəbəy  və  Kəlbəcər  aşıqlarının  iris  bu 
gün dünya mədəniyyətinin zənginləşməsinə xidmət edir. Aşıq Əsədin, Aşıq 
İslamın,  Aşıq  Kamandarın,  Aşıq  Hüseyn  Saraçlının,  Aşıq  Əhməd  Sadax-
lının, Aşıq İmranın, Aşıq Əkbərin, Aşıq Mahmudun, Aşıq İsfəndiyarın, Mi-
kayıl Azaflının, Aşıq Maisin, Aşıq Fətullanın, Aşıq Nəcəfin, Aşıq İsgəndərin 
və  b.  ifalarındakı  havacatlar  aşıq  ifaçılığının  şedevrlərindəndir.  “Ruhani”, 
“Divani”,  “Naxçıvani”,  “Çuxuroba”,  “Bəhməni”,  “Sarıtel”,  “Müxəmməs”, 
“Təcnis”,  “Koroğlu”  və  s.  havalar  Azərbaycanın  söz  və  saz  sənətinin  inki-
şafının bariz nümunəsidir.   
Müasir  Şirvan aşığına bu baxış prizmasından baxdıqda məlum olur ki, 
onun zəruri atributlarından birini təşkil edən musiqi kifayət qədər zəngindir 
və onun araşdırılması da ayrı-ayrı tədqiqatlar tələb edir. Bununla belə, yəni 
sırf  musiqişünaslıq  tədqiqatını  həmin  sahə  mütəxəssislərinin  diqqətinə 
çatdırmaqla  da  gələcəkdə  bu  sahənin  daha  dəqiq  araşdırılması  üçün  zəmin 
yaratmaq olar. Musiqi tədqiqatı təkcə not məsələlərindən ibarət deyil, buraya 
musiqi sənətkarlığı haqqında məlumatlar da daxildir. Həm də o zaman ki, bir 
çox sənətkarların musiqi ifaları qorunmamışdır.  
Şirvan aşığı üçün musiqinin iki aspekti var: 
1)
 
Aşıq musiqisi, saz havaları və ifaçılıq sənəti; 
2)
 
Aşıq ansambl musiqisi (balaban, nağara, zurna, qoşa nağara, dəf 
və s.) və ifaçılıq sənəti. 
Bunlardan birincisi xalis aşıq musiqisidir ki, sazla ifa olunur. İkincisində 
sazdan başqa digər alətlər də iştirak edir. Digər alətləri biz buradan ayırsaq, 
o  zaman  Şirvan  aşıq  musiqisindən  danışmaq  çətinləşəcək.  Çünki  sənətin 
mühitə  məxsus  lokal  xarakterli  xüsusiyyəti  həm  də  onun  əsas  səciyyəvi 
cəhətini təşkil etməkdədir. 
Şirvan aşıq ifaçılığında instrumentallıq sonradan və  ya kənardan gəlmə 
bir hadisə deyildir. Birbaşa aşığın içində olduğu mühitin gerçəkliyidir. Ona 
görə  də  aşıq  musiqisinin  gerçək  təbiətini  onun  kökündə  və  mənşəyində 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
65 
araşdırsaq  və  izah  etsək,  daha  doğru  olacaqdır.  Bəllidir  ki,  aşığın  təşəkkül 
tapdığı  sufi  ocaqlarda  keçirilən  ayinlər  müxtəlif  musiqi  alətlərinin  ifası  ilə 
müşayiət olunmuşdur. Burada neyin, balabanın, dəfin xüsusi yeri olmuşdur. 
İndi  müasir  Şirvan aşıqlarının ifa  zamanı  etdikləri rəqs  də  sufi  rəqsin  qalı-
ğıdır.  Bu  rəqs  standart,  ölçülü-biçili  hərəkət  ritmlərindən  ibarətdir.  Rəqsin 
mükəmməlliyi ilə yanaşı onun aşıq üçün nə qədər zəruri olması faktı da var. 
Şirvanda aşıq olacaq şəxs, məsələn, şagird saz çalmağı öyrəndiyi kimi, aşıq 
rəqsini öyrənməyə məcburdur. Bunun sufi mərhələdən yadigar qaldığı bütün 
ünsürləri ilə görünməkdədir. 
Şirvanda  musiqi  mədəniyyəti  həm  qədimdir,  həm  də  zəngindir.  Aşıq 
musiqisinin polifoniyası da bu zənginlik və rəngarəngliyin bir təzahürüdür.   
Azərbaycanın  qədim  musiqi  və  söz  sənətinin  yaşayıb  inkişaf  etdiyi  və 
həm  də  inkişafa  təkan  və  istiqamət  verən  zəngin  mədəni  mühitləridən  biri 
kimi  Şirvan  sənət  məktəbinin  yetirdiyi  onlarla  ustad  sənətkar  milli  mədə-
niyyət  tariximizin  fərəh  və  iftixar  hissi  ilə  xatırlanacaq  parlaq  səhifələrini 
təşkil  edir.  Bu  sənətkarlar  Şirvanın  el  şənliklərində,  toy-düyünlərində 
çalıb-oxumuş və el arasında şöhrət qazanmışlar. 
Şirvan  aşıq  məktəbini  digər  məktəblərdən  fərqləndirən  cəhətlərdən  biri 
Şirvan aşıqlarının muğam sənətini mənimsəmələri və gözəl ifa etmələrində-
dir. Şirvanda sənətin ustad-şagird tandemi də müxtəlifdir. Aşıqlıq iddiasında 
olan  adam  ustad  aşığın  yanında  şagird  durmalı  idi,  bu,  həmçinin  həmin 
şəxsin aşığın xanəndəsi vəzifəsini də yerinə yetirməsi idi. Məclisdə xanəndə 
muğam oxuyar,  həm də aşığa ayaq verərdi. XX əsr Şirvan aşıqlarından aşıq 
Şakir Mürsəlin, Abbas Söhbətov Mirzə Bilalın, Məmmədağa Abbas Söhbə-
tovun,  Şamil  Mirzə  Bilalın,  Yanvar  Aşıq  Şamilin,  Mahmud  Aşıq  Şərbətin 
xanəndəsi olmuşdur. 
Şirvan  sənət  məktəbinin  digər  xüsusiyyəti  el  şənliklərində  ansamblla 
oxumalarıdır.  Ansamblın  formalaşması  mədəniyyətlərin  inkişafından  və 
inteqrasiyasından  irəli  gəlmişdir.  Tək  sazla  məclisi  idarə  etmək  həddindən 
ziyadə çətin və dinləyici auditoriyası üçün cansıxıcı və yorucu ola bilər. 
Musiqiçi heyətinin olmadığı əyalət və uzaq yerlərdə hər hansı bir məclisi 
yola vermək üçün tək sazla da keçinmək olar. Musiqişünaslar bir amili əsas 
götürürlər ki, bu da ritmdir. Aşıq sazda çalır, əgər onu balabanda müşayiət 
edirlərsə  mütləq  ritmin  ahəngdarlığı  üçün  nağara  lazımdır.  Və  beləliklə  də 
ansambl formalaşmağa başladı, daha sivil, daha mütəşəkkil məclislər həyata 
keçirildi. Əlbəttə, bu sadəcə mümkün izahlardan yalnız biridir. 
Bu  məsələ  ilə  bağlı  Azərbaycanın  qabaqcıl  maarif  xadimi  A.Qəmbərov 
haqlı  olaraq  qeyd  edir:  «Deyin  görüm,  toyu  bircə saz  aşığı  ilə  idarə etmək 
olarmı?  Axı,  toya  gələnlər  həm  də  oynamaq,  şənlənmək  istəyirlər.  Gəlini 
gətirmək  özü  də  xüsusi  məharət  tələb  edir  və  burada  zurna-qavalsız  keçin-
mək olmaz. Bundan əlavə, toyda rəqs edənlər nə etsin? Axı, aşıq əsasən toy 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə