Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
60 
Türklərin  İslamı  qəbul  etmələrindən  sonra  bir  çox  əski  inanclar  İslam 
dəyərləri  ilə  qovuşaraq  bir  sıra  məzhəb  və  təriqətlərin  yaranmasına  səbəb 
olmuşdur.  Azərbaycan  aşıq  sənəti  də    sufi    ideya  və  praktika  əsasında 
yaranmışdır. 
Aşıq sənətinin mənşəyində dayanan əsas fəlsəfi təlim vəhdəti-vücuddur. 
Bu  fəlsəfə  aşıq  yaradıcılığının  və  aşıq  şeirinin  əsas  məzmununu  təşkil  edir. 
Orta  əsrlərdə  formalaşmış  təsəvvüf  fəlsəfəsi  özündə  əski  inanclarla  İslam 
ehkamlarını ehtiva etdiyindən zəngin bir tərkibə malikdir. Yaradılışının ilkin 
mərhələlərində həmin dövrdə mövcud olan sənət növlərindən mədəniyyətin 
və ədəbiyyatın müxtəlif ünsürlərindən təsirlənmiş və bir növ sintez şəklində 
yeni sənət hadisəsi kimi meydana gəlmişdir. 
Aşıq  sənətinin  inkişafında  XV-XVI  əsrlər  xüsusi  mərhələ  təşkil  edir. 
Belə ki, həmin dövrdə bir çox Şərq ölkələrində, o cümlədən, Azərbaycanda 
bir  sıra  məzhəb  və  təriqətlər  yaranmışdır  ki,  bunların  ölkənin  mədəni 
həyatında rolu genişlənməyə və daha da artmağa başlamışdır. Bu dövrdə bir 
çox müsəlman və Şərq ölkələrində sufi hərəkatlar geniş vüsət almışdır.  
Aşıq sənəti  əsasən iki mərhələyə bölünür: 
1. Haqq aşıqlığı (aşiqlik) – XIII-XVII əsrlər. 
2. Sənətçi aşıqlıq – XVIII-XX əsrlər. 
Haqq aşiqliyi mərhələsi də iki mərhələdən ibarətdir: 
1. Təkkə mərhələsi – XIII-XVI əsrlər. 
2. Saray mərhələsi – XVI-XVII əsrlər. 
Aşıq  yaradıcılığı  özündə  xalq  ruhunu,  xalq  təfəkkür  və  dünyagörüşünü 
əks  etdirir.  Məhz  bu  məziyyətlərinə  görə,  bu  sənət  UNESCO  tərəfindən 
qorunur və gələcək nəsillərə olduğu kimi çatdırılmasına səy göstərilir. 
Azərbaycan  xalqının  ən  qədim  dövrdən  başlayaraq  milli  dəyərlərini 
özündə əks etdirən bu sənət sahəsi tarixin süzgəcindən keçərək heç bir xarici 
təsirə  məruz  qalmadan milli  sənət  fenomeni  kimi  bu  gün  də  öz  fəaliyyətini 
davam etdirməkdədir. 
Əsas  etibarilə  demokratik  mahiyyət  daşıyan  aşıq  yaradıcılığının 
məzmunu  çox  geniş,  müxtəlif  və  rəngarəngdir.  Aşıq  sənətinə  qədim  epik 
dastanlar, xalqın azadlığını, qəhrəmanlığını tərənnüm edən mahnılar, satirik 
və  yumoristik,  həm  də  dostluğu,  məhəbbəti  vəsf  edən  mahnılar  daxildir. 
Aşıq  sənəti  sinkretikdir,  yəni  aşıq  şeir  yazır,  musiqi  bəstələyir,  həm  də 
oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər 
ansamblı  da  müşayiət  edir.  Lakin  aşığın  əsas  musiqi  aləti  sazdır.  Saz 
Azərbaycan  xalqının  ən  qədim  simli  musiqi  alətidir.  Alətin  gözəl  tembrinə 
görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış 
janrı  dastandır,  xüsusilə  də  qəhramani-epik  dastanlar.  Dastanlarda  vokal-
instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir. 
XVI  əsrin  xalq  qəhramanı,  feodallara  və  xarici  işğalçılara  qarşı  çıxmış 
cəsur,  igid  Koroğlu  haqqında  dastan  məşhurdur.  Bu  dastanda  "Koroğlu 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
61 
cəngisi", "Atlı Koroğlu", "Rübai Koroğlu", "Koroğlu Təbilcəngi" və b. 
aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" havası da 
qəhrəmanlıq  xüsusiyyəti  daşıyaraq  aşıqların  xüsusilə  deyişməsi  vaxtı  ifa 
edilir.  Deyişmədə  iki,  üç,  hətta  dörd  aşıq  iştirak  edib,  müəyyən  mövzuda 
improvizə edə bilirlər. 
Aşıq  yaradıcılığının  lirik  janrında  tərifləmələr,  "gözəlləmə"lər  xüsusilə 
məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəma-
na, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr olunmuşdur. Aşıq 
havalarının bir qismi qəm, kədər notları ilə zəngin olur. "Yanıq  Kərəmi", 
"Dilqəmi"  kimi,  digər  hissəsi  isə  "OvĢarı",  “Göyçəgülü”,  “Cəlili”  kimi 
oynaq havalardır ki, aşıq melodiyasının gözəl nümunələrinə aiddir. 
Aşıq  yaradıcılığında  ən geniş  yayılmış şeir vəzni hecadır. Aşıq havala-
rının  çoxunun  quruluşu  bənd  formasındadır.  Hər  bəndin  əvvəlində  ins-
trumental giriş olur və hər bənd bir-birindən instrumental solo ilə ayrılır. 
Azərbaycan  aşıqları  müəyyən  zonalara  bölünmüşlər  və  bir-birindən  öz 
yerli  yaradıcılıq  xüsusiyyətlərinə  görə  ayrılırlar.  Məsələn,  Göyçə,  Gəncə, 
Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan  aşıqları öz fərdi sənətkarlıqları ilə 
seçilirlər və aşıq sənətinin ənənələrini böyük əzmlə qoruyub saxlayırlar. 
Aşıq  yaradıcılığı  sinkretik  sənət  kimi  özündə  bir  neçə  sənət  növünü 
birləşdirsə  də,  bu  topluda  başlıca  yer  ənənəvi  havacatındır.  Musiqili  təsvir 
vasitələri və bədii ümumiləşdirmələrlə zəngin olan ənənəvi aşıq havacatı öz 
dəyişməz  estetik  dəyəri,  cilalanmış  dil-üslubu,  dərin  fəlsəfi  mənalanma, 
əxlaqi yönümü ilə səciyyələndirilir. 
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik 
formalara  əsaslanır.  80-dən  artıq  ("Kərəmi",  "OvĢarı",  "Kürdü", 
"Dilqəmi",  "Yanıq  Kərəmi")  aşıq  havalarının  ayrı-ayrı  ərazi  variantları 
mövcuddur. 
Aşıq  havalarında  musiqiylə  poetik  mətnin  qarşılıqlı  əlaqəsi  onların 
melodik-ritmik,  forma  xüsusiyyətlərinin  yaranmasına  önəmli  təsir  göstərir. 
Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma 
və  heca  tərkibi,  bölgü  xüsusiyyətləri  ilə  əlaqədə  yaranır.  Qurbani  (16-cı 
yüzillik), Abbas Tufarqanlı, Sarı AĢıq (17-ci yüzillik), Xəstə Qasım, AĢıq 
Valeh, AĢıq Dilqəm (18-ci yüzillik), AĢıq Alı, AĢıq Ələsgər, AĢıq Hüseyn 
ġəmkirli  (19-cu  yüzillik)  və  b.  aşıq  sənətinin  klassikləri  hesab  olunurlar. 
XX  əsr  aşıqları  arasında  Aşıq  Mirzə  Bilal,  Molla  Cümə,  Aşıq  Hüseyn  Bozal-
qanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Əmrah 
Gülməmmədov,  Hüseyn  Cavan,  Aşıq  Kamandar,  Aşıq  Pənah,  Aşıq  Bəylər, 
İmran  Həsənov,  Mikayıl  Azaflı,  Əkbər  Cəfərov  və  b.  fərqlənir.  Aşıq  sənəti 
Azərbaycanın  Şamaxı,  Salyan,  Ağsu,  Kürdəmir,  Qazax,  Tovuz  rayonlarında, 
həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. 
Folklor  mədəniyyətinin  digər  sahələri  kimi  aşıq  yaradıcılığı  da  çoxtər-
kibli  sənətdir.  Yəni  aşığı  biz  ayrıca  şair  kimi,  musiqi  ifaçısı  kimi,  xanəndə 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə