Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
62 
kimi,  rəqqas  kimi,  mərasim  icraçısı  kimi  araşdırdığımız  zaman  onun  bütöv 
və  vahid  bir  sənət  olduğunu  diqqətdə  saxlamalıyıq.  Bu  tərkib  hissələri 
olduğu üçün də aşıq sənəti mövcuddur. Hər bir hissənin ayrılıqda min illərlə 
yaşı ola bilər. Amma üzvi şəkildə birləşərək vahid bir sənəti – aşıq sənətini 
yaratdıqdan  sonra  artıq  biz  ayrıca  götürülmüş  hissələrdən  yox,  tamın, 
bütövün tərkib hissələrindən danışa bilərik. Bu hissələr bütövləşib bir sənət 
fenomenini yaratdıqdan sonra  500 il onda, onun tərkibində hissə, orqaniz-
mində  üzv  kimi  yaşamışdır.  Bu  səbəbdən  biz  sənətin  tamlığını  təmin  edən 
hissələri də nəzərdən qaçırmamalıyıq. 
Aşıq sənətində balaban musiqi alətindən də istifadə edirlər. Bu alət də ən 
qədim  nəfəsli  alətlərdən  sayılır.  Balaban  tütək  musiqi  aləti  ailəsinə  aiddir. 
İlk insanın yaranışı ilə bağlı olan tütək alətinin formalaşmış və daha da tək-
milləşmiş  növü  olan  balabanın  bir  çox  adı  olmuşdur.  Onun  ən  qədim  adı 
Düdükdür.  Bu  ad  öz  kökünü  şumerlilərdə  olan  Titək  sözündən  götürür. 
Titək-tütək-düdək-düdük  sözü  türk  mənşəlidir.  Etimoloji  mənası  Ti-tü  səs, 
tək  isə  yeganə,  tək  mənalarındadır.  Mənası  təksəs,  təksəsli  deməkdir. 
Sonrakı  tarixi  dövrlərdə  bu  ad  dəyişilərək  balaban-balaman-mey  kimi  də 
adlandırılmışdır. Müasir dövrdə onun adı Balabandır. Bu söz də türk mən-
şəlidir. Bala-kiçik mənasındadır. Ban isə qışqırıq-səs mənasını bildirir. Kiçik 
səsli ad alətin səslənmə imkanlarından doğmuşdur. 
Balaban-dəmkeş  ifadəsində  dəmkeş  dəm  saxlayan  mənasındadır.  Yəni 
dəmkeş  həm  sazı,  həm  də  sazın  ifasını  təkrar  edən  balabana  mayə-tonika 
səsinin arası kəsilmədən dəm verməsindən meydana çıxmışdır. Mənası dəm 
saxlayandır. 
Nağara  zərb  alətidir.  Bu  alət  bütün  alətlərdən  qədimdir.  Tarixi  b.e.ö. 
150-200  min  ilə  gedib  çıxan  qədim  Mu  qitəsinin  Nağara  şəhərinin  adından 
götürülmüşdür.  Fərq  bu  sözün  ifadəsindədir.  Musiqi  aləti  kimi  sözün  qu-
ruluşunda  «a»  saitləri  bərabər  vurğularla  ifadə  olunur.  Şəhər  adında  isə  bu 
sözün  quruluşunda  «ğ»-dan  sonra  gələn  «a»  saiti  uzun  heca  kimi  oxunur. 
Nağ-naq-nar  kökündən  olub  od  mənasındadır.  Mənası  odlu,  güclü,  möh-
təşəm səs deməkdir. 
Azərbaycan aşıq musiqisi öz qədim ənənəsi ilə milyonlarla türk və digər 
xalqların  mənəvi  dünyasını  zəngin  aşıq  musiqi  havaları  repertuarı  ilə 
zənginləşdirmişdir.  Onun  füsünkar  musiqi  dili,  melo-poetikası,  milli  ruhu 
tarixən  neçə-neçə  nəslin  yetişməsində,  onların  etik  və  estetik  görüşlərinin 
formalaşmasında  xüsusi  rol  oynamışdır.  Aşıq  sənəti  üçün  xas  olan  ədəb-
ərkan,  milli  ruh,  hikmət,  şeir  yaradıcılığının  bədii  zənginliyi,  semantikası 
klassik irsin formalaşmasını təmin etmişdir. Azərbaycan aşıq yaradıcılığının 
ortaya  çıxarmış  olduğu  dastanlar,  75-dən  çox  olan  klassik  aşıq  havaları, 
müasir  aşıq  repertuarına  daxil  olan  yüzlərlə  hava  və  havacatlar  Qafqaz, 
Şimali  Qafqaz  xalqlarının,  İranın,  Türkiyənin,  Orta  Asiya  və  s.  xalqların 
milli mədəniyyətinə sirayət etmişdir.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
63 
Azərbaycan  aşıq  repertuarının  ən  zəngin  nümunələrindən  seçilmiş  və 
aşıqsevərlərə  təqdim  edilən  dastanlar,  vokal-instrumental  və  instrumental 
aşıq  havaları  Azərbaycan  aşıq  musiqisi  haqda  ümumi  təsəvvür  yarada 
biləcəyini əldə əsas tutaraq onlardan bəzilərini nümunə olaraq veririk. Aşıq 
musiqi repertuarına keçməzdən əvvəl bu zəngin irsin ayrı-ayrı janrları haqda 
qısa tarixi məlumatlara diqqət yetirək: 
Vokal-instrumental aşıq havaları klassik irsimizdən bizə ərmağan qalmış 
nümunələrdir. Aşıq yaradıcılığında bu havaların ən qədim nümunələr olması 
haqda  kifayət  qədər  elmi  məxəzlər  vardır.  Tarixi  XV  əsrdən  başlayan  bu 
havaların əksəriyyəti klassik havalar sayılır. Klassik aşıq havaları xarakterik 
xüsusiyyətlərinə və melo-semantikasına görə aşağıdakı növlərə ayrılır: 
1.
 
Lirik havacatlar 
2.
 
Qəhrəmanlıq havacatları 
3.
 
Gözəlləmələr 
4.
 
Deyişmələr: bağlamalar, hərbə-zorbalar və s. 
5.
 
Şikəstələr 
Aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının şeir şəkillərinin zənginləşmə-
sinə böyük təsir göstərmiş və rəngarəng şeir şəkillərinin meydana çıxmasına 
zəmin  yaratmışdır.  Aşıq  havaları  üzərində  oxunan şeir  şəkillərində  sözlərin 
heca  quruluşunun  ardıcıllaşmasının  musiqinin  ahənginə  uyğun  formada  ni-
zamlanması,  musiqi ilə  şeirin  vəhdətini  tam  mənada  təmin  etdiyi  üçün aşıq 
şeirində  melo-poetika  öz  ahənginə  görə  o  tip  başqa  şeirlərdən  fərqlənir. 
Vokal-instrumental aşıq havalarında ifaçı sənətkar müxtəlif vokal ifa üslub-
larından;  səsoynatması  texnikasından,  zəngulədən,  milli  dialektdən  irəli 
gələn  ifadə  vasitələrindən  istifadə  edir.  Bu  cür  ifa  metodu  milli  vokal  ifa 
formasını milli çalarlarla zənginləşdirir və onun unikallığını, təkrarolunmaz 
xüsusiyyətlərini təmin edir. 
Azərbaycanda  12-dən  çox  aşıq  mühitlərinin  olması  çox  zəngin  milli 
vokal-instrumental ənənəsinin olmasını ortaya çıxarmış olur. 
Bədii və texniki ifa xüsusiyyətlərinə görə bu janrın ifaçıları ustad sənət-
karlardır. 
İnstrumental aşıq havaları saz alətinin texniki və bədii ifa xüsusiyyətlə-
rinin  inkişaf  perspektivlərini  müəyyənləşdirmişdir.  Azərbaycan  musiqi  mə-
dəniyyətinin  inkişafı  saz  alətinin  səs  diapazonunun,  texniki  və  bədii  ifa 
mədəniyyətinin inkişafına da öz müsbət təsirini göstərmişdir. Müxtəlif dövr-
lərdə ifa olunan bu havaların bədii-texniki ifa xüsusiyyətlərinin fərqli cəhət-
lərini ifaçıların təqdim etdiyi ifalardan görmək olar. Azərbaycan şifahi xalq 
ədəbiyyatının  ən  mühüm  qollarından  biri  dastanlardır.  Ümumi  sayı  Şimali 
Azərbaycanda  150-dən,  Cənubi  Azərbaycan  aşıq  mühitlərində  isə  250-dən 
çox olan bu zəngin janrın qədim tarixi vardır. Qədimdən müasir dövrümüzə 
qədər  azərbaycanlı-türklərinin  yaşadığı  ərazilər  geniş,  əhatəli  olduğu  kimi, 
onun ayrı-ayrı tarixi kəsimlərdə yaratmış olduğu dastanlar da geniş mövzu-


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə