Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
57 
qalır. Elə həmin mədrəsədə də işə düzəlir. Boş 
vaxtlarında  şəhərin  mədəniyyət  ocaqları  ilə 
əlaqə  qurur.  Xüsusilə,  el  şənliklərinə  böyük 
maraq  göstərir.  Təbriz  aşıqları  ilə  dostluq 
əlaqələri qurur. Onların məsləhəti ilə bir saz da 
alır.  Çox  keçmir  ki,  saz  çalmağı  da  öyrənir... 
Şaqraq,  məlahətli  və  yanıqlı    səsi  şəhərdə 
diqqət  çəkir.  Günlərin  bir  günü  Surxay 
mötəbər  bir  məclisə  dəvət  olunur.  Oxumaq 
üçün ona da söz verilir. O, qarabağlılara məx-
sus  bir  ahənglə  oxuyur.  Sürəkli  alqışlarla  qar-
şılanır...  Tanınmış  bir  şəxs  onunla  maraq-
lanır... Həmin şəxsin kimliyi  Ənvər Çingizoğ-
lunun araşdırmalarında aydın olur:  
– Surxayın anası Sənəm Fərhad qızı  danışardı ki, o, İranda olarkən Təb-
rizin çox məşhur və hörmətli xanəndəsi Əbülhəsən xan İqballa görüşür. Onunla  
bir çox musiqi məclislərində yaxından iştirak edir...  
Təxminən  1920-1921-ci  illər  olur.  Təbrizdə    ictimai-siyasi  vəziyyət 
dəyişir. Surxayın dərs dediyi mədrəsədə də yoxlamalar aparılır. Bir neçə nəfərlə 
bərabər  o  da  dindirilir...  Bəyalı  kişi  çox  keçmir  hadisədən  xəbər  tutur.  Vaxt 
itirmədən  yola çıxır.  Bir  həftəyə  gedib   Təbrizə  çatır.  Əvvəl  məktəbin  rəhbəri, 
sonra  Surxayla  görüşür.  Məlum  olur  ki,  Surxayın  heç  bir  günahı  yoxdur.  O, 
həbs  də  olunmayıb...  Sonra  Surxay  atasına  bildirir  ki,  bəs  təbrizli  olmadığım, 
məhz  Qarabağdan    olduğum  üçün  mənə  casusluq  təklif  olundu.  Mən  də  qəbul 
etmədim.  Fikirləşdim  ki,  “Casusluq  hara,  müəllimlik  hara!...”  Bu  şərtlə  Bəyalı 
kişi də razılaşmır. Səhəri müəllimlərlə görüşür və Surxayı da alıb doğma yurda 
–  Dirili  kəndinə      qayıdır.  Surxay  geri  dönərkən  “Telli  sazı”nı  da  özü  ilə 
götürür.  
Kəndin ağsaqqalları və qohumlar bir araya gəlirlər. Surxay işsiz qalmasın 
deyə bəzi məsləhətlər edirlər. Belə qərara gəlirlər ki, kənddə məktəb açsınlar... 
Bir gün Surxay yuxudan çox gec ayılır. Bu hal bir neçə gün təkrar olur. 
Həmişə deyib-gülən gənc dinib-danışmır. Çox fikirli görünür. Onun bu halı ata-
anasını, qohum-əqrəbanı pərişan edir. Az sonra ürəyini yaxınlarına açır. Bildirir 
ki, ona yuxuda buta veriblər, Butası Ağdaş elindən Mahbəri adlı bir qızdır. Onu 
bu yoldan döndərməyə çalışırlar… Nəhayət, onu butasından küsdürürlər. Surxay o 
gündən aşıqlıq etməyə başlayır. Nakam sevgisini də unutmur. Bayatılarında, qoş-
malarında onu həmişə yad edir.  
Surxayın anası Sənəm Fərhad qızı deyərdi: “Qardaşım Cahangir Cəbrayıl 
qəza  idarəsində  çalışırdı.  Məmməd  bəylə  dost  idilər.  Bir  gün  məlum  oldu  ki, 
Məmməd  bəyin  yaxın  qohumu  toy  edir.  Qardaşım  Surxayı  da  toya  apardı. 
Toyda başqa aşıqlar da olur. Məclisdə Surxay da oxuyur. Pristav Məmməd bəy 
onun  oxumasından  təsirlənir.  Yanına  çağırır.  Soruşur  ki,  niyə  belə  qəmli 
oxudun? Bizi də təsirləndirdin!  Kimsən, haralısan? O, oxuya-oxuya deyir: 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
58 
   Əslim Diridağlıdır, 
   Sinəm düyün-dağlıdır. 
   İstərəm duram gedəm, 
   Əl-ayağım bağlıdır.  
    
   Surxayam, sirdən desəm, 
   Sədəfdən, dürdən desəm. 
   Dağılar Diridağ, 
   Dərdimi birdən desəm. 
 
Cahangir onun haqqında məlumat verir. Pristavın Surxaydan xoşu gəlir. 
Ona  mükafat  olaraq  at  bağışlayır.  “Bundan  sonra  bizim  toylarda  yaxından 
iştirak edərsən“, – deyir.  
Surxay  1930-cu  ilə  kimi  tez-tez  “Xudafərin“  körpüsündən  keçib  Təbriz 
şəhərinə  gedib.  Təbrizli  aşıqlarla  İranın  bir  çox  şəhərlərində  toy  məclisləri 
aparıb. Hər dəfə qayıdanda bir at yükü hədiyyə gətirib. Hamısını qohum-əqrəba 
və qonum-qonşuya paylayıb… Surxay siyasətdən daim uzaq olub. Ancaq buna 
baxmayaraq  1937-ci  ildə  repressiyaya    məruz  qalıb.  Tutularkən  bir  çox  ev 
əşyaları ilə bərabər əlyazmaları da müsadirə olunub. Ancaq xeyli çək-çevirdən 
və  yoxlamalardan  sonra  azad  olub…  Əlyazmalarının  aqibəti  isə  məlum 
olmayıb. Məhz buna görə də Aşıq Dirili Surxayın günümüzə gəlib çıxan əsərləri 
azdır. Hələlik iki əsərini – “Aşıq elin atasıdır” və “Apar” şeirlərini tam şəkildə 
əldə edə bilmişik. Sənətkar “Aşıq elin atasıdır” şeirində deyir:  
 
   Söylədiyim bu söz-söhbət, 
   Aşıqlara çatasıdır.  
   Aşıq eldən doğulsa da,  
   Öz elinin atasıdır. 
    
   El şad olsa, aşıq gülər,  
   El dərdini aşıq bilər. 
   Məhəbbətin eldən dilər,  
   El aşığın butasıdır.  
    
   Surxay deyər el içində
   Yaşa, yarat öl içində. 
   Nə yazılıb əl içində,  
   Bu açdığın nə tas idi? 
    
Nakam  sevgisinə  qovuşa  bilməyən  Surxay  könlünü  ömürlük  telli  saza 
bağlayır. Ellərin, obaların toy məclislərinin yarı-yaraşığı olur. Həmişə də nakam 
sevgisini  anır.  Onun  eşqiylə  bayatılar,  qoşmalar  yazır  və  xalq  məhəbbəti 
qazanır.  Ancaq  Dirili  Aşıq  Surxay  bu  dünyadan erkən  köçür.  1945-ci  ildə,  53 
yaşında ikən vəfat edir...  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
59 
 
Qalib SAYILOV 
filologiya üzrə fəlsəfə doktoru 
 
 
AZƏRBAYCAN AġIQ  
SƏNƏTĠNƏ DAĠR  
 
 
Aşıq sənəti çox qədim tarixi köklərə malik olan xalq yaradıcılığı sahəsidir. 
Tarixi  inkişafı  ərzində  müxtəlif  mərhələlərdən  keçmiş  aşıq  sənəti  bir  çox 
mədəni dəyərləri özündə birləşdirmişdir. Bu sənət sahəsini öyrənərkən qarşı-
mıza  çıxan  ilk  suallardan  birincisi  aşıq  sözünün  etimalogiyası  ilə  bağlıdır. 
Aşıq sözü ərəb mənşəli “eşq” sözündən götürülüb mənası “sevən” deməkdir. 
Yəni Allahı bütün qəlbi ilə sevən insan. 
Aşıq  sözünün  etimologiyası  daha  qədim  Varsaq,  Yanşaq,  Uzan-Ozan, 
Aşiq adlarından törəndiyi artıq elmə məlumdur. Aşıq sənətkarı Orta əsrlər-
dən  xalq  içində  xüsusi  hörmət  və  rəğbətlə  qarşıldandığı  üçün  onlar  «əhli-
həqq», «haqq aşiqi» kimi adlandırılmışdır. Əksər aşıq mühitlərinin yayıldığı 
ərazilərdə Dədə və ya «haqq aşiqi» adlandırılan sənətkarlar dünyasını dəyiş-
dikdən  sonra  onların  məzarları  ziyarətgahlara  çevrilmişdir.  Aşıqların  xalq 
içərisində  böyük  etimadı  olmasını  Gorus  məktəb  nəzarətçisi  P.Vostrikov 
belə şərh edir: «Əhali aşığın sözünə tam mənası ilə inanır və etiqad bəsləyir. 
Bu  kəndlərdə  hətta  savadlı  ziyalılar  aşıq  qədər  hörmətə  malik  deyildir. 
Kəndli  alimə  o  qədər  inanmır,  nə  qədər  ki  bu  sadə  xalq  şair-müğənnisinə 
inanır»
25

Molla Qasım Şirvani ilə başlayan aşıq sənətinin mənşəyində Azərbaycan 
xalqının    bir  sıra  milli-mənəvi  dəyərləri  cəmlənir.  Buraya    xalq  inancları,  
xalq  fəlsəfəsi,  xalq  şeiri  ənənələri,  xalq  musiqisi  ənənələri,  xalq  adət  və 
mərasimləri, xalq sənəti ənənələri, peşəkar folklor söyləyicisi daxildir. 
Aşıq  sənətinin  mənşəyi  haqqında  iki  əsas  konsepsiya  var.  Birinci  kon-
sepsiyaya  görə  aşıq  sənətinin  mənşəyində  ozan  sənəti  durur.  Bu  konsepsi-
yanın müəllifləri XX əsrin 20-ci illərindən başlayaraq bu fikri əsaslandırmaq 
üçün  müxtəlif  tədqiqatlar  aparmışlar.  Həmin  konsepsiyanı  müdafiə  edən 
tədqiqatçılar  arasında  Bəkir  Çobanzadənin,  Həmid  Araslının,  Mürsəl  Həki-
movun,  Qara  Namazovun  adları  vardır.  İkinci  konsepsiyaya  görə  aşıq  sə-
nətinin  mənşəyində  sufizm  dayanır.  Bu  sənətin  formalaşması  iki  böyük 
mərhələdən keçir: 
1) Təsəvvüf mərhələsi;  
2) Sənət mərhələsi. 
                                                 
25
 СМОМПК, вып, XVII, отд. 11, стр.1-39. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə