Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
46 
Proqram  üzrə  Ustad  Kamandar  həmin  gecənin  tamaşaçılarına  Aşıq 
Şenliyin “Lətif şah” dastanını söyləməliydi. Lakin havanın küləkli, aşığın 
bir qədər nasaz olması bizi dastan dinləmək səadətindən məhrum etdi. Bu 
yerdə  məhz gecənin təşkilatçılarının, xüsusilə də məclisin aparıcısı İshaq 
Ozanoğlunun məharəti sayəsində məclis öz yaraşığını itirmədi. Artıq bizə 
opera  teatrındakı  açılış  gecəsindən  yaxşı  tanış  olan  sənətkarlar,  aşıqlar 
məclisi rövnəqləndirdilər.  
Həmin  axşam  yenə  saz  sənəti  şəninə  təriflər  söyləndi,  qoşmalar 
qoşuldu. Bu ulu sənəti yaşatmaq və inkişaf etdirmək zərurətindən söhbət 
açıldı. Akademik Mirəli Seyidov qeyd etdi ki, biz aşıqlarımızın simasın-
da öz ilkin filosoflarımızı, ilkin alimlərimizi görmüşük. “Aşıq” – qədim 
türk dillərində “günəş” deməkdir.  
Məclis  əhlinin  xahişilə  Aşıq  Kamandar  millətin  yolunda  qurban 
gedən  şəhidlərin  şərəfinə  qoşduğu  ulu  ağını  bir  daha  oxudu.  Sözünmü, 
sazınmı, səsinmi  bilmirəm, təsirindən, yanğısından ürəklərə od düşdü. 
 
Şəhidlərin önündə 
Dönmüşdüm məzar daşına, ay aman. 
Gördüm bir qız yaman ağlar. 
Rəhm edən yox göz yaşına, 
Bir qaşları kaman ağlar, ay aman. 
Dedim: gözəl, nədir dərdin? 
Dedi: neçin sual verdin? 
Dedim: səni ağlar gördüm,  
 Dedi: bu gün zaman ağlar. 
Dedim: çox tökmə göz yaşın, 
Dedi: getdi bir qardaşım. 
Dedim: bəlalıdır başın,  
Dedi: canı yanan ağlar. 
Dedim: gəlsən bölək dərdin? 
Dedi: dağ götürməz qəmim. 
Dedim: dərdli təkcə sənmi? 
Dedi: bir də anam ağlar. 
Dedim: o nə şəkillərdir? 
Dedi: cəmi şəhidlərdir. 
Dedim: qızım, səninlə bil 
Azərbaycan tamam ağlar. 
 
Böyük sənətkarın od püskürən nəfəsi 20 Yanvar faciəsinin şahidləri olan 
bizləri yandırıb-yaxdı. Məclisə qəm-kədər, kövrəklik ələndi bu ağıdan sonra. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
47 
Respublika  komsomolu  mükafatı  laureatı  Aydın  Çobanoğlu  öz  çalğısıyla 
hamını sükuta qərq elədi. Aşıq Ulduz xanımın vurduğu zəngulələr Şəhidlərin 
qanının harayına çevrilib şəhər üstə yayıldı. İncə ruhlu şairə Tərlan Göyçəlinin 
vətən həsrətli çıxışı kövrəklik üstünə nisgil yağdırdı. Müğənni Səmayə İsma-
yılova ilə aşıq Aydın Çobanoğlunun birgə çıxışı qəbləri ehtizaza  gətirdi. Yurd 
itkisinə məruz qalmış yurd nisgilli ürəkləri də, bu bəlanı dadmayan xoşbəxt-
ləri də kövrəltdi. Yurd yanğılı müqəddəs göz yaşları yanaqlara yuvarlandı. İrə-
van xanlığı, Göyçə, Ağbaba, Zəngəzur, Vedibasar, Zəngibasar, Qəmərli  ma-
halları bir daha yada düşdü. Düşmən tapdağında qalan torpaqlarımıza ağladıq 
o gecə. Ata-baba yurdlarımızın itkisi bir daha göynətdi bizi. Dədə Ələsgərin 
ruhu qarşısında  borcumuzu düşündük. Sazın-sözün sehrindən, Aydın ifasının, 
Səmayə istedadının təsirindən hamı elə susmuşdu ki, məclisdəkilərin ürək dö-
yüntüləri eşidilirdi. İlahi, sənətin qüdrətinə bax ki, düşünən-daşınan beyinləri 
necə sehirləyib öz cazibəsində saxlayır... O gecə ayrı gecəydi. Əsl seir-sənət 
gecəsiydi. 
Rejissor  Zaur  Məhərrəmov  opera  teatrındakı  çıxışında  yana-yana 
demişdi  ki,  bu  günəcən  kinomuz  çox  şey  itirib.  Böyük  sənətkarlarımızı 
sağlıqlarında lentlərin yaddaşına köçürməmişik. İndi o, sonradan peşiman 
olmamaqçün  Aşıq  Kamandarın  yubiley  təntənəsini  lentin  yaddaşına 
köçürürdü.  Rəhbərlik  etdiyi  “Yaddaş”  yaradıcılıq  birliyində  ustada  həsr 
olunmuş film hazırlanır. Həmin axşam operator Nizami Abbasov gecəni 
lentə alırdı. Aşıq Kamandar gərdiş eləyə-eləyə meydan sulayırdı: 
Bivəfasan, tanımırsan 
Nə bəyi, nə xanı, dünya... 
 
“Borçalı laylası”  
 
Respublikanın əməkdar incəsənət işçisi Aşıq Kamandarın 60 illiyinə 
həsr  olunmuş  yubiley  təntənələri  “Borçalı  laylası”  xeyriyyə  konsertilə 
yekunlaşdı. V.İ.Lenin adına Sarayda (indiki H.Əliyev adına Saray – red.) 
keçirilən konsertdən toplanan vəsaitin bir hissəsi Gürcüstanda zəlzələdən 
zərər çəkənlərin hesabına köçürüldü. Xeyriyyə konsertində respublikanın 
xalq  artisti  Arif  Babayev,  müğənni  Mələkxanım  Əyyubova,  Yaqut  Ab-
dullayeva,  Laləzar  Mustafayeva,  “Muğam”  teatrının  solistləri,  “İstedad” 
rəqs ansamblı, əvvəlki məclislərin də  yaraşığı olmuş aşıqlar, müğənnilər 
iştirak edirdilər. Böyük təntənəylə keçirilən konsert ustadın çıxışıyla  ba-
şa çatdı. Aşıq Kamandar  sənətinin qüdrətindən vəcdə gəlmiş salon ayağa 
qalxaraq  sənətkarı alqışlayırdı. Aşığın “Borçalı laylası” ürəkləri fəth et-
mişdi. Susmaq bilməyən alqışlar təkid edirdi: – Aşıq, bağrına bas sədəfli 
sazı!.
 
 1991-ci il. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
48 
Nadir Mərzəngəli 
 
KAMANDAR 
Aşıq Kamandarın “Borçalı laylası” kitabını oxuyarkən  
 
Döyüş vaxtı cəng imkanı belədir, 
Meydan geniş, nizə iti kaman dar!  
Səhvin olsa, öndə səni qarşılar, 
Qəfil zərbə, qeyri nizə, kaman, dar.  
 
Kam almağı bacar yaşa dolanda, 
And iç ona, təmiz yaşa, dolan da.  
Ar et səndə yetkin yaş ad, olanda, 
Pozmayasan bu üç xətti, -  Kam! And! Ar!  
 
Qorqud üstə səmt götürüb yeri düz, 
Ələsgər tək eşq yoluna inci düz.  
Şəmşirdə ki, ölçü düzdür, çəki düz
Daha qorxma, qarşıdadır Kamandar!  
05 fevral 1992 
 
*** 
Məshəti ġeyda Əli qızı 
 
YAġA, KAMANDAR 
 
Ümman da, dərya da, dəniz də sənsən, 
Bu dünya durduqca yaşa, Kamandar! 
Bağrına basanda sədəfli sazı, 
Bənzərsən bir simurq quşa, Kamandar! 
 
Müqəddəsdir amalın da, sazın da, 
Müqəddəsdir qədəmin də, izin də. 
Sən tarixi yaşadırsan özündə, 
Dönməsin baharın qışa, Kamandar! 
 
Sazına dəyəndə sehirli əllər
Simlər haray çəkər, hay salar, inlər. 
Güllərin eşqi ilə ağlar bülbüllər, 
Az qalır xəyalım çaşa, Kamandar! 
Oxu bülbüllərlə qoşa, Kamandar! 
1984 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə