Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
38 
 
 
 
 
 
AĞDABANLI QURBAN 
 
 
 
 
 
 
 
 
DAĞLAR 
 
Qışda, yazda, yayda sənin  
Əskik olmaz qarın, dağlar.  
Al yaşıla bəzənirsən,  
Gələndə baharın, dağlar. 
 
Desəm dərdim, kim inansın,  
Məni sənə Məcnun sansın.  
Baisləri oda yansın,  
Deyim: sən huşyar ol, dağlar. 
 
Viran könlüm olur abad,  
Yazıq canım qəmdən azad.  
Səlvi ilə Qurbanı şad 
Eylə, murğuzar ol, dağlar. 
        
SĠNƏSĠNNƏN 
 
Qoynun səkkiz cənnət bağı,  
Taydı cənnət, sinəsinnən.  
Car olub köçər bulağa,  
Axır şərbət sinəsinnən. 
 
Sevgim bu gün bağa gəldi
Oxuyan şeyda bülbüldü.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
39 
Ətri müşki-ənbər güldü,  
Verir ləzzət sinəsinnən. 
 
Qurbanı saldı xəyala,  
Ləblərin bələnib bala,  
Bəlkə verə bir piyala,  
Qıla ülfət sinəsinnən. 
 
 
YAġADIM 
 
Sadiqlikdi, səxavətdi sənətim,  
Gur məclisdə, ağır eldə yaşadım.  
Halal nemət oldu şirin qismətim,  
Düz ilqarda, doğru yolda yaşadım. 
 
Araz çayı qanlı göz yaşım oldu,  
İnsanlıq aləmi qardaşım oldu.  
Nə gileyim, nə də savaşım oldu,  
Düz kəlmədə, şirin dildə yaşadım. 
 
Ayrı yaşamazdıq, nə mən, nə də sən, 
Əllərin kəsilsin, ay ara kəsən.  
Füzuli naləli, vətənim vətən,  
Sarayda yaşadım, çöldə yaşadım. 
 
Qurban, səcdə eylə namazın üstə,  
Bülbüllər oxusun avazın üstə.  
Qasımın, Abbasın məzarı üstə,  
Oldum həmişəlik xəstə, yaşadım. 
 
 
 
GƏL-GƏL 
 
Tez gəl, a mehriban, tez gəl, amandı,  
Dilimin, zikrimin əzbəri, gəl-gəl.  
Aləm ağ günəşdi, könlüm dumandı,  
Sənsən işiqladan göyləri, gəl-gəl. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
40 
Az qalıb əlimdə alışa sazım,  
Göydə durnaları saxlar avazım.  
Qayada kəkliyim, çaylarda qazım,  
Göllərdə yaşılbaş nazpəri, gəl-gəl. 
 
Gözlərin qaradı, telin burmadı,  
Sözlərin kişmişdi, dilin xurmadı.  
Getdi əqli-huşum, ürək durmadı,  
Quruldu ədalət məşəli, gəl-gəl. 
 
Söyüdlü çayında, Qonur dağında,  
Sonalar, mələklər solu, sağında.  
Suyu şərbət olan buz bulağın da,  
Kişmişi, xurması, şəkəri, gəl-gəl. 
 
Qurban həm aşıqdı, həm də ki, şair,  
Haqqın hər vergisi bəndəyə dair.  
Mən dəli-divanə, sən müqəddəs pir,  
Olmamış ruh xəstə, sərsəri, gəl-gəl. 
 
 
EYLƏR 
 
Bilirsənmi a insafsız, a zalım,  
Qəzəblənsə, qara gözlər qan eylər.  
Mehriban danışıq, a gözəl insan,  
Viranə çölləri gülüstan eylər. 
 
Doğru işə düzgün plan yaxşıdı,  
Ölümdən qurtaran yalan yaxşıdı,  
Acı dildən gürzə ilan yaxşıdı,  
Öldürər biryolluq, ya divan eylər. 
 
Nəsiyyət söz milyon-milyon deyildi,  
Düzəlmədi haram, bədən əyildi.  
Mey içildi, haram tikə yeyildi,  
Bunu naqis oğlu, ya şeytan eylər. 

Sel başlandı, heç dolmadı boş kasam,  
Kamil nəsiyyətə bir qulaq asam.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
41 
Nə vecinə mən dünyada olmasam,  
Dünya çox çaqqalı şir, aslan eylər. 
 
Zəmanə yaşatdı necə Qurbanı,  
Yığdığı sərvəti, xəzinəsi hanı?  
Yola saldı neçə şah Süleymanı,  
Məhəbbət qocanı şux, cavan eylər. 
 
 
GÖZƏL 
 
Başına dolanım, dön bəri sarı,  
Qamətin də gözəl, yolun da gözəl.  
Bu həsrət könlümdən sil qəm-qubarı,  
Söhbətin də gözəl, dilin də gözəl. 
 
Şairlərin dedikləri yalandı,  
Mələk qiyafədə əfi ilandı.  
Bir fikirləş, dünya kimə qalandı,  
Ayın da gözəldi, ilin də gözəl. 
 
Ağzımı açanda söz eyləyirsən,  
Yalannan küsürsən, naz eyləyirsən.  
Bir dəfə səhf eylə, düz eyləyirsən  
Əməlin də gözəl, felin də gözəl. 
 
Yüz həsrət aralı baxır kənardan,  
Can yanır, bulaqlar axır kənardan,  
El görüb, kim-kimi yıxır kənardan,  
Talehim şüşədir əlində, gözəl. 
 
Qurbanın üstündən bir qara çəkmə,  
Özünü bu qədər kənara çəkmə,  
Çək sinən üstünə - məzara çəkmə,  
Mehribanlıq gəlsin dilinə, gözəl. 
 
Qurban, möhnət səni yenə doğruyar,  
Cəlladım ol, cəsədimi doğru yar.  
Tale yaza qismətinə doğru yar,  
Dərd-qəm çatdırmadı, məndən mənə yaz. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
42 
AġIQ KAMANDAR – 80  
2012-ci il Azərbaycan aĢıq sənətinin tarixində bir sıra əlamətdar hadisələrlə yadda 
qaldı. Bu il həmçinin böyük ustad AĢıq Kamandarın 80 illik yubileyi həm onun doğ-
ma yurdu Boçalıda, həm də Azərbaycanda yüksək səviyyədə qeyd olundu. Azərbaycan 
AĢıqlar Birliyinin yeni layihəsi olan “Ustad aĢıqlarımız” seriyasından ikinci kitab da 
AĢıq  Kamandara  həsr  olundu.  “Xan  Kamandar”  adlı  bu  kitabda  ədəbiyyat  və  incə-
sənət  xadimlərinin,  ictimai-siyasi  xadimlərin,  folklorĢünas  alimlərin  və  sənət  dost-
larının ustadla bağlı xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılmıĢ yazılar, 
müsahibələri  və  ustada  ithaf  olunmuĢ  Ģeirlər  toplanıb.  Ancaq  kitabda  da  qeyd  etdi-
yimiz kimi, AĢıq Kamandar haqqlnda yazılanların, deyilənlərin heç də hamısı deyil bu 
topluda yer alanlar.  Çünki bir tərəfdən AĢıq Kamandar haqqında təkcə Borçalıda və 
Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da çox yazılıb, digər tərəfdən isə 
müxtəlif səbəblərdən ya bizim əlimiz çatmayan, ya da yazdğını vaxtında bizə çatdıra 
bilməyən  kamandarsevərlər  də    az  deyil.  Elə  kitab  iĢıq  üzü  görəndən  bir  neçə  gün 
sonra  bizə  edilən  müraciətlər  də  bunu  sübut  edir.    Onlardan  filologiya  üzrə  fəlsəfə 
doktoru Mənzərə Sadıqovanın ustadın Bakıda qeyd edilən 60 illik yubiley tədbirlərin-
dən qeydlərini və digər müəlliflərin  Ģeirlərini oxucularımıza təqdim edirik. 
 
Musa Nəbioğlu 
*** 
Mənzərə  SADIQOVA,  
filologiya üzrə fəlsəfə doktoru 
 
AġIQ, BAĞRINA BAS SƏDƏFLĠ SAZI  
 
Söznən bəhrələnən qoca dünyanın 
Eşqinin havası telli sazdadı. 
Səfalı bağların, uca dağların 
Təsviri, boyası telli sazdadı. 
 
 
Dünyaya ərənlər gəldi. Saz çaldılar, söz qoşdular. Ürəklərə od sal-
maq üçün “Yanıq Kərəmi”  eşq atəşində yandırdılar, ruhumuzu dilə gətir-
sinlər deyə  “Ruhani”ni harayladılar. “Baş Sarıtel”lə “Ayaq Sarıtel” göy-
nəyən  qəlbimizə  məlhəm  oldu.  Sazın  təranələri  altında  uyuduq.  Dün-
yadan  ərənlər  köçdü.  Sazı  türk  övladına  miras  qoyub  getdilər.  “Kərəm 
gözəlləməsi”,  “Koroğlu  bozuğu”,  “Cəlili”,  “Qaraçı”  varislərə  yadigar 
qaldı. Ulu ozan sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yetişdi. Ya-
şadığımız  XX  yüzillikdə  bu  sənətin  zirvə  siqlətini  çiyinlərində  daşıyan-
lardan biri də Borçalı açığı Ustad Kamandar oldu. 
Zəngin  el  ədəbiyyatımızın, xalq musiqimizin  mahir  bilicisi  olan  Ustad 
Kamandar  sinkretik  aşıq  sənətinin  hər  üç  qolunu  özündə  məharətlə  cəmləş-
dirən  istedad  sahibidir.    Məharətlə  çaldığı  sazın  fonunda  yüksələn  qüdrətli 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə