Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
49 
Ələddin RövĢənoğlu (Danaçıyev) 
 
MEYLĠNĠ SƏNƏTƏ  
SALDI SƏNƏTKAR  
 
AĢıq Kamandar Əfəndiyevin əziz xatirəsinə  
 
Könül verib sənətində ucalıb, 
Əbədi sənətdə qaldı sənətkar.  
Sevə-sevə el-obanı vəsf edib, 
Təkrarsız havalar çaldı sənətkar.  
 
Kamandar Borçalı iftixarıdı, 
Əmrahın, Sadığın yadigarıdı.  
Azəri oğlunu, nur kamallıdı, 
İlhamın sənətdən aldı sənətkar.  
 
Qoşması, təcnisi düşdü dillərə
Dastanlar yaratdı doldu qəlblərə.  
Sazının laylası çatdı ellərə, 
Çaldıqca xəyala daldı sənətkar.  
 
Ulu Qorqud əcdadından dərs alıb,  
Borçalıdan Yaxın Şərqə səs salıb.  
Sazında ucalıb, səsdə ucalıb, 
Sənətini uca bildi sənətkar.  
 
Vurulan çox oldu açdığı izə, 
Əməl də etdilər dediyi sözə. 
Ələddin, rəhmət de, o nurlu üzə
Meylini sənətə saldı sənətkar.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
50 
 
 
Səməndər MƏMMƏDOV 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
“Qızıl Qələm” mükafatı laureatı 
 
 
 
 
 
 
SƏNƏTDƏ MÖHTƏġƏM KAMANDAR MÜLKÜ 
 
Deməyin ki, vaxtı başa yetirdik, 
  Saz kamansız, kaman tarsız qalmasın, 
Aman ellər, Xan Əmrahı itirdik, 
 Sənət mülkü Kamandarsız qalmasın. 
Zəlimxan Yaqub 
 
Xalq  şairi  Hüseyn  Arifə  Allah  rəhmət  eləsin.  Ondan  sonra  bir  ara 
boşluq  hiss  olunan  Aşıqlar  Birliyinə  Türk  dünyasının  böyük  söz  fatehi 
Zəlimxan Yaqubun sədr  təyin  seçilməsi  nəticəsində  hamının  gözü qaba-
ğında Aşıqlar Birliyində müsbət istiqamətdə çox böyük dönüş yarandı  və 
bu  gün  qurumun  fəaliyyəti  qalxan  xətt  boyunca  inkişaf  edir.  Zəlimxan 
Yaqub bu mühüm və eyni zamanda çox çətin vəzifənin altına çiyinlərini 
verəndən sonra Azərbaycanın elə bir ərazisi qalmadı ki, aşıqlarımız diq-
qətdən kənarda qalsın. Aşıqlar Birliyinin təşkilatçılığı ilə ayrı-ayrı bölgə-
lərdə unudulan, yaddan çıxan aşıqlarımızın  fəaliyyətinə işıq tutulmasını, 
onların  həyat  və  yaradıcılıqları  ilə  bağlı  məlumatların  toplanmasını, 
aşıqların yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsini həmişə təq-
dir etmişəm. Bir çoxunda iştirak etdiyim belə tədbirlərdən aldığım təəs-
süratları  qələmə  alaraq  ictimaiyyətlə  bölüşmüşəm.  Xalqın  aşıq  sənətinə 
olan  böyük  sevgisinin  hər  cür  təzahürü  məni  sevindirib  və  bu  sevinci 
paylaşmağa çalışmışam. 
Azərbaycan  Aşıqlar Birliyinin  rəhbərliyi  dəyişəndən sonra müşahidə 
olunan  yaxşı  tendensiyalardan  biri  də,  əlbəttə  ki,  ayrı-ayrı  aşıqlarımızla 
bağlı,  onların  həyat  və  yaradıcılıq  yolundan  bəhs  edən  kitabların  nəşr 
olunmasıdır.  
Budur, qarşımda 2012-ci ilin  nəşri olan  yeni  bir  kitab durur  – “Xan 
Kamandar”.  Azərbaycan  Aşıqlar  Birliyinin  layihəsi  olan  “Ustad  aşıq-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
51 
larımız”  seriyasından  nəşr  olunan  və  XX  əsrin  sözün  həqiqi  mənasında 
ustad  aşığı,  gözəl  səsə  malik  olmuş,  klassik  saz  havalarının  yüksək 
səviyyəli ifaçısı, hələ sağlığında ikən klassikləşən Aşıq  Kamandara həsr 
olunmuş  bu  kitabın  məsləhətçisi  və  redaktoru  Xalq  şairi  Zəlimxan 
Yaqub,  tərtib  edəni  və  nəşrə  hazırlayanı  Musa  Nəbioğludur.  “Elm  və 
təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş bu kitabda ədəbiyyat 
və  incəsənət  adamlarının,  ictimai-siyasi  xadimlərin,  folklorşünas  alim-
lərin və sənət dostlarının ustadla bağlı xatirələri, müxtəlif illərdə barəsin-
də mətbuatda yazılmış yazılar, müsahibələri və ona ithaf olunmuş şeirləri 
yer  almışdır.  Bu  seriyadan  olan  ilk  kitab  isə  Azərbaycan  aşıq  ədəbiy-
yatının  zənginləşmə-sində  müstəsna  xidmətləri  olan,  çox  böyük  ustad 
aşığımız Ələsgərə həsr olunmuşdur. 
 “Xan Kamandar” kitabında yer alan, bir araya toplanılan xatirə yazı-
ları  ustad  aşığın  həm  istedadını,  həm  də  yüksək  insani  keyfiyyətlərini 
müxtəlif  rakurslardan  təqdim  edir,  onun  şəxsiyyəti  barədə  təsəvvürləri 
dəqiqləşdirir.  
Xalq  şairi  Zəlimxan Yaqub deyir:  “Aşıq  Kamandar özündən  əvvəllə 
özündən  sonranın  arasında  ən  uzunömürlü  körpüdr”.  Dəyərli  ziyalıları-
mızdan olan Məhəbbət Qarabağlı isə yazır: “Aşıq Kamandar XX əsr aşıq 
sənətinin  elə  bir  möcüzəli  şəxsiyyəti,  elə  bir  nadir  simasıdır  ki,  sazı  və 
sözü ilə, havacatıyla, ədəb-ərkanı, yerişi-duruşu, oturuşu ilə özündən əv-
vəlki  sənətkarlara  bənzəmədi,  özündən  sonra  da  hələ  uzun  illər  bənzəri 
olmayacaq”. 
 “Bəzən aşıqlara qulaq asanda belə təəssürat yaranır ki, aşıq filan ha-
vanı  daha  gözəl  oxuyur,  ancaq  Kamandarın  repertuarında  yaxşı-yamanı 
seçmək  mümkün  deyildi,  hamısı  əla  idi”.  Bu  sözlər  Oruc  Əlizadənin 
ustad Aşıq Kamandarın xatirəsinə həsr etdiyi məqalədə yer almışdır. Elə 
bu  topludakı  məqalələri  də,  şeirləri  də  yaxşı-yamana  ayırmağın,  onları 
müəlliflərinin  nüfuzuna,  cəmiyyətdə  tutduqları  mövqeyə  görə  seçməyin 
tərəfdarı  deyiləm.  Hərə  öz  bildiyi,  bacardığı  kimi  düşündüyünü  qələmə 
alıb, ürəyindən gələni, ağlından keçəni kağıza köçürüb. Bunların arasında 
həcmcə az olanı da var, çox olanı da. Ancaq hamılıqla, birmənalı olaraq 
Aşıq Kamandarı saz sənəti mülkünün xanı kimi qəbul ediblər. 
Hümbət Babayev ustad Aşıq Kamandarın doğulub-böyüdüyü və sənət 
zirvələrinə  çatdığı  Kürüstü  Kəpənəkçi  kəndində  dünyaya  göz  açdığına 
görə  qürur  duyduğunu,  professor  Həsən  Mirzə  onun  təkrarsız  məlahətli 
səsi ilə könülləri məst etdiyini, Xalq şairi Xəlil Rza Ulutürk Aşıq Kaman-
darın aşıqlığının və ilhamının saz poeziyasının çox dərin qaynaqlarından 
süzülüb gəldiyini, professor Camal Mustafayev  Aşıq Kamandarın Alla-
hın seçilmiş bəndəsi olduğunu qeyd etmişlər. Tibb elmləri doktoru, pro-


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə