Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
52 
fessor  Əlişir  Musayev  onu  Azərbaycan  aşıq  sənətinin  azman  sənətkarı, 
zaman-zaman yaşayacaq korifey, Əmirxan Babaşov qədim aşıq sənətinin 
sərkərdəsi adlandırıb. Professor Məhərrəm Qasımlı bugünkü Azərbaycan 
aşıqlarının tam tən yarısının Kamandarın şagirdləri statusunda olduğunu 
vurğulayıb.  Qalib  Sayılovun  fikrincə,  aşıq  sənətinin  iftixarlarından  olan 
Ustad Kamandar Borçalı aşıq mühitində bir hadisədir.  
Yapon kinorejissoru Akira Kurosavanın müdrik bir sözü var: “Gülün 
gözəlliyini bir gül yüz güldən yaxşı göstərir”. Bu hikmət İlyas Təhmasib-
purun  yazmış  olduğu  “Bir  gözəldə  min  gözəllik”  məqaləsində  bir  daha 
təsdiqlənir: “Mən Aşıq Kamandarı XX əsrin Dədə Qorqudu sayıram. Ka-
mandarın səsi və musiqisi cəzbedici və ürəkaçandır, bülbülləri susdurur, 
elə  bil  ki,  sızıldayır,  ağlayır,  kədərli  və  qəhərli  səsi  həqiqətən  də  məla-
hətli və şirindir. Digər tərəfdən, həmin səs qaydalı və laylalı, şaqraq, şəla-
lə tək gurultulu, zənguləli,  iftixar hissi yaradan iqtidarlı və müdafiəli bir 
səsdir. Kamandarın səsi sazın öz səsidir, ney səsidir, çox mülayim, yum-
şaq, kövrək, həzin... Kamandarın səsinin gözəlliyi bu kəlmələrə sığmır!” 
Məhəmmədəli  Məşədiyev  qələmə  aldığı  xatirə  oçerkində  oxucuları 
Aşıq Kamandarın sənət dünyasına səyahətə dəvət edir: “Aşıq Kamandar 
böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirərək sağlığın-
da klassikləşən bir ustad olmuşdur”. 
Aşıq Ələsgər Tağıyev isə belə bir nəticəyə gəlib ki, Aşıq Kamandarın 
sazının  səsi,  kövrək  oxumaları  sənətdən  anlayışı  olmayan  adamların  da 
ruhunu tərpədir, sənətə yaxınlaşdırıdı. 
Riyaziyyat  üzrə  fəlsəfə  doktoru  Əlövsət  Osmanlı  isə  bu  qənaətdədir 
ki, Aşıq Kamandarın irsi bu gün Azərbaycan aşıq sənətinə yön verən ən 
başlıca  qaynaqlardan  biri,  bəlkə  də  birincisidir.  Əlövsət  müəllim  Aşıq 
Kamandarın  həyatının  da  sənət  yolu  kimi  daşlı-kəsəkli  olduğuna  diqqət 
yetirmişdir: “Sevənləri qədər olmasa da, sevməyənləri, sənətinə paxıllıq 
edənləri də olub. Amma o, hər şeyə rəğmən, öz ucalığından bircə çınqıl 
da düşməsinə icazə verməyib, haqqın yerini tapacağına heç vaxt inamını 
itirməyib”. 
Ustad  Kamandarın  özünə,  öz  sənətinə,  sazına  hörmət  qoymasını  və 
hamıdan da bunu tələb etməsini onu tanıyanların hamısı təsdiqləyir. Əgər 
o  çalırdısa,  ona  qulaq  asılmalıydı.  Hərgah,  müşahidə  etsəydi  ki,  ətraf-
dakılar  buna  qulaq  asmır,  demək,  sazı  çalmağa  dəyməzdi.  Əvvəla,  belə 
şeyləri  götürmürdü,  ikincisi  də  belə  hallarla  barışmırdı.  Bu  xüsusiyyəti 
barədə “Xan Kamandar” kitabında dostlarının xeyli xatirələrinə rast gəli-
nir.  Ancaq  ustadın  bu  yüksək  məziyyətinin    gözlərimlə  şahidi  olduğum 
bir təzahürünü yaxşı xatırlayıram: Əmim oğlu Eldar Məmmədov iqtisad 
elmləri  üzrə  namizədlik  dissertasiyasını  yenicə  müdafiə  eləmişdi.  Bu 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
53 
əlamətdar  hadisəni  qeyd  etməyə  toplaşmışdıq.  Səbəbkarın  atası,  “Dədə 
Qorqud” haqda sanballı kitabların müəllifi Hüseynqulu Məmmədli başda 
olmaqla, gözəl bir məclis təşkil olunmuşdu. Həmin məclisə gözəl ziyalı-
lar  təşrif  buyurmuşdular.  Məclisin  masabəyi  də  əmim,  respublikanın 
Əməkdar jurnalisti, Azərbaycan jurnalistikasında müstəsna xidmətləri ol-
muş, o dövrdə “Sovet kəndi” qəzetində partiya şöbəsinin müdiri işləyən 
Məmməd  Məmmədov  idi.  Görkəmli  filosofumuz  Camal  Mustafayev  də 
bu məclisdəydi. Aşıq Kamandar sazı götürüb çaldığı vaxt  bizim akade-
mikimiz,  EA-nın  İqtisadiyyat  İnstitutunun  direktoru  Şahbaz  Muradovun 
söhbət elədiyini görüb birbaşa müdaxilə etdi ustad. Aşıq Kamandar sual 
etdi ki, cənab alim, sənə qulaq asaq, ya saza. Şahbaz müəllim də özünə-
məxsus,  sözün  həqiqi  mənasında  ziyalıya  xas  olan  tərzdə  gözəl  cavab 
verdi:  “Aşıq,  biz  gəlmişik  sənin  sazına-sözünə  qulaq  asaq”.  Bu  cavab 
Aşıq Kamandara çox xoş gəldi. Sonradan Camal müəllimin öz ürək söz-
lərini deməsinin ardından, Aşıq Kamandar qayıtdı ki, “Şahbaz müəllim, 
indi olduq qardaş”. Ustad sənətkar məclisdəki o atmosferi, həssas mühiti 
elə  tənzimlədi  ki,  hər  şey  öz  axarına  düşdü.  Bu,  mənim  böyük  ustadla 
yaxından  tanışlığımın  ilk  tarixçəsi  idi.  Digər  bir  görüşümüz  Qalaaltı 
sanatoriyasına olmuşdu. Əmim oğlu, hazırda Faxralıda məktəb direktoru 
işləyən  Söhbəddin  Məmmədovun  yüksək  sənətkarlıqla  sazda  ifa  etdiyi 
“Ruhani”  havasını  dinləyib  bəyəndikdən  sonra  Aşıq  Kamandar  dedi: 
“Söhbəddin, bu yol mənim yolumdu, amma arada bir xal vurdun, xoşuma 
gəldi”.  Söhbəddin  cavab  verdi:  “Ustad,  bizim  Faxralı  kəndində  Mehralı 
adında bir şofer var, çox yaxşı saz çalandı, o xalı da ondan götürmüşəm”. 
Aşıq  Kamandar  məmnunluğunu  bildirdi:  “Söhbəddin,  bilirsən,  aşıq  öz 
sazını hər adama verməz, amma mən ürəklə verirəm, bu mənim sazımdı, 
götür,  çal”.  Belə  təklif  Söhbəddin  üçün  çox  böyük  hörmət  əlaməti  idi. 
Yaddaşımda dərin izlər buraxan həmin o görüşlər barədə bu kitabda yer 
almış  “Əlçatmaz  zirvə”  adlı  məqaləmdə  də  yazmışam.  Həmin  kiçik 
məqaləni Müzəffər Şükürün şerindən bir bəndlə tamamlamışam: 
 
Xan olsaydım, nökərlərə qıyardım, 
Görüşünə yeddi cöngə soyardım. 
Mümkün olsa, muzeylərə qoyardım,  
O əlləri, barmaqları, Kamandar! 
 
 
Aşıq Kamandara ithaf olunmuş şeirlər də  “Xan Kamandar” kitabında 
bir  araya  gətirilib.  Xalq  şairi  Zəlimxan  Yaqubun,  Sabir  Əliyevin,  Hü-
seynqulu  Məmmədlinin,  Əli  Səngərlinin,  Abbas  Abdullanın,  Aşıq  Mə-
həmməd Sadaxlının, Zəki İslamın, Nazim İrfan Tanrıqulunun, Barat Vü-


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə