Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
43 
səsini, xoş avazını dinləyən kəs heyran qalmaya bilmir. Sinəsində neçə-neçə 
el  dastanı,  söyləmə,  havacat  var.  40  illik  yaradıcılığı  dövründə  aşıq  onlarca 
qoşma,  gəraylı,  dodaqdəyməz,  təcnis,  divani,  müxəmməs,  müstəzad  və 
taziyanə  qoşubdur.  Sazın  müşayiətilə  şeir  söyləyəndə  Kamandar  səsinin 
məlahəti,  ecazkar gözəlliyi tamaşaçını da, dinləyicini də ovsunlayır. Borçalı 
mahalından  ucalan  bu  səs  Azərbaycan  elləri  boyunca  yayıldıqca  ürəyimiz 
toxtaqlıq tapır; ulu ozan sənəti dünya durduqca bizimlədir!..
 
 
 
  Ömrü  boyu  Azərbaycan  torpağında  yaşasa  da,  tarixin  üzüdönük-
lüyü  nəticəsində Gürcüstan vətəndaşı olan Aşıq  Kamandar  
“Azərbaycanım”,  “Çıraqqala”,  “Kəlbəcər  xatirələri”,  “İstisuda  dü-
şüncələr”, “Borçalı”, “Dağlar”, “Damcılı bulağında” və s. şeirlərində Və-
tən  torpağını  sevə-sevə  tərənnüm  edir.  “Ceyhun”  təxəllüsü  ilə  yazdığı 
şeirlərdə də oxucu Kamandar qəlbinin döyüntülərini, Kamandar sözünün 
hərarətini  aydınca  duyur.  Aşığın  şeir-sənət  dünyasıyla  təmasda  olan  kəs 
görür ki, “mərd oğul abad eyləsin öz yurdunu, yuvasını” arzusuyla yaşa-
yan şair Kamandar vurğunu olduğu dağların “kövrək”  ozanıdır. Bəlkə bu 
kövrəklik  onda  həsrətdən  yaranıb?  Axı,  doğma  respublikadan  kənar 
düşmək özü həsrət doğurur. 
               Kamandar tək  həsrətini 
               Varmı çəkən, Çıraqqala? 
-deyən şair elə buna işarə vurmurmu?! 
Xoş  haldır  ki,  son  illər  Azərbaycandan  kənarda  yaşayan  yurd-
daşlarımıza  diqqət, qayğı artıbdır. Elə çiçəkli may günlərində Bakıda ke-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
44 
çirilən  Aşıq    Kamandar  həftəsi  buna  bariz  sübutdur.  Böyük  el  sənətka-
rının  60 illiyinə həsr olunmuş yubiley tədbirlərini respublika Mədəniyyət 
Nazirliyinin  mədəniyyət  üzrə  elmi-metodiki  mərkəzi  “Varis”  yaradıcılıq 
birliyi  ilə  “Borçalı”  teatr-kino  studiyası  birgə  təşkil  etmişdilər.  Maraqlı, 
məzmunlu  yubiley  tədbirləri  paytaxtımızın  mədəni  həyatını  daha  da 
rövnəqləndirdi. Əsl saz-söz bayramına çevrildi. 
 
Ömrün Dədəlik çağı” 
 
 
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında 
keçirilən  ədəbi-bədii  gecə  belə  adlanırdı.  Salonda  iynə  atsaydın  yerə 
düşməzdi.  Ulu    ozan  sənətinin  pərəstişkarları,  saz-söz  həsrətli  paytaxt 
sakinləri,  Borçalıdan,  Qarayazıdan,  Qaraçöpdən  pərvazlanmış  ədəbiyyat 
və incəsənət xadimləri, alimlər, müxtəlif peşə sahibləri Ustadın məclisinə 
yığışmışdılar.  Kamandar  sənətinə  göstərilən  bu  ehtiram,  bu  məhəbbət 
yubiley tədbirlərini başlanğıcdan sonadək müşayiət etdi. “Ömrün dədəlik 
çağı” adlanan  ədəbi-bədii gecəni şair Vilayət Rüstəmzadə aparırdı. 
 – Əziz həmvətənlərimiz, hörmətli qonaqlar! Adı eldən-elə, bəmdən- 
zilə  yüksələn aşığımızın məclisinə xoş gəlmişsiniz! – deyə o, Kamandar 
sənətinin  işığına  yığışanları  salamladı.  Sonra  V.Rüstəmzadə  aşıq  sənəti-
nin  xalqımızın  mədəniyyət  tarixində necə böyük  rola malik  olduğundan 
danışdı, bu işdə aşıqların əvəzsiz xidmətini qeyd etdi.   
Sazlı-sözlü  gecədə  çıxış  edənlər  çox  oldu.  Tədqiqatçı  Hüseynqulu 
Məmmədov,  professor  Qara  Namazov,  şairlər  Hüseyn  Arif,  Məmməd 
Aslan, Zəlimxan Yaqub və Abbas Abdulla, müğənni Mayis Salmanov və 
başqaları    Ustadın  60  yaşını  təbrik  edərək,  öz  ürək  sözlərini  söylədilər. 
Professor Camal Mustafayev dedi: 
– Saz həsrətli ürəklərimizi intizarda qoymaq istəmirəm, belə məclis-
lərdə sözü uzatmaq günahdır. Kamandar bizim bu əzəli-əbədi sənətimizi 
özümüzə qovuşduran ustad sənətkardır. Bizi bu an saz elə sehrləyib, elə 
birləşdirib  ki,  sanki  qəriblər  bir-birindən  ayrılmazdır.  Kamandar  səsinin 
gözəlliyi, sehri, qüdrəti heç kəsdə yoxdur. Aşıq Məhəmməd Sadaxlı yax-
şı dedi ki, hamı Kamandarı təqlid etmək istəyir. Çünki Kamandar böyük 
sənətkardır. Düzdür, öyrənmək yaxşıdır, amma hər sənətkar özünə bənzə-
məlidir.  Ən  əfzəli  isə  budur  ki,  istedad  olmasa,  təqlid  heç  nə  verməz. 
Kamandardan  yeganə  təmənnamız  budur  ki,  o,  kamandarlar  yetişdirsin, 
aşıq məktəbimiz yaşasın. 
Beləcə  arzular, istəklər bir-birinə calandı o gecə. Sazla sözün ünsiy-
yətindən Ustada  şöhrət çələngi hörüldü. Borçalı aşıqlarından Məhəmməd 
Sadaxlı  və  Əhməd    Sadaxlı,  Elman  Kosalı,  İlham  Əsgəroğlu,  “Göyçə” 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
45 
aşıqlar  ansamblının  üzvlərindən  Pəhləvan  Nəsiboğlu,  Kərəm  Bəkiroğlu 
öz ustalıqlarını dönə-dönə nümayiş etdirdilər. 
– Borçalı torpağı göydə Allaha, babaların ruhu uyuyan torpaqda yer-
də  saza tapınıb.  Çox şeyi  dəyişdilər, sazımızı dəyişə  bilmədilər, –  deyə 
şair Osman Əhmədoğlu doğma eldə saza bağlılığın köklərindən danışdı.  
Yubiley  mərasimində  şair  Məcnun  Göyçəli  ustad  sənətkara  Azər-
baycan  Aşıqlar  Birliyinin  “Fəxri  Fərman”ını  təqdim  etdi.  O,  yubilyarı 
təbrik  edərək  dedi:  –  Gün  o  gün  olsun  ki,  növbəti  yubileyiniz  Göyçədə 
keçirilsin. Qaralan ocaqları, sönmüş çıraqları yandırasınız,  ustad!  
 Azərbaycan  Mədəniyyət  Fondunun  idarə  heyəti  adından  göndərilən 
təbriknaməni  nümayəndə  Zahid  Quliyev  oxudu.  Hər  hansı  rəsmiyyətdən 
kənar  olan  yubiley  təntənəsi  hərarətli,  səmimi  ab-havada  keçdi.  Ədəbi-bədii 
gecədən  evə  dönərkən  qulaqlarımda  xalq  ədəbiyyatının  gözəl  bilicisi  və 
yorulmaz təbliğatçısı, şair Məmməd Aslanın dərin mənalı sözləri səslənirdi: 
–  Bu  gün  Azərbaycan  aşıq  sənəti  bir  kövrəklik  yaşayır,  yıxılan 
dağların  yerində  bir  zirvəmiz  qalıb  –  Kamandar.  Deməli  belə.  Dədə 
Ələsgərin, Dədə Şəmkirin, Dədə Əmrahın, Hüseyn Saraçlının yerində bir 
Kamandar.  Birdirsə,  onu  lap  möhkəm  qorumalıyıq,  qədrini  bilməliyik. 
Axı, sənətkar ruhi qidanı, ilhamı elin məhəbbətindən- sayğısından alır... 
İkinci, üçüncü, dördüncü zirvələri isə zaman özü yetişdirəcək, inşallah! 
 
Dastan gecəsi  
 
Möhtəşəm Qız Qalasının yaxınlığındakı Şirvanşahlar sarayının qədim 
Karvansarayında  keçirilən  bu  gecə  yaddaşlara  əbədilik  həkk  olundu  de-
səm,  mübaliğə  saymayın.  Açıq  havada,  çay  süfrəsi  başında  təşkil  edilən 
məclis  romantik  əhval-ruhiyyə  yaratmışdı.  Səmadan  məclisə  boylanan 
Ay  da,  ulduzlar  da  sanki  Aşıq  Kamandarı  dinləməyə  gəlmişdilər.  Gecə 
musiqi, şeir-sənət ovqatına bürünmüşdü. Aşıq oxuduqca qəlblərə od salır, 
düşüncəli  başlar  ahəstə-ahəstə  yırğalanırdı.  Aşıq  bəmdən-zilə  qalxdıqca 
çarhovuzun  başındakı  tənha  ağacın  yarpaqları  da  musiqinin  ritminə  uy-
ğun şəkildə titrəşir, öz yarpaq dillərində zümzümə edirdilər. O gecə ayrı 
gecəydi. O gecənin hikmətini şahidi olmayan duymaz.  
Gecənin aparıcısı  Azərbaycan Dövlət “Muğam” Teatrının aktyoru və 
rejissoru  İshaq  Ozanoğlu  idi.  Gənc  İshaqın  bəlağətli  nitqi,  məzmunlu 
söhbətləri,  mənalı  replikaları  ayrı-ayrı  çıxışlar  arasında  gözəgörünməz 
rabitə yaradır, gecəni bütöv, süjetli  tamaşa şəklində birləşdirirdi. Belə is-
tedadlı  cavanlarımıza  əhsən!  İshaq  Ozanoğlu  zahirən  müasir  olduğu 
qədər də, daxilən kökə-soya bağlı Azərbaycan oğludur, türk övladıdır.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə