Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
54 
salın,  Səməd  Gürzəliyevin,  Məmməd  İlqarın,  Elxan  Məmmədlinin,  Sə-
adət  Butanın,  Kazım  Qaçağanlının,  Hacan  Hacıyevin,  Elbəyi  Cəlaloğ-
lunun,  Kamandar  Eyvazlının,  Şakir  Nadiroğlunun,  Eldar  Həsənlinin, 
Aşıq Cahangirin, Kərəm Kürqıraqlının, Rövşən Nəsiboğlunun, Mülkədar 
Nadirin, Əli Əbdullahinin, Məhbub Xəlilinin və başqalarının şeirləri Aşıq 
Kamandar şəxsiyyətinin, Aşıq Kamandar sözünün, Aşıq Kamandar səsi-
nin  gücünü  təqdir  edir,  tərənnüm  edir.  Təsirlənirəm  ki,  həmin  şeirlərin 
arasında cavan ikən dünyasını dəyişmiş qardaşım Fikrətin də qələmə al-
dığı iki şeir var. Allah cəmi ölənlərə, o cümlədən mənim qardaşıma rəh-
mət  eləsin.  Mərhum  Fikrət  Ustad  Kamandara  həsr  elədiyi  şeirlərindən 
birində yazıb: 
 
Faxralıda söz sərrafı Nəbim var
Tükənməyən, coşub-daşan təbim var. 
Dindirdiyin hər havada həbim var
Məlhəmdi dodaqda sözün, Kamandar
 
Demək, hələ iyirmi yaşında olanda qardaşım özünün dərmanını Aşıq 
Kamandarın  çaldığı  havalarda  axtarırmış.  Özü  də  təkcə  havalarda  yox, 
həm də kəlmələrdə. Başqa bir şerində isə Fikrət belə yazıb: 
 
Ucalır sinəndən Abbasın səsi, 
Sadığın, Şenliyin şirin nəfəsi. 
Bil, Fikrətdi hər kəlmənin xəstəsi
Əlində qəlbimin teli dillənir. 
 
Doğrudur,  Aşıq  Kamandarın  iştirak  etdiyi  məhrəm  məclislərdə  az 
olmuşuq. Amma ümumi, dəvət aldığı ictimai əhəmiyyətli tədbirlərdə onu 
çox dinləmişik. Hələ Bakı Dövlət Universitetində tələbə olduğum vaxt fi-
larmoniyada konsertlərində olmuşam. “Xan Kamandar”ı oxuduqca o gör-
düklərim, eşitdiklərim bir daha yadıma düşür. Sonralar tale elə gətirdi ki, 
Aşıq  Kamandarın  ailə  üzvləriylə,  qohumlarıyla,  xüsusən  əzizləri  –  oğlu 
Əflatunla,  sənət  yolunun  davamçısı  Raminlə  yüksək  səviyyədə  münasi-
bətlərim quruldu və sıcaq təmaslarım, dostluğumuz indi də davam etmək-
dədir. Bu dostluğumuzun timsalında bir daha belə bir həqiqətin inkarolun-
mazlığının fərqinə varırıq ki, var-dövlət dost deyil, dost var-dövlətdir. 
Gözəl dostlarımızdan biri, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa 
Nəbioğlunun “Xan Kamandar”ın ərsəyə gəlməsində xidməti danılmazdır. 
Aşıq  Kamandarın  anadan  olmasının  80  illik  yubileyinə  ərməğan  kimi 
araya-ərsəyə  gətirilən  “Xan Kamandar” kitabına  yazdığı  ön sözdə  Musa 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
55 
Nəbioğlu  etiraf  edir  ki,  böyük  ustad  haqqında  yazılanların,  deyilənlərin 
heç də hamısı bu topluda yer almayıb. Səbəbini də izah edib: “Birincisi, 
Aşıq Kamandar haqqında təkcə Azərbaycanda deyil, onun hüdudlarından 
uzaqlarda  da  o  qədər  yazılıb,  söylədiyi  dastanlar  və  oxuduğu  mahnılar 
lentə  köçürülərək  yayılıb  ki,  bəzən  hətta  bunların  hamısından  vaxtında 
xəbər tutmaq da mümkün olmayıb. İkincisi də, heç şübhəsiz ki, müxtəlif 
səbəblərdən  ya  bizim  əlimiz  çatmayan,  ya  da  yazdığını  bizə  çatdıra  bil-
məyən kamandarsevərlər də olmamış deyildir”. 
Bu  kitabda  yer  alan  yazıları  ilə  Aşıq  Kamandarın  ruhunu  şad  edən 
müəlliflərdən bu gün həyatda olanlara cansağlığı və saz ömür arzulayıb, 
dünyasını dəyişənlərə Allahdan rəhmət diləyən M.Nəbioğlu yazısı kitaba 
düşməyənlərə  də  üzrxahlıqla  deyir  ki,  darılmasınlar:  “Nə  qədər  ki,  qə-
dirbilən xalqımız var, nə qədər ki, aşıq sənəti yaşayır, Aşıq Kamandar da 
yaşayacaq və zaman-zaman Kamandar dastanının yeni-yeni səhifələri ya-
zılacaq. Və onların yazıları da həm növbəti kitablarda yer alacaq, həm də 
Aşıq Kamandarın ev-muzeyinin ən qiymətli eksponatına çevriləcəkdir”. 
 “Xan  Kamandar”ı  həm  sənətşünaslıqda,  həm  ədəbiyyatda  atılmış 
müvəffəq  addım, AAB-nin  nailiyyəti, mədəniyyət  tariximizin  parlaq bir 
səhifəsi  sayır  və  kitabı  ərsəyə  gətirənləri  imza  atdıqları  bu  möhtəşəm 
uğura  görə  səmimi  qəlbdən  təbrik  edirəm.  Onlar  bu  kitabla  bir  daha 
təsdiq etdilər ki,  sənət mülkü Kamandarsız qalmayıb, sənətdə möhtəşəm 
Kamandar mülkü qalıb.  
 
 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
56 
 
 
 
Savalan FƏRƏCOV 
 
 
 
 
 
 
DĠRĠLĠ AġIQ SURXAY 
 
AĢıq  sənəti  çoxəsrlik  tariximiz  və  mədəniyyətimizin  tərkib  hissəsidir. 
KeçmiĢimizi  bu  günümüzə,  bu  günümüzü  gələcəyə  çatdıran  sənət  incisi, 
xalqın  istək  və  arzularını  özündə  ehtiva  edən  böyük  sənətdir.  Bu  keyfiy-
yətlərinə  görə  aĢıqlar  el  arasında  “haqq  aĢığı”,  “aĢığın  səsi  haqqın  səsidir”, 
“aĢıq el yaraĢığıdır” kimi təriflənib. Belə görkəmli sənətkarlarımızdan  biri də 
XX əsrin birinci yarısında yaĢayıb yaratmıĢ AĢıq Dirili Surxaydır. 
Dirili  Aşıq  Surxay  1892-ci  ildə  Cəbrayıl  rayonunun  Dirili  (indiki  Xudayarlı) 
kəndində anadan olub. Əvvəlcə kənddə molla yanında ibtidai, sonra isə Təbriz 
şəhərində  mədrəsə  təhsili  alıb.  Ərəb,  fars  dillərini  mükəmməl  bilib.  Cəbrayıl, 
Zəngilan, Qubadlı və Füzuli rayonlarında aşıqlıq edib, ad-san qazanıb.  
Aşıq  Surxayın  atası  Bəyalı  açıqfikirli  və  savadlı  bir  kişi  olub.  Oğlunu 
oxutmaq    istəyir.  Haqq  olaraq,  ayı  bir  onluq  qızıl  pula  Təbriz  şəhərindən 
müəllim dəvət edir. Surxay yeddi il oxuyur. Dini və dünyəvi elmlərin əsaslarını 
öyrənir.  İlk  gündən  müəlliminin  diqqətini  çəkir.  İti  zəkası,  dərin  dərrakəsi  ilə 
onu heyran edir... 
Vaxt  gəlib  çatır.  O,  müəllimlik  borcunu  müvəffəqiyyətlə    başa  çatdır-
dığını bildirir. Bəyalı kişi ondan razılıq edir. Haqqını artıqlaması ilə ödəyir. O 
da, bu ailədən razı qaldığını  dilə gətirir. Ayrılarkən deyir: 
– Bəyalı kişi, sizin bu uşaq  çox zəkalıdır! Onu oxutmaq istəsən mütləq 
Təbrizə, bizə gətirərsən.  
Sonra  da  ünvanını  Bəyalı  kişiyə  verir...  Beləliklə,  atası  Surxayı  Təbriz 
şəhərinə  aparır.  Həmin  müəllim  ilə  görüşür.  Axşam  onlarda  qalır.  Bəzi  götür-
qoylar edilir. Məsləhət olunur ki,  Surxay  mədrəsədə təhsilini davam etdirsin.  
Səhəri  birlikdə  mədrəsəyə  gəlirlər.  Müəllim  Surxay  haqqında  mədrəsənin 
rəhbərinə  məlumat verir. Onun maraqlı bir gənc olduğunu bildirir... Yoxlamaq 
məqsədilə  onun  qarşısına  Quranı-Kərimi  qoyurlar.  Yasin  surəsini  oxumasını  
istəyirlər. Müəllimi deyir: 
– Buna ehtiyac yoxdur. O, Quranı-Kərimi əzbər bilir.  
Ancaq Surxay “Yasin surəsi”ni böyük şövqlə oxuyur. Yanıqlı və bəlağətli  
səsindən  ortaya  sükut  çökür...  Surxay  təhsilini  başa  vurduqdan  sonra  Təbrizdə 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə