Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
95 
El arasında bağışlanmaz suçu olanlar, günah işləyənlər; namusa toxu-
nanlar,  yurd satanlar,  yurd batıranlar, kasıbdan, sahibsiz qadından oğur-
luq eləyənlər  “eldən dışarı” edilərdi, yəni bu cür adamaları elliklə genə-
Ģiyə yığıĢıb verdikləri  qərarla kənddən qovardılar. İndi də tez-tez işlədi-
lən  belə  bir  ifadə  var:  “filankəs  eldən  dıĢqarı  adamdı”.  “  Kəndə  qo-
yulası  adam  deyil”.  Eldən  getməyi  istəməyənlər,  bağışlanmağını  istə-
yənlər  o  şərtlə  bağışlanardı  ki,  “Deşmə  keçid”dən  keçsin,  yəni  yenidən 
doğulsun.  “Deşmə  keçid”dən  keçənlər  adını  keçiddə  qoyub  çıxırdı,  ço-
xunun  paltarları  da  keçiddə  qalırdı.  Ona  görə  də  çıxacaqda  bürüncəklə 
gözləyirdilər ki, onu çağa kimi doğuzdursunlar, qundaq kimi də bələyib 
büksünlər... Əllərindən tutub dartıb çıxardırdılar, sonra da: – Ay camaat, 
–  deyirdilər,  –  Əli  (adlar  təxminidir)  yenidən  doğuldu,  indi  adı  Lətifdi, 
Əli kimi yaşayammadı, indən belə  Lətif kimi yaşayacaq... 
Yaddaşımıza qayıtsaq belə maraqlı etnoqrafik qaynaqlardan yəqin ki, 
çox tapa bilərik. Yuxarıda dedim ki, ola bilsin, bu adətin Novruz bayra-
mıyla  sıx  bağlılığı  yoxdur,  amma  torpağın  ciddi  səhvlər  etmiş  insanı 
yenidən doğmağı, yenidən həyata gətirməyi mənasında məncə bu günün 
özündə də çox xarakterikdir.       
 
 
 
Od çərĢənbəsi... 
 
İlin-Ayın  son çərşənbələrində Su,  Torpaq  kimi Od da adi  od kimi, 
yəni  yalnız  qaladığımız  ocaq  kimi,  əlimizi  yandıran,  yaxan  istilik  kimi 
xatırlanmır,  sayalı,  müqəddəs,  duyğularla  anılır.  Böyük  alimimiz  mər-
hum  prof.  Məmmədhüseyn  Təhmasibin  dediyi  kimi,  Xalq  odu  atəşpə-
rəstlikdən, zərdüştlükdən də öncələrdə  qoruduğu, sirlərini, alxışlarını ifa-
də  etdiyi,  ən  əsası  dualarını  tapındığı  vasitə  kimi  yaşadır...  İl-Ay  bayra-
mında Od daha çox təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını 
həyətin  girəcəyində  qalayır  ki,  həyətə  keçən  özüylə  ağırlıq  gətirməsin, 
pis  niyətsiz,  ağırlıqsız-yağırlıqsız  keçsin.  Xalqın  özü  məsəl  çəkir:  “Od 
yuduğunu  su  yumaz”.  Ona  görə  də  deyir,  heç  olmasa  ildə  bir  kərə 
özünü təmizlə, canını oddan keçirt, atıl tonqalın üstündən... “Qara yerdən 
üstünə  qonan  görünməzlər  var,  oda  ver,  yandır”.  Doğrudan  da  oddan 
sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin ki, sudan çıxdıqlarına 
görə də bayram tonqalının alovu hamıya rahatlıq, dinclik gətirir... 
El arasında odla bağlı deyimlər  çoxdur, amma bunları  təsnif etmək 
lazımdır. Mənim fikrimcə odla bağlı Novruz bayramı ərəfəsində deyilən 
ifadələr  adi  günlərdə  deyilən  ifadələrdən  seçilir.  Od  çərşənbəsinə  aid 
olan  ifadələrdə  birbaşalıq  var,  quraşdırma,  əfsanə,  nağıl  yoxdur;  yəni 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
96 
başqa, adi vaxtlarda od-ocaq səs eləyəndə közə-kösövə duz səpib “pis-
liyimizi danıĢan, gözün bu odda yansın”  deyimini Od çərşənbəsində, 
İlin-Ayın  son  çərşənbəsində  deməzlər.  İlaxır  çərşənbədə    “Oda  arxa 
çevirmə”,  “Oda  tüpürmə”,  “Gorum  ol,  ocaq,  gorumda  yan”  ifa-
dələrini, deyimlərini işlətməzlər. Bəzi toy adətlərimizdə olduğu kimi, qız 
evinin  adamları  oğlan  evindən  “köz  oğurlamağa”  cəhd  etməz.  Novruz 
bayramı  ərəfəsində  elə  bil  Odun  ilkinə  –  doğuluşuna  qayıdılır;  Oda 
tapınmağa, Odun böyüklüyünə sığınmaq istəyi yenidən yaranır, hardasa 
böyüklü-kiçikli  özümüzdən  asılı  olmadan,  hansısa  bir  təbii  qüvvənin 
təsiriylə  oda  sığınırıq  da,  tapınırıq  da.  Eyni  zamanda  demək  olar  ki, 
Odun  üstünə  çıxırıq,  Odun  üstündən  keçirik,  başqa  vaxtlarda  nə  olur-
olsun Odu tapdamazdıq, heç arxamızı da çevirməzdik, amma İlin-Ayın 
son  çərşənbəsində  Odla  ağırlığımzı-yağırlığımızı  yuyuruq,  keçən  ildən 
qalma  gərəksiz  şeyləri  yandırırıq,  səhərəcən  tonqallarımız  yanıb  bizim 
üçün iş görür, könlümüzə-ruhumuza ümidlər, uğurlar verə-verə bizi sa-
bahlara  göndərir.  Suyla  yuyunub-yaxandığımız  kimi,  odla  da  yuyunu-
ruq. Odun-ocağın bizdən aşağıda, ayağımızın altında olmağı lazım gəlir, 
üstündən atdanırıq,  üstümüzün suyunu,  ağırlığımızı Oda tökürük,  yanı-
mızı, arxamızı çeviririk... Başqa vaxt belə eləməzdik. Hamısı ona görə-
dir ki,  biz həmin Anda BaĢlanğıcı, böyük DoğuluĢu, hər Ģeyin,  əsa-
sən  də  dörd  ünsürün  –  Suyun,  Torpağın,  Odun,  Havanın  yenidən 
bir-birinə  qovuĢması,  təmizlənməsi  dönəmini  yaĢayırıq...  Keçirdi-
yimiz  həmin  An-Od,  yəni  İlin-Ayın  Od  çərşənbəsində  qaladığımız 
tonqallardakı alov yaşadığımız bütün zamanlardan bizə daha yaxın, daha 
səmimi, daha istiqanlıdır. Ona görə də bilməliyik ki, o an hər şey yara-
nışdan,  doğuluşdan  necə  varsa  eləcədir;  bütün  başlanğıclarda, 
doğuluşlarda olduğu kimi, təmiz, arı-durudur...          
 
 
Yel çərĢənbəsi – Hava... 
 
El arasında Ağyel-Qarayel ifadələri alxışlar-qarğışlar mənasında çox 
tez-tez işlədilir. Alxış kimi: “Üstünnən qara yellər əsməsin”, “Ağ yelə tuş 
olasan  səni”,    “Xıdır  Nəbi  babanın  Yel  atı  dadına  çatsın  həmişə”, 
“Üstündən  acı  yellər  əsməsin”,  “Günün  ağ  olsun...”  Qarğış  kimi: 
“Qarayeldən  gözün  açılmasın”,  “Yoluna  Qarayellər  əssin”  Səmt-yön 
mənasında da ifadələr var: “Yağış Ağyel səmtdəndi, tez kəsəcək”, “Üzü 
Qarayelə getmə...” Ağyel deyəndə cənub-güney, Qarayel deyəndə şimal-
quzey  nəzərə  alınır.  Belə  deyimlər  var:  “Ağyel  çox  olarsa  yandırar”, 
“Qarayel  çox  olarsa  dondurar”...  “Yüyət  gününü  duru  havada  elə”. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə