Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
109 
– Şah neynəsin, ay nənə, o qala alınmazdı. 

 
Canına  azar  eləsin,  ağılı  olsaydı,  atları  tərsinə  nalladardı,  izi 
azdırardı... 
Qara Sah ürəyində deyir, “eyy dili-qafil, nə durmusan tərpən”.  
Şah qayıdıb təzədən qoşun yığır, atları da tərsinə nalladıb Qalaya tə-
rəf  qalxır,  küllükdən  keçəndən  sonra  qoşunu  yoldan  çıxardıb  gizlədir. 
Qala gözətçiləri izi görüb izə düşürlər. İz tərs, bunnar da tərsinə gedirlər. 
Qara Şaha da elə bu lazım idi, qalxıb qalanı aldı, amma belə deyirlər 
ki, içəridəki gizlin su yolunu bilmədiyinə görə Qalanı əlində çox saxlya 
bilmədi... 
 
 
 
 
 
 
*** 
 
XX yüzilliyin sonlarında təsəvvürə gəlməz, ağıla sığmaz, daha dəqiq 
decək,  gözlənilməz  bir  tarixi  mərhələ,  tarixi  dönüş  baş  verdi.  Heç  kəsin 
gözləmədiyi  səmtdən  Vaxt  özünü  yetirdi,  yalanları  yıxa-yıxa,  gerçəyi, 
doğru olanları dikəldə-dikəldə gəldi, bütün gücüylə özünü göstərdi. Sovet 
İttifaqı deyilən imperiyanı çökdürdü. 
 
Doğrudanmı beləydi? Doğrudanmı Sovet İttifaqı deyilən qüdrətli bir 
imperatorluğu Vaxt-Zaman parçaladı. Məncə yox, Vaxt  bir iş görərkən 
həm  də  nəticəni  hazırlayır.  Yəni  açdığı  qapılar  boşuna  yellənmir,  orda 
həyat işarır. 
Sovet İttifaqını özünün yaşadığı məntiqsizlik, lazımsız qapalılıq, dün-
yadan təcrid, ayrı, tək bir başla idarə olmaq, bütün bunlardan doğan  ya-
lanlar,  hiylələr,  ikiüzlülük,  könüllər  sındırmaq,  xalqı  hiss  edib  duyma-
maq, Yaradan adına üz tutacaq müqəddəs bir şeyin qalmaması, olmaması 
yıxdı... Bir dövlət  kimi yarananda içini-çölünü,  yan-yörəsini  bərkitmək 
üçün istifadə etdiyi qorxular, heç vaxt aydın olmayacaq siyasi vahimələr, 
represiyalar,  yalnız  dini  mənada  yox,  bütün  mənaların  ruhuna  enmiş 
allahsızlıq yıxdı onu... 
      
YaddaĢ anları... 
 
Belə  deyirlər ki,  dəvə  yenicə  dünyaya  gəlmişdi,  hələ heç kəs dəvəni 
görməmişdi. Adam səhər tezdən evdən çıxdı, gördü, yolun qırağında qə-
ribə  bir  canlı  ayaqlarını  altına  qatdayıb  gövşəyə-gövşəyə  ona  baxır. 
Adam  qorxdu,  istədi  fikir  verməyib  keçib  getsin,  amma  nəsə  heyvanın 
çox dinc görkəmi vardı, belindəki hürgüclərsə elə bil oturmaq üçün dü-
zəldilmişdi;  Adama  gəl,  gəl  deyirdi.  Doğrudan  da  Adam  özünü  saxlaya 
bilmədi,  çıxıb  oturdu  orda,  hürgüclərin  arasında.  Yenicə  yerini  rahat-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
110 
lamışdı ki, dəvə qalxdı, üzü günbatana yol aldı... Adam çox hündürdəydi, 
enə  bilməzdi,  bir  az  gedəndən  sonra  dəvənin  belə  yeriməyi  ona  ləzzət 
elədi.  Aşağılarda  hay-küy  vardı,  insanlar  çığırışırdılar,  dəvənin  ardınca 
qaçıb nəsə demək istəyirdilər. Amma Adam heç nə anlaya bilmirdi, o da 
aşağılara baxıb nəsə deyirdi, onu da orda anlayan yox idi. Adamın bu ça-
ğacan görmədiyi dəvə yerişi, dəvənin belindəki yastığa oxşar qalın yunlu 
hürgüclər  hər  şeyi  unutdururdu...  Azmı  keçdi,  çoxmu,  Adamın  xəbəri 
olmadı, özünə gələndə gördü tamam başqa yerdədi, sağına baxdı, soluna 
baxdı, hər şey, yerdən göyəcən dəyişmişdi,  heç nə tanış deyildi. Elə bu 
vaxt başının üstündən səs gəldi,  səsə başını qaldırdı,  bir qara qarğaydı, 
günbatandan gəlirdi. Qarğanı görəndə çox sevindi. 
– Ay xır-xır dost, – dedi, qarğaya, – gedərsən bizim evə, pendir çörək 
yeyərsən,  arvadıma  da  deyərsən  ki,  ərini  lök  apardı.  –  Ardınca  da 
kövrəlib bir bayatı dedi. 
 
Fağıram yekə, mənnən, 
Kimsə yox, çəkə mənnən. 
Vaxt məni yük eylədi
Yüklədi lökə mənnən... 
 
Yerini-yurdunu xatırlayıb, dərindən ah çəkdi: 

 
Ax vətən – dedi. – Ax, axxx... 
“Axx”,  deyən  kimi,  dəvə  dizlərini  qatlayıb  yatdı.  Dəvənin  belindən 
enib dörd yanına baxdı. Amma vaxt çox keçdiyindən Adam heç yeri ta-
nıya  bilmədi,  səmtini-yönünü  itirmişdi,  bilmirdi  hansı  səmtə  getsin... 
Dörd yol ayrıcında dayanıb hardan gəldiyini xatırlamaq istəyirdi. Hardan 
gəldiyini tapsaydı, hara gedəcəyini biləcəydi... 
Hə,  bu  Dədələr  məsəlini  çəkməkdə  məqsədim  var;  Sovet  İttifaqı 
həmin  dəvə  kimi  dizlərini  qatdayıb  yatdı,  bütün  yer  üzünü  təbrik  etmək 
olar. Amma bir şey var ki, Avropanın da əslində nə olduğunu yaxşı anla-
mayan,  tanımayan  bizlər  üzümüzü  elə  o  səmtə  tutub  –  Urraaa!  –  deyə 
qışqırmağa başladıq...  
Bir  dəmir  barmaqlıqlar  arasında  yaşayıb,  bir  qazandan  yeyənlər,  bir 
yerdən  idarə  olunub  bir  əmri  yerinə  yetirənlər  hələ  ki,  qəfəs  canlıları 
kimi, ya da dəvə belindən düşmüş kimi çaşqınlıq içindəydilər... İmperiya 
dəvətək  cökmüşdü, gerçək olan bu idi... Azadlıq yelləri əsməkdəydi. 
Əl  altından,  müstəmləkəçilikdən  yəni,  qurtarmaq  yük  altından  çıx-
maqdır. Yəni ömrün boyu daşıdığın yükün birdən-birə üstündən götürül-
məyidir. Qəddini düzəldirsən, əvvəl-əvvəl öz boyunu hiss edirsən, başını 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
111 
qaldırıb  daha  uzaqlara  baxırsan...  heç  vaxt  görmədiyin,  dəvə  kimi  adını 
belə bilmədiyin uzaqlar... Nə eləyəcəyini fikirləşirsən.  
Bütün bir xalqın Millət kimi formalaşmağı həmin andan başlayır. Qul 
olmayan, qanında köləlik hissini daşımayan xalqı sındırmaq mümkün de-
yil. İtayətdə yaşasa da, ağalığını öz həyət-bacasında, əkinində-səpinində, 
ən azından adəd-ənənəsində göstərəcək... 
Bu  mənada  müxtəlif  adlarla  Sovet  İttifaqında  yaşayan  türk  xalqları, 
tayfa birləşmələri üzdə sınmış kimi görünsələr də, “dəvə belində özündən 
uzaqlaşsalar da” qanında-ruhunda gətirib çıxartdığı adət-ənənəsiylə hələ 
də  özündəydi,  azad  idi.  Yəni  yenə  ilxılarını  otarırdı,  atını  sağırdı  yenə, 
yenə kımız düzəldirdi. Sürülərin ardınca dolaşa-dolaşa keçmişini xatırla-
yırdı,  dastanlarını  oxuyurdu.  Bunun  özü  əslində  azad  olmaq  demək  idi. 
Bu da gerçəkdir ki, Azadlıq bu cür varsa qazanıla bilər. “İki daşın ara-
sında” sazını-sözünü qoruyan, əlindəki qamçının hardan gəldiyini kökü-
nəcən bilən və hələ də ona bayatılar oxuyan, hələ də işığa, suya, ucalığa, 
yola,  aydınlığa  and  içən  Azərbaycan  türkləri  bunun  fərqinə  varmasalar 
da, azad idilər. Yenə sazını çalıb sözünü oxuyurdu, yenə minilliklər boyu 
oldğu kimi,  yayda  yaylağa, qışda qışlağa daşınırdı,  yenə  yəhər-yüyənini 
düzəltməkdə, qamçısını hörməkdəydi... 
 
Qamçı... 
 
(Qamçı  haqda  araşdırıb  hazırladığım  bu  kiçik 
etnoqrafiq yazını daha yaxşı qavranılsın deyə tele-
viziya  proqramları  üçün  ssenarı  kimi  yazmağı 
lazım bildim... hər halda bu da məktubdur). 
 
(İri,  qara  qotazlı  qamçı  bütün  boyuyla  ekrana  gəlir,  kiminsə  əlində 
gözlənilmədən açılır və tüfəng səsi çıxardır... Qamçının hörgüsü boyunca 
verilişin adı yazılır.) 
K. a.səs: Qamçının yaranmasını bir başa şamançılıqla bağlayan araş-
dırmaçılar var. Bizim fikrimizcə bu, daha inandırıcı, daha ağlabatan yo-
zumdu,  versiyadı...  Qamçının  adı  da  “Kitabi  Dədə  Qorqud”  dastanında 
deyildiyi  kimi,  qam  qamlayanın,  Qamın,  yəni,  Şamanın  əlindəki  alətlə 
bağlıdı.  Qamçı  adının  da  qam  sözündən  yarandığı  etimalı  var  Qam-çı... 
Bu  alətlə  Şaman,  yəni  Qam  qamlayan  pis  ruhları  qovur,  eydən  eyləri,  – 
yaxşıların yaxşısı sayılan ruhları salamlayırdı. 
Sibir türklərində Şamanlar indi də qamçıdan istifadə edirlər... 
(Qamçı ustası, köşə çəkir, yəni dana dərisindən qayış hazırlayır, ka-
mera ustanın bu işlərini izləyir...) 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə