Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
101 
mənzərəni  hökmdara  danışanda  Dara  fikrə  getmişdi.  Sonra  skiflərə- 
işquzlara  belə  bir  məktub  göndərdi:  “Siz  döyüşdən  niyə  qaçırsınız?!” 
Cavab gəldi: “Bizim qorunmalı bir şeyimiz yoxdur, bir kurqanlarımızdır, 
dədə-babalarımızın  yatdığı  yer,  ona  toxunsanız,  döyüşümüz  onda  başla-
yacaq, dünyanı başınıza yxacağıq...” (təxminən) Mən bu məlumatı bildi-
yimə  və  skiflərlə yaddaşımızdakı tarixi yaxınlığı hiss etdiyimə görə illər 
boyu  araşdırma  apardım.  Hörmətli  Zaur  Həsənov  da  özünün  möhtəşəm 
“Çar skiflər” əsərində bu  yaxınlığı, bu qənaəti təsdiq edir. 
 Yuxarıda  ovçuluqla  bağlı  materialda  belə  bir  atalar  sözü  işlətdim: 
“Ov çaşar, ovçuya qənşər gələr”... Bunu tarixə də aid etmək olar. Tarix 
bəlkə də düzgün araşdırılmadığı, çaşdırıldığı üçün çox vaxt ütələnib- vur-
nuxub  qarşımıza  çıxıb.  Yəni,  çox-çox  tarixi  tapıntıları,  bizə  aid  olduğu 
üçün,  yer üzü gizlətməyə çalışdı, amma biz bəzi hallarda öz tariximizlə 
“çaşmış ov kimi” qarşı-qarşıya gəldik, bir-birimizi bu cür tapdıq, tanıdıq. 
Çünki onu biz yaratmışdıq, yer üzü onu bizi kimi tanıya bilməzdi. Hələ 
tanınmayan,  tapılmayan  çox  itkilərimiz  var  ki,  rast  gəldiyimiz  anları, 
günləri, ayları, illəri gözləyirik... 
 
 
 
 
 
 
Torağay... 
 
Qar  yağan  kimi  qara  tökülüşərdik.  “Qar  qalıb  qarıyar...”  deyərlər, 
qarın qalmağına səbr edə bilməzdik, ilk qar yumşaq olduğu üçün “toza-
naq” oynayardıq, qar tozanağı. Sonra atımızın quyruğundan tük qopar-
dıb bu tüklə cələ qurardıq. Tükü “sıyırtma”  bağlayıb, yəni, ilgək eləyib 
dən  səpdiyimiz  qarın  üstə  qoyardıq,  tük  bir  şeyə  ilişilməliydi  ki,  külək 
aparmasın. Torağaylar çox ayıq-sayıq olduğuna görə tükün harasa bağ-
landığını  bilirdi,  ona  gorə    qarı  toparlayıb  cələni  elə  qara  ilişdirərdik. 
Daha  çox  sərçə  düşərdi,  atdana-atdana  dənə  gələndə  ayağı  ilgəyə  ke-
çərdi.  “Sərçə  əti  ösgürəyin  dərmanıdı”,  deyərdi,  nənəm.  Torağaylar 
sərçələrdən  bir  az  böyük  olduğuna  görə  cələyə  düşəndə  də  cələ  qarışıq 
uçub gedərdilər. Qorqud Dədə də deyib, “dünlə karvan keçdiyin torağay 
bilər.”  Elə  quş  olurdu  cələni  dimdikləyb  açıb  qaçardı.  “Cələ  kəsən” 
ifadəsi də ona görə yaranıb, indi də çox işlədilir. Oğru, yalançı, dələduz 
adamlar  üçün  deyilir:  “Cələ  kəsənin  biridi”...  İlk  qar  yağanda  nənələr 
nəvələrə  alacorablar  toxuyardı.  Deyərdilər,  ala  corab  torağaylarındı, 
geyinin  torağayların  gözü  qalsın...  Nənəm  ən  gözəl  alacorabı  mənim 
üçün toxuyardı ,belə bir züm-züməylə ayağıma  geyindirib oxuyardı: 
 
 
Ala corab ala sən
 
 
Balacasan hələ sən. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
102 
 
 
Kəhərin yalmanından, 
 
 
Toxumusan cələ sən. 
 
 
Torağayın toyu var
 
 
Bap-balaca boyu var...  
 
 
 
 
 
*** 
İnsan yaddaşı tarixlərə yaxılan ləkələri, əyriliyi, yalanları çox zaman 
yadında saxlamır, atır üstündən. Ona görə bir də deməyi lazım bilirəm ki, 
əsl Tarix həm də içə – insanın daxili aləminə yazılanlardır...Yaddaşımıza 
sığınaq,  bilək  ki,  bütün  bu  arayıb-axtardıqlarımız  düşmən  əli  yetməyən 
içimizdə yaşayan tarixi abidələrimizdir. 
İndi  bir  millət  olaraq  zamanında  səsimi  çıxartmadığım  üçün  özümü 
səsi  batmış  kimi  hiss  eləsəm  də,  anlayanların  olacağına  inanıb  yazıram. 
Bədiilikdən qaçmaq... düşünürəm ki, bu gün bər-bəzəyin yeri deyil, yaz-
dıqlarımı,  yazılanları,  ümumiyyətlə,  gördüyüm  bir  çox  “üzdəniraq”  üz-
ləri,  yalançı  tarixçiləri,  “boğazını  otaran”  mətbuat  aləmini,  tele-şoulardakı 
“burcutmaları”,  istedadsız,  səviyyəsiz  aparıcıların  görüntülərini  unudub 
yazmaq. Nə qədər ki, yaddaşımızdan silinib getməyib qələmə almaq!... 
 
 
 
 
 
*** 
 
Belə  deyirlər  ki,  Ağrıdağ  böyüyən,  bitən  dağdı,  ildə  bir  kərə,  daha 
doğrusu, İl-Ay gecəsində, bizim indi  Novruz bayramı dediyimiz ilin-ayın 
hər  son  gecəsində,  yəni,  gecəylə  gündüzün  bərabər  olduğu  gecədə  boy 
atır, böyüyr, bu vaxt ağrı çəkir, gərnəşir, içi, el diliylə desək, sümükləri 
səs  eləyir. Ona  görə  də  deyirlər ki, həmin  İl-Ay  gecəsində  Ağrı dağının 
üstündə  nə  qədər  canlı  var,  diksininb  yerlərini  dəyişirlər.  Elə  ağrı 
çəkdiyinə görə də Ağrıdağ adlanıb.   
Dədələr deyər ki, hansı dağın kökü var, böyüyür. Dağ bir yana, köklü 
qayalar,  daşlar  da  var  ki,  daş  olsa  da,  kökü  olduğuna  görə  boy  atır,  bir 
insan  ömrü  bunu  hiss  etməsə,  görə  bilməsə  də,  kökü  olan  hər  şey  bö-
yüyür, dəyişir.  Kökü olmayanlarsa aşınıb-daşınıb kiçilər, balacalaşar.  
Köksüz qayalara “düşmə” deyərlər... 
Belə  söyləyirlər  ki,  Ağrıdağın  üstündə  göl  yeri  varmış,  hər  ağrı  çə-
kəndə bu göl yeri südlə dolarmış. Göylərin hansı qatındansa qanadlı at-
lar  bura  süd  içməyə  gələrlərmiş.  Bu  atların  dörd  gözləri,  iki  qanadları 
varmış. İki göz göyə baxmaqçün, iki göz yerə baxmaqçünmüş...Günlərin 
birində  insanlar  bundan xəbər tutur,  süd gölündə  tələ  qururlar, qanadlı 
atları tələyə salıb tuturlar. İnsanları görən kimi atların qanadları quru-
yub çəkilir, gözlərinin ikisi – göyə baxanlar soğulub gedir... Göyü görə 
bilmədikləri  üçün  də  hardan  gəldiklərini  unudurlar...(“Koroğlu” 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə