- 162 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
yardım göstərməsindən söhbət açdım. Əfqanıstan hökumətinin
dəfələrlə Sovet İttifaqından hərbi kömək istədiyimi bildirdim.
Söylədim ki, bu gün sovet qoşunlarının məhdud kontingenti
Əfqanıstana daxil olacaq, özü də müvəqqəti olaraq. Biz istərdik
ki, İmam bunu qabaqcadan bilsin və bizim nə üçün belə qeyri-
adi və çətin addım atmağımızın səbəblərini birinci əldən eşitsin.
Qeyd etdim ki, Əfqanıstana xaricdən hərbi müdaxilə SSRİ-nin
də təhlükəsizlik maraqlarına toxunur, axı Əfqanıstan bizim qon-
şumuzdur.
Bir qədər pauza elədim. İmam susub gözləyirdi ki, mən bütün
sözlərimi deyim: “Mənə tapşırıq verilib ki, bu addımın İmam və
İran tərəfindən anlayışla qarşılanacağına ümid etdiyimizi çatdı-
rım” – deyə, mən yekunlaşdırdım.
İmam qaşlarını qaldırdı: “Bəbrək Karməl kimdir?”
Mən cavab verdim ki, düzü, onu tanımıram, amma barəsində
yaxşı fikirlər eşitmişəm.
İmam onu qabaqcadan məlumatlandırmağı lazım bildiyinə
görə sovet rəhbərliyinə təşəkkürünü çatdırmağı xahiş etdi, dedi
ki, bu dostluq və etimad əlamətidir və bunu qiymətləndirir.
İmam həmişəki kimi, yeknəsəq, amma yavaş-yavaş danışırdı,
sanki fikirlərini cəmləşdirirdi – axı o, bu qeyri-adi informasiya-
ya məsuliyyətli reaksiya verməli idi. O qeyd etdi ki, hər bir xalq
kənardan müdaxilə olmadan öz işlərini özü həll etməlidir. Ona
çatdırıldığına görə, Əfqanıstanda ruhaniləri təqib edir, məscidləri
bağlayırlar. Bu, xalqa zidd hərəkətdir, belə hərəkət etmək olmaz,
islam məğlubolmazdır, onu qadağan etmək mümkün deyil. Əgər
bu doğrudursa, onda sovet dövləti Əfqanıstan rəhbərliyinə təsir
göstərməlidir. İran orada baş verənlərə laqeyd deyil. Əgər orada
rəhbərlikdə ağıllı adamlardırsa, onlar islamı sıxışdırmamalıdır.
“Sovet qoşunlarının müsəlman ölkəsinə yeridilməsi, əlbəttə,
xoşagəlməz və qeyri-adi hadisədir. Biz Sovet İttifaqına hörmət
edirik, lakin İran, təbii ki, bu hərəkəti təqdir edə bilməz. Amma
- 163 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
indi ki qoşunlar yeridilir, onda mənim məsləhətimi Moskvaya
çatdırın, – Xomeyni dedi, – qoy onlar tezliklə öz işlərini gör-
sünlər və çıxıb getsinlər. Və ümumiyyətlə, - o, bir qədər duruxub
davam etdi, - sovet rəhbərliyindən xahişim budur ki, müsəlman
ölkələrinə diqqətlə yanaşsın, əks təqdirdə, bu ölkələrə münasibət-
də sovet xarici siyasəti uğur qazana bilməyəcək”. İmam susub öz
aləminə daldı.
Mən Xomeyniyə dediyi fikirlərə görə təşəkkürümü bildirdim
və din, milli xüsusiyyətlər kimi amilləri nəzərə almağın zəruriliyi
barədə sözləri ilə razılaşdığımı söylədim. Dedim ki, bu, bizim xa-
rici siyasətin prinsiplərindən biridir.
Mənim məlumatıma Xomeyninin reaksiyası kəskin olmadığı
üçün mən risk edib ümidvar olduğumu bildirdim ki, İranın küt-
ləvi informasiya vasitələri və məscidlərdəki vaizlər bu gün müza-
kirə etdiyimiz məsələ ətrafında ehtirasları qızışdırmayacaqlar və
bununla da Sovet-İran münasibətlərinə mənfi təsir göstərməyə-
cəklər.
Xomeyninin gözlərində qığılcım parladı. “Mən sizdən iki xa-
hiş edə bilərəmmi? – cavab vermək əvəzinə o, soruşdu. – Bu gün-
lərdə BMT Təhlükəsizlik Şurasında ABŞ səfirliyi əməkdaşlarının
tutulması ilə əlaqədar İrana sanksiyalar tətbiq edilməsi məsələ-
sinə baxılacaq. Mən başa düşmürəm ki, niyə amerikalılar bizim
ABŞ-da olan pullarımızın azad edilməsi ilə bağlı razılığa gəlmək
istəmirlər. Sovet İttifaqı İrana sanksiyalar tətbiq edilməsi tələbini
müdafiə edəcəkmi? Əgər sanksiyalar barədə qətnamə qəbul edil-
məsə belə, biz bilirik ki, amerikalılar Fars körfəzindəki bütün İran
limanlarını blokadaya almağa hazırlaşırlar. Belə olan halda İran
Avropaya Sovet İttifaqı vasitəsilə çıxmaq üçün tranzit imkanın-
dan istifadə edə bilərmi?”
Əlbəttə, bu məsələlərlə bağlı mənə konkret göstərişlər veril-
məmişdi, lakin Xomeyniyə: “Sizin xahişlərinizi Moskvaya çatdı-
raram” – demək də yersiz idi. Əgər belə etsəydim, elə təəssürat
- 164 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
yaranardı ki, biz İrana hansısa ehtiyat variantı kimi baxırıq. Bəzi
diplomatların dediyi kimi, “məsafə saxlayırıq”. Bu gün, İranın
bizim Əfqanıstanda atdığımız olduqca düşünülməmiş addıma
sakit reaksiyası lazım olduğu vaxtda isə buna yol vermək olmaz-
dı...
Buna görə də mən tərəddüd etmədən Xomeyniyə cavab
verdim ki, o, Təhlükəsizlik Şurasında İran əleyhinə sanksiyalar
barədə qətnamənin qəbul edilməyəcəyinə əmin ola bilər. SSRİ
üzərindən tranzitə gəldikdə isə, biz İmamın bu istəyini də yerinə
yetirməyə hazırıq.
Xomeyni açıq-aşkar söhbətdən məmnun qalmışdı. Uzun da-
nışığın pis təəssürat yaradacağını düşünərək, biz İmama təşəkkür
edib xudahafizləşdik. O ayaq üstə dayanıb hətta əlini əbasının al-
tından çıxardı və xudahafizləşəndə onu yuxarı qaldırdı, sanki bizə
xeyir-dua verirdi...
Biz evə qayıdanda artıq gün çıxmışdı. Xomeyninin reaksiya-
sını müzakirə edərək bu nəticəyə gəldik ki, müdrik bir reaksiya
oldu. Tehrana yaxınlaşanda İran radiosunu açdıq. Artıq bizim
Xomeyni ilə söhbətimiz barədə məlumat verilirdi. Amma qəri-
bə idi: bizim İmama verdiyimiz məlumat son dərəcə qısa təqdim
olunurdu: Əfqanıstana qoşun yeridilməsi faktı, sonra da kiminsə
quraşdırdığı və Xomeyninin bizə verdiyi sərt, mənfi və kəskin ca-
vab. Bizə aydın idi: görüşümüz və verdiyimiz informasiya barə-
də Xomeyni məlumat yaymalı idi, İmamın mövqeyini isə sərt və
kəskin ifadələrlə çatdırmaq lazım idi ki, xalq Xomeyninin qətiy-
yətini görsün. Və təbii ki, Xomeyninin xahişləri barədə heç nə
deyilmədi.
BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar barədə
qətnaməsi keçmədi. Sovet İttifaqı üzərindən tranzit genişləndi,
İranın blokadası baş tutmadı. Bizim görüşümüz haqqında ilk kəs-
kin xəbərə baxmayaraq, təqribən üç ay ərzində nə mətbuatda, nə
Xomeyninin, nə də digər siyasi-dini xadimlərin çıxışlarında SSRİ
Dostları ilə paylaş: |