Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

160 
 
*** 
Təyyarədən yerə baxıram, 
Evlərə, yollara, çaylara. 
Məndən aşağıda ölüm dayanıb, 
Məndən yuxarıda Allah! 
*** 
Tikan kimi 
Ürəyimə batıb bu eşq, 
Çıxardıram-qanayır, 
Çıxartmıram-ağrıyır! 
   
*** 
Yazı gözləyən qaranquş kimi 
Gözləyirsən məni. 
Yollara baxınca, 
Yağan qara baxsana... 
   
*** 
Ruhumu sevdin, canımı yox, 
Sözümü sevdin, dodağımı yox. 
Lənət bizi ayırma! 
Bir kimsə utanırmı, yox! 
   
Gözüm qalan gilası sərçələr yedilər, 
Gözüm qalan qızı dustaq elədilər, 
Gözüm qalan torpaqda qəbiristan saldılar, 
Gözümdən düşənlər... 
...sağdılar, sağdılar, sağdılar! 


161 
 
*** 
Dənizdəki yelkən kimi 
Tək tənhayam. 
Ümidini mənə bağlayıb   
Bir gəmi. 
Bir gəmilik adam. 
Görən bilirlərmi ki,   
Yaxşı küləklərin əlində   
Bir parça ağam. 
   
*** 
Çıxıb getmək istəyirəm... 
Ulamaq istəyirəm... 
Seir yazmaq istəyirəm... 
Səni tapmaq istəyirəm... 
Ehtiyac qədər heç nə yatmır canıma. 
   
*** 
Yaxşı ki, kürü tökmür
Diri bala doğur balinalar. 
Yoxsa, 
Nə çoxdu burnundan irəlini görməyən   
Adamlar. 
Kürü ikən, 
Bir uzaq əyalətdə akvariuma salıb 
Qoymazdılar 
Bəzək balıqlarından artıq böyüməyə   
Balinaları. 


162 
 
*** 
Ömür quş kölgəsitək 
Keçib getdi üstümdən 
Səssiz-səmirsiz. 
Saralmış otlar qədər   
İzim qalmadı yurdda! 
   
*** 
Otları nə tez uzandı 
Əsir torpaqların. 
Uşaqları nə tez qocaldı 
Qaçqın ataların? 
Sərgərdan ruhumuztək 
Yurdumuz darmadağın. 
Ahımız – 
Zülmət gecədə 
Bayquş qışqırığı – 
Tənha, qorxunc, dərdli, ağır. 
   
*** 
Senanın “Royal”ında, 
Yuva quran göyərçin 
Görən bilirmi dünyada 
Araz çayı var, 
Üstündə də Xudafərin. 
   
 
 


163 
 
*** 
Üzümüzə açılan pəncərələr 
Dünyanın əlifba kitabıdı, 
Açırıq hər səhər
Örtürük hər axşam... 
...Oxuya bilmirik axıracan. 
   
*** 
Ay pişik, 
Çıxma qarşıma yazıqsan. 
Uğurum ağırdı, ayağım ağırdı. 
Əllərim yüngüldü. 
Əllərimi nəyin üstünə qoyurlarsa, 
Aparırlar. 
   
*** 
Təşnə torpaqlar üçün   
Bir əlçim buluddan yağan yağışı 
Qurutmağa nə var ki, 
Bir içim su. 
Eh, sənin üçün məni unutmağa nə var ki,   
bir içim su. 
   
*** 
Heç kəs çatlayıb ölmür, 
Atlardan savayı. 
Hərəni bir dərd öldürür, 
Hərəni bir əcəl aparır. 


164 
 
Sonra sağ qalanlar, 
Gözəl-gözəl nekroloqlar yazırlar, 
Sağlığında sevmədikləri dostlarına. 
   
*** 
Bilirəm, bu saat   
Acımış xəmir kimisən 
Təndirə yapılmağın həsrətində. 
Bu taxta, bu oxlov. 
Bu odun, bu təndir. 
...Dincəldinmi? 
 
 


165 
 
MƏMMƏDYAR MƏMMƏMDYARLI 
(1961) 
 
  Məmmədyar  Məmmədyarlı 
(Məmmədyarov Məmmədyar Hi-
lal oğlu – həkim, şair, publisist) 2 
avqust 1961-ci ildə Zəngilan rayo-
nunun Genlik kəndində dünyaya 
gəlib.  1968-1978-ci  illərdə  orta 
məktəbdə  təhsil  alıb.  1982-ci  ildə 
Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-
profilaktika  fakültəsinə  qəbul  olub.  1988-ci  ildən 
terapevt-həkim kimi fəaliyyət göstərir.   
  Dörd şeir kitabının və müxtəlif publisistik yazı-
ların müəllifidir. Dövri mətbuatda və müxtəlif toplu-
mlarda ara-sıra dərc olunur. 
  2005-ci ildən AYB nin üzvüdür 
     
 
 
 
 
 
 


166 
 
GÖZLƏ, GƏLƏCƏM 
         
Neçə ildi görüşünə gəlmirəm, 
Bir də gəlsəm hansı üzlə gələcəm? 
Gəl yaddan çıxarma görüş yerini
Birgə saldığımız izlə gələcəm. 
         
Xoşbəxtlik quşunu əldən buraxdım, 
Ümidlə gəzirəm gör neçə vaxtdı, 
Ürəyimdə sözlər qalaq-qalaqdı, 
Gələndə bir kitab sözlə gələcəm. 
   
Səadətin – biz yanından keçəsi, 
Şahid olduq, xoşbəxt oldu neçəsi, 
“İnqilab”la “Səməd Vurğun” küçəsi 
Birləşdiyi yerdə gözlə, gələcəm... 
   
HAYIF 
   
Firavan, sakitcə ömür sürürdük
Dünyanın nizamı dağıldı, hayıf. 
Nə bilim, bəlkə də yuxu görürdük, 
Elə bil hamısı nağıldı, hayıf... 
   
Harda qaldı görən o gözəl çağlar, 
Didərgin düşmüşəm, qalmışam ağlar, 
Sinəsi üstündə gəzdiyim dağlar 
Sinəmin üstündə dağ oldu, hayıf... 


167 
 
Sirri açmaq olmur, ağartmaq olmur, 
Ürəyi süfrəyə çıxartmaq olmur, 
Dərdi nə daşımaq, nə atmaq olmur
Arzular içimdə boğuldu, hayıf... 
   
 
UTANIRAM 
   
Ümidlə girdim axara, 
Yenə də qaldım axıra, 
Kənardan mənə baxıram, 
Özümdən utanıram. 
   
Düşünmədim, qana-qana 
Özümü salmışam qana, 
Yollar gəlib çatıb sona, 
İzimdən utanıram. 
   
Ocağım boynun qısıbdı, 
Ağzın yumublar, susubdu, 
Üstünü küllər basıbdı, 
Közümdən utanıram. 
   
Söz satıram – kimdi alan? 
Yarı doğru, yarı yalan... 
İçimdə boğulub qalan 
Sözümdən utanıram. 
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə